Məhkəmə qərarları › İş №2(033)-727/2020

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-727/2020

29.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-727/2020 29.07.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X3 nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X2rşı qeyri-yaşayış obyektinin tikilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində 0,0499 ha torpaq sahəsi üzərində inşa edilmiş 80 kv.m. mağaza binasının Ərizəçi tərəfindən inşa edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində 0,0499 ha torpaq sahəsinin 4/5 hissəsi xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində 2004-cü il tarixdə mağaza binası inşa etdirmişdir. 2017-ci il tarixədək həmin mağaza binasından istifadə etmişdir. 2004-cü il tarixdən 2017-ci il tarixədək ərzaq mağazasının vergisini və digər xərclərini ödəmişdir. Lakin, 2017-ci il tarixdə qardaşı Maraqlı şəxs1 həmin mağazadan onu döyərək çıxarmış və 50000 manatdan yuxarı ərzaq mallarını zəbt edərək, sözügedən mağazadan istifadə edir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan və A seriyalı 404456 nömrəli plan ölçü sənədindən görünür ki, 0,0499 ha torpaq sahəsinin 4/5 hissəsi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin torpaq sahəsində iki tikili mövcuddur. Mağaza binası və onun arxasında yerləşən anbar. Həmin torpaq sahəsində inşa edilmiş 80 kv.m. mağaza binası və arxasında yerləşən anbar onun tərəfindən inşa edilmişdir. Buna görə də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs1 ərizənin təmin olunmasına etiraz etdiyini bildirdi, əlavə olaraq göstərdi ki, mübahisələndirilən mağaza ərizəçiyə deyil, ona məxsusdur. Sözügedən mağazanın ərizəçinin mülkiyyətində olmasını təsdiq edən sənədlər yoxdur. Həmçinin qeyd olunan mübahisələrlə bağlı dəfələrlə məhkəmə prosesləri keçirilmişdir. Odur ki, ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X3 nümayəndəsi Ömərov Rafael Ömər oğlu izahat verərək iddia tələbini qəbul etmədiyini ərizənin təmin olunmasına etiraz etdiyini bildirdi. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X2rşı qeyri-yaşayış obyektinin tikilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəyə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da təsdiq edə bilər. Göründüyü kimi, xüsusi icraat qaydasında işə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, ərizənin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri ərizəçiyə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X2rşı qeyri-yaşayış obyektinin tikilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar