Məhkəmə qərarları › İş №2(033)-210/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-210/2022

02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-210/2022 02.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı Notariat Kontoruna qarşı vərəsəliyin qəbul edilməsi faktının müəyyən edilməsi və çıxarışın verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, X4 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında fərdi yaşayış evi üzrə onlar tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik qaydasında mülkiyyət hüquqlarının tanınması, DƏDRX 18 saylı ərazi idarəsində dövlət qeydiyyatına alınmaqla adlarına çıxarışın verilməsinin həvalə edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hazırlıq iclasının təyin edilməsi haqqında ərizəçilər məlumatlandırılmasına baxmayaraq, onlar qeyd olunan tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi və Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu məhkəməyə ərizələr göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. ünvan 1 ünvanında yaşayan X2 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Ərizəçi1 və qeyriləri məhkəməyə ərizə ilə müraciət edərək mərhum anaları X5 miras qalmış əmlaka mirasın faktiki qəbuluna dair qərar qəbul olunmasını xahiş etmişlər. Qeyd edir ki, X3 qaynanası olmuşdur. Mərhum X7 vəfat etdikdən sonra miras əmlaka o və övladları tərəfindən faktiki sahiblik həyata keçirilmiş, həmin evdə qaynanasının sağlığında və vəfat etdikdən sonra onlar yaşamışlar. Hal-hazırda da yaşayırlar. Ərizəçilər miras əmlaka faktiki sahibliyi həyata keçirməmiş, mirası qəbul etməmişlər. Qeyd etdiklərinə əsasən hüquq haqqında mübahisənin olduğunu nəzərə alaraq ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı Notariat Kontoruna qarşı vərəsəliyin qəbul edilməsi faktının müəyyən edilməsi və çıxarışın verilməsi tələbinə dair ərizəyə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da təsdiq edə bilər. Göründüyü kimi, xüsusi icraat qaydasında işə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 12 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, ərizənin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri ərizəçiyə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı Notariat Kontoruna qarşı vərəsəliyin qəbul edilməsi faktının müəyyən edilməsi və çıxarışın verilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar