Məhkəmə qərarları › İş №2(034)-130/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-130/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-130/2025 19.03.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “avtomobilin qanunsuz sahiblikdən geri tələb edilməsiня dair» идdia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Мüəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “avtomobilin qanunsuz sahiblikdən geri tələb edilməsiня даир” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan yəni, xx.xx.2022-ci il tarixli BB169035 nömrəli qeydiyyat şəhadətnaməsi ilə ona məxsus olan və hazırda Cavabdeh3 faktiki sahibliyində və istifadəsində olan “KHAZAR SAMAND”minik markalı, **-DH-*** dövlət nömrə nişanlı, mühərrik nömrəsi göstərilməmiş, BAN nömrəsi NVABA1HHFJF500134, buraxılış ili 2018ci il olan avtomobilin Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini онунла ясасдандырмышдыр ки, 2024-cü ilin iyul ayında atası X8 onun razılığı ilə xx.xx.2021-ci il tarixli BB169035 nömrəli qeydiyyat şəhadətnaməsi ilə onun mülkiyyətində olan KHAZAR SAMAND markalı, **-DH-***-dövlət qeydiyyat nişanlı, 2018-ci il buraxılışlı, BAN: NVABA1HHFJF500134 nömrəli minik avtomobilini başqa bir avtomobillə dəyişdirmişdir. Belə ki, özlərini iş adamı kimi qələmə verən bir qrup şəxs 07 iyul 2024-cü il tarixdə Qəbələ regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisində X6 adına rəsmiləşdirməklə X2 mülkiyyətində olan «Toyota Prius» minik markalı, 2007-ci il buraxılışlı, mühərrik nömrəsi U174061, Ban nömrəsi JTDKB20U777634859 olan, xx.xx.2022-ci il tarixli, BB 243371 nömrəli qeydiyyat şəhadətnaməsi, **-UU-*** dövlət nömrə nişanlı avtomobili atasına verərək, əvəzində onun adına olan «KHAZAR SAMAND» markalı minik avtomobilini və üstəlik 500 manat əlavə pul və 400 manat xidmət haqqı almışdır. Maşının onlara verilməsi üçün atasının tapşırığı ilə 07 iyul 2024-cü il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Şəki Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisində rəsmiləşdirməklə Cavabdeh1 etibar edilmiş etibar edilməsi qaydasında avtomobilə sərəncam vermək hüququnu Cavabdeh2 ötürmüşdür. Cavabdeh2 da öz növbəsində 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisində rəsmiləşdirməklə avtomobilə sərəncam vermək hüququnu Cavabdeh3 ötürmüşdür. Hazırda maşın Cavabdeh3 sahbliyində və istifadəsindədir. Həmin şəxslər barəsində hansı əməliyyatların aparılması, kimin kimə nə qədər pul verməsi, maşının hansı şərtlərlə bir-birinə ötürmələri nə ona, nə də atasına məlum deyilдир. X1 adından verilmiş etibarnamə ləğv edilmiş və əri X4 29 oktyabr 2024-cü il tarixli iddia ərizəsi ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, özünün və arvadının adından digər şəxslərə verilmiş 4 avtomobilin, o cümlədən atası X5 verilmiş “Toyota Prius” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı. 2007-ci il buraxılışlı, qeydiyyat şəhadətnamə nömrəsi BB243371 olan avtomobilin onun faktiki sahibliyinə qaytarılmasının və yaxud 4 avtomobilə görə bazar dəyəri ilə 40000 manatın və sair məbləğlərin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia icraata qəbul edilmiş və hazırda icraatdadır. Belə görünür ki, maşın dəyişdirmək adı ilə almış və “iş adamları”-nın məqsədi onun atası və onu aldatmaq olmuş, hətta bu əməliyyatların aparılmasına şərait yaratmış X3 da bu fırıldaqlarda iştirakı istisna edilmir. İstənilən halda, hazırda avtomobil faktiki olaraq öz sahibliyində saxlayan və istifadə edən Cavabdeh3 , habelə digər cavabdehlərin heç biri maşına görə nə ona, nə də atasına 1 manat olsa belə haqq ödəməmişdirlər. Əksinə atası maşınları dəyişdirmək üçün əlavə olaraq 900 manat pul ödəmişdir.Ona görə də onun öz maşınının geri tələb etməkdən başqa yolu yoxdur. İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə tərəflər arasında məhkəmədən kənar qaydada tənzimləndiyi üçün iddia ərizəsini geri götürdüklərini bildirmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi iləı nəzərdə tutulmuş əsasla iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmямишляр. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “avtomobilin qanunsuz sahiblikdən geri tələb edilməsiня даир” mülki iş baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “avtomobilin qanunsuz sahiblikdən geri tələb edilməsiня даир” iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verlilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar