Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-230/2022 27.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakimi İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) X3, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi «hüquqi şəxsin nizamnaməsinin qeydinin müəyyən edilməsi barədə» ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi şəxsin nizamnaməsinin qeydinin müəyyən edilməsi barədə» ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Kiçik müəssisəsinin 05 mart 1992-ci il tarixdə X4 tərəfindən təsis edilmiş və Maraqlı şəxs Başçısının 10 mart 1992-ci il tarixli, 132 nömrəli sərəncamı ilə qeydiyyata alınmış nizamnaməsinə malik olduğu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) X7 ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, ərizəçinin 27 avqust 1949-cu il tarixdə Azərbaycan Respublikası Zəngilan rayonunda anadan olmuş mərhum həyat yoldaşı X4 10 iyul 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X15 və ətraf rayonları erməni silahli qüvvələri tərəfindən işğal edilənə kimi Zəngəzur rayonunda yaşamışlar. İşğaldan sonra isə məcburi köçkün kimi ünvan 1 ünvanda məskunlaşmışlar və həyat yoldaşı X4 vəfat etdiyi günədək həmin ünvanda yaşamışdır. Zəngilan rayonunda yaşadıqları zamanlarda yoldaşı tərəfindən 05 mart 1992-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsi təsis edilmiş və nizamnaməsi təsdiq edilmişdir. Həmin müəssisə Maraqlı şəxs Başçısının sərəncamı əsasında 10 mart 1992-ci il tarixdə 132 nömrə ilə qeydə alınmışdır. Kiçik müəssisənin özünün nizmanaməsi, möhürü, bankda hesablaşma hesabı və sərbəst balansa malik hüquqi şəxs olmuşdur. Mərhum həyat yoldaşı X4 təsis etdiyi müəssisənin direktoru özü olmuşdur."xxxx" Kiçik Müəssisəsi təsis edildiyi zaman Maraqlı şəxs Başçısının xx.xx.1992-ci il tarixli, 132 nömrəli sərəncamı əsasında Zəngilan rayonu A.Məhərrəmov adına kolxozun Beştəli kəndi ərazisində yerləşən mərmərləşmiş əhəng daşı və Bünyadov adına kolxozun Dərə gülatan kəndinin üst hissəsində 33,6 hektar torpaq sahəsində yerləşən mişar daşı yataqlarından istifadə edilməsinə icazə verilmişdir. Həmin yataqların yerləşdiyi torpaq sahələri "xxxx" KMyə 1992-ci ilin mart ayında yerində təhvil-təslim edilmiş və müddətsiz istifadəsinə verilmişdir. Zəngilan rayonu işğal edilənə kimi müəssisənin istifadəsində olmuşdur. Müəssisənin həmin ərazidə texnikaları işləmiş və 30 yaxın işçisi olmuşdur. Zəngilan rayonu işğal edilən zaman hamı kimi onlarında bütün əmlakları, bir sıra sənədləri orada qalmışdır. "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsinin qeydiyyata alınması və ona yataqların istifadəsinə icazəyə dair Zəngilan RİHB-nın sərəncamı, möhürü onlarda, nizamnaməsi və digər aidiyyəti sənədlər isə orada qalmışlar. Həmçinin Zəngilan rayonun arxivi işğal altında qaldığından, sənədlərin arxivdən əldə edilməsi də mümkün olmamışdır. Zəngilan rayonu işğaldan azad ediləndən sonra da sənədin əldə edilməsi üçün müraciətləri müsbət həllini tapmamışdır. Belə ki, müəssisənin qeydə alınmış nizamnaməsinin və qeydiyyatla bağlı digər qeydlərin əldə edilməsi üçün Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Milli Arxiv idarəsinə sorğularının müsbət həlli mümkün olmamışdır. Son olaraq aldıqları cavaba görə «Dağlıq Qarabağ və ətraf rayonları erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi və uzun müddət işğal altında qalması səbəbindən sözü gedən inzibati ərazi vahidləri (o cümlədən Zəngilan rayonu) çərçivəsində dövlət mühafiəzəsində olan arxiv sənədləri barəsində hər hansı məlumat yoxdur. O, mərhum həyat yoldaşı X2 qanun üzrə vərəsəsidir, ondan qalmış miras əmlakları faktiki qəbul etmiş, bir qismini də rəsmiləşdirmişdir. Lakin ondan miras qalmış "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsinin yuxarıda qeyd etdiyi məlum səbəblər üzündən əldə etməsi mümkün olmadığından, vərəsəlik üzrə adına rəsmiləşdirə bilməmişdir. Bu səbəbdən də, müəssisənin nizamnaməsinin qeydiyyatı ilə bağlı faktın müəyyən edilməsi məsələsinin məhkəmə qaydasında həll edilməsinin vacibliyi ortaya çıxmışdır.Əllərində olan nüsxələrə var. Bu sənəddən göründüyü kimi köhnə kiril əlifbası ilə yazılmışdır. Kolxoz Zəngilanda yerləşir. Kolxozun nə vaxta qədər fəaliyyətinin dayanması barədə məlumatları yoxdur.Kiçik müəsssisə sadəcə olaraq kolxozun nəzdində formalaşmışdır. Sonda ərizəçinin nümayədəsi (vəkili) məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X5 ərizəni qəbul edərək izahatında bildirmişdir ki, o vaxtlar o, İcra Komitəsində hüquq şöbəsinin müdüri olmuşudur. "xxxx" kiçik müəssisəsi Səməd Vurğun kolxozunun nəzdində yaranmışdır. Həmin kolxoz bura gələndən sonrada sənəd üstə olmuşdur. Gilatağ sovetliyinin ərazisində "xxxx" kiçik müəssisəsi olmuşdur. Kolxozun fəaliyyəti oktyabrın 29-dan sonra dayanmışdır. Onlara ştampları yığın daha fəaliyyət göstərmirlər demişlər. Gələndən sonra kolxozdan arayışlar vermişlər. "xxxx" kiçik müəssəsini nizamanaməsini, təsis protokolunu, onun bütün sənədləşməsini o, aparmış və yazmışdır. Müəsissə təsis olunanda kolxozun sədri olmuş Niftullayevin idarə heyyətin iştirakı ilə yaradılmışdır. Kolxozun səlahiyyəti o vaxtı ümumi iclasa daxil idi. Amma burda idarə heyyəti iştirak etmiş, bundan sonrada 8 aydan çox fəaliyyət göstərmişdir. Amma onu təsis edən rəhmətlik X6 olmuşdur. Təsis protoklunda bu ikisinin adları da var. Sərəncam hazırlananda icra başçısı Əli Quliyev də olmuşdur. Müəssisə o vaxtlar kiçik müəssə adında qanun çıxmışdı. Müəssisə hüquqi şəxs kimi fəaliyyət göstərmiş, onlardan qeydiyyatdan keçmişdir. Bütün sənədləri Zəngilanda qalmışdır. Bankdan 1 milyon kreditə pul götürərək 2 ədəd daş kəsən kombayın almışlar .MMC kreditə pul götürmüş və özü ödəmişdir. Krediti Aqrar Bankdan götürmüşlər. O vaxtı o pul böyük pul deyildir. O oranın hüquqşünası olmuşdur. Fəaliyyətdə olanda 18 maşın mişar daşını satmışlar. Kolxozun onun gördüyü işlərə heç bir aidiyyatı olmamışdır. Axırda hesabatı kolxoz vermişdir. Onlar mişar daşı kəsirdilər. Əhəng daşlarının kəsilməsi də vardı sənədlərin içində olmuşdur. Məhkəmə iclasında şahild qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, onların mühasibi olmuş, ərizəçini ordan tanıyır. O vaxt müharibədən biraz qabaq şirkət açılmışdır. Onun gənc vaxtları idi. Orada mühasib kimi işləməyə başlamışdır, kimyaçıdır. Onların Zəgilanda kimya sahəsi olmadığı üçün orda işləmişdir. O, Bakıda qalmaq istəmiş, belə ki, Zəngilanda müharibə şəraiti olduğu üçün ora qayıtmaq istəməmişdir. 30 ildən çoxdur ki, şirkətin adını unutmuşdur. Xərçəng xəstəsidir, narkoz aldığına görə yaddaşı qalmamışdır. İş qurmuşlar hər şey yolunda gedərkən müharibə olmuşdur. Düz xatırlayırsa qızıl mədəni idi. 7-8 ildir ki, yaddaşında pozulma var. Şirkət kolxozun nəzdində yaranmışdır. Həmin şirkətin rəhbəri Behbud və Ələkbər olmuşdur. Ələkbərli Behbud kiçik müəssisəyə rəhbərlik etmiş, mühasib olduğu üçün ondan tapşırıqlar almışdır. Onlar o vaxtlar bütün ödənişləri banka gedərək ödəmişlər. İndiki kimi gedib vergi orqanlarında ödəmirdilər. İşçilərin maaşını rəhbərliyin özü olandı özü ödəmişdir. İşçilərə bankdan yox əlbə-əl əmək haqqı verilirdi. Səfv etmirsə Ələkbər müəllim verirdi. Şirkət qızıl, ya daş işi ilə məşğul olurdu. Yaddaşında belə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, Behbudun xalası nəvəsidir. Zəngilanda onların karyeri olmuşdur. O, kayerdə operator kimi işləmişdir. X13, bir də Ələkbərli Behbudun adına olmuşdur. Onunla işləyən rəhmətə getmişdir. Əmək kitabçası Zəngilanda qalmışdır. 1992-ci ildən orda işə başlamışdır. Gəlib burdan müharibəyə getmişdir. 1994-cü ildə müharibədə yaralanmışdır. Onda yaddaş zəifliyi var. Həmin şirkətin burda fəaliyyət göstərməyindən məlumatı yoxdur. Rəbər olaraq Behbud Ələkbərli onlara tapşırıq vermişdir. Karyerdə işçilər işləmiş, indi həmin işçilərin birinin vəziyyəti yaxşı deyildir. O vaxt onlara işlə göstərişləri Ələkbər və Behbud verirmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Azərbyacan Respublikası Zəngilan rayonu İcra Hakimiyyəti başçısının 10 mart 1992-ci il tarixli 132 №-ci sərəncamının sürətindən görünür ki, “S.Vurğun adına kolxozun nəzdində "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsinin qeydə alınması barədə sərəncam verilmişdir. İş materiallarına əlavə edilmiş Dərə Gilətağ kəndi T.Bünyadov adına kolxoz Zəngilan rayon XSC-nın sədri tərəfindən təsdiqlənmiş aktının sürətindən görünür ki, aşağıda imza edənlər: 1.S.İbarahimov-Zəngilan rayon XDC-nin sədr müavini komissiyasının sədri
2. D.Həsənova-Rayon icra hakimiyyətinin baş memarı,
3. K.Nuriyev-Aqrokombinatın yer quruluşçusu,üzvü
4. M.Qurbanov –Ekoloqiya idarəsinin rəhbəri,üzvü,
5. İ.İsmayılov-SES-in baş həkimi, üzvü,
6. T.Qəhrəmanov-yangından mühafizə müfəttişi,üzvü, 7.S.Kərimov-Rayon icra hakimiyyəti başçısının Gilətağ ərazi üzrə nümayəndəsi,üzvü
8. C.Xudiyarov- T,Bunyadov adına kolxoxun idarə heyətinin sədri, üzvü,
9. B.Ələkbərli «Tək ağac» kiçik müəssəsinin direktoru tərəfindən mişar daşı və kərpic istehsalı üçün «Tək ağac» kiçik müəssisəsinə sahə ayrılması üçün T.Bünyadov adına kolxozun ərazisinə baxış keçirilmiş və Dərə Gilətağ kəndinin üst hissəsindəki kənd təsərrüfatına yararsız torpaq sahəsindən 33.6 hektar torpağın həmin məqsəd üçün ayrılmasını məqsədəmüvafiq hesab edilməsi barədə akt tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/2223№-ci məktubundan aydın olur ki, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal edilməsi və uzun müddət işğal altında qalması səbəbindən sözügedən inzibati ərazi vahidləri (o cümlədən Zəngilan rayonu) çərçivəsində dövlət mühafizəsində olan arxiv sənədləri barədə hər hansı məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Maraqlı şəxs Başçısı Aparatının 902 nömrəli, xx.xx.2021-ci l tarxli məktubundan görünür ki, məlum Qarabağ olayları ilə bağlı Zəngilan rayonu 1993-cü ilin oktyabın 29-ca erməni quldur dəstələri tərəfindən qanunsuz olaraq zəbt olunmuş, torpaqlara olunan təzavüz nəticəsində rayonun mərkəzi arxivi işğal zonasında qalmış, buna görə də "xxxx" kiçik müsəssisəsinə aid təsis sənədlərinin təqdim olunması imkanları xaricindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövləi Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə ürəyin aterosklerotik xəstəliyindən Bakı şəhərində vəvat etmişdir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 qanun üzrə vərəsəsi X8r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşlırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan rayonunda yaşadıqları zamanlarda mərhum həyat yoldaşı X4 tərəfindən "xxxx" Kiçik müəssisəsinin 05 mart 1992-ci il tarixdə təsis etdiyini və Maraqlı şəxs Başçısının 10 mart 1992-ci il tarixli, 132 nömrəli sərəncamı ilə həmin kiçik müəsisi qeydiyyata alındığını,kiçik müəssisənin özünün nizmanaməsi, möhürü, bankda hesablaşma hesabı və sərbəst balansa malik hüquqi şəxs olduğunu, Zəngilan rayonu A.Məhərrəmov adına kolxozun Beştəli kəndi ərazisində yerləşən mərmərləşmiş əhəng daşı və Bünyadov adına kolxozun Dərə Gilətağ kəndinin üst hissəsində 33,6 hektar torpaq sahəsində yerləşən mişar daşı yataqlarından istifadə edilməsinə icazə verildiyini, həmin yataqların yerləşdiyi torpaq sahələri "xxxx" KM-yə 1992-ci ilin mart ayında yerində təhviltəslim edilərək müddətsiz istifadəsinə verildiyini, müəssisənin 30 yaxın işçilərinin olduğunu,lakin Zəngilan rayonu işğal edilən zaman bütün əmlakları, bir sıra sənədləri, o cümlədən "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsi, digər aidiyyəti sənədlər işğal zanasında qaldığını bildirmişdir. Hazırda mərhum həyat yoldaşı X2 qanuni vərəsəsi olduğundan həyat yoldaşından qalmış miras əmlaklarını faktiki olaraq gəbul etsə də "xxxx" Kiçik Müəssisəsinin sənədlərini arxivdən əldə edilməsi mümkün olmamışdır və müəssisəni vərəsəlik üzrə adına rəsmiləşdirmək mümkün olmadığından məhkəməyə müraciət edərək "xxxx" Kiçik müəssisəsinin 05 mart 1992-ci il tarixdə X4 tərəfindən təsis edildiyi və Maraqlı şəxs Başçısının 10 mart 1992-ci il tarixli, 132 nömrəli sərəncamı ilə qeydiyyata alınmış nizamnaməsinə malik olduğu faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi gətirdiyi dəlillərin sübutu olaraq Maraqlı şəxs Başçısının sərəncamının sürətini və "xxxx" Kiçik müəssisəsinin möhürü təqdim etsə də, ərizəçinin qeyd etdiyi kimi "xxxx" Kiçik müəssisəsinin məhz ərizəçinin mərhum həyat yoldaşı X4 tərəfindən təsis olmasını faktını təsdiq edən mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, ərizəçinin təqdim etdiyi Maraqlı şəxs Başçısının 10 mart 1992-ci il tarixli, 132 nömrəli sərəncamının sürətindən də görünür ki, S.Vurğun adına kolxozun ümumi iclası 05.mart 1992-ci il tarixdə kolxozun nəzdində əhalinin xalq istehlakı mallarına olan tələbatını ödəmək məqsədi ilə "xxxx" Kiçik müəssisəsi yaratmış və nizamnaməsini təsdiq etmişdir. Deməli, "xxxx" Kiçik müəssisəsinin təsisçisi ərizəçinin mərhum həyat yoldaşı X4 deyil, S.Vurğun adına kolxozun nəzdində həmin kolxoz tərəfindən yaradılmış müəssisə olmuşdir,müəssisənin rəhbəri yəni direktoru ərizəçinin mərhum həyat yoldaşı X4 təyin edilmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Ərizəçi "xxxx" Kiçik müəssisəsinin 05 mart 1992-ci il tarixdə X4 tərəfindən təsis edildiyi və Maraqlı şəxs Başçısının 10 mart 1992-ci il tarixli, 132 nömrəli sərəncamı ilə qeydiyyata alınmış nizamnaməsinə malik olduğu faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda göstatasılənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216 -220ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi "xxxx" Kiçik müəssisəsinin 05 mart 1992-ci il tarixdə X4 tərəfindən təsis edildiyi və Maraqlı şəxs Başçısının 10 mart 1992-ci il tarixli, 132 nömrəli sərəncamı ilə qeydiyyata alınmış nizamnaməsinə malik olduğu faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülsarə İmanova