Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-312/2025 30.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına və Maraqlı şəxs qarşı “valideyn himayəsindən məhrum olama faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Ərizənin dəlilləri Ərizəçi ərizə ilə müraciət edərək xx.xx.2012-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 valideyn himayəsindən məhrum olma faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Ərizəçi Zaqatala rayonu, Dağlı kəndində yaşayır. 23 fevral 1981-ci il tarixdə X13 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.1983-cü il tarixdə X14 adlı övladları anadan olmuşdur. X6 xx.xx.2009cu il tarixdə vəfat etmişdir. Oğlu X1 Nuriyyə Süleyman qızı ilə xx.xx.2012-ci il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X13 və xx.xx.2014-cü il tarixdə isə X10 adlı övladları anadan olmuşdur. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra gəlini Maraqlı şəxs övladlarını onun üzərinə ataraq ərə getmişdir. 2 ildən artıqdır ki, o övladları ilə maraqlanmır. Onların qayğısına qalmır. Bütün maddi və mənəvi ehtiyacları onun tərəfindən ödənilir. Zaqatala rayon İcra Hakimiyyəti başçısının 21 sentyabr 2023-cü il tarixli sərəncamına əsasən nəvəlX6 və X10 üzərində qəyyum təyin olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanununa istinad edərək qəyyumlara (himayəçilərə) müavinətin ödənilməsi üçün Dövlət Sosial Müdafiə fondunun 3 saylı Şəki-Zaqatala Regional filialına müraciət etmişdir. 06 aprel 2024-cü il tarixdə Dövlət Sosial Müdafiə fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən müraciətinə cavab məktubu ünvanlanmış, məktubda bildirilmişdir ki, sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün qanuna müvafiq olaraq valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün valideynlik hüququndan və ya valideyn himayəsindən məhrum olma haqqında məhkəmənin qərarı mövcud olmalıdır. Maraqlı şəxs bir valideyn kimi yalnız uşaqların doğum haqqında şəhadətnaməsində mövcuddur. Nəvələrinə körpəlikdən o baxaraq böyütmüşdür. Maraqlı şəxs bir valideyn kimi nəvələrinə baxmadığı, onların qayğısına qalmadığı, bütün maddi və mənəvi təbatları bir nənə kimi onun üzərində olduğu və onun tərəfindən həyata keçirildiyi üçün azyaşlı nəvələrinin valideyn himayəsindən məhrum olma faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Mülki işə əlavə edilmiş sənədlər ilə müəyyən edilir ki, azyaşlı nəvələri onun himayəsindədir. Lakin nəvələrinin valideyn himayəsindən məhrum olma faktı məhkəmə qaydasında müəyyən edilməlidir ki, o azyaşlı nəvələri üçün valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində qeyd olunmuş aylıq və birdəfəlik müavinət hüququndan yararlansın. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, iki uşaqdır. Onların gələcəyinin gözəl olmasını istəyir. Dövlətdən həmin uşaqlara baxılması üçün yardım istəyir. Əlavə yardım almır dövlətdən. 360 manat pensiyası ilə uşaqlara baxır. Baxım pulu hər uşaq üçün 100 manat həddindədir, həmin pulu ala bilsə uşaqların vəziyyəti yaxşılaşardı. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X15 çıxış edərək bildirdi ki, uşaqların anası Maraqlı şəxs valideynlik hüquqlarını yerinə yetirmir və uşaqlar valideyn himayəsindən məhrumdurlar. Uşaqlara nənəsi Ərizəçi baxır. Ərizəçi Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanına müraciətləri olub və icra hakimiyyətinin müvafiq sərəncamları mövcuddur. O, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada maraqlı şəxslər Maraqlı şəxs və Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsinə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə mülki işə həmin maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları 20 iyul 1983-cü il tarixdə verilmiş Doğum haqqında şəhadətnamədən görünür ki, 15.07.83-cü il tarixdə anadan olmuş X8 atası X13 anası Ərizəçidır. 23 fevral 1981-ci il tarixdə verilmiş Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 ilə X5 23 fevral 1981-ci il tarixdə nikah bağlamışdırlar. 09 sentyabr 2014-cü il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 atası X14 anası Maraqlı şəxsdır. 08 noyabr 2012-ci il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012cü il tarixdə anadan olmuş X9 atası X14 anası Maraqlı şəxsdır. 05 sentyabr 2012-ci il tarixli Nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X2 xx.xx.2012-ci il tarixdə nikah bağlamışdırlar. Nikaha daxil olduqdan sonra arvada Məhərrəmova soyadı verilmişdir. xx.xx.2009-cu il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2009cu il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış 06 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs valideynlik hüququndan və ya X4 və X9 valideyn himayəsindən məhrum olması haqqında məhkəmə qərarının surətini təqdim etdikdən sonra müraciətinə müvafiq qaydada yenidən baxılacaqdır. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 133 nömrəli 21 sentyabr 2023-cü il tarixli sərəncamından görünür ki, Ərizəçi uşaqların razılığı ilə valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan X13 və X10 üzərində qəyyum təyin edilmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, əri X14 xx.xx.2022-ci il tarixdə baş vermiş avtoqəzada dünyasını dəyişmişdir. Onunla nikahdan xx.xx.2012-ci il tarixdə Məhərrəmov Hacı xx.xx.2014-cü ildə Məhərrəmov Nihat dünyaya gəlmişdir. Məhərrəmov Osman dünyasını dəyişdikdən sonra uşaqlar nənəsi Ərizəçi yanında qalmaqdadır. Nənələri Ərizəçi maddi və mənəvi ehtiyaclarını ödəyir. X13 və X4 nənələri Ərizəçi himayəsinə və ya qəyyumluğuna verilməsinə etiraz etmir. X11 və X4 nənələri Ərizəçi himayəsinə və ya qəyyumluğuna verilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 17-ci maddəsinin İİİ hissəsinə əsasən valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsindən görünür ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin (307.2.1.); şəxsin öhdədə olması faktının (307.2.2.); doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının (307.2.3.); ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının (307.2.4.); şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının (307.2.5.); mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının (307.2.6.); bədbəxt hadisə faktının (307.2.7.); müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının (307.2.8.); mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin (307.2.9.); atalığın etiraf olunması faktının (307.2.10.); “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının (307.2.10-1.); qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların (307.2.11.) müəyyən edilməsi barədə işlərə baxır. Uşaq hüquqları haqqında Konvensiya 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər. 18-ci maddəsinin 1-ci hissəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 20-ci maddəsinin 1-ci hissəsinə əsasən öz ailə mühitindən müvəqqəti və ya daimi məhrum olan və ya özünün ən yaxşı mənafeyi üçün belə mühitdə qala bilməyən uşaq dövlət tərəfindən xüsusi müdafiə edilmək və kömək almaq hüququna malikdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2012-cü il tarixdə anadan olmuş X9 atası X14 anası Maraqlı şəxsdır. Uşaqların atası X14 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Uşaqların anası Maraqlı şəxs uşaqların maddi və mənəvi ehtiyaclarını ödəməyə qadir olmadığını bildirərək uşaqların nənəsi hazırki iş üzrə Ərizəçi himayəsinə verilməsini və onun qəyyum təyin edilməsini xahiş etmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 133 nömrəli 21 sentyabr 2023-cü il tarixli sərəncamı ilə Ərizəçi yetkinlik yaşına çatmayan X13 və X4 qəyyumu təyin edilmişdir. Ərizəçi müavinət valideyinlik himayəsindən məhrum olmuş nəvələrinin baxımı ilə əlaqədar müavinətalmaq üçün dövlət orqanlarına müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış 06 aprel 2024-cü il tarixli məktubu ilə ərizəçiyə X4 və X9 valideyn himayəsindən məhrum olması haqqında məhkəmə qərarının surətini təqdim etdikdən sonra müraciətinə müvafiq qaydada yenidən baxılacağı bildirilmişdir. Buna görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, xx.xx.2012-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 ataları həyatda deyil, anaları Maraqlı şəxs uşaqların maddi və mənəvi ehtiyaclarını ödəyə bilmədiyi üçün uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etmişdir. Həmçinin ərizədə xx.xx.2012-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 valideyn himayəsindən məhrum olma faktının nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi başqa qaydada ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək xx.xx.2012-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 valideyn himayəsindən məhrum olma faktı müəyyən edilməlidir. Ərizəçinun dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2012-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 valideyn himayəsindən məhrum olma faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №2(033)-312/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-312/2025
30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver