Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-226/2023 30.03.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əmək haqqının və pensiyanın yenidən hesablanması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əmək haqqının və pensiyanın yenidən hesablanması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmək haqqısının 100 faiz olmaqla yenidən hsablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizə və ona əlavə edilmiş sənədlərin geyri qaytarılmasını məhkəmədən xahişietmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri üzrə Mərkəzi filialı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, ərizəni nəzərə alıb hesab edir ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əmək haqqının və pensiyanın yenidən hesablanması» tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əmək haqqının və pensiyanın yenidən hesablanması» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-226/2023
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-226/2023
30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver