Məhkəmə qərarları › İş №2(034)-249/2022

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-249/2022

20.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-249/2022 20.05.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Maraqlı şəxsnə qarşı «nikahın qeydə alınma faktının müəyyən edilməsi tələbinə dair» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «nikahın qeydə alınma faktının müəyyən edilməsi tələbinə dair» ərizə ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, onunla X1 arasında 04.05.1953-cü il tarixdə bağlanmış nikah akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə iclası 20.05.2022-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də Ərizəçi maraqlı şəxs Maraqlı şəxsnə qarşı «nikahın qeydə alınma faktının müəyyən edilməsi tələbinə dair» ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «nikahın qeydə alınma faktının müəyyən edilməsi tələbinə dair» ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət verlilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar