Məhkəmə qərarları › İş №2(034)-119/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-119/2023

16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-119/2023 16.03.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçilər X11 və X6 qanuni nümayəndəsi Ərizəçi iştirakı ilə, Ərizəçilər X11 və X6 qanuni nüimayəndəsi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi üçün üzürlü səbəbdən ötürülmüş müddət bərpa edilməklə mirasın qəbul edilməsi» faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər X11 və X6 qanuni nümayəndəsi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi üçün üzürlü səbəbdən ötürülmüş müddət bərpa edilməklə mirasın qəbul edilməsi» faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1996-cı il təvəllüdlü X18 və xx.xx.2006-cı il təvəllüdlü X16 tərəfindən xx.xx.2021-ci ildə vəfat etmiş mərhum ataları X3 qalmış mirasın qəbul edilməsi üçün üzürlü səbəbdən ötürülmüş müddətin bərpa edilməsi və X7 məxsus olan “Opel Astra minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə X18 və X16 tərəfindən mirasın faktiki olaraq qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X14 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.1996-cı il təvəllüdlü X18 və xx.xx.2006-cı ıl təvəllüdlü X16 adlı iki uşaqları anadan olmuşlar. Lakin sonradan ailə münasibətləri alınmadığı üçün X14 ilə aralarında olan nikah 17.01,2007-ci ildə Yasamal rayon WADQ şöbəsində 17 №-li akt qeydi ilə pozulmuşdur. Onların birgə nikahdan olan xx.xx.1996-cı il təvəllüdlü X18 ağır dərəcəli əqli gerilik diaqnozundan əziyyət çəkdiyi üçün o, maraqlı şəxs Zəngilan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1996-cı il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)~335/2022 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş, oğlu xx.xx.1996-cı il təvəllüdlü X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Zəngilan rayon İcra hakimiyyəti başçısının 14 noyabr 2022-ci il tarixli sərəncamı ilə xx.xx.1996-cı il təvəllüdlü X18 mənim qəyyumluğuma verilmiş və üzərimə qəyyumluğa götürdüyü oğlunun saxlanılması, ona baxılması, müalicəsinin təmin edilməsi, hüquq və mənafelərinin qorunması üçün məsuliyyət qoyulmuşdur. Yəni hal-hazırda o, oğlunun qəyyumudur. X4 isə yetkinlik yaşına çatmamışdır. Keçmiş həyat yoldaşı X14 ürəyin ateroskierotik xəstəliyindən əziyyət çəkdiyi üçün xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etmiş və xx.xx.2021-ci il tarixdə həyat yoldaşına ölüm haqqında şəhadətnamə almışdır. X1 vəfatından sonra onun adından “Opel Astra minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Həmin avtomobil onun övladlarına atalarından qalmış mirasdır. Avtomobil hazırda yaşadıqları məcburi köçkünlər üçün nəzərdə tutulmuş yataqxananın həyətindədir, avtomobilin açarları isə ondadır. Avtomobilin təmiz saxlanılması və müəyyən qulluqlar edilməsinə nəzarəti, mühərrikin, akkumulyatorun sıradan çıxmaması üçün vaxtlı-vaxtında işə salınması və s. hərəkətləri övladlarına görə edir. O, övladları xx.xx.1996-cı il təvəllüdlü X11 və xx.xx.2006-cı il təvəllüdlü X6 qəyyumu və qanuni nümayəndəsi kimi onların mənafelərinin qorunması üçün vərəsəlik haqqında şəhadətnaməsi almaq məqsədi ilə Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmişdir. Bakı şəhəri 28 saylı Dövlət Notariat kontorunda ərizəsinə baxılmış və övdadlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsində imtina edilməsi barədə 24 noyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontoru qərarını onunla əsaslandırmışdır ki, onlar tərəfdən mirasın qəbul edilməsi üçün müddət buraxılmışdır. Qanunları bilmədikləri üçün mirasın qəbul edilməsi müddətini ötürdüklərindən usaqları mərhum atalarında qalmış mirası qəbul edə bilmirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Ərizəçilər X11 və X6 qanuni nümayəndəsi Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, yoldaşı rəhmətə getmiş və ondan miras qalmış maşını satmaq istəyir. O, X14 ilə 1994-cü ildə ailə qurmuşlar və bu nikahdan iki övladları var. Aralarında olan nikah isə 2007-ci ildə pozulmuşdur. Nikahları pozulmasına baxmayaraq onlar birgə yaşamışlar. Xəstələnəndə də yoldaşına özü baxmışdır. Yoldaşı rəhmətə gedəndən sonra yoldaşından miras qalmış maşın məskunlaşdıqları binanın həyətində qalmışdır. Oğlunun 26 yaşı var və o anadangəlmə fiziki qüsurludur. Qızının isə 16 yaşı var. Həyat yoldaşı 2021-ci ilin noyabr ayının 15-də rəhmətə getmişdir. Ondan sonra oğlu da xəstələnmişdir. Mirasın qəbul olunması ilə bağlı notariusa müraciət edilməli olduğunu bilməmişdir. Lakin avtomobili oğlu xəstə olduğuna görə sürə bilməsədə qızı hərdən bir maşını təmizləyirdi və akumulyatoru sönməsin deyə sürüb yerini dəyişdirirdi. Amma ona baxmayaraq maşın hal-hazırda işləksiz vəziyyətə düşmüşdür. Başları çıxmadıqları üçün həyat yoldaşından qalmış mirası qəbul edə bilməmişlər. Sonda ərizəçi məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Bacısının yoldaşının adına olan Opel markalı maşını bacısının adına keçirilməsini istəyirlər. Bacısı yoldaşı ilə birgə yaşamışdır. Bacısının yoldaşı bir ildən çoxdur ki, rəhmətə getmişdir. Bacısının iki övladı var. Oğlu 26 yaşında fiziki qüsurludur, qızının isə 16 yaşı var və məktəbdə oxuyur. Bacısının qızıda maşın surə bildiyinə görə hərdən bir maşının yerini dəyişdirmişdir. Bacısının yoldaşı rəhmətə getdikdən sonra avtomobilin akkumlyatoru ölmüş, avtomobil məhəllədə qalmışdır. Bacısının yoldaşı ürək tutmasından rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə eyni binada qalırlar. Qohum deyillər. Maşın ərizəçinin yoldaşının olmuşdur. Zərnişan xanım rəhmətlik yoldaşı Rövşənlə bir evdə qalırdılar. 17 ildir ki, onlarla qonşuluqda yaşayırlar. Ərizəçinin həyat yoldaşı bir ildən çoxdur ki, ürək tutmasından rəhmətə getmişdir. Nihat adında bir oğlu və Aytac adına bir qızı var. Oğlan əqli qüsurlu olduğu üçün danışa bilmir. Rəhmətlik maşını məhəllədə saxlayırdı. Rövşən rəhmətə gedəndən sonra onun maşını məhlədə qalmış, sürən olmamışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 28 saylı Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 28 saylı Notariat Ofisi məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin qanuni nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin təmin edilməlidir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notaril qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 ilə Ərizəçi arasında olan nikah xx.xx.2007-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X18 xx.xx.1996-cı ildə və X16 isə xx.xx.2006-cı ildə anadan olmuş, ataları X14, anaları isə Ərizəçidır. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Zəngilan rayonundan məcburi köçkündür. İş materiallarında olan əlillik vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 İ qrup əlildir. İş materiallarında olan X2 Şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, “Opel Astara minik» markalı 10 XS-527 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9r. İş materialarında olan Bakı şəhəri 28 saylı Dövlət Notariat kontorunun 24 noyabr 2022-ci il tarixli qərarından görünür ki, vətəndaş X15 və X12 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarınə əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 2(034)-335/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1996-cı il təvəlllüdlü X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Zəngilan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 94 nömrəli sərəncamından çıxarışdan aydın olur ki, fəaliyyət qabiliyyəti olmayan X18 anası Ərizəçi qəyyumluğuna verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinin tələbinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Eyni Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı mədəsinin tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Həmin Məcələnin1256-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığım bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbuiundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 307.1-maddəsinin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Eyni Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ərizəçi X14 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan tərəflərin xx.xx.1996-cı il təvəllüdlü X18 və xx.xx.2006-cı ıl təvəllüdlü X16 adlı iki uşaqları dünyaya gəlmişdir. Lakin onların ailə münasibətləri alınmadığı üçün X14 ilə aralarında olan nikah xx.xx.2007-ci ildə pozulmuşdur. Nikahları pozulmasına baxmayaraq Ərizəçi X14 ilə birgə yaşamışlar. X14 xəstələnəndə yoldaşına Ərizəçi özü baxmışdır. X14 ürəyin ateroskierotik xəstəliyindən əziyyət çəkdiyi üçün xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Tərəflərin birgə nikahlarından olan xx.xx.1996-cı il təvəllüdlü X18 ağır dərəcəli əqli gerilik diaqnozundan əziyyət çəkdiyi üçün Ərizəçi ərizəsi əsasında o, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 335/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.1996-cı il təvəlllüdlü X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Zəngilan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 94 nömrəli sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X18 anası Ərizəçi qəyyumluğuna verilmişdir. Tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X16 isə yetkinik yaşına çatmamışdır. Ərizəçi övladları xx.xx.1996-cı il təvəllüdlü X11 quyyumu və xx.xx.2006-cı il təvəllüdlü X6 qanuni nümayəndəsi kimi onların mənafelərinin qorunmasından ötrü vərəsəlik haqqında şəhadətnaməni almaq məqsədi ilə Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmişdir. Bakı şəhəri 28 saylı Dövlət Notariat kontorunda ərizəsinə baxılmış və övdadlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi barədə 24 noyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontoru qərarını onunla əsaslandırmışdır ki, onlar tərəfdən mirasın qəbul edilməsi üçün müddət buraxılmışdır. Qanunları bilmədikləri üçün, eyni zamanda məhrum qızı yetkinlik yaşına çatmadığından və oğlunun 26 yaşı olsa da fəaliyyət qabiliyyətli şəxs olmadığından notariat kontoruna mirasın qəbul edilməsi ilə bağlı vaxtında müraciət edə bilməmişlər. Avtomobil faktiki olaraq uşaqların atası ilə yaşadıqları evin həyətində qalmışdır. X1 qızı xx.xx.2006-cı il təvəllüdlü X16 yetkinlik yaşına çatmadığına görə abtomobili tam idarə edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, uşaqlar mərhum atalarından qalmış mirası üzürlü səbəbdən qəbul edə bilməmişlər. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1996-cı il təvəllüdlü X18 və xx.xx.2006-cı il təvəllüdlü X16 tərəfindən xx.xx.2021-ci ildə vəfat etmiş məhrum ataları X3 qalmış mirasın qəbul edilməsi üzürlü səbəbdən ötürüldüyündən ötürülmüş müddət bərpa edilməli, X7 məxsus olan “Opel Astra minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə X18 və X16 tərəfindən mirasın faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstatasılənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.1996-cı il təvəllüdlü X18 və xx.xx.2006-cı il təvəllüdlü X16 tərəfindən xx.xx.2021-ci ildə vəfat etmiş məhrum ataları X3 qalmış mirasın qəbul edilməsi üzürlü səbəbdən ötürüldüyündən ötürülmüş müddət bərpa edilsin. xx.xx.2021-ci ildə vəfat etmiş məhrum ataları X7 məxsus olan “Opel Astra minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə X18 və X16 tərəfindən mirasın faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN GÜLSARƏ İMANOVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar