Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-271/2024 03.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi X5, Ərizəçinin nümayəndəsi X2, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi X5 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «anaya baxma faktının müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi Ərizəçi X7 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyanıtı üzrə Mərəkzi Filialına qarşı «anaya baxma faktının müəyyən olunması» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun 1998-ci il tarixdən 2021-ci il tarixə kimi mərhum X10na baxması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X7 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. X10 xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. Anası xəstə olduğundan və yardıma ehtiyacı olduğuna görə anasına o, baxmışdır. 1998-ci ildən başlayaraq, anasına baxıdığı üçün heç bir yerdə işləyə bilməmişdir. Belə ki, 1998-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi, yəni anası rəhmətə gedənə kimi ona qulluq edərək baxmışdır. Pensiya yaşı tamam olduğu üçün bu ilin yanvar ayından pensiyaya çıxmaq üçün sənədlərini təqdim etdikdən sonra ona 220 manat əmək pensiya təyin edilmişdir. Lakin əmək pensiyası təyin edilərkən onun 1998-ci il tarixdən 2021-ci il tarixə kimi evdə anasına baxması nəzərə alınmamışdır. Bununla bağlı o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin müraciətindən imtina olunmuş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyuiun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci i! tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq İcra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-ci il yanvarın 1-dək'olan sığorta stajı 25 il, 2026-cı üdən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Təqdim edilmiş sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) 18 il 5 ay 5 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaiışdır. Qeyd olunanları nəzərə alaraq, sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. «osial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2024-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməsi tövsiyə olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajına qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşımadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ da izah edilmişdir.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tələbə qarşı etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, Zəngilan Rayon Məhkəməsinin icraatında ərizəçi X6 (FİN xxxxxxx) “ahıla qulluqetmə faktının müəyyən olunması” tələbinə dair 2(034)- 271/2024 nömrəli iş vardır. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı maraqlı şəxs qismində cəlb olunmuşdur. Hesab edirlər ki, 2(034)-271/2024 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazlarını təqdim edirlər. Ərizəçi X8 məhkəməyə müraciət edərək, mərhum X10na 1998-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qulluqetmə faktının müəyyən edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və va 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yası 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət, şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir:İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə);Qaydaların 3.9-cü bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığorta olunanm sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə görə “Ahıllara qulluqetmə müddəti” əmək pensiyasının təyin edilməsi zamanı, patronajın təyin edilməsi barədə qərara əsasən, qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən nəzərə alınır. Ərizəçi mərhum X10na 1998-ci il tarixdən xx.xx.2021- ci il tarixədək qulluq etdiyini qeyd etsə də, bu qulluq dövrünü təsdiq edən akt, qərar və ərizə mövcud deyildir. Qulluq faktını təsdiq edən akt mövcud olmadan qulluqetmə faktının təsdiqlənməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir.1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti oian faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.14-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi həm qanunun, həm Ali Məhkəmənin Plenumunun Qərarına əsasən ərizəçinin hüquqi fakt qismində müəyyən etmək istədiyi tələb əsassızdır. Məhkəmə iclasında iştirak edən ərizəçi X7 ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. X10 xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. Anası xəstə olduğundan və yardıma ehtiyacı olduğunlan anasına o, baxmışdır. 1998-ci ildən başalayaraq, anasına baxdığı üçün heç bir yerdə işləyə bilməmişdir. Belə ki, 1998-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi, yəni anası rəhmətə gedənə kimi ona qulluq edərək baxmşdır. Anasına qulluq etmək üçün heç bir yerə müraciət etməmişdir, çünki anası xəstə olmamışdır, özü özünü idarə edə bilmişdir, qocalıqdan rəhmətə getmişdir. Pensiya yaşı tamam olduğu üçün bu ilin yanvar ayından pensiyaya çıxmaq üçün sənədlərini təqdim etdikdən sonra ona 220 manat əmək pensiya təyin edilmişdir. Lakin, əmək pensiyası təyin edilərkən onun 1998-ci il tarixdən 2021-ci il tarixə kimi evdə anasına baxması nəzərə alınmamışdır. Bununla bağlı o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin müraciətindən imtina olunmuş və bildirilmişdir ki,”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. 1997-ci ildən sonra fəhlə (fərdi əmək) işləmişdir. Məhkəmədən xahişi 1998-ci ildən 2021-ci il tarixə kimi mərhum X10na baxması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasıdır. Anası 1928-ci ildə anadn olmuş və 93 yaşında xx.xx.2021-ci ildə vəfat etmişdir. Anası yataq xəstəsi olmamışdır, yeməyini özü yeyirdi, özü özünə baxa bilirdi. Onun himayəsində olmuşdur. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X4 ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır, anaya baxmaq ərizəçinin borcudur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdünün ödənilməsinə dair ahıllara qulluq etmə müddəti üzrə qulluqolunan vəfat etmişdirsə, müəyyən edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən olur. Ərizəçi ilə 1984-cü ildən ailəlidirlər və bir yerdə yaşayırlar, birgə nikahlarından iki övladları olmuşdur. Hal-hazırda uşaqları artıq yetkinlik yaşlarına çatmışlar və ailə qurmuşlar. O, 1984-cü ildən ailə qurandan qaynanası onlarla bir yerdə yaşamışdır. Qaçqın düşdükləri 1993-cü ildən bir yerdə yaşayırlar. Əvvəllər yoldaşı işləmişdir. Sonradan qaynanası xəstə olduğu üçün yoldaşı işləməyib anasına baxmağa başlamışdır. Yoldaşı harasa çıxıb gedəndə həmin günü qaynanası ac-susuz qaldığı üçün yoldaşı da bu narahtlıqları nəzərə alaraq işdən çıxmışdır. Onun da ürəyi xəstə olduğu üçün qaynanasına baxa bilməmişdir. Qaynanası 71 yaşından sonra özünü idarə edə bilməmişdir. Qaynanası yataq xəstəsi olmamışdır. Qaynanası 2021-ci ildə rəhmətə getmişdir. Onların xahişi ərizəçinin anasına baxdığına görə 25 il stajının təmin edilməsidir. O, ailə quranda 26 yaşı olmuşdur. Sonda ərizəçinin nümayəndəsi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək, izahatında bildirmişdir ki, Ərizəçi məhkəməyə müraciət edərək mərhum X10na 1998-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qulluqetmə faktının müəyyən edilməsini xahiş etmişdir. MPM-nin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasının 4.1-ci bəndinə görə “Ahıllara qulluetmə müddəti” əmək pensiyasının təyin edilməsi zamanı patronajın təyin edilməsi barədə qərara əsasən, qulluq etməyə dair qulluqolunan və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən nəzərə alınır. Ərizəçi mərhum X10na 1998-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qulluq etdiyini qeyd etsə də, bu qulluq dövrünü təsdiqedən akt, qərar və ərizə mövcud deyildir. Qulluq faktını təsdiq edən akt mövcud olmadan qulluqetmə faktının təsdiqlənməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. 14-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki müvafiq qanunvericiklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əliliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi həm qanunun, həm Ali Məhkəmənin Plenumunun Qərarına əsasən ərizəçinin hüquqi fakt qismində müəyyən etmək istədiyi tələbi əsassızdır. Sonda maraqlı şəxsin nümayəndəsi məhkəmədən ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, ərizəçi qonşusudur. Səkinə xanıma Zakir müəllim baxdığı üçün işə gedə bilməmişdir. Zakir müəllimin yoldaşı da xəstə olduğu üçün anasına özü baxmışdır. Zakirin anası xəstə deyil, yaşlı olmuşdur. Səkinə xanımın hər bir işini Zakir müəllim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 rayonunun Cahangirbəyli İcra nümayəndəliyində müavin işlədiyini, 12 ildir ki, işlədiyi vaxtdan ərizəçinin ailəsini tanıdığını bildirərək ifadəsində göstərmişdir ki, rəhmətlik Səkinə xanım Zakir müəllimin himayəsində olmuş, təsərrüfatlarıda bir olmuşdur. Səkinə xanımın yaşlılıqla əlaqədar problemləri çox olmuşdur. Səkinə xanım yataq xəstəsi olmamış, yaşlı olduğu üçün baxıma ehtiyacı olmuşdur. Hər bir övladın anaya baxmaq borcudur. Səkinə xanım yaşlı olduğu üçün rəhmətə getmişdir. Onlar qonşu olmamış, sadəcə sakinləri olduğu üçün tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ərizəçinin həyat yoldaşı Məmmədalıyeva Qızılgülün bacısı olduğunu bildirərək ifadəsində qeyd etmişdir ki, ərizəçi həm qonşusu, həm qohumu, həm də yeznəsidir. Zakir müəllim anasına yaşlı olduğu üçün baxmışdır. Səkinə xanımın heç bir xəstəliyi olmamışdır. Səkinə xanıma 70 yaşından sonra Zakir baxırmışdır. Zakir işə gedəndə zəng edib deyirdilər ki, qayıtsın, anası onsuz qalmaq istəmir, sonradan isə Zakir anasına baxdığına görə işləməmişdir. İki mərtəbəli ev olduğundan Səkinə xanım düşüb çıxa bilmədiyi üçün Zakir ona köməklik etmiş, Zakirin uşaqları ailə qurduğundan, yoldaşı da xəstə olduğundan anasına Zakirdən başqa baxan olmamışdır. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyanıtı üzrə Mərəkzi Filialının ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-M- 18441/2024 nömrəli imtina məktubunun məzmunundan aydın olur ki,"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-qanunun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüquq vardır. xx.xx.2020-ci i! tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən olunmuşdur. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosiai sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxii olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 18 il 5 ay 5 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hisəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona 04.01,2024-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməsi tövsiyə olunmuşdur. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajının qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ izah edilmişdir. İş materiallaırnda olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, ərizəçi X1 rayonundan məcburi köçkündür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin 6-cı və 7-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 127-ci maddəsinin 4-cü bəndində göstərildiyi kimi ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, Ərizəçi məhkəməyə müraciət edərək mərhum X10na 1998-ci il tarixdən xx.xx.2021-ci il tarixədək baxma faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.1959-cu ildə anadan olmuş, pensiya yaşı tamam olduğu üçün 2024-cü ilin yanvar ayında sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyanatı üzrə Mərkəzi Filialına təqdim etmiş və yaşa görə 220 manat əmək pensiyası təyin olunmuşdur. Lakin ərizəçi iddia edir ki, ona əmək pensiyası təyin edilərkən 1998-ci ildən 2021-ci ilədək olan müddət nəzərə alınmamışdır. Ərizəçi bu halı onunla əsaslandırımışdır ki, X10 xəstə olduğu üçün ona baxmış, qulluq etmiş və bu səbəbdən də 1998-ci ildən hər hansı bir işdə işləyə bilməmişdir. 1998-ci ildən başlayaraq anası rəhmətə gedən günə kimi xx.xx.2021-ci il tarixədək anasına baxmışdır. Məhkəmə araşdırması zamanı şahid ifadələri ilə müəyyən edilmişdir ki, ərizəçinin anası xəstə olmamış, hər-hansı bir xəstəlikdən əziyyət çəkməmiş, yaşlı və qoca olmuşdur. Qanunvericiliyin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasının 4.1-ci bəndinə görə “Ahıllara qulluetmə müddəti” əmək pensiyasının təyin edilməsi zamanı patronajın təyin edilməsi barədə qərara əsasən, qulluq etməyə dair qulluqolunan və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən nəzərə alınır. Ərizəçi mərhum X10na 1998-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qulluq etdiyini qeyd etsə də, həmin dövrləri təsdiq edən hər hansı bir sübutunu (akt, qərar, həkim arayışı və s) məhkəməyə təqdim edə bilməmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Qərarın 1.7-ci bəndinə əsasən isə hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olubolmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Qərarın 14-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və qeyd olunanları nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 308, 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi X5 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «anaya baxma faktının müəyyən olunması» tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-271/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-271/2024
03.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver