Məhkəmə qərarları › İş №2(033)-499/2021

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-499/2021

01.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-499/2021 01.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə X4 Ərazi Torpaq, Müsabiqə və Hərrac Komissiyası və üçüncü şəxs Zaqatala rayonu X2rşı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarə üçün təqdim olunmuş torpaq sahələrinin müsabiqələrinin baş tutmaması barəsində protokolun dəyişdirilməsi və onun həmin müsabiqələrin qalibi elan olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərracların Təşkili üzrə X4 Ərazi Torpaq, Müsabiqə və Hərrac Komissiyasının 28 noyabr 2019-cu il tarixli iki müsabiqənin baş tutmamış elan edilməsi barəsində qərarların dəyişdirilərək onun həmin müsabiqələrin yeganə iştirakçısı kimi qalib elan olunması və onunla mülkiyyətçi arasında icarə müqaviləsinin bağlanmasına dair hüququn verilməsini təsdiq edən şəhadətnamələrin ona təqdim edilməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsinin geri qaytarılması və ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin qaytarılmasını tələb etdiyini bildirmiş, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə X4 Ərazi Torpaq, Müsabiqə və Hərrac Komissiyası və üçüncü şəxs Zaqatala rayonu X2rşı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarə üçün təqdim olunmuş torpaq sahələrinin müsabiqələrinin baş tutmaması barəsində protokolun dəyişdirilməsi və onun həmin müsabiqələrin qalibi elan olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar