Məhkəmə qərarları › İş №2(033)-279/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-279/2021

22.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-279/2021 22.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X11 katibliyi Ərizəçi vəkili X12 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı X8 və X7 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının və qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum X6ndan və mərhum analığı X9 miras qalmış Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən 0,5996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə, vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi X4 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia ərizəsindən vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması hissəsinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi X15 iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Zaqatala rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X19 onun atasıdır. Atası ilə mərhum analığı X13 birlikdə ümumi birgə mülkiyyətinə Zaqatala rayonu Üçüncü Tala kəndində (keçmiş Dombabinə kəndi) 0,5996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsindən 25 noyabr 2020-ci il tarixdə çıxarış verilmişdir. X6 04 dekabr 2009-cu il tarixdə, analığı X17 isə 22 may 2014cü il tarixdə vəfat etmişlər. Onların ölümündən sonra Zaqatala rayonu Üçüncü Tala kəndində 0,5996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. Miras əmlakı o, qəbul etmişdir. Torpaq sahəsinin vergisini o, ödəyir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi də mərhum atası və analığından miras qalmış Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən 0,5996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qanun üzrə vərəsəlik hüququnun və mirasın qəbulu faktının müəyyən edilməsidir. Eyni zamanda bildirir ki, mərhum analığı X17 09 iyun 2009-cu il tarixdə kənd bələdiyyəsində vəsiyyətnamə tərtib edərək özünə məxsus daşınmaz əmlaklarını, mallarını ona vəsiyyət etmişdir. O, miras qalmış torpaq sahəsinə sahiblik etməklə (idarə etməklə) faktiki olaraq qəbul etmişdir. O, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X23 ərizənin məzmununa uyğun izahat verərək onun doğma qızı olan-Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili X20 çıxış edərək iddianın təmin edilərək Ərizəçi mərhum X6ndan və mərhum analığı X9 miras qalmış Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən 0,5996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 18 fevral 2021-ci il tarixdə verilmiş 05/Q-257/69 nömrəli çıxarışdan görünür ki, X19 ilə X24 29 iyul 1957-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 31 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “İsmayılov”, arvad isə “İsmayılova” soyadını qəbul etmişlər. İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 18 fevral 2021-ci il tarixdə verilmiş 05/Q-256/69 nömrəli çıxarışdan görünür ki, xx xxxxx 2000-ci il təvəllüdlü Ərizəçi X6, anası isə X18r. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Dombabinə KİƏD-nin nümayəndəliyi tərəfindən 07 dekabr 2009-cu il tarixdə verilmiş AZ-İ 351415 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 04 dekabr 2009-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2009-cu ilin dekabr ayının 07-də 16 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Üşüncü Tala kənd ərazi nümayəndəliyi tərəfindən 10 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İİ 140783 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 22 may 2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin may ayının 26-da 11 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********51 daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyata alınmış Zaqatala rayonu, Üçüncü Tala kəndində (keçmiş Dombabinə kəndi) yerləşən 0,5996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X14 və X10 adına 25 noyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Üçüncü Tala bələdiyyəsinin 08 dekabr 2020-ci il tarixli 159 nömrəli arayışından görünür ki, Ərizəçi mərhum X6na məxsus torpaq sahəsinin vergi borcunu vaxtı-vaxtında ödəyir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu İcra Hakimiyyəti Üçüncü Tala kənd inzibati ərazi dairəsi tərəfindən 12 noyabr 2020-ci il tarixdə verilmiş 439 nömrəli arayışdan görünür ki, X19 öldüyü günədək, yəni 04 dekabr 2009-cu il tarixədək Zaqatala rayonu Mamqabinə kəndində yaşamışdır. Onun vəfatından sonra X17, X23 və Ərizəçi adlı varisləri qalmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu İcra Hakimiyyəti Üçüncü Tala kənd inzibati ərazi dairəsi tərəfindən 12 noyabr 2020-ci il tarixdə verilmiş 438 nömrəli arayışdan görünür ki, X17 öldüyü günədək, yəni 22 may 2020-ci il tarixədək Zaqatala rayonu, Üçüncü Tala kəndində (keçmiş Dombabinə kəndi) yaşamışdır. Mərhumun birinci və ikinci dərəcələri varisləri yoxdur. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu İcra Hakimiyyəti Üçüncü Tala kənd inzibati ərazi dairəsi tərəfindən 12 noyabr 2020-ci il tarixdə verilmiş 440 nömrəli arayışdan görünür ki, Ərizəçi nümayəndəliyin 8 saylı təsərrüfatbaşına kitabın 8 səhifəsində onun ailə tərkibi anası- X23 və özündən ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon 2 saylı Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış noyabr 2020-ci il tarixli məktubdan görünür ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün miras qoyanla qohumluq əlaqələrini müəyyən edən sənəd təqdim edilməlidir. Miras qoyan X17 ilə qohumluq əlaqələrini müəyyən etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi mərhum X6 29 iyul 1957-ci il tarixdə X17 ilə evlənmişlər. Onların birgə nikahlarından uşaqları olmamışdır. Bundan sonra ərizəçinin mərhum atası ilə X23 qeyri-rəsmi evlənmişlər. Onların birgə nikahlarından xx xxxxx 2000-ci il təvəllüdlü Ərizəçi adlı uşaqları anadan olmuşdur. Ərizəçinin mərhum X6 04 dekabr 2009-cu ildə, analığı X17 isə 22 may 2014-cü ildə vəfat etmişdir. Onlar öldüyü günədək Zaqatala rayonu Üçüncü Tala kəndində yaşamışdır. X3 birinci dərəcəli vərəsəsi qızı-Ərizəçi qalmışdır. X1 isə birinci dərəcəli vərəsələri yoxdur. X3 birinci dərəcəli vərəsəsi Ərizəçi Zaqatala rayonu Üçüncü Tala kəndində qeydiyyatda olmaqla mərhum atasından və analığından miras qalmış torpaq sahəsindən istifadə edirək vergi borclarını da özü ödəmişdir. Dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu, Üçüncü Tala kəndində yerləşən 0,5996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X14 və X10 adına 25 noyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X5 və X10 vəfatından sonra ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus olmuş torpaq sahəsindən onun vərəsəsi olan Ərizəçi istifadə edir. Mülki iş üzrə ərizəçi miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edir. Ərizəçi mərhum atasının və analığının vəfatından sonra həmin torpaq sahəsindən istifadə edirək mirası qəbul etmiş, lakin miras qalmış əmlaka dair vərəsəliyin qəbulu ilə əlaqədar müraciət etməmişdir. Ərizəçi miras qalmış torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən 0,5996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə mülki iş materiallarını araşdırıb ərizəçinin nümayəndəsinin və onun vəkilinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmələr mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə onu da nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün 28 sentyabr 1979-cu il tarixli «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələri haqqında» 5 №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, onlan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, X3 birinci dərəcəli vərəsəsi Ərizəçidır. X1 isə vərəsələri yoxdur. Belə ki, X3 birinci dərəcəli vərəsəsi olan qızı-Ərizəçi Zaqatala rayonu Üçüncü Tala kəndində qeydiyyatda olmaqla mərhum atasından və analığından miras qalmış torpaq sahəsindən istifadə edərək vergi borclarını da özü ödəmişdir. Eyni zamanda mərhum X17 özünə məxsus olan əmlakını Ərizəçi vəsiyyət etmişdir. Ona görə də, miras əmlak yalnız Ərizəçi tərəfindən daha öncə sadalanan hərəkətləri həyata keçirməklə faktiki olaraq qəbul olunmuşdur. Bu fakt iş üzrə tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, Ərizəçi mirasqoyan mərhum X6nun və mərhum analığı X10 əmlakını vərəsə olaraq mirası idarə etməklə miras əmlakı qəbul etmiş və bugün də mirasdan istifadə etməklə idarə edir. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Ərizəçi Zaqatala rayonu, Üçüncü Tala kəndində (keçmiş Dombabinə kəndi) yerləşən mərhum X6 və mərhum analığı X7 miras qalmış 0,5996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mirasın onun tərəfindən qəbul edilməsi faktı və qanun üzrə vərəsəlik hüququ müəyyən edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq ərizəçinin tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ərizəçi ərizə ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdı̇ : Ərizə təmin edilsin. X2 və mərhum X7 miras qalmış Zaqatala rayonu, Üçüncü Tala kəndində (keçmiş Dombabinə kəndi) yerləşən 0,5996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı və qanun üzrə vərəsəlik hüququ müəyyən edilsin. Ərizəçi ərizə ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar