Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-421/2021 14.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 katibliyi, İddiaçıh oğlunun və onun vəkili X4 iştirakları ilə, İddiaçıh oğlunun Cavabdeh, üçüncü şəxslər Zaqatala rayon 2 saylı notariat ofisi və ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıh oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 yanvar 2012-ci il tarixdə vəfat etmiş anası X2 miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,39 ha torpaq sahəsinin mərhuma aid hissəsi və 25 iyun 2014-cü il tarixdə vəfat etmiş bacısı X1 miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 62,90 kv.m. olan yaşayış evinin və 0,39 ha həyətyanı torpaq sahəsinin mərhuma aid hissəsi üzərində onun 1/2 hissəyə dair qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh, üçüncü şəxslər Zaqatala rayon 2 saylı notariat ofisi və ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslər Zaqatala rayon 2 saylı notariat ofisi və ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndələri məhkəməyə məktub göndərərək məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər, cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçıh oğlu məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən İddiaçıh oğlunun vəkili X5 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz olmadığını bildirdi. Məhkəmə ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçıh oğlu iddia ərizəsinin qaytarılmasını tələb etdiyini bildirdi, cavabdeh və üçüncü şəxslərin nümayəndəsi isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçıh oğlunun Cavabdeh, üçüncü şəxslər Zaqatala rayon 2 saylı notariat ofisi və ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-421/2021
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-421/2021
14.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver