Məhkəmə qərarları › İş №2(033)-212/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-212/2025

14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-212/2025 14.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi Nümayəndə iştirakı ilə, Ərizəçi Nümayəndə Maraqlı şəxsnə qarşı “doğum faktının və qohumluq münasibətlərinin müəyyən edilməsi” nə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları m ü ə y y ə n e t d i: Ərizənin dəlilləri Ərizəçi Nümayəndə Maraqlı şəxsnə qarşı “doğum faktının və qohumluq münasibətlərinin müəyyən edilməsi” nə dair ərizə ilə müraciət edərək, onun xx.xx.1982-ci il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində doğum faktının müəyyən olunması, atasının X8, anasının isə X9masının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində doğulmuşdur. 10 fevral 2004-cü il tarixdə X21 ilə evlənmişlər. Birgə nikahdan xx.xx.2005-ci il tarixdə X16, xx.xx.2008-ci il tarixdə X23 və xx.xx.2011-ci il tarixdə X22 adlı övladları doğulmuşdur. xx.xx.2005-ci il tarixdə anadan olmuş övladı X16 işləmək məqsədi ilə dövlət qurumlarına müraciət etdikdə dövlət rüsumunun ödənilməsi haqqında məlumat tələb olunan sənədlər siyahısında ailə üzvlərinə məxsus doğum haqqında şəhadətnamələr, nikah haqqında şəhadətnamə və digər zəruri sənədlərin tələb olunduğu bildirilmişdir. Həmin vaxtadək heç vaxt ona doğum haqqında şəhadətnamə lazım olmamışdır. Lakin övladının işə düzəlmək üçün ona məxsus doğum haqqında şəhadətnamə lazım olduğu üçün xx.xx.2024-cü il tarixdə Maraqlı şəxsnə müraciət edərək ona doğum haqqında şəhadətnaməmin verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Qeydiyyat şöbəsi tərəfindən ona verilmiş rəsmi məlumata əsasən Maraqlı şəxs arxivində doğum haqqında akt qeydləri 1979-1985-ci illər üzrə yoxlanılmış və ona aid heç bir akt qeydinin aşkarlanmadığı bildirilmişdir. O, Aşağı Tala kəndində doğulmuşdur. Həmin ünvanda yaşamış və Tala kəndində yerləşən orta məktəbdə təhsil almışdıdr. Yuxarıda qeyd etdiklərinə əsasən doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, şahidlərin ifadələri Ərizəçi Nümayəndə məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, o, xx.xx.1982-ci il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində doğulmuşdur. Valideynləri bir müddət rayonda yaşamışlar, daha sonra isə Rusiya Federasiyasına getmişlər. Anası ilə tez-tez telefon vasitəsi ilə əlaqə saxlayır. Atası isə ötən il vəfat etmiş və Rusiya Federasiyasında dəfn olunmuşdur. O, öz istəyi ilə rayonda qalmış, valideynləri isə onun yanına gedib-gəlirmişlər, ona maddi və mənəvi dəstək göstərmişlər. Bacısı ilə də əlaqəsi vardır, o, Rusiyada yaşayır və orada ərə köçmüşdür. Atası ölməmişdən 3 il əvvəl anası ilə boşanmışdır. Atası başqa qadınla, anası isə başqa bir adamla yaşamağa başlamışdır. 27 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Maraqlı şəxs aparıcı məsləhətçisi X32 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. 11 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X17 göstərmişdir ki, ərizəçi Nümayəndə onun qardaşı qızıdır. X24 ilə Kirovskiy vilayətində evlənmişlər, toylarında o, da iştirak etmişdir. Ərizəçi Nümayəndə xx xxxx 1982-ci ildə X2 ilə X7 birgə nikahından Zaqatala rayonunun Aşağı Tala kəndində doğulmuşdur. Qardaşı Rusiyada evləndikdən sonra rayona ata-anasının yanına gəlmiş və burada da valideynləri ona toy şənliyi keçirmişlər. Qardaşı Seyfulla bir il olar ki vəfat etmiş və Rusiyada dəfn edilmişdir. Qardaşı vəfat etməmişdən 2 il əvvəl arvadı Yekaterina ilə ayrılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, ərizəçi onun qardaşı qızıdır. Samila Zaqatala rayonunun Aşağı Tala kəndində xx xxxx 1982-ci ildə X2 ilə X7 birgə nikahından doğulmuşdur. Qardaşı Seyfullah və arvadı Yekaterina Kirovskiy vilayətində evlənmişlər, daha sonra atası onları Azərbaycana dəvət etmişdir. 1981-ci ildə rayonda onların toyları olmuş və kəbinləri kəsilmişdir. Həmin vaxtı o 3-cü sinif şagirdi olmuşdur. Bir müddət sonra ərizəçi doğulmuşdur. Daha sonra qardaşı ailəsi ilə Rusiyaya geri qayıtmışdır. Ərizəçi isə onlara və onun anasına çox bağlı olduğu üçün rayonda qalmışdır. X2 və arvadı X11 tez-tez rayona gəlib-qayıtmışlar. Daha sonra isə onlarında münasibətləri pozulduğundan rayona gəlməmişlər. Ərizəçinin bacısı vardır. Ərizəçi Zaqatalada doğulmuş və onu nənəsi baxıb böyütmüşdür. İşə əlavə edilmiş sənədlər AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx xxxx 1982-ci ildə doğulmuşdur. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T 015446 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X21 ilə xx.xx.1982-ci il təvəllüdlü X18 arasında nikah 10 fevral 2004-cü il tarixdə bağlanmış, 34 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə İsgəndərov, arvada İsgəndərova soyadı verilmişdir. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T 287087 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 12 aprel 2005-ci ildə doğulmuşdur. X3 və Nümayəndədır. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 070051 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 11 mart 2008-ci ildə doğulmuşdur. X3 və Nümayəndədır. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 795219 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 20 dekabr 2011-ci ildə doğulmuşdur. X3 və Nümayəndədır. Maraqlı şəxs tərəfindən verilmiş 31 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Nümayəndə Maraqlı şəxs arxivində doğum haqqında akt qeydləri 1979-1985-ci illər üzrə yoxlanılmış və ona aid heç bir akt qeydi aşkarlanmamışdır. Ona doğum haqqında akt qeydinin tərtib olunması və doğum haqqında şəhadətnamənin verilməsi tərəflərindən mümkün olmamışdır. Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Rusiya Federasiyası Kirov rayonu ədliyyə nazirliyi VVAQ şöbəsi Muraşinsk rayonlararası şöbəsinin Oparino bölməsi tərərəfindən verilmiş A-00017 saylı nikahın bağlanması haqqında arayışdan görünür ki, xx.xx.1958-ci ildə doğulmuş X10 ilə xx.xx.1962-ci ildə doğulmuş-X4 arasında nikah 04 aprel 1981-ci il tarixdə bağlanmış, 23 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Mamkayev, arvada Mamkayeva soyadı verilmişdir. Rusiya Federasiyası Kirov rayonu ədliyyə nazirliyi VVAQ şöbəsi Muraşinsk rayonlararası şöbəsinin Oparino bölməsi tərərəfindən verilmiş A-00019 saylı doğum haqqında arayışdan görünür ki, X19 11 yanvar 1984-cü ildə doğulmuşdur. X1 və X6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki-Zaqtaala regional Təhsil İdarəsinin Zaqatala rayon Təhsil Sektoru A.Qurbanov adına Üçüncü Tala kənd tam orta ümumi təhsil məktəbi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli arayışdan görünür ki, X18 həqiqətən məktəbin əsas təhsil pilləsini bitirərək ona 28 fevral 2000-ci il tarixli B N 266500 nömrəli şəhadətnamə verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda, doğuşa kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə, şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» 2.1-ci bəndinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.5-ci bəndinə əsasən, qeydiyyat şöbəsində doğum faktının qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd, valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd təqdim edilməlidir. 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.8.1-ci bəndinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın 2.2.2-ci bəndinə əsasən tərcümeyi-hal Dövlət qulluqçusunun şəxsi işinin birinci hissəsinə tikilən sənədlərdəndir. “Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları” nın 2-ci bəndinə əsasən Dövlət qulluğuna qəbul edilmək məqsədi ilə müsabiqədə iştirak etmək istəyən şəxsin sənədləri qəbul edildikdən sonra üç iş günü müddətində Mərkəz aşağıdakı orqanlara sorğular göndərir. 3-cü bəndinə əsasən mərkəzin sorğularına dövlət qulluğuna qəbul edilmək istəyən şəxs tərəfindən əl ilə doldurulmuş və imzalanmış kadrlar uçotunun şəxsi vərəqəsi əlavə edilir. 4-cü bəndinə əsasən göndərilmiş sorğulara müvafiq orqanlar tərəfindən beş iş günü müddətində yoxlama aparılır və sorğunu göndərən Mərkəzə müvafiq qaydada rəsmi cavab verilir. Kadrlar uçotunun şəxsi vərəqəsində soyadı, adı, atasının adı, doğulduğu tarix, yaxın qohumlarının siyahısı, məhkəmə məsuliyyətinə cəlb olub-olmamasını və s. məlumatlar əks etdirilməlidir. “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə olan Dövlət qulluğu üzrə müraciət Formasının Vətəndaşın ailə vəziyyəti və yaxın qohumları haqqında məlumatlar üçün nəzərdə tutulan 16-cı bəndində Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciət etmiş şəxsin ailə vəziyyəti yaxın qohumları (atası, anası, qardaşları, bacıları, arvadı (əri), uşaqları, qayınatası, qayınanası, qayınları, baldızları haqqında məlumatlar, o cümlədən həmin şəxslərin soyadı, adı və atasının adı, doğulduğu tarix (gün, ay, il) və yer göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, müəyyən edilmiş hallar ondar ibarətdir ki, xx.xx.1958-ci ildə Azərbaycan SSR-in Zaqatala raqonun A.Tala kəndində doğulmuş X10 ilə xx.xx.1962-ci ildə Kirov vilayətinin Oparinsk rayonunun Lesorubovski kəndində doğulmuş X4 xx.xx.1981-ci il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra ərə Mamkayev, arvada Mamkayeva soyadı verilmişdir. Ər-arvadın birgə nikahından xx.xx.1982-ci il tarixdə Zaqatala rayonunun Aşağı Tala kəndində ərizəçi doğulmuşdur. Ərizəçinin adına xx.xx.1982-ci ildə doğulmasının təsdiq olunduğu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, eləcə də nikah haqqında şəhadətnamə verilmişdir. Ərizəçi, doğum haqqında şəzadətnaməsi olmadığından müvafiq sənədin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, sonuncu isə onun doğum haqqında akt qeydinin olmadığını bildirmişdir. Ərizəçinin oğlunun Dövlət orqanında dövlət qulluğuna qəbul edilməsi üçün ərizəçinin soyadı, adı, atasının adı, doğulduğu tarix (gün, ay, il) və yer haqqında məlumatlar aidiyyəti orqana verilməli olsa da, ərizəçinin doğumu qeydə alınmadığından və sadalanan faktları təsdiq edən sənədlərin başqa qaydada alınması mümkün olmadığından, ərizəçinin oğlu dövlət qulluğuna qəbul edilmək hüququnu həyata keçirə bilmir. Məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, ərizəçinin atasının xx.xx.1958-ci ildə Azərbaycan SSR-in Zaqatala rayonunun A.Tala kəndində doğulmuş - X10, anasının isə xx.xx.1962 -ci ildə Rusiya Federasiyası Kirov vilayəti Oparinsk rayonu, Lesoruboski kəndində doğulmuş X9ması, ərizəçinin onların birgə nikahından xx.xx.1982-ci il tarixdə Zaqatala rayonunun Aşağı Tala kəndində doğulması faktları tam təsdiq olunduğundan və ərizəçinin oğlunun dövlət qulluğuna qəbul edilmək hüququnu həyata keçirməsi həmin faktların müəyyən edilməsindən asılı olduğundan, faktı təsdiq edən sənədlərin isə başqa qaydada alınması mümkün olmadığından, ərizəçinin xx.xx.1982-ci il tarixdə Zaqatala rayonunun Aşağı Tala kəndində doğulması faktı və atasının xx.xx.1958-ci ildə Azərbaycan SSR-in Zaqatala rayonunun A.Tala kəndində doğulmuş - X10, anasının xx.xx.1962-ci ildə Rusiya Federasiyası Kirov vilayəti Oparinsk rayonu, Lesoruboski doğulmuş X5ması müəyyən edilməli, ərizə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ərizəçi Nümayəndə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305-307 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Nümayəndə xx xxxx 1982-ci il tarixdə Azərbaycan Respublikasının Zaqatala rayonunun Aşağı Tala kəndində doğulması faktı, atasının xx.xx.1958-ci ildə Azərbaycan SSR-in Zaqatala rayonunun A.Tala kəndində doğulmuş X10, anasının xx.xx.1962-ci ildə Rusiya Federasiyası Kirov vilayəti Oparinsk rayonu, Lesoruboski kəndində doğulmuş X5ması müəyyən edilsin. Ərizəçi Nümayəndə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar