Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-379/2021 18.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X11, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Zaqatala Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin nümayəndəsi X14 və Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı yaşayış evinin bağlı qalmış pəncərə boşluğunun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri 28 may küç 3də yerləşən şəxsi mülkiyyətindəki, yaşayış evinin bağlı qalmış pəncərə boşluğunun açılması barədə onun xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Həmzəyev Məhəmmədsaleh onun ən yaxın qonşusu hesab olunur. Onların evi arasında 2 metr eni 25 metr uzunluğu olan torpaq sahəsi vardır. İki evin arasındakı torpaq sahəsi onun giriş-çıxış yoludur. Cavabdehin əsas giriş-çıxış yolu Sabir küçəsindəndir. Cavabdeh onun 28 may küçəsinə (köhnə komunist) və Sabir küçəsinə giriş-çıxış yollarını zəbt etmişdir. Eyni zamanda evdə olmamalarından istifadə edərək, özbaşına pəncərələrini bağlayaraq, evin içərisinə təmiz hava və günəş işığının daxil olmasının qarşısını almaqla şəxsi barılarının üzərində tikililər tikib, özünə mətbəx və sanitariya qovşağı yaradaraq evi hər an yanğın təhlükəsi ilə yanaşı anti-sanitariya şəraiti yaratmışdır. Onun bu hərəkətlərinə görə evlərində heç bir şərait yaratmaq, yaşamaq mümkün deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, mülki iş üzrə Cavabdeh X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onu müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, eyni zamanda mülki iş üzrə ekspertizanın təyin edilməsini və keçirilməsini istəmədiyini bildirərək mülki iş materiallarına əlavə edilmiş sənədlər əsasında qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəsatəti əsasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin nümayəndəsi X16 izahat verərək göstərdi ki, Zaqatala şəhəri 28 may küçəsi 5-də yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Həmin evdə əlavə tikinti işləri aparılaraq mətbəx və sanitariya qovşağı tikilmişdir. Tikintinin aparılması barədə və əlavə tikililər barədə İcra Hakimiyyəti Aparatının Memearlıq Şöbəsinin məlumatı vardır. Tikilinin aparılması üçün Cavabdeh Zaqatala şəhəri 28 may küç 5-də yerləşən fərdi yaşayış evinin qonşuluğunda olan torpaq sahələrinin mülkiyyətçiləri notarial qaydada razılıqlarını vermişlər. Qeyd etdikləri nəzərə alınmaqla qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəsatəti əsasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X9 izahat verərək göstərdi ki, Zaqatala şəhəri 28 may küç 3-də yerləşən fərdi yaşayış evinə dəfələrlə baxış keçirilmiş və o şəxsən həmin baxışlarda iştirak etmişdir. Həmin fərdi yaşayış evinin pəncərə boşluğunun bağlı olması barədə məlumatı var. İddiaçının mülkiyyətində olan Zaqatala şəhəri 28 may küç 3-də yerləşən fərdi yaşayış evinin texniki pasportunda həmin pəncərə boşluğunun bağlı olduğu göstərilmişdir. İddia tələbinin təmin və ya rədd edilməsi məsələsinə münasibət bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh X6 qarşı dəliyin bağlanması, maddi və mənəzi ziyan tələbinə dair iddiası üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2013 nömrəli 23 yanvar 2013-cü il tarixli qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh evinin mətbəx tikilisində yaranmış qüsurların X7 hesabına aradan qaldırılması, X5 39.0 manat maddi ziyan və 300 manat mənəvi ziyanın alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş faktiki hallarından görünür ki, Zaqatala şəhəri 28 May küçəsi 5 nömrəli ev xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur və cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində X2 məxsus yaşayış evində mətbəx divarına vurulmuş kafelin bir hissəsi qopmuş, digər hissəsi isə sınaraq yerindən qopmuşdur. Bununla da iddiaçının yaşayış evi üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş və bu pozuntu nəticəsində iddiaçıya ziyan dəymişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.07.2013-cü il tarixli 2(107)-404/2013 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin olunaraq iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2013-cü il tarixli, 2(033)-21/2013 saylı qətnaməsi qismən 300 (üç yüz) manat mənəvi ziyan məbləğinin təmin olunması hisəsində ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbi həmin 300 (üç yüz) manat mənəvi ziyan məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən 23.10.2017-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********12-05101- 093001 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi isə 54 kv.m. olan mənzil İddiaçı tam xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 23.10.2017-ci il tarixdə İddiaçı adına tərtib edilmiş, inventar nömrəsi 2543 olan, reyestr nömrəsi **********12-05101-093001 nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 3 ünvanda sənəd üzrə 0,02255 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1 mərtəbədən, 2 yaşayış otağından ibarətdir. Həmin texniki pasporta əlavə edilmiş mənzilin planından görünür ki, ümumi sahəsi 19 kv.m olan yaşayış otağında bağlı pəncərə olması sxemdə öz əksini tapmışdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, ünvan 4 3 nömrəli binanın 3 nömrəli mənzili mülkiyyət hüququ əsasında İddiaçı tam mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin mənzilin qonşuluğunda Cavabdeh məxsus 5 nömrəli mənzil vardır. 2013-cü il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 3 nömrəli mənzildən Cavabdeh məxsus 5 nömrəli mənzilin sərhəd divarına pəncərə boşluğu üçün nəzərdə tutulmuş dəlik açılmış və nəticədə cavabdehin mülkiyyətində olan mənzilin mətbəx tikilisində qüsurlar yaranmışdır. Həmin yaranmış qüsurların ünvan 4 3 nömrəli binanın 3 nömrəli mənzilin əvvəlki mülkiyyətçisi olmuş X7 hesabına aradan qaldırılması, X10 tərəfindən 39 manat maddi ziyan və 300 manat mənəvi ziyanın alınaraq Cavabdeh ödənilməsi barədə Zaqatala Rayon Məhkəməsi tərəfindən 2(033)-21/2013 nömrəli 23.01.2013-cü il tarixli qətnamə qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.07.2013-cü il tarixli 2(107)-404/2013 nömrəli qətnaməsi ilə iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2013-cü il tarixli, 2(033)-21/2013 saylı qətnaməsi qismən 300 (üç yüz) manat mənəvi ziyan məbləğinin təmin olunması hisəsində ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbi həmin 300 (üç yüz) manat mənəvi ziyan məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 23.10.2017-ci il tarixdə İddiaçı adına tərtib edilmiş, inventar nömrəsi 2543 olan, reyestr nömrəsi **********12-05101-093001 nömrəli fərdi yaşayış evinin texniki pasportuna əlavə edilmiş mənzilin sxemində ümumi sahəsi 19 kv.m olan yaşayış otağında bağlı pəncərə olması öz əksini tapmışdır. İddiaçı yaşayış evinin bağlı qalmış pəncərə boşluğunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə ekspertizanın təyin edilməsini və keçirilməsini istəmədiyini bildirmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində müəyyən edilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, iddiaçı tərəfindən açılması tələb olunan pəncərə boşluğu cavabdeh X1 mülkiyyətində olan Zaqatala şəhəri 28 may küçəsi 5 nömrəli mənzildə yerləşən mətbəx tikilisində qüsurlar yaratdığından həmin qüsurların aradan qaldırılması və dəymiş maddi zərərin ödənilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından mülkiyyət müstəqil məna daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı 22 iyun 2004cü il tarixli qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli normadan ibarətdir, birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, razılığa gələn Dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Mülki Məcəllənin 240.1-ci maddəsinə əsasən mülkiyyətçi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə öz torpaq sahəsində binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər. “Şəhərsalma və tikinti” Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə əsasən yoxlanılır. Həmin Məcəllənin 71.1-ci maddəsinbə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Məhkəmə araşdırmasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının ünvan 4 ünvanında yerləşən 3 nömrəli mənzildə olan ümumi sahəsi 19 kv metr olan yaşayış otağında yerləşən açılmasını tələb etdiyi pəncərə boşluğu cavabdehə məxsus fərdi yaşayış evinin ortaq divarında yerləşir və həmin mənzilə dair texniki pasportda bağlı pəncərə kimi qeyd edilmişdir. Məhkəmə həm də qeyd etməyi zəruri hesab edir ki, ünvan 4 ünvanında yerləşən 3 nömrəli mənzildə olan ümumi sahəsi 19 kv metr olan yaşayış otağında yerləşən və həmin mənzilə dair texniki sənədlərdə qeyd edilən bağlı pəncərə boşluğunun açılması Cavabdeh hüquqlarını pozmaqla yanaşı bir-biri ilə barışmaz münasibətdə olan iddiaçı və cavabdeh arasında mütəmadi olaraq mübahisələrin və münaqişələrin baş verməsi, bununla da həmin mənzillərdə normal yaşamanın qeyri-mümkün olması ilə nəticələnə bilər. Belə vəziyyətdə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı ünvan 3-də yerləşən şəxsi mülkiyyətindəki, yaşayış evinin bağlı qalmış pəncərə boşluğunun açılması tələbinə dair iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yenə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd edilən normaların tələbindən göründüyü kimi, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi hallarin məvcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Məhkəmə isə mövcud sübutlar əsasında işi mahiyyəti üzrə həll etməli və qətnamə qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X2 qarşı Zaqatala şəhəri 28 may küç 3-də yerləşən şəxsi mülkiyyətindəki, yaşayış evinin bağlı qalmış pəncərə boşluğunun açılması tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə rədd edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X2 qarşı ünvan 3-də yerləşən İddiaçı mülkiyyətində olan yaşayış evinin bağlı qalmış pəncərə boşluğunun açılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on ) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-379/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-379/2021
18.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver