Məhkəmə qərarları › İş №2(034)-30/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-30/2023

13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-30/2023 13.02.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “məktəbdə təhsil aldığı illərin müəyyən olunması" tələbinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “məktəbdə təhsil aldığı illərin müəyyən olunması" tələbinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun 1982-ci il tarixdən 1992-ci il tarixə kimi Zəngilan rayonu Havalı kənd orta məktəbində təhsil aldığı illərin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 26,12.1974-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, orta məktəbədə Zəngilan rayonu, Havalı kəndində getmişdir. Belə ki, ailəsi ilə orada yaşamışdır. O, 1982-ci il tarixdə orta məktəbə getmişdir. 1982-ci il tarixdən 1992-ci il tarixə kimi Zəngilan rayonu Havalı kənd orta məktəbində oxumuşdur. Lakin onun məktəb attestatı rayon erməni işğalçıları tərəfindən işğal olunarkən rayonda qalmışdır. O, attestatını almaq üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etdikdə ona imtina məktubu verərək Zəngilan rayon məktəbi barədə məlumatların Elm və Təhsil Nazirliyinin Arxiv Fondunda aşkar olunmadığı göstərilmişdir. O, həmin məktəbdə təhsil alarkən onunla bir çox sinif yoldaşları təhsil almışdılar. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, 26,12.1974-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, orta məktəbdə Zəngilan rayonun Havalı kəndində getmişdir. 1982-ci ildə orta məktəbə getmişdir.1982-ci ildən 1992-ci ilə kimi Zəngilan rayonun Havalı kənd orta məktəbində oxmuşdur. Sinifdə onlar 11 uşaq olmuşlar. Sinif yoldaşları olan Eldəniz, Fazilə və Nərminə ilə bir sinifdə oxumuşlar. Müəllimələri isə Nərminə müəllimə və Nazim müəllim olmuşdur. Neçə ildir ki, attestatını almaq üçün Təhsil Nazirliyinə müraciət etəsə də, ala bilmir. Belə ki, usta işlədiyi yerdə sertifikasiyaya görə attestat tələb edirlər. Atestatı məktəbdə qalmış, almamışdır. Zəngilan işğal olunandan sonra bütün sənədləri rayonda qalmış özü ilə gətirə bilməmişdir. Orta məktəbdə 11 il oxumuşdur. Sinifdə 11 uşaq-3 qız 8 oğlan olmuşlar. O,1974-cü il təvəllüdü olduğu üçün məktəbi bitirməmiş hərbi xidmətdən ona çağırış gəlmişdir. İmtahanı verib 1992-ci ilin dekabr ayında hərbi xidmətə getmişdir. Məktəbdə bir il hazırlıq olmuş, sonra birinci sinifə getmişdir. Hazırlıqda oxu kitabı keçmişdilər. Hazırlıq müəllimlərinin adlarıda yadındadır. Məktəbdə sinif yoldaşları ilə birgə çəkdirdikləri şəkildə təqdim etmişdir. Həmin şəkil hərbidə yarış keçirirdikləri zaman çəkilmişdir. Həmin şəkildə iki sinif birləşmişdir. Sinifdə uşaqların əksəri balaca boy olmuşlar. Başqa şəkilləri yoxdur. Azərbaycan dili və ədəbiyyatdan Nazim müəllim, hərbidən isə Mürsəl müəllim dərs demişlər. Mürsəl müəllim rəhmətə getmişdir. Tarixdən isə Nübar müəllimə dərs demişdir. Qara Qarayevdə 26 nömrəli məktəb var, orda Bahar müəllimə işləyir və onlara Azərbaycan dilindən dərs demişdir. Məktəblərinin direktorunun yoldaşı Səkinə müəllimə isə onlara musiqidən dərs demişdir. Siniflərində attestat alan çox az uşaq olmuşdur. Peşə məktəbində oxuyub diplom almaq istəyir, bunun üçün ona attestat lazımdır. İşlədiyi yerdən ondan tələb edirlər. Onlar məktəbi bitirən ili məktəbləri 11 illik olmuşdur. 28 oktyabr 1993cü ildə Zəngilan rayonu işğal olunmuşdur. Həmin vaxtı müharibə getdiyi üçün sənəd yada düşməmişdir. Kəndlərində demək olar ki, ali savadlı 1-2 uşaq var idi. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi kəndçiləridir və bir yerdə Zəgilan rayonu Havalı kənd orta məktəbində 1982-ci ildən 1992ci ilə kimi bir sinifdə oxumuşlar. Sinifdə 11 uşaq olmuşlar, məktəbləri 10 illik olmuşdur. O, da attestat almamışdır. Atası xəstə olduğu üçün attestatını ala bilməmişdir. Heç bir sənədlərini gətirə bilməmiş, şəxsiyyət vəsiqəsinidə bura gələndən sonra almışdır. 1993-cü ildə qaçqın düşmüşlər. X9 yataqxanada qalırlar.Havalı kəndi 1993-cü ildə işğal olunmuşdur. Onlarla ərizəçigilin kəndinin arasında dağ olmuşdur. Nərminə sinif yoldaşı olmuş və o attestatını almışdır. Ərizəçinin təqdim etdiyi şəkili hərbi yarış zaman çəkdirmişlər. Həmin şəkildə iki sinif birləşmişlər. Ərizəçi orta məktəbdə yaxşı oxumuşdur. Onlar bir il hazırlığa, sonra isə birinci sinifə getmişlər. Onun üçün 11 il oxumuşlar deyirlər. Ərizəçi məktəbi bitirən kimi hərbi xidmətə getmişdir. Həmin vaxt müharibə dövrü olduğu üçün aləm bir-birinə qarışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi kəndçisi, həm də şağirdi olmuşdur. Tarixi bitirmiş, bunlara 1991-1992-ci illərdə ictimaiyyətdən, həm də hərbi hazırlıqdan dərs demişdir. Məktəbdə 11-ci sinif vardı.Bunların buraxılışı vaxtı dəyişikliklər olduğu üçün 11-ci sinif olmuşlar. 1992-ci ilin sentyabr ayında icra nümayəndəliyinə keçmişdir. Həmin zaman attestat verilmiş, amma kimin alıbalmamasını isə bilmir. Ərizəçi məktəbi bitirib hərbi xidmətə getmişdir. Müharibə vaxtı və qaçqınlıq dövrü olduğu üçün ərizəçi attestatını götürə bilməmişdir. Əhalinin əksəriyyətinin sənədləri qalmış, gətirə bilməmişlər. Sonradan məktəb fəaliyyət göstərməmişdir. Bunlarla bir sinifdə oxuyan uşaqlardan attestat alanlar olmuşdur. Bunların sinifinin hamısı yadındadır. Belə ki, siniflərində Nəsimi, Nərminə, Zaur, Novruz, Rahil və Fazilə adlı uşaqlar vardı. O, 1979-cu ildə Bakıda olduğundan 1991-ci ildə rayonlarına qayıtmışdır. Məktəbin direktoru onun qohumu olmuş, cavan yaşda rəhmətə getmişdir. Havalı kəndində məktəbin nömrəsi olmamış, bura gəldikdən sonra məktəblər birləşdiyindən nömrəli olmuşdur. Əmək haqqlarını isə 1994-cü ildən 2017-ci ilə kimi almış, lakin sonradan ləğv olunmuşdur. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X5 məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini və maraqlı şəxsin nümayəndəsinin fikrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli B-11639/10-24 nömrəli məktubunda bildirilmişdir ki, 1991-1992-ci ilə dair Zəngilan rayon məktəbləri barədə məlumatlar Elm və Təhsil Nazirliyinin Arxiv Fondunda aşkar olunmadığından məsələnin həlli imkan xaricindədir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçi Bağırov X4 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 4/2458 nömrəli məktubundan aydın olur ki, keçmiş Dağlıq Qarabağ və ətraf rayonların (o cümlədən Zəngilan rayonu) Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal edilməsi və uzun müddət işğal altında qalması səbəbindən sorğuda qeyd edilən inzibati ərazi vahidi çərçivəsində dövlət mühafizəsində olan Arxiv sənədləri barədə hər hansı məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və şahid X3 məxsus olan əmək kitabçasının surətndən görünür ki, X6 xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Havalı kənd orta məktəbinə hərbi rəhbər təyin edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, ərizəçi 26,12.1974-cü il tarixdə Zəngilan rayonunun Havalı kəndində anadan olmuş və ailəsi ilə birlikdə orada yaşamışdır. 1982-ci il tarixdən 1992-ci il tarixə kimi Zəngilan rayonu Havalı kənd orta məktəbində oxumuşdur.1992-ni ildə məktəbi bitirməmiş hərbi xidmətə getmişdir. Orta məktəbi qutarması ilə bağlı atestatı almamışdır,atestat məktəbdə qalmışdır.Sonradan attestatı rayon erməni işğalçıları tərəfindən işğal olunarkən işqal zonasında qalmışdır. Ərizəçi orta təhsil haqqında attestat almaq üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, lakin Zəngilan rayon məktəbi barədə məlumatların Elm və Təhsil Nazirliyinin Arxiv Fondunda aşkar olunmadığından bundan imtina edilmişdir. Həmçinin ərizəçi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etmiş, lakin keçmiş Dağlıq Qarabağ və ətraf rayonların (o cümlədən Zəngilan rayonu) Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal edilməsi və uzun müddət işğal altında qalması səbəbindən sorğuda qeyd edilən inzibati ərazi vahidi çərçivəsində dövlət mühafizəsində olan Arxiv sənədləri barədə hər hansı məlumatın olmaması bildirilmişdir. Ərizəçinin 1982ci ildən 1992-ci ilə kimi Zəngilan rayonu, Havalı kənd orta məktəbində oxumasını, məlum hadisələrlə əlaqədar olaraq ona aid olan attestatı götürə bilməməsini məhkəmə iclasında dindirilən şahidlər öz ifadələrində təsdiq etmişlər. Beləliklə də, 26,12.1974-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş Ərizəçi 1982-ci ildən 1992-ci ilə kimi Zəngilan rayonu Havalı kənd orta məktəbində oxuması faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu hüquqi əhəmiyyətli olduğundan, məhkəmə hesab edir ki, onun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 308, 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi 1982-ci ildən 1992-ci ilə kimi Zəngilan rayonu Havalı kənd orta məktəbində oxuması faktı müəyyən olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar