Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-7/2023 18.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, ona maddi zərərin və əsassız varlanma nəticəsində vurduğu ziyanın dəyəri olan 595 400 AZN pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən "Hamam, yeməkxana, məişət, qazanxana" binasını və Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən mağazanı (başqa adı: "Pilləkənli mağaza") Azərbaycan Respublikası qanunlarına uyğun olaraq almışdır və bu obyektlər hal-hazırda onun mülkiyyətindədir. Cavabdeh ondan xahiş etmişdir ki, bazarı yaxşı tanıdığı üçün ona obyektdə iş versin. And-aman oldu ki, ona sadiq olacaq. O onun gələcək planlarına mane olmasın deyə, İmran ondan 3 il vaxt istəmiş və işə qarışmasın deyə ondan xahiş etmişdir. Belə ki, o, obyektləri işlədəyəcəyini və gəlirləri vaxtı vaxtında ona verəcəyini bildirmişdir. O iş üçün sənədləri qaydasına salmaqdan ötrü etibarnamə yazan vaxt bilmişdir ki, İmranın soyadı Mustafayevdir. O bunu biləndə ona demişdir ki: "daha yaxşı, sənə ilişən olmaz, hamıya de ki, qohumuq..." 5 il ərzində (2003 - 2008) onun aldığı obyektlərdə İmran müqaviləsiz və icarə haqqı ödəmədən özü üçün çalışıb. O ona söz vermişdir ki, obyektlərdə abadlıq işləri aparacaq və işləri qaydasına salacaq. İmran hər dəfə çətinliyə düşəndə, ona zəng edib pul istəyəndə, o pulu artıqlamasıyla ona vermişdir. Təkcə elektrik transformatorunun təzədən yığılmasına ondan o vaxt 4000 Azn pul almışdır. Transformator vasitəsilə elektrik enerjisi ilə bazara xidmət edirdi. O işlərində qayda-qanun yaratmağa çalışmışdır. Bütün texniki pozuntular və çox təhlükəli üç fazalı elektrik naqilləri hələ də bazar tikililəri binalarının üzərində qalmaqdadır. İmran hər il ona neçə-neçə problemlər yaradırdı. İmranın şəxsən mənimsədiyi pul vəsaitini o ödəyə bilməz. Bu qanunsuzluğun qarşısını almaq istəyir, çünki bu əməllərindən sonra, onun borcları daha çox olacaq və borclar onun üstünə yığılacaq. Bu ərəfələrdə o belə problemləri həll etməkdən əlavə, İmrana maddi kömək də edib. Hər dəfə İmranın bütün xırda borclarını o ödəyib ki, o təhlükəsiz və normal çalışa bilsin. Hətta Zaqatala Rayon İcra Ximətinin əməkdaşları dəfələrlə yanına gələrək İmranın cərimə və borclarının ödənilməli olduğunu ona bildirirmişlər və deyiblər ki, əks halda obyekt bağlanılacaq və İmran məsuliyyətə cəlb olunacaq. O da bu borcları çarəsiz qalıb ödəyib. İmran çalışırdı ki, o ondan asılı vəziyyətdə qalsın. Ona, deyirdi "xırdalıqlara fikir vermə, ailəm var, yoldaşım uşaq gözləyir, əvəzini artıqlamasıyla qaytaracam". Onun da İmrana yazığı gəlirdi. İmran deyirdi "daha heç bir borcu yoxdur." İllər keçdikcə, öyrənmişdir ki, İmranın həddindən artıq borcu var: təxminən 100 000 AZN. Məsləhətə gəlmiş və İmranı obyektlərdən kənarlaşdırmışdır. İmran dostluq münasibətlərini önə çəkərək (05.2008-ci ildə) ona günahlarını etiraf edərək, "son xahiş"ini etdi. Onu əmin etdi ki, "daha heç bir borcum qalmayıb və bütün borcları ödənilib, indidən sonra ona olan borclarını ödəməyə başlayır". 06.2008-ci ildə ona kişi sözü verdikdən sonra, o onu obyektə buraxmışdır. Ondan sonra 08.2008-ci ildən, digər obyektlərin icarə haqqını o qismən alıb. O obyektlərin bəzilərini başqalarına icarəyə verməyə hazırlaşıb. İmrana bunlardan xəbər çatanda, o ondan xahiş etmişdir ki, obyektləri ondan götürüb başqa adamlara verməsin. Bunları özü- İmran işlədərək çörək sexinə görə ayda 1000 AZN, yeməkxanaya görə 1000 AZN ödəyə, həmçinin əvvəlki ilərdə əldə etdiyi və ona vermədiyi kirayə haqqlarını tez qaytara bilər. O ona inanaraq, demişdir ki, birinci abadlıq işlərini qurtar, sonra borcları bağlayarsan (06.2008-ci ildən), o da razılaşmışdır. Ancaq verdiyi söz yalan çıxdı. 2009-cu ildən obyektlərin fəaliyyətinə ciddi nəzarətə keçmişdir. İmranın başqa düşüncələri var idi, sonradan başa düşmüşdür (abadlıq işlərini uzadırdı ki, borclarını qaytarmasın, müqavilənin imzalamasını uzadırdı. Sonadək onunla rəsmi heç müqaviləni belə bağlamadı). O, onun fəaliyyətinə gizli şəkildə mane olmaq istəyir. İcarəçilər hamısı ondan qorxurdu. Gedən getdi, qalan qaldı. Sonradan icarəçilərə mane olurdu, suyunu, işığını kəsirdi, ara qarışdırırdı, haqq alırdı, orda qalmaqdan ötəri çirkin işlərə əl atırdı. O vaxtı o onun fikirlərini görmürdü. O artıq bütün sərhədləri keçmişdi. Hər il sonu qurtarmayan "abadlıq işləri aparıram" deyirdi, amma harada abadlıq işlərinin aparması görünmürdü, əksinə obyektləri söküb-satırdı. Qazın, işığın, suyun, kanalizasiya çəkilmə xərclərini onun ödəməyinə baxmayaraq sayğaclar tez-tez sıradan çıxarılırdı (sonuncu dəfə su sayğacını xx.xx.2021-ci il tarixində 248,23 Azn ödəyərək yeniləmişdir). Hətta keçən il bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq 7 saylı X4 idarəsi nəzarət xidmətinin yoxlaması zamanı çörək sexinin antisanitar şəraitdə istismarına və ekoloji çirklənmələrə görə 2 dəfə cərimələnərkən (300 Azn və 2500Azn), İmran yoxlama məmuruna zor işlətmiş və onu təhqir etmişdir. Həmin məmurun məhkəməyə müraciətindən xəbəri olsa da, işin nəticəsindən xəbərsizdir. Yalnız 7 saylı X4 idarəsindən öyrənə bilmişdir ki, bu cərimələr indiyədək ödənilməyib. İmranın borcu qaytarmaq məqsədi yoxdu, planları çox böyükdü. Onun etimadını qazanmaqla, biznesi təkbaşına nəzarətdə saxlamaqla İmranın əsas məqsədi, bütün əmlakını yalan, təhdid, böhtanla ələ keçirməkdir. Bazar işçiləri və kirayəçilər ondan tez-tez şikayət edirdilər və o artıq onun hərəkətlərinə təsir edə bilmirdi. Mülkiyyətinə yaxınlaşa bilməmişdir. O artıq bütün sərhədləri keçmişdir. 2019-cu ildə məhkəməyə müraciət etmişdir. Yoldaşlıqda İmran belə işlər etməməliydi. Çox heyif ki, bunlara o gec reaksiya vermişdir. 18 ildir ki pul qazandığı yerdə heç bir pul ödənişi və abadlıq işlərini aparmayıb, verdiyi pulları yeyib, 4 obyekti zəbt edib oturub, hamını qurdalaya-qurdalaya, dünya vecinə deyil, yalanlarının sərhəddi yoxdur. Hamamın iri qazanxana binasını (xarici ölçüləri: 6m x 8.8m) ondan xəbərsiz söküb hissə-hissə (barı kubiklərini, dəmir boruları, iri (8- 10 tonluq) 4 ədəd çənləri, kərpicləri, 4 ədəd güclü elektrik su mühərrikləri və nasosları, 2 ədəd iri (diametri 2,2 uzunl. 4.8 metrlik) daxili suqızdırıcı çənləri, 4-ədəd əlvan metaldan düzəldilmiş istilikötürücülərini (teploobmennik), çox yoğun və uzun qazanxana tüstü borusunu və s. və s...) söküb satdı. 2007-ci ildə İmranın qazanxananın uzun dəmir tüstü borusunu qaldırıcı kran ilə sökdüyünü o eşidəndə, qazanxana binası və avadanlığının yarıdan çoxunu artıq İmran söküb satmışdı. İmrandan soruşmuşdur, "niyə icazə almadan belə başsız işlər görür, qazanxananı sökür"? Ona İmran belə cavab vermişdir: "Bunun yerində, sənə abadlıq işləri ilə, avtomobil yuma sexi, quru təmizləmə boksları tikib və açıq ödənişli avtomobil park edəcəm. Bu iş daha böyük fayda gətirər". O, İmranı möhkəm danlamışdır, razılıq verməmişdir, ona dərhal hər şeyi öz yerlərinə bərpa etməyə tapşırmışdır və ona vaxt vermişdir. Lakin İmran nəinki avtoparkı tikdi, hətta söküb-dağıtdığı heç bir şeyi indiyədək geri bərpa etməyib. Bu gün qazanxana obyektinə, inşaat-layihə və smeta sənədlərini hazırlamaq və razılaşdırmaq, kommunikasiya xətlərinin rəylərini hazırlamaq və yerinə qaytarmaq, içindəki avadanlığı almaq və qurmaq, obyekti tikmək xərci təxminən 62000 Azn-ə başa gəlir. Elektrik qaynaq sexini də ondan və qaynaqçı icarəçi Cəlaldan xəbərsiz sökdü və içərisindəki Cəlala məxsus tonlarla metal üstlərlə birlikdə satdı. Onun indi maddi vəziyyəti yaxşı deyil. Yeganə mülkü işi buradır. İmranın 2009-ci ildə verdiyi sözə və aralarındakı razılaşdırılmış orta bazar qiymətlərinə və İmranın həmin vaxtkı təklifinə əsasən, İmran: Söküb satdığı qazanxana binasına görə - 62 000 AZN ona ödəməlidir. 2003-cü ildən 2008-ci ilə qədər - 291 000 AZN ona ödəməlidir. 2003-2008-ci illər üçün hər ay Pilləkənli mağaza- İmranda 200 azn, Çörəkxana- İmranda 1000 azn, Yeməkxana- İmranda 500 azn, Dəmirçi sexi- İmranda 100 azn (istifadəçi Cəlal), Avto yuyucu- İmranda 200 azn, Stomatoloq Həkim- İmranda 100 azn (istifadəçi Nailə), Qab-qacaq mağazası-İmranda 400 azn, Velosiped mağazası-İmranda 200 azn (istifadəçi Rövşən), İctimai ayaqyolu-İmranda 700 azn (istifadəçi İbrahim), Elektronika mağazası- İmranda 650 azn (istifadəçi Mustafa+Ramiz) 4050 AZNx12 ay x 5 il + 243000 AZN. 2009-cu ildən 2020-ci ilədək isə aralarındakı orta bazar qiymətlərinə uyğun razılaşma və İmranın həmin vaxtkı təklifinə əsasən - 290 400 AZN Pilləkənli mağaza- İmranda 200 azn, Çörək sexinə-İmranda 1000 azn, Yeməkxana- İmranda 1000 azn 2200 Azn x 12ay x 11 il = 290 400 AZN. Cəmi: 62 000 + 243 000 + 290400 = 595 400 AZN təzminat tələb edir. Həyatının və əmlaklarının qanunlar əsasında qorunmasını, Cavabdeh qanunsuz hərəkətlərinə və cinayətlərinə görə cəzalandırılmasını, onun qanuni hüquqlarını (mülkiyyət, əmək, toxunulmazlıq və s...) dövlətin real qorumasını xahiş edir. Öz vətənində icarə müqavilələrini bağlayıb qeydiyyata alaraq və vergiləri ödəməklə normal biznes qurmağa çalışır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-30/2020 nömrəli 18-sentyabr 2020-ci il qərardadı ilə Cavabdeh "Hamam, yeməkxana, məişət, qazanxana" binasına daxil olması qadağan edilmiş, Zaqatala Rayon Məhkəməsinin 2(033)-12/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh pul tələbi iddiası rədd edilmiş və o "Hamam, yeməkxana, məişət, qazanxana" binasından çıxarılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsa da, Cavabdeh ona "Hamam, yeməkxana, məişət, qazanxana" binasından istifadə etməyə zor tətbiq etməklə qoymur, hədələrlə obyektə nəzarət-təmir-qulluq işlərini görməyə gəlmiş insanlara işlərini görməsinə imkan vermir. xx.xx.2021-ci il tarixindən bu günədək 5 dəfə (hətta obyektə soxularaq) insanlara hədə gəlmiş, "Buranın sahibi ölməyib, götürmə buranı, axırı yaxşı olmaz, məhv edərəm", "dağıdaram", "Buranı işlətməyi ağlınıza gətirməyin, batıraram", "Ora girmiyin", "buralar mənimdir, sizə buralarda işləməyə xod yoxdur. Только через мой труп" deyərək yeməkxana aşpazlarını oradan uzaqlaşdırmış, etibarlı nümayəndəsi M.İ.İsmayılova hücum edərək əlindəki uzun açarla iki dəfə onun qarın nahiyəsinə və yumruqla sinəsinə vurmuşdur. Bu iş hal-hazırda Zaqatala Rayon Polis Şöbəsində araşdırılır. xx.xx.2021-ci il tarixində İmran özünün girməsinə məhkəmə qadağası qoyulmuş sözügedən obyektə axşam qanunsuz soxularaq elektrik xətt qoruyucularını götürmüş, ertəsi günü bu "oğurluq" barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və Rayon Elektrik Şəbəkəsinin ixtisaslı işçilərinin əvəzinə yenidən obyektə qanunsuz girərək həmin qoruyucuları yüksək gərginlik xəttinin əvvəlki yerlərinə qoymuşdur. xx.xx.2021-ci il tarixində axşam saat 20-30 radələrində Post-Patrul Xidməti əməkdaşları və sahə müvəkkili Qənbər Məmmədov zəng edərək onları "Hamam, yeməkxana, məişət, qazanxana"obyektinə çağırmışdır. Aydın oldu ki, İmran obyektlərinə həmişəki kimi "girərək" indiyədək apara bilmədiyi 2 ədəd massiv və ağır mənzil giriş qapılarını (bunların hər birini ən azı 2 kişi qaldıra bilər) barının cənub alçaq divarlı yerindən qonşuların həyətindən keçirməklə "dostları"nın köməyi ilə apararkən, səs-küyə yaxınlaşan qonşular və bazar mühafizə polisi əməkdaşlarından qaçaraq ag rəngli "pikap" tipli avtomobildə ərazidən uzaqlaşıb. Ertəsi günü xx.xx.2021-ci il saat 18-00-a həmin qapı və çərçivələr öz əvvəlki yerlərinə qoyulmuşdur. Cavabdeh Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən mağazaya (başqa adı: "Pilləkənli mağaza") qanunsuz sahiblik iddiasını Şəki Apellyasiya Məhkəməsi 31-03- 2021-ci il tarixində 2(107)- 427/2021 nömrəli qətnamə ilə rədd etmişdir. Həmin bu mağazada və həyətində İmranın nəyi söküb-satmasından, dağıdıb-daşımasından məlumatı yoxdur. Çünki nəinki bu mülkiyyətlərindən istifadə etməyə, hətta 2009-cu ildən sonra ora girib əmlakına kənardan belə nəzarət etməyə İmran ona imkan vermir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə ilə müraciət edərək qeyd olunan mülki iş üzrə iddia ərizəsinin tələb hissəsini aşağıdakı redaksiyada qəbul edilməsini xahiş etmişdir. "Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından (Hamam, yeməkxana, məişət, qazanxana binası) istifadə edib icarə haqqı ödəməməklə ona vurduğu maddi ziyanın əvəzi olan 162.000 (yüz altmış iki min) manatın, qazanxana binasını və ona aid əşyaları məhv etməsi nəticəsində dəymiş ziyanın əvəzi olan 62000 (altmış iki min) manatın, vurmuş olduğu mənəvi ziyanın əvəzi olan 10.000 (on min) manatın, ümumilikdə, 234.000 (iki yüz otuz dörd min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edəsiniz." İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh X3 iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək 2007-ci ildə sökülüb satılmış qazanxana binasına görə 62 000 AZN, 2003-2008-cı illər üçün cəmi 243 000 AZN, 2009-cu ildən 2020-ci ilədək isə orta bazar qiymətlərinə uyğun razılaşma və İmranın həmin vaxtdakı təklifinə əsasən - 290400 AZN olmaqla cəmi 595 400 AZN vəsaitə münasibətdə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı ona qarşı iddia qaldirdıqdan sonra iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ondan "Cavabdeh mülkiyyətimdə olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından (Hamam, yeməkxana, məişət, qazanxan binası) istifadə cib icarə haqqı ödəməməklə ona vurduğu maddi ziyanın əvəzi olaraq 162.000 manatın, qazanxana binası və ona aid əşyaları məhv etməsi nəticəsində dəymiş ziyanın əvəzi olan 62000 manatın, vurulmuş olduğu mənəvi ziyanın əvəzi olan 10.000 manatın, ümumilikdə 234.000 (iki yüz otuz dörd min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildiririr ki, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası onun mürciətləri əsasında alınmış. Nazim adlı şəxs Rusiya vətəndaşı olduğu üçün iddiaçının adına şənədləşmə işləri də onun tərəfindən aparılmışdır. Zaqatala Rayon İcra Başçısının 20 may 2004-cü il tarixli sərəncamına əsasən həmin ünvanda yerləşən özəlləşdirilmiş hamam binasının funksional təyinatının dəyişdirilməsinə razılıq verilmiş və binanın daxilində, xaricində təmir-bərpa və yenidən qurma işləri hələ o zamandan aparılmağa başlanılmışdır. Belə ki, hamam binasının funksional təyinatı dəyişərək, orada yeməkxana, məişət xidməti, pullu ayaqyolu sahələri, moyka inşa edilmişdir. Onunla iddiaçı arasında iddiaçının qeyd etdiyi əmlakdan istifadə edərək icarə haqqı ödəməyi barədə nə yazılı, nə də şifahi formada müqavilə bağlanmamış, hamam binasının tərkibində olan qazanxana binasında isə 2004-cü il tarixli sərəncam əsasında yenidənqurma işləri qeyd etdiyi ildə aparılmış və onun yerində moyka inşa edilmiş, sonradan isə moyka İəğv edilərək yerində tikinti işləri aparılsa da, tikinti işləri yarımçıq qalmışdır. İddia tələbində qeyd olunan mənəvi zərərlə bağlı bildirir ki, tərəfindən iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olası hər hansı bir hərəkət edilməmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, iddiaçının iddia tələbində qeyd etdiyi halları sübut edəsi, habelə bununla yanaşı iddiaçı iddiasında maddi imkanlı şəxs olduğunu iddia edərək, müxtəlif vaxtlarda tərəfindən, təkrarən, dəfələrlə kifayət qədər böyük məbləğlərdə, iddia tələbində borclu olduğunu qeyd edərək onun yerinə ödənişlər etdiyini bildirsə də, maddi imkanlı şəxs olmasını, dəfələrlə ödənişlər etməsini təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Qeyd etdiklərinə əsasən məhkəmədən xahiş edir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara dair sübutlarının kifayət qədər mötəbər və tutarlı olmamasını nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul ediləsiniz. Məhkəmə hesab etsə ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara dair sübutları kifayət qədər mötəbər və tutarlıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin tələblərini rəhbər tutaraq iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh vəkili Vəkil1 cavabdehin izahatına uyğun çıxış edərək iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********00- 12301 olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 499 kv.m olan əmlak kompleksi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Texniki Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 72 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 5 ünvanında yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binası mülkiyyət hüququ əsasında İddiaçı adına 08 iyul 2005-ci il tarixdə 02 nömrəli reyestr kitabında 25 səhifəsində 107 reyestr nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********326700 nömrəli məktubundan görünür ki, Cavabdeh xx.xx.2006-cı il tarixdə vergi orqanına təqdim etdiyi enzəyə əsasən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək dövlət büdcəsinə 6068 manat vergi məbləği ödənilmişdir. Vergi ödəyicisi Cavabdeh (VÖEN **********) xx.xx.2021-ci il tarixə ödənilməmiş vergi borcu yoxdur və sosial sığorta haqları üzrə isə cəmi 1726,94 manat cümlədən əsas borc 1278,19 manat və faiz borcu 448,75 manat) ödənilməmiş borcları vardır. Həmçinin Cavabdeh barəsində vergi qanunvericiliyinin tələblərinin pozulmasına görə müvafiq OVN qərarları əsasında 9 (doqquz) adda məsuliyyət tədbirləri tətbiq olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-12/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) çıxarılması, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 57/2022 nömrəli qətnaməsindən görünür ki, qarışılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021ci il tarixli 2(033)-12/2021 saylı qətnaməsinin qismən-yəni qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, ünvan 6 ünvanında yerləşən hamam binası, yeməkxana, məişət binası və qazanxana binasının təmir-bərpa işlərinə görə xərclənmiş 34688,5 (otuz dört min altı yüz səksən səkkiz manat əlli qəpik) manat pul və 30 manat dövlət rüsümunun əvəzinin İddiaçı tutularaq qarışılıqlı iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin ilkin İddiaçı 34688,5 (otuz dört min altı yüz səksən səkkiz manat əlli qəpik) manat pul və 30 manat dövlət rüsümunun əvəzinin alınaraq qarşılıqlı iddiaçı Cavabdeh verilməsi və qarşılıqlı iddiaçı Cavabdeh ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması eyni vaxta icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4847/2022 nömrəli qərarından görünür ki, kassasiya şikyəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-57/2022 nömrəli 12 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Zaqatala rayonu İcra hakimiyyəti başçısının 29 may 2004-cü il tarixli sərəncamından görünür ki, İddiaçı mülkiyyətində olan hamam binasının ilkin layihə vəziyyətində saxlanılması, yükdaşıyan konstruksiyalarının və bütövlükdə binanın dayanıqlılığının zəiflənməsinə yol verməmək şərti ilə onun funksional təyinatının yeməkxana, məişət xidməti, ayaqyolu kimi istifadə edilməsi üçün dəyişdirilməsinə razılıq verilmişdir. Daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı 20 dekabr 2022-ci il tarixli 182 nömrəli arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 1844 m2 toıpaq sahəsində yerləşən, 28 dekabr 2004-cü il tarixli, 406 inventar nömrəli “Texniki paspon”da qeyd olunan qazanxana binasının, yanında yerləşən 10 tonluq 4 ədəd su çəninin, qazanxana binasının içində yerləşən avadanlıqların (4 ədəd güclü 3 faza elektrik su mühərrikləri və 4 ədəd nasosları; 2 ədəd iri 2,2 m. diametri x 4.Sm. uzunluğunda daxili qızdırıcı çənlərin, 4 ədəd əlvan metaldan düzəldilmiş istilikötürücüləri-teploobmennikin; yerin altından qazanxanadan ’’hamam bina" sına çəkilmiş su, kanalizasiya boruları və qazanxana tüstü borusunun) məcmu halda ümumi dəyəri real bazar qiymətinə əsasən 60.000-65.000 (altmış min-altmış beş min) manat təşkil edir. Daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı 20 dekabr 2022-ci il tarixli 181 nömrəli arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binasının tərkibində olan un məmulatları sexi və mağazası (çörəkxana) (ümumi sahəsi 240 m2 və torpaq sahəsi - 300 m2), o cümlədən yeməkxana (ümumi sahəsi 180 m2) hissəsinin aylıq kirayə haqqı, müqayisəli olaraq analoji şəraitə malik Zaqatala şəhərində yerləşən ticarət sahələrinə uyğun olaraq illər üzrə aşağıdakı kimi olmuşdur: 2009-cu ildə çörəkxana üçün 650 manat, yeməkxana üçün 700 manat; 2010-cu ildə çörəkxana üçün aylıq 750 manat, yeməkxana üçün 800 manat; 2011-ci ildə çörəkxana üçün aylıq 800 manat, yeməkxana üçün 800 manat; 2012-ci ildə çörəkxana üçün aylıq 900 manat, yeməkxana üçün 900 manat; 2013-cü ildə çörəkxana üçün aylıq 950 manat, yeməkxana üçün 950 manat; 2014-cü ildə çörəkxana üçün aylıq 1000 manat, yeməkxana üçün 1000 manat; 2015-ci ildən 2021-ci ilin sentyabr ayına qədər çörəkxana aylıq kirayə haqqı 1000 azn, yeməkxananın aylıq kirayə haqqı 1000 manat. Azərbaycan Respublikası Dövlət Texniki Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeyri-yaşayış binasının Texniki Pasportuna əlavə edilmiş baxışlar barədə yazılardan görünür ki, ünvan 1-cü döngədə yerləşən sahibkar İddiaçı məxsus qazanxana binasının xx.xx.2004-cü il tarixə vəziyyəti əsaslı təmirə ehtiyacı vardır. Qazanxana binasının texniki vəziyyəti yararsızdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://www.e-qanun.az/framework/46944 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2003-cü il tarixli qərarı Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, ünvan 5 ünvanında yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binası İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək həmin tikililərdən Cavabdeh 2003-2008-ci illər ərzində istifadə etdiyini və bunun qarşılığında ona heç bir ödəniş etmədiyini və qazanxana binasını və ona aid əşyaları məhv etməsi nəticəsində ona maddi ziyan vurmasını əsas gətirərək Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından (Hamam, yeməkxana, məişət, qazanxana binası) istifadə edib icarə haqqı ödəməməklə ona vurduğu maddi ziyanın əvəzi olan 162.000 (yüz altmış iki min) manatın, qazanxana binasını və ona aid əşyaları məhv etməsi nəticəsində dəymiş ziyanın əvəzi olan 62000 ( altmış iki min azn) manatın, vurmuş olduğu mənəvi ziyanın əvəzi olan 10.000 (on min) manatın, ümumilikdə, 234.000 (iki yüz otuz dörd min) manat pulun alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Hacıömər oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının tərkib hissəsi olan hamam binasının funksional təyinatı Zaqatala Rayon İcra Başçısının 20 may 2004-cü il tarixli sərəncamı ilə dəyişdirilmişdir. Həmin sərəncama əsasən hamam binasının funksional təyinatı dəyişərək, orada yeməkxana, məişət xidməti, pullu ayaqyolu sahələri, moyka inşa edilmişdir. Onunla iddiaçı arasında iddiaçının qeyd etdiyi əmlakdan istifadə edərək icarə haqqı ödəməyi barədə nə yazılı, nə də şifahi formada müqavilə bağlanmamış, hamam binasının tərkibində olan qazanxana binasında isə 2004-cü il tarixli sərəncam əsasında yenidənqurma işləri qeyd etdiyi ildə aparılmış və onun yerində moyka inşa edilmiş, sonradan isə moyka İəğv edilərək yerində tikinti işləri aparılsa da tikinti işləri yarımçıq qalmışdır. Cavabdeh iddia tələbinin mənəvi zərər hissəsinə də münasibət bildirərək qeyd etmişdir ki, tərəfindən iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olası hər-hansı bir hərəkət edilməmişdir. İddia tələbi əsassız olduğundan iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir. Hazırki iş materiallarından və tərəflərin izahatından da görünür ki, İddiaçı hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtı barədə cavabdeh hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə iclasında da həqiqətən iddia müddətinin axımının hansı tarixdən başlanmalı olması ilə bağlı hər hansı inandırıcı sübutlar təqdim edilməmişdir. Şərh edilənlərə əsasən də məhkəmə hesab edir ki İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə İddiaçı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı özünə məxsus ünvan 5 ünvanında yerləşən qeyri yaşayış binası olan hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binasından 2003-2008-ci illər ərzində icarə haqqı ödəmədən Cavabdeh tərəfindən istifadə olunmasını əsas gətirərək ona cavabdeh tərəfindən 162 000 manat və qazanxana binası və ona aid əşyaları məhv etməsi nəticəsində ona 62000 manat zərər dəyməsini əsas gətirərək cavabdehdən 224 000 manat maddi zərər və 10000 manat mənəvi zərər tələb etmişdir. Lakin iş materiallarından görünür ki, mülki iş üzrə tərəflər arasında ünvan 5 ünvanında yerləşən qeyri yaşayış binasının icarəyə verilməsinə dair əmlak kirayəsi müqaviləsi bağlanmamış, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürməmişdir. Bununla bağlı hər hansı öhdəlik mövcud olmamışdır. Məhkəmə iddiaçı tərəfin icarə haqqı ilə bağlı müstəqil qiymətləndiricidən rəyin əldə edilməsi və məhv edildiyi qeyd etdiyi əmlakların dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertizanın təyin edilməsi barədə vəsatətlərinə də münasibət bildirərək qeyd edir ki, vəsatətlər əsassız olduğundan rədd edilməlidir. Ona görə ki, tərəflər arasında həmin qeyri yaşayış binasının icarəyə verilməsinə dair hər hansı müqavilə bağlanmadığından icarə haqqının da qiymətləndirici rəyi əsasında müəyyən edilməsinə hər hansı zərurət yoxdur. Bundan əlavə məhv edildiyi qeyd edilən həmin əmlakların ümumiyyətlə qeyri yaşayış binasında olmasına dair hər hansı mötəbər sübutlar təqdim edilməmiş, məhkəmə tərəfindən də yerində müayinə zamanı iddiaçının qeyd etdiyi əmlakların həmin obyektdə olması izlərinə rast gəlinməmişdir. İstisna olaraq iddiaçının tələb etdiyi 4 ədəd çənin həmin obyektdə olmasına dair cavabdeh özü qeyd etmiş, həmin çənlərin torpağın alt qatında olması bildirilmişdir. İddiaçı tərəf isə həmin ərazinin qazılaraq baxılmasına icazə verməmişdir. Ona görə də, mövcud olmayan əmlakların ekspertiza rəyi əsasında qiymətləndirilməsinə də məhkəmə hesab edir ki, zərurət yoxdur. Çünki həmin əmlaklar olmadan onların qiymətləndirilməsi və həmin obyektin icarə haqqının hər hansı məbləğdə müəyyən edilməsi iddianın təmin olunması üçün əsas olmayacaqdır. Həmçinin, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ünvan 6 ünvanında yerləşən hamam binası, yeməkxana, məişət binası və qazanxana binasının təmir-bərpa işlərinə görə xərclənmiş 34688,5 (otuz dört min altı yüz səksən səkkiz manat əlli qəpik) manat pul və 30 manat dövlət rüsümunun əvəzinin İddiaçı tutularaq qarışılıqlı iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bu da özü-özlüyündə hazırki iddianın rədd olunması əsaslarından biri kimi qiymətləndirilməlidir. Ona görə ki, Cavabdeh tərəfindən həmin ünvanda təmir-bərpa işlərinin görülməsi öz təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri yaşayış binası olan hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binasının funksional təyinatının dəyişdirilməsi üçün İddiaçı Zaqatala Rayon İcra hakimiyyətinə müraciət etmiş və həmin müraciətə baxılaraq Zaqatala Rayon İca Hakimiyyəti Başçısının 29 may 2004-cü il tarixli 164 nömrəli sərəncamı ilə həmin tikilinin yeməkxana məişət xidməti və ayaqyolu kimi istifadə edilməsi üçün dəyişdirilməsinə razılıq verilmişdir. Bundan sonra həmin sənədlər əsasında sahədə təmir və bərpa işləri aparılmışdır. Eyni zamanda ünvan 5 ünvanında yerləşən qeyri yaşayış binasına dair texniki sənədlərdən görünür ki, xx.xx.2004-cü il tarixinə həmin sahədə yerləşən qazanxananın əsaslı təmirə ehtiyacı vardır. Qazanxana binasının texniki vəziyyəti yararsızdır. Bundan başqa, iddiaçının iddia etdiyi “cavabdehin məhv etdiyi qeyd edilən əmlakların” həmin müddət ərzində orada olmasına və məhz cavabdeh tərəfindən məhv edilməsinə dair hər hansı sübut da iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçının iddia etdiyi cavabdehin İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri yaşayış binası olan hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binasından 2003-2008-ci illər ərzində icarə haqqı ödəmədən istifadə etməsi nəticəsində ona 162000 manat və qazanxana binası və ora aid əşyaları məhv etməsi nəticəsində ona 62000 manat zərər dəyməsi öz təsdiqini tapmadığından iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Məhkəmə iclasında iddiaçı tərəf həqiqətən cavabdeh tərəfindən ona maddi zərər vurulmasını sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Məhkəmə daha sonra iddia tələbinin “10000 manat mənəvi ziyanın ödənilməsinə” dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bütün bunlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, iddiaçı əmlaklarının məhv edilməsi əsası ilə ona vurulmuş mənəvi ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəf sübutetmə yükünü həyata keçirə bilmədiyindən İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №2(033)-7/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-7/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver