Məhkəmə qərarları › İş №2(033)-361/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-361/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-361/2021 28.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, İddiaçı, cavabdeh X9 və üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh X12 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Üzeyr oğlundan və Cavabdeh3 Üzeyr qızından 2700 manat məbləğində pulun və banka ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2730 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdeh X7 2700 manat məbləğində pulun və banka ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2730 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Zaqatala rayonu Aşağı Tala kəndində “Hacıbulaq” adlanan ərazidə onun 3,5 ha torpaq sahəsi vardır. 2020-ci ilin may ayında o, torpaq alqı-satqısı ilə məşğul olan Asif adlı şəxsin onun “Hacıbulaq” adlanan ərazidəki 3,5 ha torpaq sahəsinə bitişik olan torpaq sahəsi satdığını eşitmişdir. Buna görə o, əlaqə saxlayıb Asiflə görüşmüşdür. Həmin vaxt Asif ona torpaq sahəsinin yanında Aşağı Tala kənd sakini olmuş mərhum Yekəbaşova Zərifə Əli qızının iki müxtəlif yerdə, hər biri təxminən 0,17 ha olmaqla ümumilikdə təqribən 0,34 ha torpaq sahəsi olduğunu, Zərifə Yekəbaşovanın varisi X13 həmin sahələri sənədlərini alıcının düzəldəcəyi təqdirdə ümumilikdə 1500 manata satmaq istədiyini, torpağın sənədlərinin qaydasında olmadığını, vərəsəlik açılmalı, torpaq sahələrinin çıxarışları, plan ölçüləri alınmalı olduğunu bildirmişdir. Aralarında olan danışıq zamanı Asif ona satış üçün torpaq sahələrinin sənədlərinin hazırlamasına təxminin 1000-1200 manat pul çıxacağını bildirərək, ona pul verəcəyi təqdirdə həmin torpağın sənədlərini satış üçün özü düzəldə biləcəyini demişdir. O, Asiflə razılaşmış və X4 verməsi üçün 1500 manat pul vermişdir. Sonra torpaq sahələrinin sənədlərini düzəltmək üçün Asifə müxtəlif vaxtlarda ümumilikdə 1200 manat pul vermişdir. Satış üçün torpağın sənədlərinin hazırlanması 2020-ci ilin may ayından noyabr ayınadək davam etmişdir. Asif vərəsəlik açdırıb, torpaq sahələrini X13 adına sənədləşdirmiş, alqı-satqı üçün torpağın sənədlərini hazırlamış və torpaq sahələrinin çıxarışını, plan ölçüsünü ona təqdim etmişdir. 2020-ci ilin noyabr ayında sənədlər hazır olduqdan sonra o, Asifdən rəsmi olaraq alqı-satqı edib torpaq sahələrini adına sənədləşdirməsini istəmişdir. Həmin vaxt Asif ona onkoloji xəstə olan Pərvanin Bakı şəhərində müalicə aldığını bildirmiş və ona Pərvanə qayıtdıqdan sonra alqı-satqı edə biləcəyini demişdir. O, X13 adına olan torpaq sahələrinin çıxarışı, plan ölçüsü özündə olduğundan arxayınlaşmış və Pərvanənin Bakı şəhərindən qayıtmasını gözləmişdir. Sonra o, Pərvanə ilə telefon əlaqəsi saxlamışdır. Telefon əlaqəsi saxladığı zaman o, Pərvanəyə sonuncuya verməsi üçün Asifə 1500 manat pul verdiyini, torpağın sənədlərinin alqı-satqı üçün hazır olduğunu bildirmişdir. Həmin vaxt Pərvanə ona Asifin özünə 1500 yox, 900 manat pul verdiyini, səhhətinin ağır olduğunu rayona qayıtdıqdan sonra məsələyə aydınlıq gətirəcəyini demişdir. Daha sonra, 2020-ci ilin dekabr ayında Pərvanə Bakı şəhərində vəfat etmişdir. Pərvanə vəfat etdikdən sonra o, 1200 manat pul xərcləyib alqı-satqı üçün sənədlərini hazırlatdığı torpaq sahələrinin çıxarışları və plan ölçüləri onda olmasına baxmayaraq satıldığını bilmişdir. Maraqlandığı zaman o, mərhum Pərvanəyə miras qalmış torpaq sahələrinin 2020-ci ilin noyabr ayında satıldığını müəyyən etmişdir. Asif onu aldadaraq, torpağın sənədlərinin hazırlanması üçün ondan müxtəlif vaxtlarda ümumilikdə 1200, Pərvanəyə vermək üçün isə 1500 manat olmaqla ümumilikdə 2700 manat pul almış, sonra torpaq sahələrinin çıxarışları və plan ölçüləri onda olmasına baxmayaraq həmin sahələri digər şəxslərə satılmışdır. O, qeyd olunan torpaq sahələrinin adına sənədləşdirilməsinə və ya 2700 manat pulunun ona qaytarılmasına köməklik olunması barədə şikayətlə Zaqatala RPŞ-nə müraciət etmişdir. Polis şöbəsi tərəfindən isə araşdırma apararaq ona məhkəmə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X18 izahatında göstərdi ki, 2020ci ilin may ayında İddiaçı yaşadığı evə gəlib “Hacıbulaq” adlanan ərazidə özünün 3,5 ha torpaq sahəsi olduğunu, tanışı X16 Zaqatala rayonu Aşağı Tala kəndində “Hacıbulaq” adlanan ərazidə mərhum bibisi Yekəbaşova Zərifə Əli qızından miras qalmış iki müxtəlif yerdə, hər biri təxminən 0,17 ha olmaqla ümumilikdə təqribən 0,34 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahələrinin özünün 3,5 ha torpaq sahəsinin içərisində olduğunu, Pərvanənin həmin torpaq sahələrini satmaq istədiyini, Pərvanə ilə münasibətinin yaxşı olmadığını bildirmiş və ondan həmin sahələrini almasına köməklik etməsini xahiş etmişdir. Buna görə də o, Akifin xahişini yerə salmamış X13 yanına gedib sonuncudan torpaq sahələrini satıb-satmadığını soruşmuşdur. Pərvanə ona torpaq sahələrini satmaq istədiyini, həmin torpaq sahələrinin mərhum bibisi Zərifəndən miras qaldığını, torpaq sahələrinin mərhum Zərifənin adında olduğunu, vərəsəlik açıb həmin torpaq sahəsini öz adına sənədləşdirmədiyini bildirərək, həmin sahələrin sənədlərini alıcının düzəldəcəyi təqdirdə ümumilikdə 1500 manata satmaq istədiyini bildirmişdir. O, Pərvanənin dediklərini Akifə bildirmişdir. Akif ondan alqı-satqı üçün hər iki torpaq sahəsinin sənədlərinin hazırlanmasına təxminən nə qədər xərci çıxacağını soruşmuşdur. O, Akifə Yekəbaşova Zərifə Əli qızının adına olan sənədlərin itdiyini, Zərifənin adına yeni sənədlər hazırlanmalı olduğunu, sonra vərəsəlik açılıb həmin torpaq sahələrinin Pərvanənin adına keçəcəyini daha sonra alqı-satqı olunacağını, hər iki torpağın sənədlərinin hazırlanması üçün təxminən 1000-1100 manat xərc çıxacağını bildirmişdir. Akif razı olmuşdur. X19 torpaq sahələrinin sənədlərinin alqı-satqı üçün hazırlanmasına köməklik etməsini istəmişlər. Akif sənədlərin hazırlanmasına köməklik etməyi müqabilində sonda ona zəhmət haqqı olaraq pul verəcəyinə söz vermişdir. Sonra Akif əvvəllər aralarında söz-söhbət olduğundan Pərvanə ilə üz-üzə gəlmək istəmədiyini bildirərək ona X16 verməsi üçün 1500 manat pul vermişdir. O, həmin 1500 manat pulu aparıb Pərvanəyə vermişdir. Sonra Pərvanə ilə o, torpaq sahələrinin sənədlərini hazırlamağa başlamışlar. Pərvanə ilə o, Yekəbaşova Zərifə Əli qızının adına olan torpaq sahələrinin itmiş sənədlərini yenidən bərpa etmiş, sonra vərəsəlik açılmış, həmin torpaq sahələri Pərvanənin adına keçmişdir. Satış üçün torpağın sənədlərinin hazırlanması 2020-ci ilin may ayından noyabr ayınadək davam etmişdir. Alqı-satqı üçün torpaq sahələrinin sənədlərinin hazırlanmasına ümumilikdə 1200 manat pul xərcləmişlər. Akif həmin 1200 manat pulu müxtəlif vaxtlarda hissə-hissə ona vermişdir. Təxminən 2020-ci ilin noyabr ayının ortalarında torpaq sahəsinin sənədləri alqı-satqı üçün hazır olmuşdur. Pərvanə torpaq sahələrinin çıxarışı və plan ölçülərini Akifə verməsi üçün ona təqdim edib səhhəti ağırlaşdığı üçün Bakı şəhərinə müayinəyə getmişdir. O, alqı-satqı üçün torpaq sahələrinin çıxarışını, plan ölçüsünü Akifə təqdim etmişdir. Həmin vaxt Akif ona Pərvanə ilə alqı-satqı edəcəyini bildirmişdir. Sənədlərin hazırlanmasına köməklik etməsi müqabilində sonda ona zəhmət haqqı olaraq pul verəcəyini söz versə də, Akif sənədləri götürdüyü zaman ona sənədlərin hazırlanmasına köməklik etməsi müqabilində zəhmət haqqı olaraq pul verməmişdir. Həmin vaxtdan sonra Akiflə onun hər hansı bir əlaqəsi olmamışdır. Daha sonra o, Akifin Pərvanə ilə torpaq sahələrini alqı-satqı edib etmədiklərini bilməmişdir. 2021-ci ilin fevral ayında Akifin onun barəsində etdiyi şikayətdən sonra, Pərvanənin həmin torpaq sahələrini Akifə satmadığını bilmişdir. Bundan sonra, təfərrüatı ilə maraqlanmış, torpaq sahələrinin çıxarışlarını və plan ölçülərini Akifə verdikdən sonra, Pərvanə ilə Akif arasında narazılıq olduğunu, həmin torpaq sahələrini X1 satdığını eşitmişdir. X20 15.12.2020-ci il tarixdə vəfat etmiş, Akif özü torpaq sahələrinin sənədlərini hazırlamaq üçün Pərvanə ilə idarə təşkilatlara getmək istəmədiyindən ondan Pərvanəni öz avtomobili ilə idarə təşkilatlara aparıb sənədləri hazırlamağa köməklik etməsini xahiş etmişdir. Buna görə Pərvanəni öz avtomobili ilə idarə təşkilatlara aparıb torpağın sənədlərini hazırlamış, idarə təşkilatda Akifin tapşırığı ilə Pərvanəyə ödənişlər etməsi üçün pul vermişdir. Beləliklə sənədlərin hazırlanmasına ümumilikdə 1200 manat Akifin xərci çıxmış, X25 arasında narazılıq olmuşdur. O, Akifdən torpaq sahələri üçün 1500 manat, sənədlərin hazırlanması üçün isə 1200 manat olmaqla ümumilikdə 2700 manat pul almış, lakin həmin pulları Pərvanəyə vermişdir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X17 izahat verərək göstərdi ki, o, 30.11.2020-ci il tarixdə elektron çıxarış ilə Balakən regional “Asan xidmətdə” mübahisələndirilən torpaq sahəsini adına sənədləşdirmişdir. Daha sonra 15.12.2020-ci il tarixdə Pərvanə Bakı şəhərində vəfat etmişdir. O, aldığı həmin torpaq sahələrinin sənədlərini alqı-satqı üçün Akifin pul xərcləyib hazırlatdığını, Akifin həmin torpaq sahələri üçün Pərvanəyə 1500 manat və sənədlərin hazırlanması üçün 1200 manat pul verdiyindən məlumatı olmamışdır. O. həmin torpaq sahələrini Pərvanədən almış, torpaq sahələrini ona Asif satmamışdır. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısının 13 fevral 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Zaqatala rayon prokurorluğuna müraciəti əsasında Zaqatala rayon polis şöbəsində aparılmış araşdırmanın nəticəsinə dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı müraciətində qeyd etdiyi hallar mülki xarakterli olduğundan, ona Zaqatala rayon məhkəməsinə müraciət edə bilmək hüququ izah olunmuşdur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı X11 Zaqatala rayonu Aşağı Tala kəndində “Hacıbulaq” adlanan ərazidə yerləşən sonuncuya mərhum bibisi Yekəbaşova Zərifə Əli qızından miras qalmış iki müxtəlif yerdə olan, biri 0,1673 ha, digəri 0,1646 ha olmaqla ümumilikdə 0,3319 ha torpaq sahələrini almaq istəmişdir. İddiaçı Cavabdeh1 qeyd olunan sahələrini almaq üçün köməklik etməsini xahiş etmişdir. Buna görə Cavabdeh1 Pərvanə Əlizadənin yanına getmiş, sonuncu həmin torpaq sahələrinin mərhum bibisi Zərifəndən miras qaldığını, torpaq sahələrinin mərhum Zərifənin adında olduğunu, vərəsəlik açıb həmin torpaq sahəsini öz adına sənədləşdirmədiyini bildirərək, həmin sahələrin sənədlərini alıcının düzəldəcəyi təqdirdə ümumilikdə 1500 manata satacağını bildirmişdir. Asif X5 dediklərini İddiaçı bildirmişdir. İddiaçı razılaşmış və Cavabdeh1 torpaq sahələri üçün 1500 manat, sənədlərin hazırlanması üçün isə 1200 manat olmaqla ümumilikdə 2700 manat pul vermişdir. Torpaq sənədləri hazır olduqdan sonra mərhum Pərvanə Əlizadə sahələri X3. İddiaçı tərəfindən cavabdeh X12 torpaq sahələrinin alınması üçün ödənmiş 2700 manat məbləğində vəsait iddiaçıya qaytarılmamışdır. Qeyd olunan hal, həm iddiaçının, həm də cavabdehin izahatları ilə öz təsdiqini tapmışdır. İddiaçı 2700 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh isə həqiqətən 2700 manat pul məbləğini iddiaçıdan aldığını, lakin həmin pulun 1500 manatını Pərvanə Əlizadəyə verdiyini, 1200 manat pul məbləğinin isə torpağın sənədlərinin hazırlanması üçün xərcləndiyini bildirərək iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında da tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçıdan 2700 manat pulu alması və həmin pulu qaytarmaması öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh öz etirazında iddiaçıdan aldığı pul məbləğini Pərvanə Əlizadəyə verdiyini bildirir. Bununla bağlı isə Cavabdeh1 pul məbləğini verdiyi şəxsə qarşı iddia qaldırmaq hüququ vardır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək cavabdeh X7 torpaq sahəsinin alqı-satqısı ilə bağlı iddiaçı tərəfindən ona verilmiş və qaytarılmamış 2700 manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu cavabdeh X7 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X7 torpaq sahəsinin alqı-satqısı ilə bağlı iddiaçı tərəfindən ona verilmiş və qaytarılmamış 2700 (iki min yeddi yüz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh X7 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar