Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-2/2023 24.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı ASC “Xalq” Bankın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC “Xalq” Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay müddətində banka mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 269,3 kv.m. ümumi, 83,2 kv.m. yaşayış, 186,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 23 nömrəli fərdi yaşayış evindən çıxarılmalarını, fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə 10 manat məbləğində dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ASC “Xalq” Bankın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 da məhkəməyə ərizə təqdim edərək iddiaçı ASC “Xalq” Bankın onlara qarşı verdiyi əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə ərizələri nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ASC “Xalq” Bankın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC “Xalq” Bankın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı ASC “Xalq” Bankına geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-2/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-2/2023
24.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver