Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-242/2022 22.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın yarı dəyərinin, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin cavabdehlə aralarında bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın-mənzilin yarı dəyərinin 15000 manatın cavabdeh tərəfindən ona ödənilməsi, bu mümkün olmazsa ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin cavabdehlə aralarında bölünməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın 1/2 hissəsi onun , digər 1/2 hissəsi Cavabdeh xüsusi-paylı mülkiyyətindədir. Mülkiyyət hüququ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi olan Çıxarışa əsasən təsbit edilmişdir. Cavabdeh mərhum oğlu X3 həyat yoldaşı olmuşdur. Hazırkı iş üzrə iddia ərizəsinin predmetini təşkil edən daşınmaz əmlak da məhz sonuncudan miras qalmaqla qanun üzrə vərəsəlik hüququ əsasənda 1/2 pay ona, 1/2 pay isə cavabdehə verilmişdir. Qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)- 290/2020 saylı qətnaməsinə əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın naturada texniki cəhətdən bölünməsi mümkün deyildir. Hazırki iş üzrə tərəflərin -onunla cavabdehin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. Hər birinin payı bərabərdir və həmin əmlakın naturada bölgüsü mümkün deyildir. Digər paylı mülkiyyətçidən payının dəyərinin ödənilməsini tələb etmək onun hüququdur. O bu hüququndan istifadə edərək cavabdehdən payının dəyərini - 15 000 manat tələb edir. O, maddi cəhətdən imkansızdır. Ona görə də, cavabdehə mülkiyyətdə olan payının əvəzinə kompensasiya təklif edə bilmir. Hərgah, bu mümkün olmazsa, onda Cavabdeh ilə onun ümumi paylı mülkiyyətlərində olan ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin cavabdehlə onun arasında bölünməsini tələb edir. Hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsi üzrə daşınmaz əmlakın dəyərinin yarısının ödənilməsinə etirazı yoxdur. Lakin daşınmaz əmlakın hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin iddiaçı ilə onun arasında bölünməsi hissəsini qəbul etmir. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsində müəyyən edilmişdir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək məhkəmə iclasında xəstəliyi ilə əlaqədar iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, İddiaçı vəkili Vəkil ərizə ilə müraciət edərək mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Belə vəziyyətdə məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən ekspert rəyinə uyğun olaraq əmlakın iddiaçıya məxsus hissəsinin dəyərinin iddiaçıya ödənilməsi hissəsində qəbul etdiyini, iddia tələbini ümumi birgə mülkiyyətdə olan əmlakın hərracda satılaraq dəyərinin mülkiyyətçilər arasında bölünməsi hissəsində qəbul etmədiyini bildirdi. İddia tələbinin qismən təmin edilməsini və tələbin əmlakın hərracda satılması hissəsində rədd edilməsini xahiş etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, reyestr nömrəsi **********85-05101-093003 Zaqatala şəhəri S.Qaziyeva küçəsi ev 20-də yerləşən 4 nömrəli mənzil 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh adlarına paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-290/2020 nömrəli 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı sonuncu ilə onun ümumi paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın natura qaydasında bölünməsini, həmin bölgü mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satış pulunun cavabdehlə arasında bərabər qaydada bölünməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2022-ci il tarixli 10/1938-9/2100 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzil paylı mülkiyyət hüququ əsasında 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə Cavabdeh məxsus olan daşınmaz əmlakın hazırkı (mövcud) vəziyyətdə orta bazar qiymətlərinə uyğun olaraq ilkin satış dəyəri təqribən 23160,0 manat məbləğində məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2022-ci il tarixli 10/1938-9/2100 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə görə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.3-cü maddəsinə müvafiq olaraq paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzil paylı mülkiyyət hüququ əsasında 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə Cavabdeh məxsusdur və həmin əmlak Daşınmaz Əmlakın Dövlət Reyestrində onların adına qeydiyyata alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı paylı mülkiyyət hüququ əsasında ona və cavabdehə məxsus mənzildə payların naturada ayrılması üçün Zaqatala Rayon Məhkəmə\sinə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsinin 2(033)- 290/2020 nömrəli 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı sonuncu ilə onun ümumi paylı mülkiyyətlərində olan ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakın natura qaydasında bölünməsi, həmin bölgü mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satış pulunun cavabdehlə arasında bərabər qaydada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı cavabdehə qarşı daşınmaz əmlakın yarı dəyərinin, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin cavabdehlə aralarında bölünməsi tələbi ilə müraciət etmiş və Cavabdeh tələbi qismən qəbul edərək əmlakın yarı dəyərinin iddiaçıya ödənilməsi hissəsində qəbul etdiyini bildirmiş və qalan hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2022-ci il tarixli 10/1938-9/2100 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzil paylı mülkiyyət hüququ əsasında 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə Cavabdeh məxsus olan daşınmaz əmlakın hazırkı (mövcud) vəziyyətdə orta bazar qiymətlərinə uyğun olaraq ilkin satış dəyəri təqribən 23160,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzil İddiaçı (1/2 hissə), Cavabdeh (1/12 hissə) adlarına paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Həmin mənzilin paylı mülkiyyətçilərinin payalarına münasib olaraq naturada bölünməsi mümkün olmamışdır Cavabdeh Hacıyeva X4 şəhəri S.Qazıyeva küçəsi ev 20, mənzil 4 ünvanında yerləşən mənzilə sahiblik etməklə ondan istifadə edir. İddiaçı mülkiyyətində olan yaşayış evindən istifadə edə bilmir. Göründüyü kimi, İddiaçı və Cavabdeh paylı mülkiyyət hüququ üzrə məxsus olan həmin fərdi yaşayış evindən Cavabdeh istifadə edir və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzilin paylara münasib olaraq naturada bölünməsi mümkün olmadığından fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən olan iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan Cavabdeh tələb etmək hüququna malikdir. Göründüyü kimi, mübahisəli mənzildən tərəflərin birgə istifadə etməsi, eyni zamanda həmin fərdi yaşayış evindən tərəflərin payının naturada ayrılması mümkün deyildir. İddiaçı ilk növbədə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzilin dəyərinin yarısının cavabdeh tərəfindən ona ödənilməsi, bu mümkün olmadıqda həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin cavabdehlə onun arasında bölünməsini xahiş etmişdir. İddiaçı, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzilin yarı dəyərini 15000 manat qiymətləndirsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mənzilin ümumi dəyəri 23160 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzilin dəyərindən iddiaçının payına mütənasib həcmdə iddiaçıya kompensasiya ödəməkdən imtina edilmədiyindən və həmin mənzilin dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2022-ci il tarixli 10/1938-9/2100 nömrəli ekspert rəyi ilə 23160 manat müəyyən edildiyindən İddiaçı iddia tələbi ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzilin yarı dəyəri olan məbləğin cavabdehdən alınaraq ona ödənilməsi hissəsində qismən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2022-ci il tarixli 10/1938-9/2100 nömrəli ekspert rəyinə uyğun təmin edilməlidir. Məhkəmə iddia tələbinin ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin cavabdehlə iddiaçının arasında bölünməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, qanunverici tərəfindən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə biləcəyini qeyd etmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m paylı mülkiyyətçiləri olan iddiaçı və cavabdeh həmin evin dəyərinin yarısının kompensasiya şəklində cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə həmfikirdilər və məhkəmə tərəfindən birgə mülkiyyətdə olan əmlakın Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən bölünməsində və ya ondan pay ayrılmasında açıq-aşkar məqsədəuyğunsuzluqlar aşkar edilməmişdir. Odur ki, iddia ərizəsi qismən təmin edilməli, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzilin dəyəri olan 23160 manat pul vəsaitinin, ikidə bir hissəsi olan 11580 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməklə tərəflərin paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m mənzildə iddiaçının paylara hüququ itirilmiş hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı dövlətə ödənilmiş 180 manat məbləğində rüsum iddiaçı tərəfindən tələb edilmədiyindən, 180 manat məbləğində rüsum xərci iddiaçıya aid edilməlidir. İddia təmin edildiyindən, məhkəmə mübahisə predmeti olan fərdi yaşayış evinin qiymətinin məhkəmə çəkişməsi dövründə müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci tərəflərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Odur ki, şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzilin dəyəri olan 23160 (iyirmi üç min bir yüz altmış) manat pul vəsaitinin, ikidə bir hissəsi olan 11580 (on bir min beş yüz səksən) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməklə tərəflərin paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzildə iddiaçının payına hüquqları itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı dövlətə ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində rüsum iddiaçının özünə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-242/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-242/2022
22.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver