Məhkəmə qərarları › İş №2(033)-348/2020

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-348/2020

19.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-348/2020 19.06.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X33 qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili X22 və üçüncü şəxs X12 iştirakları ilə, İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X17 qarşı məcburi paya vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində ona çatacaq paya vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, mərhum anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 2/6 hissəsi üzərində iddiaçının məcburi paya vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Üçüncü şəxs Zaqatala rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X39 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçının anası X13 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. Sonuncudan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Qeyd olunan miras əmlakların qəbulu ilə bağlı iddiaçı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət olunmuşdur. İddiaçının bacısı X27 isə xx xxxxxx 2019-cu il tarixli ərizəsi ilə Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət edərək miras əmlaklardan özünə çatacaq paydan iddiaçının xeyrinə imtina etmişdir. Həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə iddiaçı tərəfindən Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət olunmuş, lakin Zaqatala rayon 2 saylı Notariat Ofisi iddiaçının qardaşı, iş üzrə üçüncü şəxs X28 ilə arasında mübahisə olduğu əsası ilə xx xxxxxx 2019cu il tarixli, 735 nömrəli məktubla həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Həmçinin iddia verdikdən sonra onlara məlum olmuşdur ki, iddiaçının mərhum anası X13 üçüncü şəxs X17 əmlaklarını vəsiyyətnamə əsasında vəsiyyət etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclası zamanı üçüncü şəxs X28 iddianı qəbul etməyərək izahatında göstərdi ki, anası X13 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. Sonuncudan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Həmin əmlaklardan hazıradək o, istifadə edir. Bundan başqa, mərhum anası qeyd olunan əmlakları xx xxxxxx 2018-ci il tarixdə vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. İddiaçı isə həmin əmlaklardan heç vaxt istifadə etməmişdir, ona və digər bacısına həmin mirasdan pay düşmür. Mərhum anası həmin əmlakları ancaq ona vəsiyyət etmişdir. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə mülki iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala rayonu VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1973-cü il tarixdə verilmiş İİ-ЖГ seriyalı 385240 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X29 xx xxxxxx 1959-cu il tarixdə anadan olmuş, onun atası X23, anası isə X6r. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1961-ci il tarixdə verilmiş A3 seriyalı 020759 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş, onun atası X23, anası isə X6r. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu VVAQ şöbəsi tərəfindən xx xxxx 1985-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı 450615 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X29 xx xxxx 1985-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 66 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Poladov”, arvad isə “Poladova” soyadını qəbul etmişlər. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Maqov kənd ərazi nümayəndəliyi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ 987000 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Zaqatala rayon 2 saylı Notariat Ofisinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, Poladova X30 rayon 2 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək Zaqatala rayonu Fındıqlı kəndində yaşayan anası X4 xx xxxxxx 2018-ci il tarixdə öldüyünü, onun əmlakına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X10 Zaqatala rayon 2 saylı Notariat Ofisinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, X27 Zaqatala rayon 2 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək xx xxxxxx 2018-ci il tarixdə vəfat etmiş anası X3 bütün əsaslarla miras qalmış əmlaka dair ona düşən paydan, vərəsəlikdən xx xxxxxx 1959-cu il təvəllüdlü İddiaçı xeyrinə imtina etdiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon 2 saylı X21 Zina Əhməd qızına ünvanladığı xx xxxxxx 2019-cu il tarixli 735 nömrəli məktubdan görünür ki, mərhum xx xxxxxx 2018-ci il tarixdə ölmüş X3 miras qalmış evə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, eyni zamanda mərhumun digər vərəsəsi olan qardaşı-X28 ilə arasında mübahisə olduğunu bildirmişdir. Odur ki, mübahisəli işin notariat qaydasında həll olunması mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Seriya RX ******* nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, **********47 daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyata alınmış Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində xx xxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-0275 seriyalı, kod 40212077 saylı Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, X7 Zaqatala rayonu Dövlət Notariat Kontorunun 4-Ə-57 saylı alqı-satqı müqaviləsi ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 3,06 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş, həmin dövlət aktı qeydiyyat kitabında 12 nömrə ilə xx xxx 2005-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-968F seriyalı, kod 40201004 saylı Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Mamedova Rəhmey, X28, X14 və X8 Zaqatala rayon X11 xx xxxxxxx 2005-ci il tarixli 117 saylı qərarı ilə 0,04 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun təsdiq olunmuş surətindən görünür ki, keçmiş DTİ və MHQİ-nin arxiv fonduna əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 01 saylı reyestr kitabının 41-ci səhifəsində inventar uçotuna alınmışdır. İş materiallarına əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-0072 seriyalı, kod 40212077 saylı Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, X13, X19, X15 və X5 Zaqatala rayon X11 xx xxxxxx 2000-ci il tarixli 82 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0,1159 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş, həmin dövlət aktı qeydiyyat kitabında 23857 nömrə ilə xx xxxxxx 2000-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən xx xxxxxx 2018-ci il tarixdə təsdiq olunmuş vəsiyyətnamədən görünür ki, Zaqatala rayonu Fındıqlı kəndində yaşayan X13 ona məxsus olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsini və fərdi yaşayış evini, pay torpağını və ona məxsus olan bütün əmlakını oğlu X17 vəsiyyət etmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, mirasqoyan mərhum X4 5 övladı, İddiaçı, X24, X28, X25 və X26 olmuşdur. X13 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. Uşaqlardan ikisi, yəni İddiaçı və X2 rayon 2 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək Zaqatala rayonu Fındıqlı kəndində yaşayan anası X4 xx xxxxxx 2018-ci il tarixdə öldüyünü, onun əmlakına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. X28 isə mərhum X3 miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edir. Həmçinin, mərhum X1 Mehdi Əhməd oğluna bütün əmlakını vəsiyyət etmişdir. İddiaçı mərhum anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 2/6 hissəsi üzərində iddiaçının məcburi paya vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə ona vəsiyyətnamə verildiyini əsas gətirərək iddianı qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Bununla belə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Göründüyü kimi, qanunverici qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Bununla belə, qanun üzrə vərəsəliklə vəsiyyət üzrə vərəsəlik bir-birini tamamlaya da bilər. Məhkəmə xüsusilə vurğulayır ki, qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailə-təminat prinsiplərindən irəli gəlir. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Vərəsəlik hüququnda ailətəminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2014cü il tarixli qərarı). Məhkəmə qeyd edir ki, vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik prinsipi Mülki Məcəllənin “Vəsiyyət üzrə vərəsəlik” başlıqlı 64-cü fəslində öz əksini tapmışdır. Belə ki, həmin fəslin 1166-cı və 1176-cı maddələrinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Göründüyü kimi, mülki qanunvericiliyin sözügedən müddəaları vəsiyyət azadlığı prinsipinə əsaslanmaqla mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində azad sərəncam vermək hüququnu təmin edir. Belə ki, vərəsənin mirasdan məhrum edilməsi üçün vəsiyyət edənin vəsiyyətnamədə heç bir izah vermədən məhrum etmək iradəsini göstərməsi kifayətdir. Qanunverici məhz bu iradənin nəticəsində mirasdan məhrum edilmiş şəxsə münasibətdə hansı hüquqi nəticələrin yaranmasını müəyyən etmişdir. Belə ki, vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Bununla belə, mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində sərəncam vermək səlahiyyəti qeyri-məhdud şəkildə olmayaraq mirasdan məcburi pay hüququ ilə məhdudlaşır. Məhkəmə bildirir ki, mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Vəsiyyət azadlığını məhdudlaşdıran hal kimi çıxış edən mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Bu hüquq məcburi pay almağa səlahiyyəti olan şəxsin mirasda minimal iştirakını təmin edir. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü kimi, qanunverici məcburi pay almaq hüququ olan şəxslərin dairəsini məhdud şəkildə müəyyən edərək buraya vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) daxil olduğunu göstərmişdir. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Vəsiyyət edənin ailə üzvləri ilə bağlı MM-nin 1193-cü maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən irəli gəldiyi üçün konstitusion əhəmiyyət kəsb edir və vəsiyyət azadlığının qanuni məhdudlaşdıran hallardan biri kimi çıxış edir. Məhkəmə hesab edir ki, iddiaçının miras əmlakdan qanun üzrə vərəsə olduqlarından payların müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi mülki qanunvericiliyin yuxarıda göstərilən tələbinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. İş materiallarından görünür ki, mərhum X13 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmiş, X17 bütün əmlakına dair vəsiyyətnamə qoymuşdır. Lakin ölümündən sonra onun birinci növbəli vərəsələri olan İddiaçı və X24 mirasın açıldığı vaxtdan (miras qoyanın, mərhum X4 öldüyü gün, xx xxxxxx 2018-ci il tarixdən) üç ay ərzində vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna (mərhumun qızı-İddiaçı xx xxxxxx 2019-cu il tarixdə və mərhumun digər qızı- X24 xx xxxxxx 2019-cu il tarixdə Zaqatala rayon 2 saylı dövlət notariat kontoruna) mirası qəbul etdikləri barədə ərizə ilə müraciət etmişlər. X28 isə mərhum X3 miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edir. Həmçinin, mərhum X1 Mehdi Əhməd oğluna bütün əmlakını vəsiyyət etmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, iddiaçı, mərhumun qızı İddiaçı vərəsə olaraq miras əmlakı qəbul etmişdir. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha, 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsi və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin 2/6 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ̇: İddia təmin edilsin. Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha və 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsinin və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin 2/6 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınsın. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar