Məhkəmə qərarları › İş №2(034)-227/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-227/2025

02.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-227/2025 02.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İşin halları: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 ilə birgə nikahlarından olan X1 xx.xx.2024-cü il tarixdə ev şəraitində doğulması faktının müəyyən edilməsi, uşağa veriləcək doğum haqqında şəhadətnamədə ata qrafasında X4, ana qrafasında X6, uşağın soyadının Paşayev, hər iki valideynin milliyətinin azərbaycanlı, doğum yeri Bakı şəhəri qeyd edilməklə Maraqlı şəxs tərəfindən doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların bu nikahlarından xx.xx.2024-cü ildə X4 dünyaya gəlmiş və uşaq hazırda sağ-salamatdır, onlarla birlikdə yaşayır. Uşaq xəstəxanada deyil, ev şəraitində doğulmuşdur.Uşaq ev şəraitində doğulduğu üçün uşağa doğum haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət etmiş, ərizəsinə qeydiyyat şöbəsində baxılmış və şöbə tibbi şəhadətnamə tələb etmiş, lakin tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Şöbə imtinasını belə əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda dövlət qeydiyyatına alınır, doğumun qeydə alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 2.5-ci və 2.6-cı bəndlərinə uyğun olaraq, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər və valideynlərin nikah haqqında şəhyadətnaməsi ilə bərabər, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd də şöbəyə təqdim edilməlidir və həmin tibbi sənəd təqdim olunmadığı üçün uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmiş və hazırda uşağa doğum haqqında şəhadətnamənin başqa cür ala bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların bu nikahlarından xx.xx.2024-cü ildə X4 dünyaya gəlmiş və uşaq hazırda sağ-salamatdır, onlarla birlikdə yaşayır. İmkanı olmadığı üçün yoldaşını xəstəxanaya apara bilməmişdir. Oğlu Şakir xəstəxanada deyil, ev şəraitində sağlam doğulmuşdur. Yoldaşının evdə doğum etməsinə bibisi köməklik etmişdir. Uşağı dövlət xəstəxanasına aparanda ondan doğum haqqında şəhadətnamə istəyirlər. Uşaq ev şəraitində doğulduğu üçün uşağa doğum haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət etmiş, ərizəsinə qeydiyyat şöbəsində baxılmış və şöbə tibbi şəhadətnamə tələb etmiş, lakin tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşı oğludur. Qardaşı oğlu Laçın ailə quraraq ailəsi ilə birlikdə Rusiyada yaşamış, yoldaşı Banu Rusiyada hamilə olmuş və doğumuna iki həftə qalmış Azərbaycana gəlmişlər. Laçınla Banu rəsmi nikaha daxil olmuşlar. Onun bu işlərdən anlayışı olduğu üçün qardaşı oğlu Laçın xx.xx.2024-cü il tarixdə ona zəng edərək Banuda ağrıların olduğunu bildirmiş və o, Laçıngilə gedəndə Banuda doğuş ağrılarının olduğunu görmüşdür. O, uşağın doğulmasında iştirak etmişdir. Qardaşı oğlu işləmədiyi üçün yoldaşını xəstəxanaya aparmağa imkanı olmamış, buna görə də doğum evdə olmuşdur.Uşaq sağlam doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Onlar xx.xx.2024-cü ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2024-cü ildə X4 dünyaya gəlmişdir. O, Laçınla Rusiyada ailə qurmuşlar. Laçın işləmədiyi üçün Azərbaycana qayıtmalı olmuşlar. Azərbaycana qayıdandan 15 gün sonra oğlu dünyaya gəlmişdir. Yoldaşı işləmədiyi üçün maddi cəhətdən sıxıntıları olduğuna görə uşağı ev şəraitində dünyaya gətirməli olmuşdur. Evdə uşağı dünyaya gətirməsinə yoldaşının bibisi Şamama köməklik etmişdir. Uşağı sağlam doğulmuşdur. Uşağı dövlət xəstəxanasına aparanda ondan doğum haqqında şəhadətnamə tələb edirlər. Uşağın doğum haqqında şəhadətnaməsi olmadığı üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Tədqiq edilən sübutlar: -iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-8/8-31/2025 nömrəli məktubun məzmunundan aydın olur ki, Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda dövlət qeydiyyatına alınır.Doğumun qeydə alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 2.5ci və 2.6-cı bəndlərinə uyğun olaraq, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər və valideynlərin nikah haqqında şəhyadətnaməsi ilə bərabər, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd də şöbəyə təqdim edilməlidir və həmin tibbi sənəd təqdim olunmadığı üçün uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -İş materiallarında olan notarial qaydada təsdiq olunmuş nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, Ərizəçi ilə X8 arasında xx.xx.2024-cü il tarixdə nikah bağlanaraq, bu barədə 95000115 Moskva vilayəti VVAQ Baş idarəsinin Mıtişi şəhər dairəsi üzrə VVAQ İdarəsinin 1 saylı şöbəsində akt qeydləri kitabında ********************2 nömrəli qeyd aparılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Maddə 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi Paşayev X3 Banı Vüsalovna ilə xx.xx.2024-cü ildə Rusiya Federasiyasında rəsmi nikaha daxil olmaqla ailə qurmuş, bu nikahdan onların xx.xx.2024-cü ildə X4 dünyaya gəlmişdir. Lakin ərizəçi işləmədiyi üçün ailəsi ilə birlikdə Bakıya qayıtmalı olmuşlar. Həmin vaxtı ərizəçinin yoldaşı hamilə vəziyyətində olmuşdur. Maddi imkansızlıq səbəbindən həyat yoldaşı uşağı xəstəxanada deyil, ev şəraitində dünyaya gətirməli olmuşdur. Uşağın ev şəratində doğulmasına ərizəçinin bibisi tərəfindən köməklik olunmuş və uşaq sağ-salamat dünyaya gəlmişdir. Uşaq doğulduqdan bir müddət sonra ərizəçi uşağa doğum haqqına şəhadətnamə almaq üçün qyediyyat şöbəsinə müraciət etmiş, şöbə ondan uşağın doğulmasını təsdiq edən ilkin tibbi şəhadətnaməni tələb etmiş, lakin o, həmin sənədi təqdim edə bilməyi üçün qeydiyyat şöbəsi uşağa doğm haqqında şəhadətnamə verməkdən imtina edərək ona məhəkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Həmçinin uşağın ev şəratində sağlam olaraq doğulmasını, hazırda valideynləri ilə birlikdə yaşamasını məhkəmə iclasında edən şahidlər də öz ifadələri ilə tam təsdiq etmişlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X6 tərəfindən doğulmuş Şakir adlı oğlan uşağının xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğması faktı müəyyən edilməlidir və uşağa veriləcək doğum haqqında şəhadətnamədə uşağın adı Şakir,soyadı Paşayev,ata adı Laçın oğlu,ata qrafasında X4, ana qrafasında X6, hər iki valideynin miliyyəti azərbaycanlı, doğum yeri Bakı şəhəri qeyd edilməklə ona doğum haqqında şəhadətnamə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. X6 tərəfindən doğulmuş Şakir adlı oğlan uşağının xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğması faktı müəyyən edilsin. Doğum faktının müəyyən edilməsi uşağa doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. xx.xx.2024-cü il tarixdə doğulmuş uşağa veriləcək doğum haqqında şəhadətnamədə uşağın adı Şakir, soyadı Paşayev, ata adı Laçın oğlu, ata qrafasında X4, ana qrafasında X6, hər iki valideynin miliyyəti azərbaycanlı, doğum yeri Bakı şəhəri yazılsın. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar