Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-560/2021 30.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın yarı dəyərinin, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin cavabdehlə aralarında bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın-mənzilin yarı dəyərinin 15000 manatın cavabdeh tərəfindən ona ödənilməsi, bu mümkün olmazsa ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin cavabdehlə aralarında bölünməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək iş üzrə İddiaçı təyin olunmuş məhkəmə iclasında iştirak etmədiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə baxışı iclasında iştirak etməyən iddiaçı işə onun iştirakı olmadan baxmağı xahiş etmədiyinə, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işdən görünür ki, məhkəmə baxış iclasının 30 iyun 2021-ci il tarixə saat 17:20-yə təyin edilməsi haqqında xəbərdar edilməsinə baxmayaraq, iddiaçı qeyd olunan tarixdə məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-cı maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağrışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 260.5, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın yarı dəyərinin, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin cavabdehlə aralarında bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, o, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəbdən baş verməsinə dair sübut təqdim etdikdə, məhkəmə öz qərardadını ləğv edir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-560/2021
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-560/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver