Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-23/2023 06.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh2 qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onlara məxsus olan torpaq sahələrindən məcburi qaydada çıxarılmasına, cavabdeh tərəfindən olunan qanunsuz maneələrin aradan qaldırılmasına və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların mülkiyyətində Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. O, çıxarışı xx.xx.2021-ci il tarixdə almışdır. Həmin torpaq sahəsi ona, X10, X11, X12 və X6 ümumi birgə mülkiyyət üzrə məxsusdur. Onun mülkiyyətində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də vardır. O, çıxarışı xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında almışdır. 0.36 ha torpaq sahəsi əvvəllər mərhum anası X2 məxsus olmuşdur. Hal-hazırda həmin torpaq sahələri Cavabdeh1 tərəfindən zəbt olunmuşdur. Cavabdeh1 torpaq sahələrini özbaşına zəbt etmişdir. Cavabdeh onlara məxsus olan torpaq sahələrindən çıxmaq istəmir. Hətta onu ora girməyə qoymur. Cavabdehin mülkiyyətinə qanunsuz müdaxiləsi nəticəsində onun mülkiyyət hüquqları pozulmuş, öz mülkiyyətindən sərbəst şəkildə istifadə hüququ əlindən alınmışdır. Cavabdehin maneçiliyi nəticəsində o, torpaq sahələrindən gəlir də götürə bilmir. Həmçinin onun da torpaq sahələrinə girişinə maneəçilik törədir. Cavabdehə dəfələrlə həmin torpaq sahələrindən çıxmasını xahiş etsə də, Cavabdeh1 həmin torpaq sahələrindən çıxmamışdır. O, bir neçə dəfə də mobil telefon vasitəsi ilə Cavabdeh1 zəng edərək onun torpaqlarından çıxmasını bildirmişdir. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı ərizə ilə müraciət edərək ona məxsus torpaq sahəsinin Cavabdeh1 Qurman oğlu tərəfindən yox, Cavabdeh2 tərəfindən zəbt edildiyini və Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi icraata qəbul edilərək Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilmiş və sonuncu cavabdeh qismində cəlb edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Həmin torpaq sahəsini hazırda o istifadə etmir, başqa Sultan adlı şəxs istifadə edir. Lakin buna baxmayaraq onun həmin torpaq sahəsindən çıxarılması ilə bağlı qətnamə qəbul edilməsinə də etiraz etmir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********24 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xüsusi mülkiyyət kimi tam pay olaraq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 223 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********30 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət kimi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə İddiaçı, X7, X8, X9 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində 218 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 tərəfindən deyil, digər vətəndaş tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, X5, X8, X9 və X4 ümumi birgə mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu. Əliabad qəsəbəsində yerləşən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 tərəfindən deyil, digər vətəndaş tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 mart 2023-cü il tarixli 10/85 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 tərəfindən deyil, digər vətəndaş tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, X7, X8, X9 və X4 ümumi birgə mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 tərəfindən deyil, digər vətəndaş tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədbiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 tərəfindən bütövlüklə istifadə edilir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. (Yerquruluşu Planı 1). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, X7, X8, X9 və X4 ümumi birgə mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 tərəfindən bütövlüklə istifadə edilir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. (Yerquruluşu Planı 2). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5963 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 tərəfindən bütövlükdə istifadə edilir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, X5, X8, X9 və X4 ümumi birgə mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 tərəfindən bütövlükdə istifadə edilir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair 23 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədbiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,36 ha və 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının tam pay olaraq mülkiyyətində, 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə iddiaçı ilə yanaşı daha 4 subyektin ümumi birgə mülkiyyətindədir. Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində 223 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmış, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində 218 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmış və müvafiq çıxarışlarla rəsmiləşdirilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdeh İddiaçı çıxarılmasını və cavabdeh tərəfindən qanunsuz olaraq yaradılmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etmiş və iddia ərizəsinin təmin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 tərəfindən bütövlükdə istifadə edilir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, X5, X8, X9 və X4 ümumi birgə mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 tərəfindən bütövlükdə istifadə edildiyi müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,36 və 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh2 iddiaçıya məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,36 ha və 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən bütövlükdə istifadə edir. Cavabdehin həmin torpaq sahələri üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda həmin torpaq sahələrindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahələrindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh2 iddiaçıya məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və İddiaçı, X5, X8, X9 və X4 ümumi birgə mülkiyyətində olan 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və iddiaçının torpaq sahələrindən istifadə etməsinə qarşı yönəlmiş Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının və 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə İddiaçı, X5, X8, X9 və X4 xüsusi mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 hazırda 0,36 ha və 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə heç bir hüququ yoxdur. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfin məhkəmə iclasında qeyd etdiyi arqumentlər, yəni torpaq sahəsindən hazırda istifadə etməməsi iddiaçının mülkiyyət hüquqlarının bərpasına maneə ola bilməz. İddia təmin edildiyindən İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci isə tərəflərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X14, X15, X16 və X13 məxsus olan, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********30 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın . Cavabdeh2 İddiaçı məxsus olan, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********24 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli çıxarışda göstərilən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın . Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********30 olan 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və reyestr nömrəsi **********24 olan 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı istifadəsinin qarşısının alınmasına yönəlmiş Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-23/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-23/2023
06.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver