Məhkəmə qərarları › İş №2(034)-238/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-238/2023

03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-238/2023 03.07.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması» tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi X5 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu Alıbəyli kəndində yerləşən «Karl Marks» kolxozunda kolxozçu işləməsini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X5 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Alıbəyli kəndində anadan olmuş, orada, ailəsi ilə birlikdə yaşayıb boya-başa çatmış, yaşamışdır. O, 1969-cu il tarixdə orta məktəbə getmiş və 1979-cu il tarixdə orta məktəbi bitirmişdir. 1980-ci il tarixdən 1982-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. O, xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerəşən “Karl Marks” kolxozunda kolxozçu işləmişdir. Lakin rayon işğal olunduqdan sonra onun bir çox sənədləri, o cümlədən əmək kitabçası işğal zonasında qalmışdır. O, əmək kitabçasına aid sənəd almaq üçün dövlət arxivinə müraciət etsə də, ona bildirmişlər ki, arxiv sənədləri işğal zonasında qaldığından ona heç bir sənəd verə bilmirlər. O, gələcəkdə pensiyaya çıxmaq üçün stajının bərpa olunmasını istəyir. Lakin o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına bununla bağlı müraciət etdikdə ona həmin filialdan imtina məktubu vermişlər. O, orada işləyərkən onunla bir çox insanlar da işləmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərflərlə təyinat üzrə mərkəzi filialına qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. Hesab edirlər ki, 2(034)-238/2023 nömrəli iş uzrə ərizə əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazlarını təqdim edirlər. Belə ki, 11.03 1962-ci ıl təvəllüdlü ərizeçı Ərizəçi 01 07 1982-cı il tarixdən 18 05.1993-cu il tarixədək Zəngilan rayonunun Alıbəyli kəndində yerləşən «Karl Maks" kolxozunda kolxozçu işlədiyini və əməkhaqqı aldığını iddia edir. E.G Güləhmədov xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cu il tarixədək «Karl Maks” kolxozunda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bır növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları'nın 3.2-cı bəndinə gorə, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması uçun iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3 2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur kı, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2GÖ7-cı il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzurlu səbəbdən (təbii fəlakət, qəza dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 11 1992-ci ıl tarixli 638 Na-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nətəcəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi uçun çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kımı ış stajının təsdiq olunması uçün ən azı iki nəfər şahid olmalı;şahidlər ərizəçim birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların mııəyyən edilməsinə dair işlər ırzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Qərarında da oz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar), Həmin Qərarın 13 4-cü bəndinə gorə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərim müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan goründuyu kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o, halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 104.3-cü maddəsinin tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Ərizəçi ərizəsində qeyd etmişdir ki, işlədiyini iddia etdiyi dövrləri onunla birgə işləmiş şahidləri təsdiq edə bilər. xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Karl Maks" kolxozunda hazırki iş üzrə ərizəçinin işləməsi faktının təsdiq edilməsi yalnız Ərizəçila eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. Beləliklə qeyd edilənlərə əsasən, ərizəçi müvafiq sənədləri hansı səbəbdən əldə etmədiyini sübut edə bilməmişdir. Məhkəmədən Ərizəçi maraqlı şəxs Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı” hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair 2(034)-238/2023 nömrəli iş üzrə ərizəsinin təmin edilməməsi barəldə qətnamə qəbul elilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X5 ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, pensiyası ilə bağlı əziyyət çəkir. Zəngilan rayonunda kolxozda işləmişmişdir.1993-cü ildə torpaqlar işğal olunduğu üçün sənədləri Zəngilanda qalmışdır.1982-ci ilin iyun ayından 1993-cü ilin oktyabr ayına qədər kolxozda işləmiş,əmək kitabçası Zəngilanda qalmışdır. Bununla bağlı Sosial Təminat Nazirliyinin 4 saylı Dost Agentliyinə müraciət etmiş, «Karl Marks” Kolxozundan heç bir sənədin çıxarılmaması cavabı gəlmişdir. “Karl Marks” kolxozunda mal qara saxlamışdır. Fermada dana, inək, buzov saxlayıb qulluq etmişdir. Kolxozun rəhbəri Vilayət müəllim olmuş, o, 2004, ya da 2005-ci il illərdə rəhəmətə getmişdir. Aqrar sənayə kombinatından ayda 1-2 dəfə yoxlamağa gəlirdilər. Gəlib təsərüffatı yoxlayırdılar.Niftəliyev Elbrus gəlib mal qaranı yoxlayırdı,birgə malları sayırdılar.Qaçqınlıq düşəndə 745 baş mal çıxarıb dövlətə təfil vermişdir. Başqa adam yoxdur, əksəriyyəti rəhmətə getmişdir. 12 nəfər mühasib vardı. Bütün kolxozların hamısı istehsalat birliyinə tabe idi. Hər ayda iki dəfə həmin vətəndaş baş mühasib kimi təşkilatı yoxlayırdı. Elburus Niftəliyev bütün kolxozu yoxlayırdı. Hər ayın 15-i orda 24 deyiləsi sənəd vardı, sənədi qəbul eliyərkən Elbrus Niftəliyev şəxsən gəlib özü iştirak edirdi. Zəngilanın bütün maliyyə işləri onun əlində olmuşdur. O, «Karl Marks» kolxozunda işləmiş, onun tabeçiliyində olmuşdur. Hər ayın 15-i gəlib yoxlayırdılar. Bütün rayonun maliyyə işlərini Elburus Niftəliyev aparmışdır. Onların bütün sənədləri kənd nazirliyində qoyulmuşdur. Hal-hazırda dəmiryolunda işləyir. Onlara aid olan Zəngilanda işlədiyi vaxtdır. Sonda ərizəçi məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək izahatında bildirmişdir ki, bildirmişdir ki, vətəndaş əmək kitabçası təqdim edib pensiya alır, ərizəçi ilə bağlı problem yoxdur. Lakin dediyi kimi şahidə eyni xəttlə yazılmış, 1997-ci ildə əmək kitabçası doldurulmuşdur. 1991ci ildə kiril qrafikası ilə yazıldığı üçün irad tutulurdu. Burdada 1997-ci ildə rus dilində yazılmıüşdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi bibisi oğludur. O,1978-ci ildə kolxozda mühasib işləmişdir. Elbrus isə 1982-ci ildən kolxozda işləmişdir. Sonradan kolxoz Elbrusu Gəncədə kursa göndərmişdir. Elbrus kolxozun fermasında işləmiş, ferma kolxoza aid olmuşdur. Elbrus texnikomu qutardıqdan sonra gəlib işləmişdir. O, 1993-cü ildə Bakıya gəlmişdir. Ərizəçinin əmək kitabçası rayonda qalmışdır. Hamı rayondan tez çıxmışdır. Rayonda 3-4 nəfər mühasib qalmışdır. O, da son günə kimi rayonda qalıb işləmişdir. O, çıxanda əmək kitabçasını götürmüşdür. Arxiv müdürü başqa adam idi. O, orda bir il maaşsız işləmişdir. 1971-ci ildən isə Bakıda oxuyub işləmişdir. «Karl Marks» kolxozuna tütünçülük, mal-qara, baramaçılıq, üzümçülük, əkinçilik və maldarlıq aid idi. Ərizəçi ilə bir kənddə yaşamışlar. Əvvəllər mağazada işləmiş, sonradan 1978-ci ildən isə «Karl Marks» kolxozunda işləmişdir. Kolxoz burda, yəni Bakıda fəaliyyət göstərməmişdir. Əmək kitabçasında çıxış əmri yoxdur. Koxoz sədrinin yanına getmiş, kolxozun 1997-ci ilə qədər fəaliyyətdə olması barədə ona arayış vermişdir. Ona sənədi əvvəlki kolxoz sədri vermişdir.O, xəstəliklə pensiyaya çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçini işlədiyi vaxtdan Zəngilandan tanıyır. Ərizəçi qonşu kənddə yaşamış, ərizəçi ilə qohumluq əlaqələri yoxdur. Onlarla bir yerdə işləyən Elbrusun əmək stajı fəaliyyətini təsdiq etmək üçün gəlmişdir. Həmin dövrdə o, orda işləmişdir.O, özü kolxozda işləmişdir. Əmək kitabçasının surətini təqdim etmiş, əsli isə nazirlikdədir. O, 1981-ci ildən Aqrar Sənayə kombinatında işləmişdir. Zəngilanda Aqrar sənaye kombinatı özündə 28 kolxoz, 4 təsərrüfatı birləşdirir. «Karl Marks» kolxozu kombinatın tabeçiliyində olmuşdur.O, hər ay gedib kolxozu yoxlamışdır. Kolxoz heyvandarlıq, tütünçülük, əkinçiliklə məşğul idi. Ərizəçi ilə həmin təsərüffatda tanış olmuşlar,elə olurdu ki, Elbrus ilə birlikdə mal qaranı yoxlayıb saymışlar. Həmin dövrdə süni mayalanma mütəxəssisləri çox az idi.Süni mayalanma ilə məşğul olan mütəxəssislərdən biri də bunlar olmuşlar.1981-ci ildən 1993-cü ilə qədər işləmişdir. Onun əmək kitabçası həmin vaxtdan var. Onların əmək kitabçaları Bakıda, digərlərinin isə rayonda saxlanılırdı. Təssərüffat böyük idi. Həmin dövrdə elə bir vəziyyət yaranmışdı ki, hamı öhdəsində olan əmlakı çıxarmağa çalışmışdır. Sənədi çıxarmaqla məşğul olan yox idi. Sona xanımı da tanıyır, “Karl Marks” kolxozunda mühasib işləmişdir. Kolxoz kooperativ mülkiyyətdə ümumi yığıncaqdan aslı idi. Gəlib Sabirabad rayonunda yerləşmişlər. Ərizəçi tək özü rayondan Sabirabad rayonuna mal-qara gətirmişdi. Bura gələndən sonra ərizəçi işləməmişdir. Sabirabada gələndə kolxoz fəaliyyət göstərməmişdir. Mal-qara satılmış, pulu da dövlətə ödənilmişdir. Hər ilin yekununda təsərrüffat fəaliyyəti hesabata daxil olur, 96 vərəq idi. Məhsuldan başlıyırdı balans çıxana qədər. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlaırnı və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəçiyə ünvanladığı məktubdan aydın olru ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işiərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) mvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla-əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı oimayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hesabı əmək' pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan sığortaounanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, ümumi iş stajı 25 ildən az (14 il 8 ay 3 gün ( xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər ərzində və 2010-202-ci il üzrə 12 il 7 ay }) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22717,63 manat təşkil edir.Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyanatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir və məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Zəngilan rayon Dövlət Arxivinin 03 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zəngilan rayonu 1993-cu il oktyabr ayının 29-da erməni silahlı rirləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Zəngilan rayon “Karl Marks”adına kolxozun sənədləri arxivə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, ərizəçi X2 rayonundan məcburi köçkündür. İş materiallarında olan X4 məxsus İT-1 № ******* saylı əmək kitabçasının sürətindən görünür ki, X6 xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci ilə kimi Zəngilan Aqrarsənaye kombinatında baş mühasib vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən təsdiq edilmiş vətəndaş X9 məxsus olan 185 nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, X12 “Karl Marks” kolxozunda 1970-ci ildən 1993-cü ilə kimi kolxozçu işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfata Nazirliyi Zəngilan X15 X1 verilmiş xx.xx.2023-cü il tarixli 09 nömrəli arayışdan görünür ki, o, Zəngilan rayonu X13 baş mühasibi vəzifəsində işlədiyi dövrdə kombinatın tabeçiliyində 28 kolxoz və 4 təsərrüfatlar arası müəssisə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71ci maddəsinin 6-cı və 7-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 127-ci maddəsinin 4-cü bəndində göstərildiyi kimi ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət soial sığorta haqları ödəmək şərti ilə)və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mükün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, ərizəçi X5 xx.xx.1962-ci ildə Zəngilan rayonu, Alıbəyli kəndində anadan olmuş, Zəngilanda ailəsi birlikdə yaşayıb boyabaşa çatmış, 1969-ci il tarixdə orta məktəbə getmiş və 1979-cu il tarixdə orta məktəbi bitirmişdir. 1980-ci il tarixdən 1982-ci il tarixə kimi hərbi xidmətdə olmuş, hərbi xidmətdən gəldikdən sonra xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu kimi fermada işləmişdir. Lakin rayon işğal olunduqdan sonra onun bir çox sənədləri, o cümlədən əmək kitabçası işğal zonasında qalmışdır. Ərizəçi əmək kitabçasına aid sənəd almaq üçün dövlət arxivinə müraciət etsə də, arxiv sənədləri işğal zonasında qaldığından əldə edə bilməmişdir. Əmək kitabçası ona gələcəkdə pensiyaya çıxmaq üçün stajının bərpa olunması üçün lazımdır. Bununla bağı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, həmin filialdan imtina edərək məhkəməyə müraciət etməsi bildirilmişdir. Həmçinin ərizəçinin qeyd olunan illərdə «Karl Mark» kolxozunda kolxozçu kimi fermada işləməsini onunla birlikdə həmin kolxozda mühasib işləmiş şahid X12 öz ifadələri ilə təsdiq etmişdir.Eyni zamanda “Karl Marks” kolxozunun tabe olduğu Aqrar Sənayə kombinatında işləmiş şahid X3 fermanın fəaliyyətini tez-tez yoxlama apardığını, ərizəçi ilə bir eyrdə mal qaranı mayalama aparılması məqsədi ilə yoxlama apardığını və ərizəçinin həmin kolxozda 1982-ci ildən düz rayon işqal olunanadək işlədiyini,rayondan çıxanda ğrizəçi 745 baş mal qaranı payondan çıxarıb dıvlətə təfil verdiyini bildirmişdir.Bununla da,Ərizəçi Zəngilan rayonunun “Karl Marks” kolxozunun fermasında işləməsi faktı tam sübuta yetirilmişdir. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, ərizəçinin işlədiyi müddətləri hesabladıqda onun 1982-cı ildən 1993-cü ilədək 11 il sosial sığorta stajı tamam olmuşdur. Beləliklə də, Ərizəçi 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Karl Marks» adına kolxozun fermasında kolxozçu işləməsi faktı məhkəmə araşdırması zamanı ərizəçinin və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən Ərizəçi 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Karl Marks» adına kolxozda kolxozçu işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu hüquqi əhəmiyyətli olduğundan, məhkəmə hesab edir ki, onun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 308, 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Karl Marks» adına kolxozun fermasında kolxozçu işləməsi faktı müəyyən olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar