Məhkəmə qərarları › İş №2(033)-327/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-327/2025

14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-327/2025 14.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Ərizəçi Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Zaqatala rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının maraqlı şəxslər Maraqlı şəxs1 Şahruhbəy oğluna və Maraqlı şəxs2 qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : Ərizənin dəlilləri Ərizəçi Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxslər Maraqlı şəxs1 Şahruhbəy oğluna və Maraqlı şəxs2 qarşı **********7 saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 263.1.3 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan Maraqlı şəxs1 fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Zaqatala RPŞ-nin xx.xx.2024-cü il tarixli 027/24 nömrəli məktubuna əsasən Zaqatala RPŞ İB-də Maraqlı şəxs1 Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaqı aparılır. Maraqlı şəxs1 anası X1 ərizəsi əsasında Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-372/2017 nömrəli qətnaməsi fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş buna görədə sonuncu RİHB-nin 2017-ci il 186 nömrəli Sərəncamı ilə oğlu üzərində qəyyum təyin edilmişdir. Maraqlı şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. O, müvafiq məhkəmə qərarına əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs olsa da yuxarıda qeyd olunan rəyə əsasən onun hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olması onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Maraqlı şəxs1 və anası Maraqlı şəxs2 iştirak etməmiş, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X3 izahat verərək göstərdi ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X5 Şöbəsi tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşin halları Məhkəmə işinə əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il qətnaməsindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Maraqlı şəxs1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 247 saylı rəyindən görünür ki, Maraqlı şəxs1 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli hesab edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 322.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, xx.xx.1985-ci il tarixdə anadan olmuş Maraqlı şəxs1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarındadır. Maraqlı şəxs1 anası olan Maraqlı şəxs2 himayədarlıq edir. Ərizəçi Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olan hesab edilməsini tələb edir. Göründüyü kimi, Maraqlı şəxs1 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşür, öz hərəkətlərinə rəhbərlik edə bilir. Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1985-ci il tarixdə Zaqatala şəhəri, S.Kazımov küçəsi, ev 16-da doğulmuş və orada yaşayan Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməlidir. Bundan başqa, 100 manat dövlət rüsumu maraqlı şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə ərizəçinin tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1985-ci il tarixdə Zaqatala şəhəri S.Kazımov küçəsi, ev 16-da doğulmuş və orada Maraqlı şəxs1 yaşayan fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməli, 100 (bir yüz) manat rüsum maraqlı şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : Ərizəçi Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının ərizəsi təmin edilsin. xx.xx.1985-ci il tarixdə Zaqatala şəhərində doğulmuş və orada yaşayan Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olan şəxs hesab edilsin. 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxslər Maraqlı şəxs1 Şahruhbəy oğlu və Maraqlı şəxs2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar