Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-241/2024 13.03.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı İsmayıl oğlunun Cavabdehnə qarşı «xüsusi icraat qaydasında hüquqi faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı İsmayıl oğlu Cavabdehnə qarşı «xüsusi icraat qaydasında hüquqi faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, doğum haqqında Mincivan icra nümayəndəliyində xx.xx.1956-cı il tarixdə tərtib edilmiş 46 nömrəli akt qeydində aşağıda qeyd olunan düzəlişlərin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi üçün qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanına göstəriş verilməsi, adının-Nəriman, soyadının Rüstəmov, atasının adının - İsmayıl, anasının adının isə X1 olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddiaçı Zəngilan rayonu Mincivan icra nümayəndəliyində xx.xx.1956-cı il tarixdə tərtib edilmiş 46 nömrəli doğum haqqında akt qeydinin «uşaq haqqında məlumat» qrafasında soyadının «Əliev»-dən «Rüstəmov»-a, adının «Nərman»-dan «Nəriman»-a dəyişiklik (düzəliş) edilməsi ilə bağlı ərizə ilə Cavabdehnə müraciət etmiş, qeydiyyat şöbəsi isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-01,161.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci İl 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Hazırkı halda ərizəyə əlavə olunan sənədlərdə uyğunşuzluqların aradan qaldırılması məqsədilə doğum haqqında akt qeydində soyad və adın “Əliev Nərman”-dan «İddiaçı»-a dəyişiklik (düzəliş) edilməsinə kifayət qədər əsaslar olmadığı üçün ərizənin təmin edilməsinin imkan xaricində olması bildirilmişdir. Belə olan halda hesab edirəm ki, ərizəçi mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında məhkəməyə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçı doğum haqqında akt qeydinə dəyişiklik (düzəliş) edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldım: İddiaçı İsmayıl oğlunun Cavabdehnə qarşı doğum haqqında akt qeydinə dəyişiklik (düzəliş) edilməsi tələbinə dair iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı İsmayıl oğlu tərəfindən «Məhkəmələr xidmətinin nağd ödənişi» hesabına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (sənəd:PNJ1003444, büdcə təsnifat kodu:14221303, büdcə səviyyə kodu-1, xəzinə hesabı: AZ80CTRE********************, hesablaşma forması: nağd, qəbz nömrəsi:**********, İD:********************6901XXX2288, transaksiya nömrəsi:********** HOPNew8-669061189, qalıq məbləğ kodu:**********) İddiaçı İsmayıl oğluna qaytarılısın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-241/2024
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-241/2024
13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver