Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-177/2023 17.02.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum haqqında şəhadətnamədə düzəliş edilməsi» tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum haqqında şəhadətnamədə düzəlişin edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum haqqında akt qeydində soyadının İsmayılov, doğum tarixinin isə 20 avqust 1954-cü il olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, ərizəçi doğum haqqında akt qyedinə düzəliş edilməsi ilə bağlı ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsi isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci, 161.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar"ın 1ci bəndinə əsaslanaraq imtina etmiş və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilməsi tövsiyyə olunmuşdur. Belə olan halda hesab edirəm ki, ərizəçi mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum haqqında şəhadətnamədə düzəliş edilməsi» tələbinə dair ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəsini qəbul edilməsindən imtina edilsin və sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-177/2023
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-177/2023
17.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver