Məhkəmə qərarları › İş №2(034)-259/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-259/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-259/2024 27.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məməmdbağır qızının katibliyi, İddiaçı, Cavabdeh1, Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik enerjisi sərfiyyatı üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik enerjisi sərfiyyatı üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən abunə kodu **********500112 olan ona məxsus ünvan 1 ünvanında yerləşən 112 saylı mənzillə bağlı xx.xx.2023-cü il tarixədək limitdən artıq istehlaka görə elektrik enerjisi sərfiyyatı üzrə yaranmış 7656,49 manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikası Müılki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbini dəyişdirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8055.49 manat məbləğində borcun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödəniləməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərin daxil olduğu Rüstəmovlar ailəsi Zəngilan rayonundan məcburi köçkün olaraq ona məxsus ünvan 1 ünvanında yerləşən 112 saylı mənzildə 1993-cü ildə qanunsuz olaraq zəbt edərək yaşamağa başlamışlar. Nəticədə o və ailə üzvləri təxminən 30 il müddətdə yaşayış sahəsindən məhrum olmaqla çətinliklər çəkmişlər. Suraxanı Rayon Məhkəməsinin 2(010)-741/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X3 ailə üzvləri ilə birlikdə (arvadı Cavabdeh1, oğlanları Cavabdeh2 və X1) mülkiyyətində olan ünvan 2 ünvanından çıxarılması qət olunmuşdur. X4 daha sonra vəfat etmişdir. Qətnamənin icrası xx.xx.2023-cü il tarixdə Suraxanı rayon İcra şöbəsinin icra məmurları tərəfindən həyata keçirilmişdir. Ona məxsus mənzil xx.xx.2023-cü il tarixində boşadılaraq ona təhvil verilmişdir. Cavabdehlərin məcburi köçkün kimi müvəqqəti qeydiyyatı hələ də onun mənzilində qalmışdır. Mənzil ona təhvil verildikdən sonra mənzildə yaşamış cavabdehlərdən kommunal borcların qalıb-qalmadığını araşdırdıqda və abonent kodlarını öz adına keçirmək istədikdə mənzilin işıq sayğacının Valeh Rüstəmovun adına qeydiyyata alındığı müəyyən olunmuşdur. Rüstəmov Valeh və oğlu Rüstəmov Eldəniz vəfat etmişdir. xx.xx.2023-cü il tarixinədək sərf olunan elektrik enerjisinə görə "xxxx" ASC-yə 7740.09 manat borc yaranmışdır. Həmin tarixdə "xxxx" ASC-nin Bakı-Suraxanı Elektrik şəbəkəsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixindən sayğacda son göstərici borcu göstərmək və mənzilə elektrik enerjisinin dayandırılmasını xahiş etmişdir. Suraxanı RETSİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda məcburi köçkünlər tərəfindən yaranmış borcun ödənildiyi halda elektrik enerjisinin bərpa ediləcəyi bildirilmişdir. "xxxx" ASC tərəfindən məcburi köçkün ailəsi elektrik enerjisinə görə yaranmış borcun qısa zamanda ödənilməsi barədə xəbərdarlıq olunmuş, elektrik enerjisinə görə borcun tam ödənişinin təmin edildiyi halda bərpa ediləcəyi bildirilmişdir. Bu yaxınlarda o, ərizə ilə Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət edərək Zəngilan rayonundan məcburi köçkün X3 ailə üzvləri ilə birgə xx.xx.2023-cü il tarixədək məskunlaşdığı ona məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli 45,112 saylı mənzilin **********50112 saylı elektrik kodu üzrə yaranmış 7740,09 manat borcun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin ona ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda xx.xx.2016-cı il tarixədək elektrik enerjisindən istifadə haqqının adambaşına ayda 150 kv.t norma üzrə dövlət hesabına mərkəzləşmiş qaydada "xxxx" ASC-yə ödənilən məcburi köçkünlərin adlı siyahısında E.Rüstəmovun ailə tərkibinin 4 nəfər olmaqla adlarının ünvan 3 ünvanında qeyd olunmuşdur. 2017-ci ildən etibarən elektrik enerjisi haqqı adambaşına ayda 300 kv.t norma üzrə dövlət hesabına mərkəzləşmiş qaydada "xxxx" ASC-yə ödənilən məcburi köçkünlərin Forma 2 adlı siyahısında E.Rüstəmovun ailə tərkibi xx.xx.2022-ci il tarixə qədər 4 nəfər, xx.xx.2022-ci il tarixindən isə 3 nəfər olmaqla (E.Rüstəmov vəfat edib, onun həyat yoldaşı Cavabdeh1 və iki övladı) adları dekabr 2023-cü il tarixədək həmin ünvanda qeyd olunmuşdur. Mövcud qanunvericilikdə kommunal xidmətlərə görə (həmçinin elektrik enerjisinə) nəzərdə tutulmuş limitlər mənzilində yaşayan məcburi köçkünlərə tətbiq olunmuşdur. Limitdən artıq istehlaka görə yaranmış borc isə istifadə etmiş şəxs tərəfindən ödənilməlidir. Elektrik enerjisi borclarının araşdırılıb silinməsi "xxxx" ASC tərəfindən həyata keçirildiyi üçün həmin Cəmiyyətə 25.12. 2023-cü il tarixli 3-36/2-İ-4809/3-47/2023/8225 nömrəli məktubun göndərildiyi qeyd olunmuşdur. Göründüyü kimi cavabdehlər ona məxsus mənzildə yaşadıqları müddətdə limitdən artıq elektrik enerjisindən istifadə etmişlər və bununla bağlı yaranmış 7656,49 manat borcu "xxxx" ASC-yə ödəməmişlər. Nəticədə mənzillə bağlı ödənilməmiş işıq borcunun olması mülkiyyətçi kimi onu narahat edir. Buna görə də, həmin borc cavabdehlər tərəfindən ödənilməli, borc sıfırlanmalıdır. Həmin borca görə halhazırda mənzildə elektrik enerjisinin verilişi dayandırılmışdır. Elektrik enerjisi təchizatı müəssisəsi ilə aralarında abonent müqaviləsi bağlaya bilməmişdir. Bu da faktiki olaraq mənzildən istfadəsini mümkünsüz etmiş, nəticədə mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlər Suraxanı rayonunda yerləşən ona məxsus yaşayış evini qanunsuz zəbt edərək 30 il yaşamışlar. Cavabdehləri xx.xx.2023cü ildə ona məxsus evdən icra məmurlarının köməkliyi ilə çıxarmışdır. 4 aydı ona məxsus olan yaşayış evində işıq kəsilmiş, kimsə yaşamadığı halda 8055.49 manat necə borc yarana bilər. Cavabdehlərdən 7656.49 manat yaranmış borcu tələb edir. Cavabdehlər Zəngilan rayonunda qeydiyyatdadılar. 8055 manat işıqdan sərfiyyata görə borc yaranmışdır. Mənzildə yaşanmadığı halda borc yaranmışdır. Sonda iddiaçı məhkəmədən iddia tələbi təmin olunmasını və yaranmış borcun sıfırlanmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onlar məcburi köçkün olduqları üçün həmin binada məskunlaşmışlar. Məskunlaşdıqları mənzildə qaz olmadığı üçün işıqdan istifadə etmişlər. 1993-cü ildən yoldaşı valideyinləri ilə həmin evə məcburi köçkün kimi köçmüşlər. O, da həmin mənzilə 2004-cü ildə gəlin gəlmiş və 2023-cü ilə kimi yaşamışdır. Binada qaz olmadığı üçün işıqdan istifadə etmişlər. Azərişığın onlara işıqla bağlı nə qədər sərfiyyat verməsindən məlumatı yoxdur. Cavabdeh2 oğludur. Həmin mənzildə o, yoldaşı və övladları yaşamışlar. Yoldaşı 2022-ci ildə rəhmətə gedəndən sonra onları evdən iddiaçı çıxarmışdır. Mənzil 5 otaqlı olmuşdur. Binada qaz olmadığı üçün hər bir şeyi elektrik enerjisindən istifadə etmişlər. Qazla bağlı heç bir müəssisəyə müraciət etməmişlər. Sonda cavabdeh məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, “Azərişıq “ASC olaraq yaranmış borca münasibətdə istifadə olunmuş elektrik enerjisinə görə iddia ərizəsində göstərilən miqdarda borc yaranmışdır. Sırf elektrik enerjisindən yaranmış borcdur. Hər hansı akt, kənar qoşulma müdaxilə olmamışdır. İddiaçının iddiası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə tamamilə əsaslıdır. 2016-cı ildə 3520,12 manat silinmə olmuş, lakin bu illər ərzində istifadə edilən elektrik enerjisinə ödəniş olmadığı üçün borc yaranmışdır. Sonda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin şifahi vəsatətinə əsasən mütəxəssis qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, 2016cı ildə silinmə olmuş, 1566 manat elektrik enerjisindən istifadə olunmuş, Qaçqınkom tərəfindən 4677 manat ödəmə olmuşdur. Sonradan ödəmələr dayandırılmış, 2009-cu ildə sonuncu dəfə 936 manat silinmə olmuşdur. Ümumilikdə 4677 manat olmuşdur. Mənzildə 6 nəfər qeydiyyatda olmuş, hər ay 105 manat silinmə olmuşdur. Sonuncu silinmə 2024-cü ilin yanvar ayında olmuşdur. 2023-cü ilin dekabr ayında 1121.75 manat silinmə olmuşdur. Elə ay olub ki 800 manata qədər sərfiyyat olmuş, 105 manat çıxılmış, qalan 700 manatda borc kimi yazılmışdır. Demək olar ki, bütün aylar limiti keçmişlər. Silinmədən qalan 8055 manat tam borcdur. Silinmə olduğu üçün onlara köməklik etmək mümkün deyildir. 2017-ci ildə 525 manat silinmə olmuşdur.Yaranmış borc elektrik enerjisinin sərfiyyatına görə olmuşdur.Silinmə getmiş, arayış təqdim olunmadığına görə yenidən 399 manat məbləğ geri qaytarılmışdır. Halhazırda 8055 manat borc yaranmışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli aryaışdan görünür ki İddiaçı ünvan 1, mənzil 112-də qeydiyaatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 112 xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2992 nömrəli reyestr kitabının 279340 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallaırnda olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 741/2019 nömrəli qətnamənin surətindən görünür ki, X4 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1, mənzil 112-dən çıxarılmışlar. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktların surətindən görünür ki, tərəflərin razılıqlarına əsasən Cavabdeh1 icra sənədində göstərilən mənzili boşaldaraq tələbkar İddiaçı təhvil vermişdir. İş materiallarında olan və Suraxanı rayonu Enerji Təchizatı və Satışı İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunudan aydın olur ki, Qaraçuxur qəsəbəsi, E.Bəkirli, bina 45, 112 saylı mənzilə tərəflərindən verilmiş elektrik enerjisi dayandırılmış, məcburi köçkün ailəsinə yazılmış borc ödənildiyi halda elektrik enerjisinin bərpa ediləcəyi bildirilmişdir. İş materiallarında olan və Suraxanı RETSİ tərəfindən İddiaçı ünvanlanmış məktubun məzmunudan aydın olur ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində abunə kodu **********500112 olan yaşayış mənzilində məksunlaşmış, Zəngilan köçkünü Valeh Rüstəmov və ailəsi (6-nəfər), limitdən artıq istifadə etdikləri enerji sərfiyyatına görə xx.xx.2023-cü il tarixinə 7740 manat borc yaranmış, dekabr 2023-cü ildə Qaçqınkom tərəfinldən 84 manat ödənildikdən sonra xx.xx.2024-cü il tarixə 7656 manat borc qalmışdır. İş materiallarında olan Azərbyacan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 3-36-3/2-İ-1093-47\2024\1010 nömrəli, xx.xx.2024cü il tarixli məktubundan aydın olur ki, xx.xx.2016-cı il tarixədək elektrik enerjisindən istifadə haqqı adambaşına ayda 150 kv.t. norma üzrə dövlət hesabına mərkəzləşmiş qaydada "xxxx" -SC-yə ödənilən məcburi köçkünlərin adlı siyahısında E.Rüstəmovun ailə tərkibi 4 nəfər olmaqla adları ünvan 3 ünvanında qeyd olunmuşdur. 2017-ci ildən etibarən elektrik enerjisi haqqı adambaşına ayda 300 kvt.saat norma üzrə dövlət hesabına mərkəzləşmiş qaydada "xxxx" ASC-yə ödənilən məcburi köçkünlərin Forma-2 adlı siyahısında E.Rüstəmovun ailə tərkibi xx.xx.2022-ci il tarixə qədər 4 nəfər, xx.xx.2022-ci il tarixdən isə 3 nəfər olmaqla (E.Rüstəmov vəfat edib, onun həyat yoldaşı Cavabdeh1 və 2 övladı) adları dekabr 2023-cü il tarixədək həmin ünvanda qeyd olunmuşdur. Mövcud qanunvericilikdə kommunal xidmətlərə görə (həmçinin eəktrik enerjisinə) nəzərdə tutulmuş limitlər mənzilinizdə yaşayan məcburi köçkünlərə tətbiq olunmuşdur. Limitdən artıq istehlaka görə yaranmış borc isə istifadə etmiş şəxs tərəfindən ödənilməlidir. Elektrik enerji borclarının araşdırılıb silinməsi "xxxx" ASC tərəfindən həyata keçirildiyi üçün həmin Cəmiyyətə xx.xx.2023-cü il tarixli 3-36/2-İ-4809/3- 47/2023/8225 nömrəli məktub göndərilmişdir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, Valeh Rüstəmov və ailə üzvlərinin yaşadıqları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli-T.r.Baza, ev (bina):0015, mənzil 0112-də yaşadıqları imüddət ərzində eklektrik enerjisindən istifadəyə görə 7.56,49 manat borc yaranmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 13-13\2-2\01- 4-i-12362-5\2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, **********500112 nömrəli abınə kodunda mövcud olan 8055,49 manat borc istehlak edilmiş enerjinin dəyəridir. İş materiallarına əlavə edlimiş və Suraxanı rayonu Enerji Təchizatı və Satışı İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan aydın olur ki, limitdən artıq istifadə olunan elektrik enerjisinin silinməsi Suraxanı RETS-nin səlahiyyətləri xaricindədir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, Valeh Rüstəmov və ailə üzvlərinin yaşadıqları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli-T.r.Baza, ev (bina):0015, mənzil 0112-də yaşadıqları imüddət ərzində eklektrik enerjisindən istifadəyə görə 8.055,49 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə araşdırması zamanı müəyyən edilsmişdir ki, cavabdehlər Zəngilan rayonundan məcburi köçkün olaraq iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 112 saylı mənzili 1993-cü ildə qanunsuz olaraq zəbt edərək yaşamağa başlamışlar. Bunun nəticəsində də iddiaçı və onun ailə üzvləri təxmini 30 il yaxın bir müddətdə yaşayış sahəsindən məhrum olmuşlar. İddiaçı cavabdehlərin ona məxsus olan evdən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)-741/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X3 ailə üzvləri ilə birlikdə (arvadı Cavabdeh1, oğlanları Cavabdeh2 və X1) mülkiyyətində olan ünvan 2 ünvanından çıxarılması qət olunmuşdur. X4 daha sonra vəfat etmişdir. Qətnamənin icrası xx.xx.2023-cü il tarixdə Suraxanı rayon İcra şöbəsinin icra məmurları tərəfindən həyata keçirilmiş və iddiaçıya məxsus mənzil xx.xx.2023-cü il tarixində boşadılaraq ona təhvil verilmişdir. Mənzil iddiaçıya təhvil verildikdən sonra iddiaçı mənzildə yaşamış cavabdehlərdən kommunal borcların qalıb-qalmamasını araşdırdıqda və abonent kodlarını öz adına keçirmək istədikdə mənzilin işıq sayğacının Valeh Rüstəmovun adına qeydiyyata alındığı müəyyən olunmuş və xx.xx.2023-cü il tarixinədək sərf olunan elektrik enerjisinə görə "xxxx" ASC-yə 7740.09 manat borc yaranmışdır. İddiaçı "xxxx" ASC-nin Bakı- Suraxanı Elektrik şəbəkəsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixindən sayğacda son göstərici borcu göstərmək və mənzilə elektrik enerjisinin dayandırılmasını xahiş etmiş, Suraxanı RETSİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda məcburi köçkünlər tərəfindən yaranmış borcun ödənildiyi halda elektrik enerjisinin bərpa ediləcəyi bildirilmişdir. "xxxx" ASC tərəfindən məcburi köçkün ailəsinə elektrik enerjisinə görə yaranmış borcun qısa zamanda ödənilməsi barədə xəbərdarlıq olunmuş, elektrik enerjisinə görə borcun tam ödənişinin təmin edildiyi halda bərpa ediləcəyinə bildirilmişdir. İddiaçı ərizə ilə Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət edərək Zəngilan rayonundan məcburi köçkün olan X3 ailə üzvləri ilə birgə xx.xx.2023-cü il tarixədək məskunlaşdığı ona məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli 45,112 saylı mənzilin **********50112 saylı elektrik kodu üzrə yaranmış 7740,09 manat borcun ödənilməsinin təmin edilməsini xahiş etmiş, Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin ona ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda xx.xx.2016-cı il tarixədək elektrik enerjisindən istifadə haqqının adambaşına ayda 150 kv.t saat norma üzrə dövlət hesabına mərkəzləşmiş qaydada "xxxx" ASC-yə ödənilən məcburi köçkünlərin adlı siyahısında E.Rüstəmovun ailə tərkibinin 4 nəfər olmaqla adlarının ünvan 3 ünvanında qeyd olunması, 2017-ci ildən etibarən elektrik enerjisi haqqı adambaşına ayda 300 kv.t saat norma üzrə dövlət hesabına mərkəzləşmiş qaydada "xxxx" ASC-yə ödənilən məcburi köçkünlərin Forma 2 adlı siyahısında E.Rüstəmovun ailə tərkibi xx.xx.2022-ci il tarixə qədər 4 nəfər, xx.xx.2022-ci il tarixindən isə 3 nəfər olmaqla (E.Rüstəmov vəfat edib, onun həyat yoldaşı Cavabdeh1 və iki övladı) adları dekabr 2023-cü il tarixədək həmin ünvanda qeyd olunmuş, mövcud qanunvericilikdə kommunal xidmətlərə görə (həmçinin elektrik enerjisinə) nəzərdə tutulmuş limitlər mənzilində yaşayan məcburi köçkünlərə tətbiq olunmuşdur. Limitdən artıq istehlaka görə yaranmış borc isə istifadə etmiş şəxs tərəfindən ödənilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 13-13\2-2\01-4-i-12362-5\2024 nömrəli, xx.xx.2024cü il tarixli məktubdan görünür ki, **********500112 nömrəli abınə kodu üzrə mövcud olan borc 8055,49 manat təşkil edir və iddiaçı həmin məbləğin cavabdehlərdən tutularaq «Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı cavabdeh məcburi köçkün olduqları üçün həmin binada məskunlaşdıqlarını, məskunlaşdıqları mənzildə qaz olmadığı üçün hər bir şeyi elektrik enerjisindən istifadə etdiklərini, qazla bağlı heç bir müəssisəyə müraciət etmədiklərini bildirmişdir. Həmçinin məhkəmə araşdırması zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi bildirmişdir ki, borc sırf elektrik enerjisindən istifadəyə görə yaranmış borcdur, hər hansı akt, kənar qoşulma müdaxilə olmamış və iddiaçının iddiası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə tamamilə əsaslıdır. Həmçinin araşdırma zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisi qeyd etmişdir ki, 399 manat məbləğində silinmə nəzərdə tutulmuş, lakin cavabdehlər tərəfində arayış təqdim olunmadığına görə borc yenidən geri qaytarılmışdır. Hazırda cavabdehlərin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 8055,49 manat məbləmində borc yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8055,49 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8055,49 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar