Məhkəmə qərarları › İş №2(033)-768/2021

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-768/2021

02.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-768/2021 02.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs DƏDRX 18 saylı Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və çıxarışın verilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib müəyyən etdim: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, X1 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında fərdi yaşayış evi üzrə tərəflərindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, DƏDRX 18 saylı Ərazi İdarəsində dövlət qeydiyyatına alınmaqla adlarına çıxarışın verilməsinin həvalə edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Müəyyən etdim ki, ərizədə ərizəçinin maraqlı şəxslə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməmişdir. İş materiallarından da görünür ki, ərizəçilər iddia edirlər ki, anaları X2 vəfat etmişdir. Onun ölümündən sonra ünvan 1 ünvanında fərdi yaşayış evi miras qalmışdır. Onlar həmin miras əmlaka sahiblik etmişlər və onu idarə etmişlər. Müəyyən səbəblərdən notariat orqanına vaxtında müraciət etməmişlər. Göründüyü kimi, ərizəçilərin tələbi Notariat Ofisinə qarşı yönəlməlidir. Eyni zamanda onlar mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etsələr də, ərizəyə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”ndən imtina edilməsi barədə hər hansı sübut əlavə etməmişlər. Müəyyən etdim ki, ərizədə işdə iştirak etməli şəxslərin (Notariat Ofisi) adları, onların poçt ünvanları göstərilməmiş, iddianın kimə (kimlərə) qarşı verilməsi, onların hər birinə qarşı ayrı-ayrılıqda yönələn tələb göstərilməmişdir. Həmçinin mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət etməmişdir. İddia ərizəsinin formasına və məzmununa da riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona ələvə edilmiş sənədləri geri qaytarır. Buna görə də, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs DƏDRX 18 saylı Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar