Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-216/2025 07.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizçəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əmək stajı» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizçəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əmək stajı» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1982-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi Zəngilan rayon Bartaz kənd Mədəniyyət evinin müdiri işləməyi faktının müəyyən etməklə həmin illərin əmək stajına daxil olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Yenikənd kəndində anadan olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu Bartaz kənd Mədəniyyət evinin müdiri işləmişdir. Həmçinin 1993-cü il tarixdən 2017-ci il tarixə kimi isə yenə eyni işdə və eyni vəzifədə işləməklə dondurulmuş əmək haqqı almışdır. 2017-ci ilin yanvar ayından isə dondurulmuş orta aylıq əmək haqqı dayandırılmış, onun xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu Bartaz kənd Mədəniyyət evinin müdiri işləməsini bilən şahidlər var və məhkəmədə şahid qismində iştirak edərək öz ifadələri ilə məhkəmədə təsdiq edə bilərlər. O, arxivə də müraciət etmiş və ona şifahi olaraq sənədlərin rayon işğal olunarkən işğal zonasında qaldığını bildirmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST Mərkəzində də olmuş, müraciətlərə və onlara əlavə edilmiş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış, xidməti araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.1018-ci il tarixində xx.xx.2019-cu il tarixinədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron Regional Mədəniyyət Nazirliyinin Abşeron Regional Mədəniyyət İdarəsi ilə aktiv əmək müqaviləsi olduğundan sözügedən dövrlər üzrə sosial müavinətin məbləğində artıq ödəmə müəyyən edilmişdir. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, müəyyən edilmiş artıq ödəmənin ləğv edilməsi mümkün hesab edilməmişdir. Qanunvericilikdə müəyyən olunmuş pensiya yaş həddinə xx.xx.2025-ci il tarixində yaşa görə əmək pensiyası hüququna baxılması üçün təkrar müraciət etməsi tövsiyyə olunmuşdur. ”İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 72.1 və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilməsi hüququ izah edilmişdir. Cavabdeh ona imtina verməklə, onun sosial təminat və mülkiyyət hüququnu pozmuşdur. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmaını mümkün hesab etmişdir. Ərizəçi ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 2(034) ***-**** saylı mülki iş üzrə ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, ərizçəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əmək stajı» tələbinə dair mülki iş baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizçəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əmək stajı» tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə)verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-216/2025
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-216/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver