Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-192/2025 13.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X18 Əli qızının katibliyi, İlk iddia tələbi üzrə ddiaçı İddiaçı nümyəndəsi və vəkili Vəkil1, İlk iddia tələbi üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və oraya girişinin qadağan edilməsi” tələbinə və Cavabdeh2 İddiaçı, Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yaxşılaşdırmanın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə 13 yanvar 2026-cı il tarixdə, Zaqatala şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh2 qarşı cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və ora girişinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.1514 ha torpaq sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və cavabdehin ora olan girişinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia məhkəmənin icraatına qəbul edilmiş və e-2(033)-192/2025 sayla qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1514 kv.m (0.1514 ha) torpaq sahəsini Cavabdeh4 ona satmış, həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam mülkiyyət hüququ ilə onun mülkiyyətinə verilmişdir. Mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsində fəaliyyət göstərən Cavabdeh2 sahibkarlıq üçün istifadə etdiyi torpaq sahəsinin sərhədlərini aşaraq onun mülkiyyətinə müdaxilə etmiş, mülkiyyətində olan torpaq sahəsinə tikinti materialları yığmış, oradan sahibkarlıq məqsədilə istifadə etməkdədir. Cavabdeh daha əvvəl qonşuluqda olan torpaq sahəsindən icarə qaydasında istifadə etdiyindən o, mülkiyyətində olan torpaqdan istifadə edə bilməsi üçün onunla icarə müqaviləsi bağlamalarını, bundan sonra onun torpağından istifadə edə biləcəyini bildirmişdir. Lakin cavabdeh onun sözlərinə məhəl qoymamış, mülkiyyətinə müdaxiləyə davam etmiş, hazırda da heç bir icarə haqqı ödəmədən oradan istifadə etməkdədir. Bu da bir mülkiyyətçi kimi onun hüquqlarını pozmuşdur. Dəfələrlə polis orqanlarında, sahə müvəkkili vasitəsilə cavabdehdən qanunsuz əməllərindən əl çəkməsini, istəyirsə mülkiyyətində olan torpaq sahəsini ona icarəyə verəbiləcəyini bildirsə də, cavabdeh təkliflərini qəbul etməmiş, qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsindən istifadə etməkdə davam etməkdədir. Bu səbəbdən də hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. 06 fevral 2025-ci il tarixdə İddiaçı nümayəndəsi və Vəkil1 “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində İddiaçı həmin torpaq sahəsindən istifadə etmək və yaxud icarəyə verməklə əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, İddiaçı qeyd olunan torpaq sahəsini icarəyə verməklə aylıq həmin torpaq sahəsindən 1500 (bir min beş yüz) manat gəlir əldə edə bilərdi ki, bu da son dörd ay üçün 6000 (altı min) manat təşkil edəcəkdir. Həmçinin, İddiaçı hüquqlarının müdafiəsi məqsədi ilə vəkillə müqavilə bağlamış və bu məqsədlə Zaqatala Rayon Vəkil Bürosunun hesabına 320 (üç yüz iyirmi) manat qonorar ödəmişdir ki, həmin məbləğin də cavabdehdən alınaraq ona ödənilməsini istəyir. Odur ki, İddiaçı hazırda tələbini dəqiqləşdirərək Cavabdeh2 tərəfindən iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması; Cavabdeh2 zəbt etdiyi, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsindən çıxarılması; həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi; torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar ayıları qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 6.000 (altı min) manat pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi; İddiaçı tərəfindən “Hüquqi yardım göstərilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli, EM-917VK-2858/25 nömrəli müqaviləyə əsasən Zaqatala rayon vəkil bürosunun hesabına ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi; iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 19 may 2025-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil1 “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı daha sonradan tələbin dəqiqləşdirilməsi, müəyyən hissədə tələbin azadılması və müəyyən hissədə tələbin artırılması ilə bağlı məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması; Cavabdeh2 zəbt etdiyi, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsindən çıxarılması; həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi; torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar ayıları qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 6.000 (altı min) manat pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi; İddiaçı tərəfindən “Hüquqi yardım göstərilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli, EM917VK-2858/25 nömrəli müqaviləyə əsasən Zaqatala Rayon Vəkil Bürosunun hesabına ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun cavabdehi Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi; iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki, ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi tələbin dəqiqləşdirilməsi, müəyyən hissədə tələbin azadılması və müəyyən hissədə tələbin artırılması ilə bağlıdır. Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində İddiaçı həmin torpaq sahəsindən istifadə etmək və yaxud icarəyə verməklə əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, İddiaçı qeyd olunan torpaq sahəsini icarəyə verməklə aylıq həmin torpaq sahəsindən 1500 (bir min beş yüz) manat gəlir əldə edə bilərdi ki, bu da son səkkiz ay üçün 12.000 (on iki min) manat təşkil edəcəkdir. Həmçinin, İddiaçı hüquqlarının müdafiəsi məqsədi ilə vəkillə müqavilə bağlamış və bu məqsədlə Zaqatala Rayon Vəkil Bürosunun hesabına 320 (üç yüz iyirmi) manat qonorar ödəmişdir ki, həmin məbləğin də cavabdehdən alınaraq ona ödənilməsini istəyir. Odur ki, İddiaçı hazırda tələbini dəqiqləşdirərək məhkəmədən Cavabdeh2 zəbt etdiyi, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsindən çıxarılması; həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi; torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar, fevral, mart, aprel və may ayıları qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 12.000 (on iki min) manat pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi; İddiaçı tərəfindən “Hüquqi yardım göstərilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli, EM-917VK-2858/25 nömrəli müqaviləyə əsasən Zaqatala Rayon Vəkil Bürosunun hesabına ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi; iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh4 ilə İddiaçı arasında bağlanmış AN-İ № ******* nömrəli xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında İddiaçı adına DƏDR-də aparılmış xx.xx.2024-cü il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır kı, xx.xx.2024-cü il tarixdə Cavabdeh4 vərəsəlik yolu ilə əldə etdiyi 0,1514 ha olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsini İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilərək həmin müqavilə əsasında verilmiş çıxarış ləğv edilməlidir. Belə ki, 2020-ci ilin noyabr ayında o, həmin torpaq sahəsinin mülkiyyətçisi olmuş mərhum X8 birinci növbəli vərəsəsi olan X3 xx.xx.2028-ci il tarixədək icarəyə götürmüşdür. Aralarında icarə müqavilələri imzalanmışdır. Həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədi ilə torpaq sahəsini yararlı vəziyyətə gətirmək lazım gəlmişdir. Belə ki, həmin torpaq sahəsi keçilməz bataqlıqdan ibarət idi. Həmin torpaq sahəsini yararlı, normal vəziyyətə gətirmək üçün o ora 80 maşın çınqıl tökmüşdür və icarəyə verən şəxslər Müqabil və Ülvinin razılığı ilə həmin torpaq sahəsi üzərində novestlər, altıaçıqlar inşa edərək tikinti materiallarının satışı ilə məşğul olur. Torpaq sahəsində apardığı yaxşılaşdırmalar zamanı cavabdeh Müqabil və Ülvi ilə aralarında şifahi razılaşmalar olmuşdur ki, əgər həmin torpaq sahəsini onlar satarlarsa, o həmin torpaq sahəsini onlardan alacaq, daha doğrusu ilk növbədə həmin torpaq sahəsini onlar ona təklif edəcəklər. Lakin cavabdeh Ülvi aralarında olan şifahi razılaşmalara, eyni zamanda həmin torpaq sahəsinə etdiyi yaxşlaşdırmalara məhəl qoymayaraq həmin torpaq sahəsini cavabdeh İddiaçı satmışdır. Həmin torpaq sahəsinin ilk mülkiyyətçisi X16 olmuşdur ki, həmin şəxs Cavabdeh4 və ona torpağı icarəyə verən Müqabil Qasımovun atalarıdır. Həmin torpaq sahəsinə vərəsəlik zamanı torpağı icarəyə verən Müqabil mirasdan özünə düşən paydan imtina eydiyinə görə həmin torpaq sahəsi bütövlükdə Cavabdeh4 mülkiyyətinə keçmişdir. Qeyd olunanları sübuta yetirmək məqsədi ilə MPM-nin 78.2-ci maddəsinə əsasən məhkəmədən xahiş edir ki, həmin torpaq sahəsinə dair açılmış vərəsəlik işinin surətini notariusdan tələb etsin. Həmin vərəsəlik işinin içərisindən görünəcəkdir ki, həqiqətən də torpaq sahəsini ona icarəyə verən Ülvi həmin torpaq sahəsi üçün atasından özünə düşən hissəsindən imtina etmişdir. Hesab edir ki, belə bir imtina düşünülərək edilmişdir ki, gələcəkdə torpaq sahəsini başqa şəxsə satarlarsa icarə müqaviləsi ilə həmin torpaq sahəsi üzərində aparılmış alqı-satqı müqaviləsinin arasında olan əlaqə itirilsin. Həmin torpaq sahəsinin Cavabdeh4 İddiaçı satmaq istədiyini eşitdiyi zaman o dəfələrlə Cavabdeh4 müraciət etmişdir ki, onun icarəsində olan həmin torpaq sahəsini ona satsınlar. O, Cavabdeh4 babası Orucov Qasımın da yanına dəfələrlə gedərək ona müraciət etmişdir ki, həmin torpaq sahəsini başqa şəxsə satmasınlar ona görə ki, həmin torpaq sahəsinə yaxşılaşdırmalar üçün o küllü miqdarla vəsait qoymuşdur. Lakin onun sözünə qulaq asan olmamışdır. Həmin torpaq sahəsi üzərində apardığı yaxşılaşdırmalardan İddiaçı da məlumatı vardır. İddiaçı bilir ki, eyni zamanda onun məhkəməyə yazdığı ərizədən də təsdiq olunur ki, o həmin torpaq sahəsi üzərində yaxılaşdırmalar və tikintilər apararaq orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, mübahisələndirdiyi alqı-satqı müqaviləsini etibarsız hesab etmək üçün kifayət qədər əsaslar vardır. Pozulmuş hüquqlarının müdafiəsi olaraq torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-437/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Zaqatala Rayon Məhkəməsində 2(033)-437/2025 nömrə ilə qeydiyyata alınmış icraatda olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh4 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilk iddia ərizəsi qismində 2(033)-192/2025 nömrə ilə qeydiyyata alınmış icraatda olan İddiaçı Cavabdeh2 qarşı cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və oraya girişinin qadağan edilməsi tələbinə dair mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi, yəni, 2(033)- 192/2025 qeydiyyat nömrəsi verilmişdir. 04 aprel 2025-ci il tarixdə Cavabdeh2 iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdehlər İddiaçı və Cavabdeh4 qarşı Zaqatala rayonu Muxax bələdiyyəsi ilə Muxax kənd sakini X11 arasında bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın həcmini artırır ona görə ki, mübahisəli torpaq sahəsi ona icarəyə verilməmişdən əvvəl bataqlıq bir ərazidən ibarət idi. Həmin torpaq sahəsində yaxşılaşdırma işləri (torpaq sahəsinin sıyrılması, düzəldilməsi, çınqılın tökülməsi, altıaçıqların və təsərrüfat tikililərinin inşa edilməsi, hasarın çəkilməsi və sair) apardıqdan sonra həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Yaxşılaşdırmalardan birinin qiymətini qeyd edə bilər ki, həmin ərazidə 41.5 metr uzunluğunda və 6 metr enində altıaçıqlar tikmişdir ki, təkcə altıaçıqların dəyəri 16000 manat təşkil edir, (altıaçıqların tikilməsi, quraşdırılması hər 10 metrəsi 4000 manata başa gəlir, 4x4000=16000 manat.) Torpağın sıyrılması, düzəldilməsi, çınqıllın tökülməsi, hasarlanması isə cəmi 9000 manat təşkil edir. Onun müəyyən etdiyi məbləği aydınlaşdırmaq üçün MPM-in 78.2-ci maddəsinə əsasən məhkəmə qarşısında vəsatət qaldıraraq xahiş edir: mübahisəli torpaq sahəsində, tərəfimdən aparılmış yaxşılaşdırılmaların qiyməti ekspertiza təyin edilməsi yolu ilə müəyyən edilsin. Mübahisəli torpaq sahəsində tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradıldığından və tərəfindən sahibkarlıq fəaliyyəti aparıldıdığına görə həmin torpaq sahəsinin bugünkü gündə bazar qiyməti qalxmış, bu səbəbdən də cavabdeh Xasməmmədov həmin torpaq sahəsini digər cavabdehdən alınmışdır. Ərizədə qeyd etdiyi yaxşılaşdırma işlərinin həmin əraziyə zərər vurmadan ayrılması mümkün olmadığına görə aparılmış yaxşılaşdırmalara dair çəkilmiş xərclər cavabdehi ərdən alınaraq ona qaytarılmalıdır. Ümumilikdə aparılmış yaxşılaşdırmanın dəyəri 25000 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmədə mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri ilə digər cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, həmin torpaq üzərində mülkiyyətçilərlə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsi üzərindəki bağın bugünkü bazar qiymətinin, eyni zamanda əldən çıxmış faydanın cavabdehlərdən alınaraq ona verilməsi tələbi ilə çıxış etmək qərarına gəlmişdir. İddia tələbində qoyulan tələblərə eyni vaxtda həm də cavabdehlərdən yaxşılaşdırmaların dəyəri olan 25000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 15 aprel 2025-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh2 razılığı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon 2 saylı Notariat Ofisi cavabdeh qismində işə cəlb edilmişlər. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-192/2025 saylı, 13 yanvar 2026-cı il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yaxşılaşdırmaların dəyərinin ödənilməsi” tələbinə dair və İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsinin yaradılmış manelərin aradan qaldırılması, cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi hissəsində tələbi baxılmamış saxlanılmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İlk iddia tələbi üzrə İddiaçı nümyəndəsi və vəkili Vəkil1 xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması hissəsində iddiasının baxılmamış saxlanmasını məhkəmədən xahiş edir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 İddiaçı və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yaxşılaşdırmaların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmir. Lakin torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar, fevral, mart, aprel və may ayıları qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 12.000 (on iki min) manat pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsini məhkəmədən tələb edir. Həmçinin qeyd etmişdir ki, Müqabil Ülviyə məxsus 0,1514 ha torpaq sahəsindən kənarda yerləşən 130 kv.m torpaq sahəsini Zamirə icarəyə vermiş, mübahisələndirilən torpaq sahəsinə Zamir Ülvinin razılığı olmadan yerləşmişdir. X27 arasında 130 kv.m sahəyə müqavilə bağlanan zaman Müqabil torpağın mülkiyyətçisi olmamış, qeyd edilən müqavilə isə notarial qaydada bağlanmamışdır. 0,1514 ha torpaq sahəsinə dair icarə müqaviləsi tərəflər arasında bağlanmamışdır. Zamirin hansı əsasla hamin ərazidən istifadə etdiyi ona məlum deyil. O, daha sonra bildirmişdir ki, İddiaçı qeyd edilən torpağı üzərində mövcud olan tkililərlə birgə almışdır. Əgər bu halda hər hansı əsassız varlanmadan söhbət gedirsə, burada mübahisənin tərəfi ancaq satıcı Ülvi ola bilər. İlk iddia tələbi üzrə Cavabdeh2 Sülüyman oğlunun nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh2 İddiaçı və qeyrilərinə qarşı veridyi iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Belə ki, iddiada qeyd olunan mübahisə tərəflər arasında həll olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, İddiaçı Cavabdeh2 qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması hissəsində baxılmamış saxlanmasına etiraz etmir. Həmçinin bildirir ki, X28 Zamirin bacısı oğludur. Belə ki, onlar bir yerdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdurlar. 250 kv.m qeyriyaşayış sahəsini Oruc, geri qalan 130 kv.m sahəni isə isə Zamir icarəyə götürmüşdür. Qısa müddət sonra Zamir icarəyə götürdüyü 130 kv.m sahədən çıxaraq ona işinin davam etdirilməsi üçün 0,15 ha torpaq sahəsi verilmişdir. həmin torpaq sahəsinə dair tərəflər arasında içarə müqaviləsi bağlanmamışdır, həmin sahədə müqaviləsiz işləmişdir. Torpaq sahəsi satılan zaman həm cavabdeh Ülvi, həm də iddiaçı Əzizxan torpağın Zamir tərəfindən istifadə olunduğunu bilirdilər. Torpaq sahəsi Müqabil tərəfindən Zamirə icarə müqaviləsi bağlanmadan verilmişdir. Zamirin bu işlərdən xəbəri olmamışdır. Sonra ona məlum olmuşdur ki, Müqabil torpağı qardaşı Ülviyə bağışlamış və sonuncu həmin torpağı iddiaşıya satmışdır. Onun Ülvi ilə aralarında heç bir hüquqi müstəvidə müqavilə və sair münasibətləri olmamışdır. Elə bu səbəbdən də aralarında gələcəkdə hüquqi müstəvidə problem olmasın deyə Müqabil öz payını Ülviyə bağışlanmaqla torpaq sahəsini Ülvinin adı ilə satmışlar. Həmçinin qeyd edir ki, torpağa çıxarış yalnız Ali Məhkəmənin müvafiq qərarından sonra verilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ilk iddia tələbi üzrə İddiaçı izahat verərək bildirmişdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.1514 ha torpaq sahəsini Ülvidən almışdır. Lakin Cavabdeh2 Sülüyman oğlu ona məxsus həmin torpaq sahəsini zəbt etmiş, torpağa tikinti materialları yığmış, hazırda isə nə torpaq sahəsini tərk edir, nə də ki, onunla icarə müqaviləsi bağlayır. Həmçinin ona icarə haqqı verməkdən imtina edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ilk iddia tələbi üzrə Cavabdeh2 izahat verərək bildirmişdir ki, o, beş ildir ki, həmin torpaq sahəsindən istifadə edir. Belə ki, onun hazırda istifadəsində olan torpaq sahəsi iki hissədən ibarət olmuş, ön hissəsində olan 130 kv.m sahəni Qasım adlı şəxin nəvəsi Müqabildən ayda 100 manat ödəməklə icarəyə götürmüşdür. Lakin həmin yer dar olduğundan o, 130 kv.m sahədən çıxaraq Qasım adlı şəxsin təklifi ilə hazırda mübahisələndirilən həmin vaxt sənədləri olmayan torpaq sahəsini icarəyə götürməsini təklif etmişdir. Həmin sahəni icarəyə götürdüyü zaman tamamilə istifadəyə yarasız vəziyyətdə olmuş, öz hesabına həmin sahəyə təxmini 30 maşın qrabil tökmüş, iki ədəd altıaçıq tikmiş, özünə işini qurmuşdur. Bunun müqabilində isə qeyri rəsmi olaraq 600 manat icarə haqqı ödəməli idi. Hazırda onun nisyədə 40000 manatdan çox yığmalı olduğu pulu, elə həmin miqdarda şirkətlərə ödəməli olduğu borcu var. Qeyd edir ki, əgər istifadəsində olan həmin torpaq sahəsi ilkin olaraq ona təqdim edilsə idi, o torpaq sahəsini alacaqdı. Lakin torpaq sahəsi gizli olaraq Əzizxana satılmışdır. Hazırda isə o, çətin vəziyyətdə qalmışdır. Əzizxan isə ondan heç bir əsası olmadan 2000 manat icarə haqqı tələb edir. Məhkəmə tərəfindən keçirilən yerli baxış vaxtı o, bildirmişdir ki, Qasım kişi ilə aralarında olan razılaşmaya əsasən torpaqdan çıxarılacağı təqdirdə o, bir neçə ay əvvəldən kirayə haqqını ödəməkdən azad olunacaqdı. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında sonrakı iddia tələbi üzrə Cavabdeh4 izahat verərək bildirmişdir ki, qardaşı Müqabil Cavabdeh2 130 kv.m sahəsi olan obyekti icarəyə vermiş, hazırda mübahisəli olan torpaq isə babasından ona vərəsəlik qaydasında keçmişdir. Həmin torpaq ona məxsus olmuşdur. Lakin Zamir ondan heç bir icazə almadan onun torpağından istifadə etmişdir. Əzizxan bu torpağı alan zaman qeyd edilən haldan xəbərdar olmuşdur. Orda yerləşən hər bir tikili babası tərəfindən tikilmiş, o da həmin tikililərlə birgə satmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı ünvan 1 ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə mülki işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Mülki iş materiallarında olan sənədlər Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1484 nömrəli, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, satıcı Qasımov X13 rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.1514 ha olan torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 465 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0.1514 ha yaşayış məntəqələri tayinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Zaqatala RİH Əliabad qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş 5-82-13/2- 1086 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Zaqatala rayonu, Əliabad qəsəbəsində özünə məxsus 0.15 ha sahədə yerləşən qeyri-yaşayış obyekti hal-hazırda Cavabdeh2 istifadə edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1243/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(107)-500/2023 nömrəli qərarı dəyişdirilmiş, Zaqatala rayonu Əliabad Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X12 alqı-satqı yolu ilə satılmış və X24 kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin 1514 kv.m hissəsinin koordinatlarına TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə, həmin 1514 kv.m torpaq sahəsinə hüququn mərhum X12 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Zaqatala rayon Əliabad qəsəbə ərazi nümayəndəliyində qeyd edilmiş xx.xx.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2018ci il tarixdə vəfat etmişdir. Reyestrdə 2V-1277 nömrə ilə qeyd edilmiş 27 sentyabr 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 29 oktyabr 2018-ci ildə vəfat etmiş X8 vərəsələri arvadı X22, oğlu Cavabdeh4, oğlu X9 və qızı X4r və onların hər biri miras əmlakdan ¼ hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDK və X29 şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 23 sentyabr 2024-cü il tarixdə X12 verilmiş **********49 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,1514 ha olan torpaq sahəsindən ibarətdir. 27 sentyabr 2024-cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, X22, X9 və X2 Nurəddin Qasım oğlundan miras qalmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən Zaqatala rayon 2 saylı notariat ofisində 27 sentyabr 2024-cü il tarixdə təsdiq olunmuş 2V-1277 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən hissəni oğlu Cavabdeh4 bağışlamışlar. 17 noyabr 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, X1 rayonu Əliabad qəsəbəsində yerləşən 250 kv.m qeyri-yaşayış sahəsini 17 noyabr 2025-ci il tarixədək hər ay 100 manat icarə haqqı ödəmək şərti ilə X15 icarəyə vermişdir. 23 oktyabr 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, X1 rayonu Əliabad qəsəbəsində yerləşən 130 kv.m qeyri-yaşayış sahəsini 23 oktyabr 2028-ci il tarixədək hər ay 100 manat icarə haqqı ödəmək şərti ilə Cavabdeh2 icarəyə vermişdir. "xxxx" MMC tərəfindən verilmiş 05 may 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan 0,1514 ha torpaq sahəsinin aylıq icarə haqqı 05 may 2025-ci il tarixinə 1500 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 0280 saylı, 30 sentyabr 2025-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.1514 ha torpaq sahəsində inşa edilmiş konstruksiyaların dəyəri və həmin torpaq sahəsinin ticarət sahəsinə gətirilib çıxarılması üçün görülmüş işlərin (material və işçilik nəzərə alınmaqla) bazar dəyəri təqribən 20700 (iyirmi min yeddi yüz) manat kimi müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 0280/1 saylı, 06 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(033)-192/2025 saylı qərardadının icrası ilə bağlı tərtib edilmiş 0280 saylı hesabatda qiymətləndirmənin "Fərdi yaşayış evi (bitişik aynabənd ilə birlikdə)" üçün aparılmasının göstərilməsi texniki səhvlə əlaqədardır. Orada “konstruksiyaların dəyərinin və həmin torpaq sahəsinin ticarət sahəsinə gətirilib çıxarılmasına çəkilmiş xərclərə dair smeta” yazılmalı idi. Belə ki, 0280 saylı hesabat məhz məhkəmənin qərardadı ilə qiymətləndirici qarşısında qoyulmuş suala uyğun olaraq Əliabad qəsəbəsində yerləşən 0.1514 ha torpaq sahəsində inşa edilmiş konstruksiyaların dəyərinin və həmin torpaq sahəsinin ticarət sahəsinə gətirilib çıxarılmasına çəkilmiş xərclərin müəyyən olunması məqsədilə hazırlanmışdır. Hesabatın hazırlanması məqsədilə keçirilən baxış zamanı qiymətləndirmə obyektinin fotoşəkilləri çəkilmiş və müvafiq ölçülər aparılmışdır. Eyni zamanda torpaq sahəsində hansı işlərin görüldüyünü aydınlaşdırmaq məqsədilə qiymətləndirmə obyektini baxışa təqdim etmiş Cavabdeh2 müvafiq suallar ünvanlanmış və cavabında o, bildirmişdir ki, həmin sahədən torpaq çıxarılmamış və torpaq sahəsinin münbitləşdirilməsi ilə bağlı hər hansı işlər aparılmamışdır. Onun izahatından məlum olmuşdur ki, əksinə orada 15x7x2 m. ölçüdə hovuz olmuşdur ki, həmin hovuz daş-çınqılla doldurulmuşdur. Vizual müşahidə əsasında da sahəyə daş-çınqılın tökülərək hamarlama işlərinin aparıldığı, o cümlədən sahənin bir hissədə dəmir şiferlərdən istifadə edilməklə qonşu sahələrdən təcrid edildiyi müəyyən edilmişdir. Həmçinin ərazidə olan konstruksiyaların metal və taxtadan istifadə edilməklə hazırlandığı, üzərinin dəmir şiferlərlə bağlandığı müşahidə edilmişdir. Beləliklə, ərazidə aparılmış və əldə edilmiş ölçülər əsasında aparılan hesablama nəticəsində ərazidəki konstruksiyaların inşa edilməsi və həmin sahənin qonşu sahələrdən təcrid edilməsi üçün istifadə edilmiş tikinti materiallarının - metal, taxta və şiferin, o cümlədən həmin sahəyə tökülmüş daş-çınqılın və görülmüş işlərin miqdarı müəyyənləndirilmişdir. Həmçinin bildirir ki, müəyyənləndirilmiş həmin materialların qiymətinin və görülmüş işlərin qiymətinin hesablanmasında “müqayisə yanaşması” metodundan istifadə edilmiş, qiymət barədə məlumatların hansılar olduğu isə hesabatın informasiya mənbələri hissəsində göstərilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Zaqatala Rayon Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat xidmət haqqı ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Zaqatala Rayon Vəkil Bürosunun hesabına 20.50 (iyirmi manat əlli qəpik) manat xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 27 (iyirmi yeddi) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Cavabdeh2 iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Cavabdeh2 iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 65 (altmış beş) manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 718-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. 699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyrəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, keçirdiyi yerli baxış vaxtı müəyyən etdiyi hallara və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İşin hallarından görünür ki, X17 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Reyestrdə 2V- 1277 nömrə ilə qeyd edilmiş 27 sentyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vəfat etmiş X8 vərəsələri, arvadı X22, oğlu Cavabdeh4, oğlu X9 və qızı X10 olması və onların hər birinin miras əmlakdan (Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,1514 ha olan torpaq sahəsindən) ¼ hissə irs almaları müəyyən edilmişdir. 27 sentyabr 2024-cü il tarixdə vərəsələr X22, X9 və X10 miras qalmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən Zaqatala rayon 2 saylı notariat ofisində 27 sentyabr 2024-cü il tarixdə təsdiq olunmuş 2V-1277 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən hissəni Cavabdeh4 bağışlamışlar. Cavabdeh4 isə həmin torpaq sahəsini xx.xx.2024-cü il tarixdə İddiaçı satmışdır. İddiaçı da məhkəməyə müraciət edərək Cavabdeh2 zəbt etdiyi, onun mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsindən çıxarılmasını; həmin torpaq sahəsinin ona təhvil verilməsini; torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar, fevral, mart, aprel və may ayıları qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 12.000 (on iki min) manat pulun Cavabdeh2 alınaraq ona ödənilməsini, məhkəmə xərclərinin qarşı tərəfdən tutulmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 məhkəməyə müraciət edərək, X9 tərəfindən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 130 kv.m qeyri-yaşayış sahəsinin 23 oktyabr 2028ci il tarixədək hər ay 100 manat icarə haqqı ödəmək şərti ilə onun icarəsinə verildiyini bildirmiş və cavabdehlər Cavabdeh4 ilə İddiaçı arasında bağlanmış AN-İ № ******* nömrəli xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və həmin müqavilə əsasında İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsini, həmçinin tərəfindən görülmüş yaxşılaşdırmaların dəyərinin cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Mübahisəyə məhkəmədə baxılması zamanı Cavabdeh2 İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1514 ha torpaq sahəsini boşaltmış, ilkin iddi üzrə iddiaçının nümayəndəsi və vəkili cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması hissəsində iddiasının, sonrakı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili isə İddiaçı və qeyrilərinə qarşı veridyi iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdirlər. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə tərəflərin ərizəsi təmin edilərək iddiaları həmin hissələr üzrə baxılmamış saxlanılmışdır. Lakin iddiaçının nümayəndəsi və vəkili torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar, fevral, mart, aprel və may ayıları ərzində qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 12.000 (on iki min) manat pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsini tələb etmişdir. Göründüyü kimi İddiaçı tələb etdiyi məbləğə cavabdehin qanunsuz istifadəsi nəticəsində itirdiyi gəlir kimi yanaşaraq həmin pulun Cavabdeh2 tərəfindən ona ödənilməsini tələb edir. Tələbini isə onun qeyd olunan torpaq sahəsini icarəyə verməklə aylıq həmin torpaq sahəsindən 1500 (bir min beş yüz) manat gəlir əldə edə bilməsi ilə əsaslandırır. Halbuki, tərəflərin məhkəmə iclasında verdikləri ifadələrdən, məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxışdan, həmçinin iş materiallarına əlavə edilmiş 23 oktyabr 2023cü il tarixli icarə müqaviləsindən məlum olur ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 130 kv.m sahasi olan qeyri-yaşayış sahəsi Cavabdeh2 Müqabil Qasımov tarafindən xx.xx.2028-ci il tarixədək icarayə verilmiş, lakin qısa müddətdən sonra Cavabdeh2 həmin sahadən çıxaraq yalnız 0.1514 ha sahəsi olan torpaq sahəsində müqaviləsiz işini davam etdirmişdir. Tərəflər arasında həmin torpaq sahəsidən istifadəyə dair hər hansı icarə müqaviləsi bağlanmamışdır. Göründüyü kimi torpaq sahəsi İddiaçı satılan zaman üzərində icarə formasında hər hansı yüklülük olmamışdır. Yəni İddiaçı icarəyə verəni əvəz etmədiyindən icarə hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələrə malik olmamışdır. Bu halda iddiaçı əldən çıxmış fayda qismində icarə haqqını Cavabdeh2dan tələb etməkdə haqlı olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə sübutetmə yükü ilə bağlıdır. Lakin İddiaçı istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı Cavabdeh2 hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər (üçüncü şəxslə icarə müqaviləsi bağlanması, bu barədə danışıqların olması və s.) təqdim etməmiş, nəticə etibarilə istinad etdiyi hallar sübuta yetirilməmişdir. Qeyd edilənlərə uyğun olaraq məhkəmə bildirir ki, əldən çıxmış fayda şəklində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona əldən çıxmış fayda şəklində zərərin vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları da təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmənin Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün əldən çıxmış fayda şəklində vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbinə dair lazımi sübutları məhkəməsinə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. Ona görə də məhkəmə bildirir ki, bu halda iddia tələbi təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən Zaqatala Rayon Vəkil Bürosunun hesabına ödənilmiş 320 (üç yüz iyirmi) manat vəkil xidmət haqqı və ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh2 qarşı “torpaq sahəsindən cavabdehin 2024-cü ilin oktyabr, noyabr, dekabr, o cümlədən, 2025-ci ilin yanvar, fevral, mart, aprel və may ayıları qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda qismində 12.000 (on iki min) manat pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi” tələbinə barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən Zaqatala Rayon Vəkil Bürosunun hesabına ödənilmiş 320 (üç yüz iyirmi) manat vəkil xidmət haqqı və ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №2(033)-192/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-192/2025
13.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver