Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-22/2025 13.03.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “nikahın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “nikahın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X10 ilə Cavabdeh arasında Bakı şəhəri Maraqlı şəxsndə xx.xx.2012-ci il tarixdə 661 saylı aktla qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci il tarixdə xx.xx.1965-ci il təvəllüdlü X10 ilə Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki övladı dünyaya gəlmişdir. 2003-cü ilədək həyat yoldaşı ilə birlikdə yaşamış, lakin sonradan böyük oğlunun səhhətində yaranmış problemlərlə bağlı bir müddət anasıgildə yaşamışdır. Həyat yoldaşı ilə münasibətləri normal olmuş, övlaldlarının toy şənliklərində, bütün xeyir və şər məclislərində birgə iştirak etmişlər. Sadəcə övladının səhhəti ilə bağlı köməyə ehtiyacı olduğu üçün anasının yanında qalmaq məcburiyyətində olmuşdur. Nikahlarının pozulması ilə bağlı heç vaxt məhkəməyə müraciət etməmişlər. Həyat yoldaşı X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra 5 saylı Asan Xidmət Mərkəzinə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət edərkən ona məlum olmuşdur ki, həyat yoldaşının Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsndə rəsmiləşdirilmiş və hal-hazırda qüvvədə olan nikahı mövcuddur. Həmin nikahın hansı şəraitdə, necə bağlanması barədə məlumatı yoxdur və həmin qadını o tanımır. Həyat yoldaşı da vəfat etdiyi üçün heç bir məlumat əldə edə bilməmiş və vəkilə müraciət etmişdir. Vəkil sorğusuna verilən Bakı şəhəri Maraqlı şəxs 3-160/8-16-784/24 saylı xx.xx.2024-cü il tarixli cavabından da müəyyən olunmuşdur ki, həqiqətən də, X10 ilə Cavabdeh adına Maraqlı şəxsndə xx.xx.2012-ci il tarixli 661 saylı nikah haqqında akt qeydi tərtib edilmişdir. Qeyd olunan nikah saxta yolla qeydə alınmış və həmin nikahın mövcudluğu onun bir neçə hüquqlarının həyata keçirilməsinə maneələr yaratmışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs xx.xx.1988-ci il tarixdə xx.xx.1965-ci il təvəllüdlü X10 ilə Bakı şəhəri Nizami rayonu qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki övladı dünyaya gəlmişdir. 2003-cü ilədək həyat yoldaşı ilə birlikdə yaşamış, lakin sonradan böyük oğlunun səhhətində yaranmış problemlərlə bağlı bir müddət anasıgildə yaşamışdır. Nikahlarının pozulması ilə bağlı heç vaxt məhkəməyə müraciət etməmişlər. İddiaçının həyat yoldaşı X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı həyat yoldaşı vəfat etdikdən sonra 5 saylı Asan Xidmət Mərkəzinə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət edərkən ona məlum olmuşdur ki, həyat yoldaşının X2 ilə xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsndə rəsmiləşdirilmiş və hal-hazırda qüvvədə olan nikahı mövcuddur. Həmin nikahın hansı şəraitdə, necə bağlanması barədə məlumatı yoxdur. Qeyd olunan nikah saxta yolla qeydə alınmış və həmin nikahın mövcudluğu onun bir neçə hüquqlarının həyata keçirilməsinə maneələr yaratmışdır. Bu səbəbdən də hüquqlarını müdafiə etdiyi şəxs məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onlara Binəqədi qeydiyyat şöbəsinin evli adamı ikinci dəfə necə nikaha daxil etməsi maraqlıdır. Hüquqlarını müdafiə etdiyi şəxs hal-hazırda subay kimi qeyd olunmuşdur. Birinci nikah olduğu halda onların ikinci nikahın ləğv olunmasını istəyirlər. Tərəflər arasında kəskin münasibətlər də yoxdur, qardaşlar görüşüb danışmışlar. Tərəf dünyasını dəyişdiyi üçün belə hesab etmişdir ki, bu nikah nə o xanıma, nə də bu xanıma lazım deyildir. İddiaçı xanıma vəsiqəsinin alınması ilə bağlı lazımdır.Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, xx.xx.1988-ci il tarixdə xx.xx.1965-ci il təvəllüdlü X10 ilə Bakı şəhəri Nizami rayonu qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki övladı dünyaya gəlmişdir. 2003-cü ilədək həyat yoldaşı ilə birlikdə yaşamış, lakin sonradan böyük oğlunun səhhətində yaranmış problemlərlə bağlı bir müddət anasıgildə yaşamışdır. Nikahlarının pozulması ilə bağlı heç vaxt məhkəməyə müraciət etməmişlər. Həyat yoldaşı X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra 5 saylı Asan Xidmət Mərkəzinə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət edərkən ona məlum olmuşdur ki, həyat yoldaşının X12 ilə xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsndə rəsmiləşdirilmiş və halhazırda qüvvədə olan nikahı mövcuddur. Həmin nikahın hansı şəraitdə, necə bağlanması barədə məlumatı yoxdur. Qeyd olunan nikah saxta yolla qeydə alınmış və həmin nikahın mövcudluğu onun bir neçə hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Oğlu Kazım xəstə olduğu üçün 2003-2004-cü illərdə o, uşaqları ilə anasının evinə köçmüşdür. O, yoldaşı Radiklə boşanma ilə bağlı heç bir məhkəməyə müraciət etməmişdir. Radik gəlib uşaqlarına baxmış və onlara həmişə dəstək olmuşdur. Radikin təqribi başqa xanımla yaşadığını və başqa xanımdan oğlu olduğunu bilmiş, o, Rima xanımı görməmiş, sadəcə Radikin yaşadığı xanımın olması ilə bağlı məlumat eşitmişdir. Qaynatası və qaynanası rəhmətə gedəndə yas mərasinində iştirak etməmişdir. Həmçinin Radikin də yas mərasimində iştirak etməmişdir. O, sənədlərini düzəltdirmək üçün Asan Xidmətə müraciət edəndə yoldaşının Rima ilə nikaha daxil olduğunu bilmişdir. O, da sənədlərini dəyişə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Ona boşanma ilə bağlı heç bir bildiriş gəlməmişdir. O, Radik ilə 1993-cü ildə uşaqları ilə bir evdə yaşamışdır. O küsülü olaraq anasının evinə gedəndə yoldaşı onunla barışmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, yoldaşı X10 ilə 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Yoldaşının valideynlərinin dediklərinə əsasən yoldaşı Radik Aybəniz ilə bir yerdə yaşamamışdır. Onlar arasında tez-tez mübahisələr olduğu üçün Radik evdən çıxıb gedirmiş. Onların normal həyat tərzi olmamışdır. Yoldaşı boşanma ilə bağlı məhkəməyə müraciət etmiş, amma Aybəniz xanım heç bir məhkəmədə iştirak etməmişdir. Yoldaşının boşanma ilə bağlı hər hansı məhkəməyə müraciət etdiyi barədə məlumatı yoxdur. O, yoldaşı ilə rəsmi nikaha daxil olan zaman yoldaşı subay olmuşdur. 2004-cü il tarixdə oğlu dünyaya gəlmişdir. 1994-cü ildən Radik ilə birlikdə həyat yoldaşının evində onun valideynləri ilə birlikdə yaşamışlar. Onlarda toy-nişan olmamışdır. Yoldaşı 2022-ci ildə rəhmətə getmişdir. Uşaqları onların yaşadıqları evə ara-sıra gəlirdilər.Lakin Aybəniz xanım onlara heç vaxt nə qayınanasının, nə qayınatasının, hətda həyat yoldaşının dəfn mərasimlərinə gəlməmişdir. Boşanma ilə bağlı yoldaşı tərəfindən məhkəməyə müraciət olunmuşdur. Qaynanası ona Radikin məhkəməyə müraciət etdiyini, lakin Aybəniz xanımın məhkəmə iclaslarında iştirak etmədiyini bildirmişdir. O, Radiklə nikahlarını rəsmiləşdirilməsi üçün Maraqlı şəxsnə müraciət edəndə nikahın pozulması ilə bağlı şəhadətnaməsi olmuşdur. Nikahın pozulması ilə bağlı şəhadətnaməni həyat yoldaşı rəhmətə gedəndən sonra çox axtarmış, amma tapa bilməmişdir. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, cavabdeh onun yaxın qonşusudur. O, uşaq vaxtından Rima ilə qonşu olmuşdur. Cavabdeh Radik ilə nikaha daxil olanda o da iştirak etmişdir. Rima xanım Radikin valideynlərinə da baxmışdır. Radikin başqa ailəsi olduğunu və iki oğlu olmasını bilirdilər. Radik Aybəniz ilə boşanandan sonra 2012ci ildə Rima ilə rəsmi nikaha daxil olmuşdur. Rima ilə Radik rəsmi nikaha daxil olanda o, da şahid kimi Binəqədi Qeydiyyat şöbəsində olmuşdur. Radik Rəhmətə gedəndə Aybəniz xanımdan olan övladları yas mərasimində iştirak etməmişlər. O, Radikin nikahın pozulması haqqında şəhadətnaməsini görmüş, amma nikahın hansı rayon məhkəməsində pozulması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, cavabdeh onun yaxın qonşusudur. Onlar Rima ilə 20 ilə yaxındır ki, qonşudurlar. O, tibb bacısı işlədiyi üçün Rimagilin evinə sistem vurmağa gedib-gəlmişdir. Rima xanım o ailə üçün çox əziyyət çəkmişdir. Radik iki ildir ki, rəhmətə getmişdir. O, Radikin Aybənizlə olan rəsmi nikahlarının pozulmasını bilməmiş, Radikin nikahın pozulması haqqında şəhadətnaməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçı onun anasıdır. O, 1991-ci ildə anadan olmuş, 100 nömrəli məktəbdə təhsil almışdır. 5 saylı Asan Xidmət Mərkəzinə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət edəndə atasının Rima adlı xanımla nikaha düşdüyünü bilmiş, Nizami rayon qeydiyyat şöbəsinə yaxınlaşmış və qeydiyyat şöbəsi tərəfindən onlara nikahın pozulması haqqında şəhadətnamənin olmaması barədə məlumat verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixində sol mədəcik çatışmamazığı səbəbilə Bakı şəhəri Binəqədi rayonunda rəhmətə getmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-165/8-16-784/24 nömrəli məktubdan görünür ki, X10 ilə Cavabdeh adına Maraqlı şəxsndə xx.xx.2012-ci il tarixli 661 saylı nikah haqqında akt qeydi tərtib edilmişdir. -İş materiallarında olan notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X10 və İddiaçı xx.xx.1990-cı il təvəllüdlü X3 valideynləridir. -İş materiallarına əlavə edilmiş Bakı 13 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/13/20240-00930 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş nikah haqqında şəhadətnamədənin surətindən görünür ki, X10 ilə X13 arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsndə nikah bağlanmış və akt qeydlər kitabında 661 nömrə ilə qeydə alınmışdır. -İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3-16-5/8-2520\13/76 nömrəli məktubdan aydın olur ki, xx.xx.1965-ci il təvəllüdlü vətəndaş X10 barəsində “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və müəyyən edilmişdir ki, onun nikahı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ilə xx.xx.1988-ci il tarixdə 1152 saylı nikah akt qeydi ilə Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsində qeydiyyata alınmış və həmin nikahın pozulması haqqında akt qeydi aşkar edilməmişdir. -İş materiallarında olan Yasamal Rayon Məhkəməsi tərəfindən Zəngilan Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3793/2024 nömrəli məktubdan görünür ki, 2013-cü il tarixindən bu günə kimi X5 İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair məhkəmənin icraatına heç bir iş daxil olmamışdır. -İş materiallarında olan Azərbaycan Respublikası Nizami Rayon Məhkəməsi tərəfindən Zəngilan Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 365/2024 nömrəli məktubdan görünür ki, X5 İddiaçı qarşı “nikahın pozulması” iddiası tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin arxivində aşkar edilməmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, ********* nömrəli nikah haqqında aktın qeydindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X5 və xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh ailə vəziyyəti nikahda olmamış formalarında qeyd edilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfidən Zəngilan Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-165/8-13- 170/25 nömrəli məktubda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında təlimatın 15 N-li əlavəsinə əsasən nikaha daxil olmaq haqqında ərizələr, dövlət rüsumunun ödənilməsinə dair və ərizələrə əlavə edilən digər sənədlər beş il müddətində saxlanılır. Bu səbəbdən X10 ilə Cavabdeh adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli 661 saylı nikah haqqında akt qeydinin hansı əsaslarla tərtib edilməsi barədə heç bir məlumat təqdim edə bilməməlri qeyd edilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən Zəngilan Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13-11815/2024 nömrəli məktudan görünür ki, “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X5 (xx.xx.2022-ci ildə vəfat etmişdir) İbadova (Kazımova) Aybəniz Qurban qızı ilə xx.xx.1988-ci ildə nikaha daxil olduğu müəyyən edilmiş, Ədliyyə Nazirliyinin informasiya sisteminə baxış keçirilərkən sözügedən nikahın pozulması haqqında məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-165/8-13-170/25 nömrəli məktubundan aydın olur ki, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında təlimatın 15 nömrəli əlavəsinə əsasən nikaha daxil olma haqqında ərizələr, dövlət rüsmunun ödəniməsinə dair və ərizələrə əlavə edilən digər sənədlər beş il müddətinə saxlandığından bu səbəbdən də X10 ilə Cavabdeh adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli 661 saylı nikah haqqında akt qeydinin hansı əsaslarla tərtib edilməsi barədə heç bir məlumat təqdim edə bilmədikləri qeyd olunmuşdur. Həmçinin məktuba əlavə edilmiş nikah haqqında akt qeydinin surətindən görünür ki, X10 ilə Aslanova evlənəndən sonra Cavabdeh xx.xx.2012-ci il tarxdə rəsmi nikaha daxil olarkən hər ikisinin ailə vəziyyəti nikahda olmamış kimi qeyd edilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport qeydiyyat və Miqrasiya idarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 18/2- 2964/25 nömrəli məktubundan görünür ki, X10 və İddiaçı şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olmuş sənədlərin saxlaması müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə daxil olmuş məktubun məzmunundan aydın olur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Radik Kazımovun xx.xx.1988-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində İbadova (Kazımova) Aybəniz Qurban qızı ilə nikaha daxil olduğu müəyyən edilmiş, həmin nikahın pozulmasına dair məlumat aşkar edilməmiş, bununla yanaşı Radik Kazımov xx.xx.2012-ci ildə Bakı şəhəri Maraqlı şəxsndə Aslanova (Kazımova) Rima Əpiş qızı ilə nikaha daxil olmuşdur. ”Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində işlərin nomenklaturası» na əsasən nikaha daxil olmaq haqqında ərizələr, dövlət rüsumunun ödənilməsinə dair və ərizələrə əlavə edilən digər sənədlər qeydiyyat şöbələri tərəfindən 5 il saxlanıldıqdan sonra məhv edilməsi, R.Kazımov və R.Aslanovanın nikahlarının qeydə alınmasına əsas olmuş sənədlərin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrində saxlanılmaması qeyd edilmişdir. -İş materiallarında olan və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş X1 görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X8 xx.xx.2006-cı ildə AZE seriyalı, ******* nömrəli, FİN nömrəsi 4KQNWUD olan şəxsiyyət vəsiqəsi verilərkən onun ailə vəziyyəti subay kimi qeyd edilmişdir. -İş materiallarında olan və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş X1 görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X8 Asan1-1 tərəfindən xx.xx.2016-cı ildə AZE seriyalı, 16299783 nömrəli, FİN nömrəsi 4KQNWUD olan şəxsiyyət vəsiqəsi verilərkən onun ailə vəziyyəti subay kimi qeyd edilmişdir. -İş materiallarında olan və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş X1 görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2003-cü ildə AZE seriyalı, 720894 nömrəli, FİN nömrəsi xxxxxxx olan şəxsiyyət vəsiqəsi verilərkən onun ailə vəziyyəti evli kimi qeyd edilmişdir. -İş materiallarında olan və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş X1 görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2014-cü ildə Asan3-1 tərəfindən AZE seriyalı, ******** nömrəli, FİN nömrəsi xxxxxxx olan şəxsiyyət vəsiqəsi verilərkən onun ailə vəziyyəti subay kimi qeyd edilmişdir. -İş materiallarında olan və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş X1 görünür ki, xx.xx.1966-ci il təvəllüdlü Cavabdeh xx.xx.2015-ci ildə Asan1-1 tərəfindən AZE seriyalı, 15542262 nömrəli, FİN nömrəsi xxxxxxx olan şəxsiyyət vəsiqəsi verilərkən onun ailə vəziyyəti evli kimi qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 25.1.Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Maddə 25.3.Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Maddə 25.4. Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Maddə 27.2. Yetkinlik yaşına çatmayan ərin (arvadın) mənafeyi tələb etdikdə, eləcə də nikahın etibarsız sayılması barədə onun razılığı olmadıqda, nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız sayılması barədə iddianı məhkəmə rədd edə bilər. Maddə 27.3. Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Maddə 27.4. Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1988-ci ildə mərhum X10 ilə rəsmi nikaha daxil olmuş və nikahları Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş və onlara İV-JQ 452407 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Tərəflər 2003-cü ilədək birlikdə yaşamış, sonradan böyük övladlarının səhhətinə yaranmış problemlərə görə iddiaçı uşaqla bir müddət anasının evində yaşamalı olmuş, iddiaçının mərhum həyat yoldaşı ilə münasibətləri normal olmuş, onlar övlaldlarının toy şənliklərində, bütün xeyir və şər məclislərində birgə iştirak etmişlər. İddiaçı iddia edir ki, nə o, nədəki həyat yoldaşı X10 ona qarşı aralarında olan nikahın pozulması tələbinə heç vaxt məhkəməyə müraciət olunmamışdır. Həyat yoldaşı X10 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən özünə məxsus olan şəxsiyyət vəsiqəsini dəyişmək üçün 5 saylı Asan Xidmət Mərkəzinə müraciət etmiş və orada ona məlum olmuşdur ki, mərhum həyat yoldaşı Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsndə rəsmi nikaha daxil olaraq ailə qurmuş, X10 ilə X9 hansı şəraitdə nikaha daxil olmaları baradə məlumatı olmamış, X11 isə rəhmətə getdiyi üçün heç bir məlumat əldə edə bilməmişdir. İddiaçı iddia edir ki, onun X10 ilə xx.xx.1988-ci ildə bağlanmış nikah pozulmadığı halda Cavabdeh ilə bağlanmış nikah etibarsız hesab edilməlidir. Lakin, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla, həmçinin dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, Cavabdeh X10 ilə artıq 1994-cü ildən bəri X5 evində, qayınanası, qayınatası ilə birlikdə yaşamışlar və onların 2004-cü ildə bir oğlan uşaqları da dünyaya gəlmiş, X10 ilə Cavabdeh 2012-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsndə rəsmi nikaha daxil olarkən hər kisinin ailə vəziyyəti nikahda olmamış kimi qeyd edilmiş, bu da Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş ********* nömrəli, xx.xx.2012-ci il tarixli nikah haqqında akt qeydinə öz əksini tapmışdır. Bundan başqa, araşdırma zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş X1 görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X8 xx.xx.2006-cı ildə AZE seriyalı, ******* nömrəli, FİN nömrəsi 4KQNWUD, Asan1-1 tərəfindən AZE seriyalı, 16299783 nömrəli, FİN nömrəsi 4KQNWUD olan şəxsiyyət vəsiqələri verilərkən onun ailə vəziyyəti subay, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2003-cü ildə AZE seriyalı, 720894 nömrəli, FİN nömrəsi xxxxxxx olan şəxsiyyət vəsiqəsində onun ailə vəziyyəti evli, xx.xx.2014-cü ildə Asan3-1 tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli, FİN nömrəsi xxxxxxx olan şəxsiyyət vəsiqəsində onun ailə vəziyyəti subay, xx.xx.1966-ci il təvəllüdlü Cavabdeh xx.xx.2015-ci ildə Asan1-1 tərəfindən verilmiş AZE seriyalı, 15542262 nömrəli, FİN nömrəsi xxxxxxx olan şəxsiyyət vəsiqəsində isə onun ailə vəziyyəti evli kimi qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh məhrum həyat yoldaşı X10 ilə birgə nikahdan doğulmuş bir uşaqları ilə birlikdə 20-25 il ərzində onun valideynlərinə də qayğı göstərib bir ailə kimi yaşamaları saxta nikah kimi qəbul edilə bilməz.Belə ki, 2012-ci ildə Cavabdeh ilə X10 nikaha daxil olarkən Bakı şəhəri Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında hər iki tərəfin nikahda olmadıqları qeyd edilmişdir. Bu da onu göstərir ki, X10 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsndə bağlanmış və 661 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahının etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, İddiaçı Cavabdeh və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddiaçı Cavabdeh və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-22/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-22/2025
13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver