Məhkəmə qərarları › İş №2(033)-2/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-2/2022

27.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-2/2022 27.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X16, iddiaçılar İddiaçı, X20, İddiaçı vəkili Vəkil1, cavabdeh X2 və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı və X20 cavabdehlər X9 və X14 qarşı birgə mülkiyyətdə olan torpaq sahələrinin bölünərək payların naturada müəyyən edilməsi və onlara aid hissədən cavabdehlərin çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı və X30 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR ƏMDK yanında DƏDRX-in 18 saylı ərazi idarəsi tərəfindən Zaqatala rayonunun Yuxarı Tala kəndində yaşayan cavabdeh X2 adına 01 avqust 2017-ci il tarixdə verilmiş RX seriyalı 1078102, 1078092, ******* nömrəli Dövlət Reyestrindən Çıxarışlara əsasən birgə mülkiyyətlərində olan torpaq sahələrinin bölünərək payların naturada ayrılması və onlara aid hissədən cavabdehlərin çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 03 dekabr 1997-ci il tarixdə Zaqatala rayonun Yuxarı Tala kənd sakini X12 ərə getmişdir. Həmin vaxt onlar mərhum qaynatası X7 təsərrüfatına daxil olmuşlar. Əri ilə birlikdə yaşadıqları müddətdə qızları X30 anadan olmuşdur və qızı hal hazırda iddiaçı ilə birlikdə yaşayır. Ailələri mərhum qaynatasının təsərrüfatında olmaqla təsərrüfatda cəmi beş nəfər olmuşdur. Təsərrüfatda o, əri, qaynatası, qaynanası X32 və qızları X30 olmuşdur. Kənddə torpaq islahatı həyata keçirilərkən təsərrüfatda olan dörd nəfər ailə üzvlərinin mülkiyyətinə cəmi 1,56 ha torpaq sahəsi verilmişdir. Qızlarının torpaq almaq hüququ olmadığı üçün ona torpaq payı verilməmişdir. X8 03 dekabr 1997-ci il tarixdə, qaynatası X15 08 mart 1999-cu il tarixdə, qaynanası X32 isə 04 fevral 2013-cü il tarixdə vəfat etmişlər və bundan sonra təsərrüfatda o və qızı X30 qalmışdır. Onların təsərrüfatlarında 0.20 ha həyətyani torpaq sahəsi olmuşdur. Hal hazıradək həmin təsərrüfatda o və qızı vardır. Lakin buna baxmayaraq cavabdeh qaynı X1 RİHB-nin Yuxarı Tala kəndi üzrə ərazi nümayəndəliyi ilə əlaqəyə girərək saxtakarlıq edərək mövcud vəziyyəti gizlətmək yolu ilə sənədləri saxtalaşdırmış və təsərrüfatlarına məxsus torpağı ələ keçirilmişdir. Bu İddiaçı 2018-ci ilin mart ayında məlum olmuşdur. Mərhum əri vəfat etdikdən iki il sonra həmin təsərrüfatda olmağına baxmayaraq o qızını da götürərək həmin evdən müvəqqəti olaraq başqa evə köçmüş və hal hazırda da orada yaşayır. Lakin cavabdeh kənd ərazi nümayəndəliyi ilə əlaqə yaratmış və saxta sənədlərlə qanun üzrə vərəsəlik alaraq qanuni onların mülkiyyətlərində olan əmlakı ələ keçirmişdir. Belə ki, Zaqatala RİHB-nin Yuxarı Tala kəndi üzrə ərazi nümayəndəliyi guya ki, qaynanasının ölümündən sonra təsərrüfatın bağlanmasını bəhanə edərək, qaynananın təsərrüfatında X2 və X13 olması da göstərilmişdir. Halbuki onların hər ikisinin ayrıca təsərrüfatları mövcud olmuşdur. Bu saxta sənədlərlə Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunda qanun üzrə vərəsəlik açılmış və təsərrüfatları kənar şəxslər tərəfindən ələ keçirilmişdir və həmin şəxslər də bununla əlaqədar qeydiyyat vəsiqəsi də almışlar. İddiaçılar İddiaçı və X30 iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək AR ƏMDK yanında DƏDRX-in 18 saylı ərazi idarəsi tərəfindən Zaqatala rayonunun Yuxarı Tala kəndində yaşayan cavabdeh X2 adına 01 avqust 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,2666 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,2524 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,1016 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,3816 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,2340 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,2718 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,1227 ha torpaq sahəsinin onların birgə mülkiyyətlərinə aid olan 4/8 hissəsinin, cavabdehə məxsus 4/8 hissəsindən naturada ayrılmasına və onlara aid (məxsus) hissəsindən cavabdehlərin çıxarılmasına dair dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh X10 İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət edərək İddiaçı iddiasının təmin edilməməsi barədə və ya faktiki istifadə etdikləri sahələrə uyğun olaraq sənədlərin yenidən işlənməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 31 oktyabr 2018-ci il tarixdə iddiaçı "mənim adıma 01.08.2017-ci il tarixdə verilmiş 1078102; ******* və ******* nömrəli Dövlət Reyestrindən çıxarışlarına əsasən birgə mülkiyyətlərində olan torpaq sahələrinin bölünərək payların müəyyən edilməsi" tələbi ilə Zaqatala rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Həmin sənədlərdə Seriya RX ******* nömrəli çıxarışla 0,2666 ha (çoxillik əkmə) kənd təsərrüfatı təyinatlı torpaq, ******* nömrəli çıxarışla 0.2524 ha (əkin) kənd təsərrüfatı təyinatlı torpaq, ******* nömrəli çıxarışla 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaqla 3/8 hissə İddiaçı; 1/8 hissə onun qızı X24: 2/8 hissə onun, X5; 2/8 hissə bacısı X13 adına pay kimi işlənmişdir. Əslində iddiaçının iddia etdiyi kimi birgə mülkiyyətlərində olan sözügedən çıxarışlarda göstərilən torpaq sahələrinin bölünərək payların müəyyən edilməsinə onun heç bir etirazı yoxdur. Onun iddiaçı Havva ilə aralarında yazılı razılaşma 07.09.2017-ci il tarixdə tərtib və təsdiq etdikləri "İzahat" vardır ki, paylarının müəyyən edilməsini tələb etdiyi 3 hissədə mübahisələndirilən çıxarışlarda mövcud bütün sahəni Havvanın istifadəsinə vermişdir. Havva isə söz vermişdir ki, onların istifadəsində qalan paylı mülkiyyətdə olan digər torpaqlara və yaşayış evinə heç bır vaxt iddiası olmayacaq, (yazılı izahatı etiraz ərizəsinə əlavə edir). Ona görə ki, qardaşı Muhuma 24.10.2001-ci ildə 28 yaşında vəfat etdikdən sonra yaşlı anası və atasına qulluq, xidmət göstərməkdən imtina etmiş, dərhal evi tərk edərək atası evinə getmişdir. Yaşlı anası və atasına son günə qədər o və bacısı birgə təsərrüfatda qalaraq qulluq, xidmət göstərmişik və son mənzilə yola salmışlar. İddiaçı 13 iyul 2018-ci il tarixdə Şəki İnzibali-İqtisadi Məhkəməsinə 01.08.2017-ci il tarixdə verilmiş RX seriyalı 1078102, ******* və ******* nömrəli Dövlət Reyestrindən çıxarışların ləğv edilməsinə və həmin torpaq sahələrinə dair qeydiyyat sənədlərinin öz adına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair əsassız iddia ərizəsi vermişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi 2-1(84)-1318/2018 nömrəli 18 sentyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı "X2 adına 01.08.2017-ci il tarixdə verilmiş RX seriyalı 1078102; ******* və ******* nömrəli çıxarışların ləğvi və həmin torpaq sahələrinə dair qeydiyyat sənədlərinin adına işlənməsi öhdəliyini cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın qərarı vermişdir. Mövcud qanunvericiliyə görə eyni predmet üzrə və iddiaçı, cavabdeh eyni olduqda, məhkəmənmin qüvvəyə minmiş qərarı olduqda iş məhkəmələrdə yenidən mübahisələndirilmir və işə xitam verilir. Ona görə də məhkəmə iddianın təmin edilməməsi barədə xitam çıxarmalıdır. Lakin bütün yuxarıda göstərdiklərinə baxmayaraq izahatında da etiraf etdiyi kimi cavabdehin adına olan cavabdehin və bacısı Nənənin istifadəsində olan RX seriyalı 1078090; 1078091; ******* nömrəli çıxarışlarda kənd təsərrüfatı torpaqları və RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,2340 ha həyətyanı təyinatlı torpaqlarda göstərilən payından imtina edərək onun və bacısı Nənənin adına sənədlər yenidən işlənərsə qaldırdığı iddia ilə razılaşa bilərlər. Bundan başqa məlumat üçün bildirir ki, 2008-2009-cu illərdə onun göstərdiyi yerdə o, oğlu Elnur və Elmir də ustalıq edərək, qardaşı Ramazan və həmkəndlisi X25 da fəhlə apararaq heç bir təmənnasız Havvanın evini tikib, mətbəx, hamam inşa edib içərilərini düzəldib təhvil vermişlər. (Usta və fəhlələr şahidlik edir.) Qardaşının vəfatından sonra Havva anası ilə birgə yaşayıb ona qulluq edərsə 6 nəfər vərəsələr evi və həyətyanı sahəni də ona verəcəklərini vəd etsələr də, Havva 2001-ci ildə qardaşlarının vəfatından dərhal sonra evi tərk edərək ata evinə getmiş və ayrıca təsərrüfatını yaratmışdır. 04 fevral 2013-cü ildə analarının vəfatından sonra 6 nəfər varisləri qalmışdır, o və bacısı Nənə həmin təsərrüfatda qeydiyyatda olduqlarına görə torpaq sənədləri onun adına işlənmiş və 4/8 hissə onun və Nənənin adına, 3/8 hissə Havvanın adına, 1/8 hissə isə qızı Aytənin adına paylı mülkiyyət kimi sənədləşdirilmişdir. İddiadan belə məlum olur ki, Havva 3 sənəd üzrə bölünərək paylarının müəyyən ediməsini tələb edir. Hansı ki, hər 3 sahəni bütövlükdə onun istifadəsinə özünün də razılığı ilə vermişlər. Ona görə də iddia tam əsassızdır və təmin edilməməlidir. Cavabdeh X3 nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək iddiaçılar İddiaçı və X20 '‘hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı 1078102, 1078092, 1078103, 1078091, 1078026, ******* və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar əsasında paylı mülkiyyətdə olan torpaq sahələri üzrə payların naturada ayrılması" tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar X34 və X30 iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı 1078102, 1078092, 1078103, 1078091, 1078026, ******* və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar əsasında paylı mülkiyyətdə olan torpaq sahələri üzrə payların naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qeyd olunan iş üzrə tərəflərə məxsus payların naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, ekspert tərəfindən məhkəməyə 30 aprel 2021-ci il tarixli ekspert rəyi təqdim edilmişdir. Ekspert rəyi ilə müəyyən olunduğu kimi tədqiqat Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və 0.7640 ha kənd təsərrüfatlı torpaq sahəsi üzrə aparılmışdır. Tərəflərin paylı mülkiyyətində olan 0.2340 ha həyətyanı torpaq sahəsi planda çoxbucaqlı formada olmaqla iki tərəfdən məhəllə daxili yol ilə digər tərəfdən isə qonşu sahələrlə əhatə olunur, torpaq sahəsinə hər iki yol tərəfdən giriş-çıxış vardır, torpaq sahəsinin daxilində 1 ədəd 1 mərtəbəli, 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evləri və yardımçı tikililər yerləşir. Torpaq sahəsinin iki tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq həmin sahədən 1170 kv.m sahənin ayrılaraq 4/8 paylı mülkiyyətçisinə verilə bilər. Göründüyü kimi, ekspert rəyində həyətyanı torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü müəyyən edilərkən sadəcə giriş çıxış yolu nəzərə alınmış, X7 xüsusi mülkiyyətində olan cavabdehlərin miras kütləsinə daxil fərdi yaşayış evi, həmin torpaq sahəsində 2016-cı ildə X3 şəxsi vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi, onların inşa olunma vəziyyəti və həyətyanı torpaq sahəsində inşa edilmiş digər tikililər nəzərə alınmamış, həmin tikililərə zərər gətirmədən torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü araşdırılmamışdır. Torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü həmin əraziyə giriş-çıxış yolunun olması ilə yanaşı, həmin ərazidə inşa edilmiş fərdi yaşayış evlərinin yerləşmə vəziyyəti nəzərə alınmaqla aparılmalı və həmin tikililərin təyinatına zərər yetirilməməlidir. Əgər payın naturada ayrılması fərdi yaşayış evlərinə tənasübsüz zərər vurmadan mümkün deyildirsə, iddiaçılara paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən payın dəyəri ödənilməli, dəyər ödənilmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət edilməlidir. Hazırki halda, torpaq sahəsinin naturada ayrılması mümkün olmadığından iddia həmin hissədə rədd edilməlidir. Bundan başqa, təqdim edilmiş ekspert rəyinin nəticə hissəsindən göründüyü kimi, ekspert kənd təsərrüfatlı torpaq sahələrinin naturada ayrılmasının mümkünlüyünü müəyyən edərkən orada əkilmiş 10-15 ədəd fındıq topalarının faktiki yerləşmə vəziyyətinə uyğun bölgü aparmış, lakin digər diqqətəlayiq halları nəzərə almamışdır. Belə ki, mübahisə predmeti olan kənd təsərrüfatlı torpaq sahələrindən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.1227 ha torpaq sahəsinin qonşuluğunda 2/8 hissədə paylı mülkiyyətçi X13 xüsusi mülkiyyətində olan 1304 kv.m torpaq sahəsi (A seriyalı 380205 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi) yerləşir. Bundan başqa, həmin torpaq sahələrindən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.3816 ha torpaq sahəsinin qonşuluğunda 2/8 hissədə paylı mülkiyyətçi X13 xüsusi mülkiyyətində olan 7323 kv.m torpaq sahəsi (A seriyalı 372628 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi) yerləşir. Göründüyü kimi, 0.1227 ha və 0.3816 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin naturada ayrılması müəyyən olunarkən ilk öncə paylı mülkiyyətçi X13 payı nəzərə alınmalı, həmin əraziyə bitişik onun mülkiyyətində olan digər torpaq sahəsindən ayrılmamaq şərti ilə onun payı müəyyən olunmalıdır. Həmin torpaq sahələri ayrı-ayrı ərazidə yerləşdiyi halda torpaq sahəsinin təyinatı üzrə istifadəsi mümkünsüz olacaq və bu da mülkiyyətçiyə ziyanın vurulması ilə nəticələnəcəkdir. Habelə, ekspert rəyində həmin kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin naturada ayrılması zamanı payçıların hər birinə giriş çıxış yolunun olubolmaması müəyyən olunmamışdır. Bundan başqa ekspert rəyində torpaq sahələrinin bölünməsinin mümkünlüyü ümumi göstərilsə də, bölgünün tərəflər arasında hansı qayda aparılması, iddiaçı və cavabdehlərə hansı hissədə verilməsi və dəqiq koordinatları göstərilməmişdir. Hazırda təqdim edilmiş ekspert rəyinə uyğun bölgü aparıldığı halda qəbul ediləcək məhkəmə qərarı qeyri-müəyyən olunacaq və tərəflər arasında uzun müddət davam edəcək mübahisələrin yaranmasına gətirib çıxaracaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdeh X21 məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X30 və İddiaçı vəkili Vəkil1 İddiaçı verdiyi izahata uyğun izahat verərək və çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X9 etiraz ərizələrinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o iş üzrə digər cavabdeh X13 nümayəndəsidir. Hazırki iddiaya baxılan zaman məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə keçirilən ekspertiza tədqiqatı zamanı, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/8 payının ayrılması mümkün hesab edilmiş, 0,2340 ha həyətyanı torpaq sahəsinin də 4/8 payı ayrılaraq iddiaçılara verilə bilər qeyd edilmişdir. Ekspert rəyində qeyd edilən qaydada 6 ədəd torpaq sahəsinin naturada bölünməsinə etirazları yoxdur. Lakin sözügedən 0,2340 ha həyətyanı sahədə yaşayış evi, mal damı, altıaçıq və digər tikililər vardır. Həmin tikililər torpaq sahəsinin müxtəlif hissələrində yerləşdiyinə görə 1170 kv.m sahənin ayrılması mümkün deyildir. Bundan əlavə qonşu torpaq sahələri qardaşı və digər qohumlarının mülkiyyətində olduğundan onlarla qonşuluq əlaqələrində də maneçilik olacaqdır. Həmin 1170 kv.m torpaq sahəsinin digər çoxillik sahələrdən iddiaçılarla razılığa gələrək ayrılmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun və cavabdehin verdiyi izahata oxşar məzmunda çıxış edərək iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 01.08.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X3 2/8 payı, X13 2/8 payı və X20 1/8 payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. A seriyalı 179946 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 01.08.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X3 2/8 payı, X13 2/8 payı və X20 1/8 payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. A seriyalı 179951 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 01.08.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X3 2/8 payı, X13 2/8 payı və X20 1/8 payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. A seriyalı 179950 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 01.08.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X3 2/8 payı, X13 2/8 payı və X20 1/8 payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. A seriyalı 179952 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 01.08.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X3 2/8 payı, X13 2/8 payı və X20 1/8 payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. A seriyalı 179947 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək çıxarışa əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,3816 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 01.08.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X3 2/8 payı, X13 2/8 payı və X20 1/8 payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən üzərində yerləşən ümumi sahəsi 48,70 kv.m olan fərdi yaşayış evi olan 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 03.08.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X3 2/8 payı, X13 2/8 payı və X20 1/8 payı olmaqla, ümumi sahəsi 48,70 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X7 adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi 29.07.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mülki işə əlavə edilmiş RX seriyalı ******* ******* ******* ******* ******* ******* və ******* nömrəli Dövlət Reyestrindən Çıxarışlar əsasında tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının və cavabdehin iştirakı ilə həmin torpaq sahələrinin istifadə vəziyyəti GPS aləti vasitəsi ilə ölçüldü və torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti Sxem (1 2 3 4 5 6) öz əksini tapmışdır. Mülkı işə əlavə edilmiş RX seriyalı ******* ******* ******* ******* ******* ******* və ******* nömrəli Dövlət Reyestrindən Çıxarışlar əsasında tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçılara düşən hər sahə üzrə 4/8 hissədən ibarət payın naturada bölündüyü halda bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada bölgüsü mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2019-cu il tarixli 13447 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən, Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində yerləşən, RX seriyalı 1078102, 1078092, 1078103, 1078103. 1078091, 1078026, ******* və ******* nömrəli Dövlət Reyestrindən Çıxarışlar əsasında tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçılara düşən hər sahə üzrə 4/8 hissədən ibarət payın naturada bölünməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 09 avqust 2020-ci il tarixli **********72 saylı mütəxəssis rəyinə əsasən, tədqiq olunan torpaq sahələrinin hər biri üzrə yerləşmə sxemi və koordinatlar tərtib edilmiş sxemlərdə əksini tapmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 1078102, 1078092, 1078103, 1078103. 1078091, 1078026, ******* və ******* saylı çıxarışlara əsasən tərəflərin paylı mülkiyyətində olan torpaq sahələrindən 4/8 payın naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün 0,2524 ha torpaq sahəsi orta hissədən uzununa doğru iki sahəyə (hər iki tərəfə 1 cərgə fındıq ağacları düşmək şərtilə) ayrılaraq, tərəflərin istifadəsinə verilə bilər. 0,2666 ha torpaq sahəsi tən orta hissədən uzununa doğru iki sahəyə ayrılaraq, tərəflərin hər birinin istifadəsinə boş torpaq sahəsi verilə bilər. 0,1227 ha torpaq sahəsində 1 cərgə fındıq ağacları əkildiyini nəzərə alaraq, həmin sahə orta hissədən, yəni başlanğıc sərhəddən təqribən 89 metr aralı hissədən eninə istiqamətdə iki sahəyə (hər iki tərəfə fındıq ağacları düşmək şərtilə) ayrılaraq, tərəflərin istifadəsinə verilə bilər. 0,3816 ha torpaq sahəsində 6 cərgə fındıq ağacları əkildiyini nəzərə alaraq, həmin sahə orta hissədən uzununa doğru iki sahəyə (hər iki tərəfə 3 cərgə fındıq ağacları düşmək şərtilə) ayrılaraq, tərəflərin istifadəsinə verilə bilər. 0,1016 ha torpaq sahəsinin boş sahədən ibarət olduğunu və bir tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin sahədən 508 kv.metr sahə ayrılaraq 4/8 payın mülkiyyətçisinə verilə bilər. 0,2718 ha torpaq sahəsinin boş sahədən ibarət olduğunu və bir tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin sahədən 1359,0 kv.metr sahə ayrılaraq 4/8 payın mülkiyyətçisinə verilə bilər. 0,2340 ha torpaq sahəsinin iki tərəfindən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin sahədən 1170,0 kv. metr sahə ayrılaraq 4/8 paylı mülkiyyətçisinə verilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. X26 Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 aprel 2022-ci il tarixli 618 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 10/1718 nömrəli rəyində göstərilənlərə uyğun olaraq iddiaçıların və cavabdehlərin payı naturada ayrılmış, ölçüləri, sərhədləri ve bölgü koordinatları naturada müəyyən edilmişdir (bölgü sxemləri əlavə edilməklə). Tədqiqatı aparılan torpaq sahələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan bölgü planlarında aydın şəkildə göstərilmişdir. Rəyə bölgü planları və baxış aktı əlavə olunur. X26 Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 500 manat təşkil edir. Azərbaycan Respublikası Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 avqust 2021-ci il tarixdə verilmiş 972 nömrəli arayışdan görünür ki, X3 Zaqatala rayonu Yuxarı Tala kəndində özünə məxsus 2016-cı ildə tikilmiş ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi var. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2666 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi 01.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi 01.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi 01.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,3816 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi 01.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 3/8 hissəsi və 1/8 hissəsi 01.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3/8 hissəsi və 1/8 hissəsi 01.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi 01.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, müvafiq olaraq iddiaçılar İddiaçı və X35 qızının adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı və X4 rayonu Yuxarı Tala kəndində yerləşən 0,2666 ha, 0,3816 ha və 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahələrinin, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0,1016 ha və 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin onlara məxsus 4/8 hissəsinin naturada ayrılmasını tələb edirlər. Cavabdeh X9 iddianın 6 ədəd torpaq sahəsinə aid hissədə təmin edilməsinə etiraz etmir. Lakin Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən üzərində yerləşən ümumi sahəsi 48,70 kv.m olan fərdi yaşayış evi olan 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində fərdi yaşayış evindən əlavə yardımçı sahələr inşa edildiyindən həmin torpaq sahəsinin ayrılmasının qeyri mümkün olduğunu nəzərə alaraq həmin torpaq sahəsinin 4/8 hissəsi olan 1170 kv.m torpaq sahəsinin iddiaçıların razılığı ilə digər çoxillik əkmələr üçün nəzərdə tutulmuş sahələrlə əvəzləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyinə əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən iddiaçıların paylı mülkiyyətində olan 0,2666 ha, 0,3816 ha və 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahələrinin, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0,1016 ha və 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinin 4/8 hissəsinin paylara münasib şəkildə naturada bölünməsi mümkün hesab edilmişdir. Məhkəmə X26 Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 aprel 2022-ci il tarixli 618 nömrəli mütəxəssis rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mehkeme Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 10/1718 nömrəli rəyində göstərilənlərə uyğun olaraq iddiaçıların və cavabdehlərin payı naturada ayrılmış, ölçüləri, sərhədləri ve bölgü koordinatları naturada müəyyən edilmişdir (bölgü sxemləri əlavə edilməklə). Tədqiqatı aparılan torpaq sahələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan bölgü planlarında aydın şəkildə göstərilmişdir. Rəyə bölgü planları və baxış aktı əlavə edilmişdir. Məhkəmə X26 Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 aprel 2022-ci il tarixli 618 nömrəli mütəxəssis rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyini sübut növü kimi qiymətləndirir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə cavabdehin iddiaçının iddia tələbində qeyd etdiyi torpaq sahələrinin başqa torpaq sahələri ilə əvəzləşdirilməsi, eyni zamanda naturada ayrılmalı olan torpaq sahəsində tikilinin olması və yenidən ekspertiza təyin olunması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki vəziyyətdə iddiaçının öz mülkiyyətində olan torpaq payının naturada ayrılmasına mane olan qanunsuz tikililərin olması və iddiaçıya aid hissənin müəyyən edilməməsi əsası ilə iddia rədd edilməklə, iddiaçını çıxılmaz vəziyyətə salmış olar, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqla, bu hüququ “xəyali” hüquqa çevirmiş olar. Bundan başqa, torpaq sahələrinin naturada ayrılması barədə ekspert və mütəxəssis rəyi mövcuddur. Yəni hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Bundan başqa torpaq sahəsi iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla verilib. Nə qədər ki, həmin çıxarışlar qüvvədədir, cavabdeh tərəf iddiaçıya verilmiş torpaq sahəsini də mübahisələndirə bilməz. Eyni zamanda cavabdeh tərəfin 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ayrılması əvəzinə ona başqa torpaq sahəsi verilməklə qətnamə çıxarılması barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, bununla bağlı iddiaçı tərəfin razılığı yoxdur və onun razılığı olmadan torpaq sahələrinin əvəzləşdirilməsi onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına əsas verir. Ona görə də, cavabdehin etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin bu hissədə rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən iddiaçıların və cavabdehlərin ümumi paylı mülkiyyətində olan 0,2666 ha, 0,3816 ha və 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahələrinin, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0,1016 ha və 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinin 4/8 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilən qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq digər paylardan ayrılması təmin edilməli, həmin torpaq sahəsi iddiaçıların faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə iddia tələbinin torpaq sahəsinin iddiaçılara məxsus hissəsindən cavabdehlərin çıxarılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən iddiaçıların və cavabdehlərin ümumi paylı mülkiyyətində olan 0,2666 ha, 0,3816 ha və 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahələrinin, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0,1016 ha və 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinin 4/8 hissəsi iddiaçıların mülkiyyətində olduğundan iddiaçılar mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdirlər, habelə hüquqlarını həyata keçirmə istəkləri cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin torpaq sahələrinin iddiaçılara məxsus hissəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçılarının mülkiyyətində olan torpaq sahələrinə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçılar mülkiyyətçi kimi mülkiyyətlərinə qəsd edən cavabdehlərin hərəkətlərinə son qoyulmaqla, mülkiyyətlərində olan torpaq sahələrinin onlara aid hissələrindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdırlar. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada tutularaq, əvvəlki ekspert rəyi ilə razılaşmayaraq ekspertiza və mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəf təkid göstərdiyindən aparılmış təkrar ekspertiza tədqiqatının dəyəri 50 manat isə iddiaçılardan müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməli, həmçinin 500 manat aparılmış mütəxəssis xərci iddiaçılardan müştərək qaydada alınaraq "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 01.08.2018-ci qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,2666 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 01.08.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 01.08.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 01.08.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,3816 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 01.08.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 01.08.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 01.08.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı və X24 aid ümumilikdə 4/8 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilən qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, mütəxəssis və ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılsın. Cavabdehlər X9 və X21 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 01.08.2018-ci qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,2666 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 01.08.2018ci il tarixli çıxarışda qeyd edilmiş 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 01.08.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 01.08.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,3816 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 01.08.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 01.08.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 01.08.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı və X24 naturada ayrılmış 4/8 hissəsindən çıxarılsınlar. İddiaçılar İddiaçı və X18 müştərək qaydada 50 (əlli) manat, cavabdehlər X9 və X11 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X19 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçılar İddiaçı və X18 müştərək qaydada 500 (beş yüz) manat mütəxəssis xərci isə alınaraq "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB400900C**********208. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar