Məhkəmə qərarları › İş №2(033)-566/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-566/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-566/2021 03.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maşının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh alınıb maşınının ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, 09.09.2020-ci il tarixdə X8 ona məxsus olan Vaz 21074 markalı 2010-cı il buraxlışlı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilini nisyə alış-verişlə aralarındakı razılaşmaya əsasən 21 ay müddətinə hər ayın 10-u 320 manat ödəmək şərti ilə satmışdır. Razılaşmaya görə 09.09.2020-ci il tarixdə avtomobili 2 aylıq idarə etməyə etibarnamə vermişdir. X13 onunla alış-veriş edərkən yanında X15 olmuşdur. Tural Məmmədovu ona xalası oğlu kimi təqdim etmişdir. Heç bir ödəniş etmədən avtomaşını aparmışlar. 20 oktyabr 2020-ci ildə X15 gələrək yalvarıb yaxarıb xahiş etmişdir ki, “müharibədir biraz gözlə pulu verəcəyik, güzəştə get. Maşın lazımdır idarə etməyə”. O da Turala inanmışdır. Yenidən ondan xahiş etmişdir ki, “1 ay 20 günlük qaynatasına etibarnamə versin idarə etmək üçün” və sənədləri ona təqdim etmişdir. Sənədlər Cavabdeh məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi idi. O da idarə etmək üçün etibarnamə vermişdir. Təxminən 2 ay bundan öncə Cavabdeh evinə gələrək müraciət etmişdir ki, “məni aldatmışlar saxta etibarnamə ilə ondan X15 5500 (beş min beş yüz) manat pul alıb”. Hazırda ona məxsus maşın Zaqatala rayonunda Cavabdeh həyətindədir. Polisə müraciət etmişdir, deyirlər maşını götürmək üçün məhkəməyə müraciət etmək lazımdır. Çünki Cavabdeh aldadıldığı üçün maşını qaytarmaq istəmir. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddia tələbinə etiraz edərək göstərdi ki, iddiaçı X2 rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona qarşı maşının qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində ona etibarnamə verilən yəni 20 oktyabr 2020-ci il tarixədək olan məlumatların doğru olub-olmadığını deyə bilməz. Amma ona etibarnaməni Salamzadə Sürəyya vermişdir. Həmin Etibarnamə ona 1 il 20 gün müddətinə verilmişdir.(etirbamamədə qeyd olunub müddət). Ona İddiaçı etibarnamə verməmişdir. Belə ki, 21.10.2020-ci il tarixdə X3 20.10.2020-ci il tarixli etibarnamə əsasında **-HT-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı minik avtomobilini faktiki olaraq 5500 manat ödəniş etməklə almışdır. Həmin avtomobili 18.10.2020-ci il tarixində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən avtomobil bazarında görmuşdür. Həmin avtomobil bazarı həftədə 1 dəfə yenə hər həftənin bazar günü işləyir. Adını unutduğu bir nəfər şəxslə avtomobili 5500 manat qiymətində razılaşmışdırlar. Həmin günü-18.10.2020ci tarixdə həmin şəxs avtomobili onun həyətinə gətirib qoymuşdur. Bundan sonra həmin avtomobilə sənəd düzəltmək adı ilə getmiş və 2 gündən sonra onun adına etibarnamə gətirmişdir. O, 18.10.2020-ci il tarixdə sənədləşmə işləri üçün həmin şəxsə öz şəxsiyyət vəsiqəsini və 200 manat qabaqcadan pul vermişdir. Bundan sonra 21.10.2020-ci il tarixdə həmin şəxs bir gün qabaq ona verilən etibarnaməni və şəxsiyyət vəsiqəsini gətirmişdir. 21.10.2020-ci il tarixində o həmin şəxsə 5300 manat pul vermişdir. Həmin şəxslə aralarında danışıq olmuşdu ki, o baş etibarnamə (generalni daverenost) verəcəkdir. Lakin o, etibarnaməni götürən zaman həmin etibarnamədə nə yazıldığını bilməmişdir. O kifayət qədər yaşlı adamdır və bu latın qrafikası ilə yazını oxuya bilmir. O bütün bunları 18.01.2021-ci il tarixində avtomobili öz adına keçirmək istəyərkən bilmişdir. Belə ki, həmin etibarnaməni DYP-də yoxladarkən ona bu etibarnamənin ləğv edildiyini bildirdilər. Həmin etibarnamənin 20 dekabr 2020-ci il tarixdən dondurulduğu 18.01.2021-ci il tarixdə ona məlum oldu. Həmin günü o yaranmış bu məsələ ilə bağlı Bakı şəhərinə getmişdir. Yanvarın 18-dən 20-nə kimi Bakı şəhərində bu məsələni araşdırmışdır. Bundan sonra o avtomibilin Texniki pasport üzrə sahibi İddiaçı evinə getmişdir. Lakin həmin evin qapısı bağlı idi. Bundan sonra ona etibarnamə verən şəxs X3 evinə getmişdir. Sürəyyanın evindən çıxan bir şəxs ona bildirdi ki, həmin işlərə 313 Cars avtomobil salonunda menecer işləyən Ceyhun adlı şəxs baxır. O 313 Cars avtomobil salonuna getmişdir. Ceyhun adlı şəxsi həmin yerdə tapmışdır. Onda olan avtomobilə məxsus texniki pasport və etibarnaməni baxmaq adı ilə ondan götürmüşdür. Ona bildirmişdir ki, bu işlərə özü baxır. Surəyyə Salamzadə özünün xalasıdır. Həmçinin əlavə etmişdir ki, Sürəyyanın evindən onu bura yönləndirən şəxs də özünün xalası oğludur. O ora çatan kimi sonradan adının Ceyhun olduğunu bildiyi şəxs ona bildirmişdir ki, avtomobil onlarındır, onu axtarırlar, tapa bilmirlər, nə yaxşı ki gəlmişdir. O, ona onu polis axtara bilər sən kimsən məni axtarırsan? demişdir. Ona pulu qaytarılmadığı halda maşını verməyəcəyini bildirmişdir. Cavabında bir qəpik də verməyəcəyini, avtomobilin onlara məxsus olduğunu bildirmişdir. Ceyhun sənədlərə baxdıqdan sonra etibarnaməni cıraraq zibil qabına tullamışdır. Lakin avtomobilin texniki pasportunu özündə saxlamışdır. Ona prokurorluğa müraciət edəcəyini bildirmişdir. Ceyhun cırdığı etibarnaməni zibil qabından götürərək yapışdırıb birləşdirdikdən sonra qaytarmışdır. Həmin yerdə işləyən başqa bir menecer, iş yoldaşı Ceyhuna “sənə sənədi cırmaq səlahiyyətini kim verib?” sualını vermişir. Bundan sonra yaxınlıqda olan prokurorluğa birlikdə getməyi təklif etmişdir. Onlar bir yerdə salondan çıxaraq prokurorluğa getdikdə Ceyhuna zəng gəlmiş, zəng edən prokurorluqda işlərinin olmadığını bildirmişdir. Bu zəngdən sonra onlar prokurorluğa getməkdən imtina etmiş və o özü prokurorluğa getmişdir. 20.01.2021-ci il tarixdə 313 Cars avtomobil salonun yaxınlığında yerləşən prokurorluğun inzibati binasına daxil olmuşdur. Prokurorluqdan ona “bugün 20 Yanvardır, iş günü deyil. İş günü müraciət edin” sözləri deyilmişdir. O da xəstə, İİ qrup əlil, 66 yaşda olduğu üçün səhhəti ilə əlaqəli Bakı şəhərində qala bilməmiş, Zaqatala rayonuna qayıtmışdır. Bundan sonra yenə də ona müxtəlif nömrələrdən zənglər gələrək avtomobili qaytarması istənmiş və qaytarmadığı halda gəlib götürəcəklərini demişlər. Ona zəng edən şəxslər X20, Gözəlov Ceyhun, 313 Carsdan Nömrələr isə bunlardır: ***-***-**-**, ***-***-**- **, Goranboy rayonundan Həsənov Adil -***-***-**-**, Tural adlı şəxs- ***-***-**-**. O, dələduzluq cinayətinin qurbanı olmuşdur. Hal-hazırda ona müxtəlif şəxslərdən və müxtəlif nömrələrdən zənglər gəlməkdə davam edir. O öz halal pulu ilə aldığı avtomobili sənədləşdirə bilmir. O avtomobil aldığı zaman kifayət qədər pulu olmadığına görə avtomobili öz adına rəsmiləşdirməmişdir. 2021-ci ilin yanvar ayında əlinə bir az vəsait keçdiyi üçün avtomobili öz adına keçirmək qərarına gəlmişdir. O, kənd tərəssüfatı ilə məşğul olur, fermerdir. Torpaq sahəsi öz evindən 26 km aralıda yerləşdiyi üçün həmin avtomobili özünə torpaq sahəsinə getmək üçün istifadə etmək məqsədi ilə almışdır. Lakin başına gələn bu hadisələrdən sonra avtomobildən istifadə edə bilmir. Respublika ərazisində avtomobilin faktiki olaraq etibarnamə əsasında satılması hamıya məlumdur. O bu yaşına kimi etibarnamə əsasında dəfələrlə avtomobil alıb satmış və heç bir problem ilə qarşılaşmamışdır. 02.03.2021-ci il tarixdə materialın istintaq aiddiyyatı üzrə göndərilməsi barədə Zaqatala RPŞ-nin İstintaq bölməsinin müstəntiqi İsa Çıraqov qərar qəbul edərək materialı Bakı şəhər Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərmişdir. 17.04.2021-ci il tarixdə materialın ərazi adiyyatı üzrə göndərilməsi haqqında Nəsimi RPİ-nin müstəntiqi Mahmud Mirzəyev qərar qəbul edərək materialı Zaqatala rayon Polis şöbəsinə göndərmişdir. Hal-hazırda onun müraciəti üzrə toplanmış material Zaqatala RPŞ-nin İstintaq Şöbəsindədir. Maşın və maşının sənədləri onda olan zaman yəni 21.12.2020-ci il tarixdə X1 Baba Daşdəmir oğluna 26.12.2020-ci il tarixinədək etibarnamə vermişdir. (DİNnin DYP Web Portalından çıxarış). Həmin çıxarışda da və etibarnamədə də ona İddiaçı tərəfindən yox, X6 tərəfindən etibarnamə verilməsi göstərilir. İddiaçı İddia ərizəsində yalandan onu Tural adlı şəxsin qaynatası qismində göstərmişdir. Hesab edir ki, iddia əsassızdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan 20.10.2020-ci il tarixdə verilmiş ƏN-V seriyalı 397532 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı adından X6 VAZ 21074 minik markalı ******* mühərrik nömrəli XTA210740A2953254 Ban nömrəli, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 1 ay 20 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün vermişdir. Etibarnamə 10.12.2020-ci il tarixədək qüvvədədir. Etibarnamə imza qrafasında “Salamzadə” qeydi edilməklə imzalanmışdır. İşdə olan 20.10.2020-ci il tarixdə verilmiş ƏN-V seriyalı 397532 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı adından X6 VAZ 21074 minik markalı ******* mühərrik nömrəli XTA210740A2953254 Ban nömrəli ** HT *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 1 il 20 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün vermişdir. Etibarnamə 10.11.2021-ci il tarixədək qüvvədədir. Etibarnamə imza qrafasında “Salamzadə” qeydi edilməklə imzalanmışdır. İşdə olan 145754 nömrəli 23.09.2020-ci il tarixli etibarnamədən görünür ki, Vəliyeva X12 Surəyya Xəlil qızına harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam vermək, öz mülahizələrinə görə şərtlər müəyyən etməklə qanunla icazə verilmiş əqdləri bağlamağı və s. etibar etmişdir. İşdə olan Baş Dövlət Yol Polisi İdarəsinin 25.05.2021-ci il tarixli 016-58779-1221 nömrəli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasına görə «VAZ-21074» markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil 09.07.2020-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1947-ci il təvəllüdlü X10 adında qeydiyyatdadır. Məktuba avtomobil və etibarnamə verilmiş şəxslər barədə məlumatların kompüter çıxarışı əlavə edilmişdir. Həmin məktuba əlavə edilmiş çıxarışdan görünür ki, 20.10.2020-10.12.2020-ci il müddəti üçün Cavabdeh etibarnamə verilmişdir. İşdə olan Zaqatala Rayon Polis Şöbəsi tərəfindən 18.05.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Vaz-21074 minik markalı 90HT442 dövlət qeydiyyat nişanlı avtomaşın ünvan 2 ünvanında Cavabdeh həyətində yerləşir və hal-hazırda sürülmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. İş materiallarından da görünür ki, İddiaçı Abdurahman qızının tələb etdiyi VAZ 21074 minik markalı ******* mühərrik nömrəli XTA210740A2953254 Ban nömrəli ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil 09.07.2020-ci il tarixdən onun adına qeydiyyatdadır və onun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 365.1.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir. Məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, "VAZ 21074" markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçının nümayəndəsi X7 bu avtomobillə bağlı Cavabdeh verdiyi etibarnamənin qüvvədə olma müddəti başa çatmış, lakin mübahisəli nəqliyyat vasitəsi iddiaçıya geri qaytarılmamışdır. Göründüyü kimi, mübahisəli avtomobil Cavabdeh qanunsuz sahibliyindədir. Göründüyü kimi, İddiaçı "VAZ 21074" markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan "VAZ 21074" markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh olması və avtomobildən cavabdehin istifadə etməsi iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan avtomobildən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh qanunsuz sahibliyində olan "VAZ 21074" markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddianın təmin olunmasına qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh qanunsuz sahibliyində olan "VAZ 21074" markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 242-244, və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "VAZ 21074" markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar