Məhkəmə qərarları › İş №2(033)-4/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-4/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-4/2023 31.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı Cavabdeh ASC "xxxx" Bankının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" Bank ASC, Cavabdeh2 və “Cavabdeh3” MMC-ə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız sayılması və çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Bank ASC, Cavabdeh2 və “Cavabdeh3” MMC-ə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız sayılması və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" Bank ASC, Cavabdeh2, Cavabdeh3 MMC və üçüncü şəxs Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 269,3 kv.m. ümumi, 83.2 kv.m. yaşayış, 186,1 kvm yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinin hərracda satılmasına dair "Hərracın yekunları haqqında" 32 nömrəli protokolun və 26 fevral 2019-cu il tarixli "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" müqavilənin etibarsız sayılması, o cümlədən, həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində ASC "xxxx" Bankın adına mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı aparılmış 20 avqust 2019-cu il tarixli, ********** nömrəli qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını və tərəfindən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına zərurət olmadığını bildirmişdir. Cavabdeh ASC "xxxx" Bankının nümayəndəsi X2 məhkəmə iclasında ərizə təqdim edərək mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada cavabdehlər Cavabdeh2nə və “Cavabdeh3” MMC-ə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə hesab edir ki, hazır ki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi ilə bağlı məhkəməyə müraciət etmədiklərindən ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" Bank ASC, Cavabdeh2 və “Cavabdeh3” MMC-ə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız sayılması və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar