Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-321/2021 31.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi X5 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evi üzrə istifadə hüququna xitam verilməsinə və evdən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evi üzrə istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 30 sentyabr 2010-cu il tarixdən başlayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evi İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə məxsusdur. Lakin, həmin mənzil İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin adına keçərkən mənzildə qeydiyyatda olancavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hal-hazıradək qeydiyyatdan çıxmayıblar. Qeyd olunanlara əsasən iddianın təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evi üzrə istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxış iclası zamanı Cavabdeh1 izahat verərək göstərdi ki, hazırda evdən çıxdığı halda yaşaya biləcək başqa bir evi yoxdur. Düzdür onun həmin evdən çıxarılmasına dair qətnamə də qəbul olunmuşdur. Lakin, hazırda həmin evdə yaşayırlar. Onlar bankla razılığa gəlmək istəyirlər. O, krediti tam şəkildə ödəmişdir. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı ******* nömrəli çıxarışından görünür ki, Zaqatala rayon Yuxarı Tala kəndində 0,07 ha torpaq sahəsi üzərində yerləşən reyestr nömrəsi **********52-10301 olan ümumi sahəsi 260,2 kv. m, yaşayış sahəsi 92,4 kv.m, yardımçı sahəsi 167,8 kv.m olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında “Credaqro” Qeyri Bank Kredit Təşkilatının adına ********** nömrə ilə 30 sentyabr 2010-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-617/2020 nömrəli, 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 13 yanavr 2021-ci il tarixli arayışlarından görünür ki, xx xxxx 1957-ci il təvəllüdlü Cavabdeh1, 11 dekabr 2013-cü il təvəllüdlü Cavabdeh2 və 17 mart 1988-ci il təvəllüdlü Balaşov X2 rayonu Yuxarı Tala kəndində qeydiyyatdadırlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayon Yuxarı Tala kəndində 0,07 ha torpaq sahəsi üzərində yerləşən reyestr nömrəsi **********52-10301 olan ümumi sahəsi 260,2 kv. m, yaşayış sahəsi 92,4 kv.m, yardımçı sahəsi 167,8 kv.m olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında “Credaqro” Qeyri Bank Kredit Təşkilatının adına ********** nömrə ilə 30 sentyabr 2010-cu il tarixdə qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Hazırda isə xx xxxx 1957-ci il təvəllüdlü Cavabdeh1, 11 dekabr 2013-cü il təvəllüdlü Cavabdeh2 və 17 mart 1988-ci il təvəllüdlü Cavabdeh3 həmin fərdi yaşayış evində qeydiyyatdadırlar. İşin bu faktiki haları iş materiallarına əlavə edilmiş sənədlərlə və tərəflərin izahatı ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququndan bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratfikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburlliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratfikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin edir. Beləliklə şərh olunanlardan göründüyü kimi cavabdehlərin mübahisəli evdə qeydiyyatda olması mülkiyyətçinin hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Ona görə də məhkəmə iddiaçının mülkiyyət hüquqlarını müdafiə etməklə, cavabdehlərin evdən istifadə hüququnun olmamasının müəyyən edilməsini əsaslı hesab edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehlərin həqiqətən də evdən istifadə hüququ itirilmişdir. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehlərin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehlərin evdən istifadə hüququnun olmadığını iddia edir. İşdən də görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evi İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə məxsusdur. Hazırda onu adına daşınmaz əmlakın dövlət reyestr xidmətində rəsmiləşdirməklə qeydiyyata almışdır. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehlərin evdə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilərək cavabdehlər xx xxxx 1957-ci il təvəllüdlü Cavabdeh1, 11 dekabr 2013-cü il təvəllüdlü Cavabdeh2 və 17 mart 1988-ci il təvəllüdlü Cavabdeh3 daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA ******* nömrəli çıxarışa əsasən İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 20 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər xx xxxx 1957-ci il təvəllüdlü Cavabdeh1, 11 dekabr 2013-cü il təvəllüdlü Cavabdeh2 və 17 mart 1988-ci il təvəllüdlü Cavabdeh3 daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA ******* nömrəli çıxarışa əsasən İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 20 (iyirmi) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-321/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-321/2021
31.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver