Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-689/2021 27.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun vəkili X2 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1336 (bir min üç yüz otuz altı) manat məbləğində pulun və 5000 (beş min) manat məbləğində mənəvi zərərin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 1308 manat məbləğində pulun və 5000 (beş min) manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1308 manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə "xxxx" Bank Olmayan Kredit X8 Təşkilatı QSC arasında bağlanmış 31 iyul 2015-ci il tarixli KAZaq 131955/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh "xxxx" Bank Olmayan Kredit X8 Təşkilatı QSC-dən 1633,78 manat məbləğində kredit götürmüşdür. O və cavabdehin həyat yoldaşı X7 həmin kredit müqaviləsində zamin kimi qeydə alınmışlar. Lakin cavabdeh krediti ödəmədiyinə görə "xxxx" Bank Olmayan Kredit X8 Təşkilatı QSC cavabdehə, cavabdehin həyat yoldaşı X5 və ona qarşı məhkəməyə müraciət edərək kredit müqaviləsinin ləğv olunması və həmin müqavilədən yaranmış borcun müştərək qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 28.11.2017-ci il tarixli 2(033)-1799/2017 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" Bank Olmayan Kredit X8 Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2015-ci il tarixli KAZaz 131955/15 nömrəli kredit müqaviləsinin ləğv edilib, cavabdehlər Cavabdeh, X3 və ondan 31 iyul 2015-ci il tarixli QAZaq 131955/15 nömrəli kredit müqaviləsinə əsasən, 10.04.2017-ci il tarixə olan 1633,78 manat əsas kredit borcu, 404,4 manat ona hesablanmış faiz borcu və 300 manat cərimə olmaqla, cəmi 2338,18 manat kredit borcunun, həmçinin 30 manat dövlət rüsumunun müştərək qaydada iddiaçı "xxxx" Bank Olmayan Kredit X8 Təşkilatı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Lakin indiyə qədər Cavabdeh və həyat yoldaşı X3 pul tutulmamış, ancaq pulun tutulması onun əmək haqqına yönəldilərək indiyə qədər 1308 manat pul tutulmuşdur. O dəfələrlə cavabdehə kredit götürübsə ödəməli olduğunu, ödəmədiyi təqdirdə kredit borcunun onun əmək haqqından tutulduğunu bildirsə də o, bu sözlərə əhəmiyyət verməmiş, əksinə onu nalayiq sözlərlə təhqir edərək pulu ödəməyəcəyini bildirmişdir. Ona görə də məhkəməyə müraciət etməyi qərara almışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili X6 çıxış edərək göstərdi ki, iddia tələbini müdafiə edir və cavabdehdən iddiaçının xeyrinə kreditora ödənilmiş ödənişlərin tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli 2(033)- 1799/2017 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" Bank Olmayan Kredit X8 Təşkilatı QSC-nin xeyrinə ondan, həyat yoldaşından və iddiaçıdan müştərək qaydada 2338,18 manat kredit borcu tutulmalı idi. Qeyd edilən məbləği onun adına rəsmiləşdirilsə də, həmin pul vəsaiti Nadir adlı şəxsə verilmişdir. Ona görə də, o, həmin kredit məbləğini ödəməmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli 2(033)- 1799/2017 nömrəli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, iddiaçı "xxxx" Bank Olmayan Kredit X8 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2015ci il tarixli KAZaq 131955/15 nömrəli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh, İddiaçı və X3 31 iyul 2015-ci il tarixli KAZaq 131955/15 nömrəli kredit müqaviləsinə əsasən, 10.04.2017-ci il tarixə olan 1633,78 (bir min altı yüz otuz üç manat yetmiş səkkiz qəpik) manat əsas kredit borcu, 404,4 (dörd yüz dörd manat qırx qəpik) manat ona hesablanmış faiz borcu və 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 2338,18 (iki min üç yüz otuz səkkiz manat on səkkiz qəpik) manat kredit borcunun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pulun müştərək qaydada iddiaçı "xxxx" Bank Olmayan Kredit X8 Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı "xxxx" BOKT QSC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2015-ci il tarixli KAZaq 131955/15 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" BOKT QSC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 2500 (iki min beş yüz) manat kredit verilmişdir. İddiaçı "xxxx" BOKT QSC ilə cavabdehlər İddiaçı və X7 arasında bağlanmış 31.07.2015-ci il tarixli KAZaq 131955/15 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi olan zaminlik müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən zamin cavabdehlər İddiaçı və X7 31.07.2015-ci il tarixli KAZaq 131955/15 nömrəli kredit müqaviləsindən irəli gələn bütün pul tələblərini tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Həmin qətnamədən görünür ki zaminlik müqaviləsinin 1.2-ci bəndinin tələbinə görə zamin zaminliklə təmin olunmuş bütün öhdəliklər, o cümlədən, bu Müqavilədə qeyd olunan kredit müqaviləsinə uyğun olaraq faiz məzənnəsinin dəyişdiriləcəyi hallar da daxil olmaqla əsas borcun, faizlərin, dəbbə pulunun, borcun tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində iddiaçıa dəyən digər zərərin əvəzinin ödənilməsi üzrə iddiaçı qarşısmda borcalanla eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin əmək haqqından tutulmanın aparılması haqqında təklifdən görünür ki, Zaqatala rayon Məhkəməsinin 28 noyabr 2017-cı il tarixli 2(033)-1799/2017 saylı məhkəmə əmri sizə göndərilərək təklif olunur ki, 2338.18 manat borc və 30 manat məbləği tam ödənilənədək hər ay borclu İddiaçı əmək haqqından 50 faiz tutularaq təklifə əlavə edilmiş "xxxx" BOKT MMC-nin bank hesabına köçürülməsi təklif olunmuşdur. İş materiallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 10 may 2018-ci il tarixli 41850 nömrəli 5 saylı X4 ünvanlanmış məktubdan görünür ki, borclu İddiaçı barəsində əmək haqqından tutulmanın aparılması haqqında təklif icra edilməsi üçün göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş 129 nömrəli 14 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Zaqatala rayon İcra Şöbəsinin məktubuna əsasən borclu İddiaçı 2018-ci ilin iyun-iyul-avqust aylarında 770 (yeddi yüz yetmiş) AZN, 2018-ci ilin dekabr ayında 269 (iki yüz altmış doqquz) AZN, 2019-cu ilin yanvar ayında 269 (iki yüz altmış doqquz) AZN, cəmi 1308 (bir min üç yüz səkkiz) AZN manat tutularaq Kred Aqro MMC-nin Azərbaycan BB Zaqatala filialındakı AZ72İBAZ******************** nömrəli hesabına köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə "xxxx" ASC arasında 31 iyul 2015-ci il tarixli KAZaq 131955/15 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kreditor "xxxx" BOKT QSC tərəfindən borclu Cavabdeh 18 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 2500 (iki min beş yüz) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq, kreditor "xxxx" BOKT QSC ilə borclu İddiaçı arasında 31.07.2015-ci il tarixli KAZaq 131955/15 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Borclu tərəfindən kredit borcunun vaxtında ödənilməsi şərtləri pozulmuş və Zaqatala Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli 2(033)-1799/2017 nömrəli qətnaməsinə əsasən 2338,18 (iki min üç yüz otuz səkkiz manat on səkkiz qəpik) manat kredit borcunun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pulun müştərək qaydada Cavabdeh, İddiaçı və X3 "xxxx" BOKT QSC-nin xeyrinə tutulması qət edilmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin təklifinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən İddiaçı çatacaq əmək haqqından cəmi 1308 (bir min üç yüz səkkiz) manat tutularaq Kred Aqro MMC-nin Zaqatala filialındakı hesabına ödənilmişdir. İşin bu halları iddiaçının izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilir. İddiaçı da hazırki tələblə məhkəməyə müraciət etmiş və Cavabdeh borcunun ödənilməsi ilə əlaqədar onun tərəfindən ödənilmiş 1308 manat pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi, 31 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" BOKT QSC ödəməli olduğu 1308 manat məbləğində öhdəliyi onun zamini olmuş iş üzrə İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə də, "xxxx" BOKT QSC-nin öhdəlik üzrə hüquqları, zaminin kreditorun tələbini ödədiyi həcmdə, yəni 1308 manat məbləğində Cavabdeh öhdəliyini icra etmiş zamini olan-İddiaçı keçmişdir. Buna görə də, İddiaçı Cavabdeh 1308 manat məbləğdə pulu tələb etməkdə haqlıdır və həmin məbləğ Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Məmməd qızı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tələb edilmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1308 (bir min üç yüz səkkiz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-689/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-689/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver