Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-307/2022 07.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı «işləmə faktının müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı «işləmə faktının müəyyən olunması» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan rayonu Şərab zavodunda xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixə kimi çilingər vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodundan çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tulantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, güzəştli şərtlərlə pensiya təyinatının verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına ərizə ilə müraciət edərək bütün sənədlərini təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filiala tərəfindən onun müraciətinə imtina verilərək,xx.xx.2020-ci il tarixli məktub göndərilmişdir. Güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməsi haqqında məktubda qeyd edilmişdir ki, onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən (21 il 7 ay 14 gün) güzəştli iş stajı isə 12 il 6 aydan az (11 il 11 ay) təşkil etdiyi, bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, pensiya kapitalı 42956.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20223.93 manat təşkil etdiyi, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. O, xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə qədər Zəngilan rayon Şərab Zavodunda çilingər vəzifəsində işləmiş, xx.xx.1979-cu ildən xx.xx.1986-cı il tarixə kimi tullantı sex rəisi vəzifəsində çalışmış, xx.xx.1980-ci ildən hərbi xidmətə çağrılmış, xx.xx.1982-ci ildən isə eyni işə eyni vəzifəyə yəni çilingər vəzifəsinə geri qayıtmışdır. O, həmin illərdə Şərab zavodunda işlədiyini sübuta yetirə və hər-hansı bir sənəd təqdim edə bilmədiyi üçün onun iş stajı az hesablanmışdır. O, güzəştli şərtlərlə pensiyaya çıxa bilməyindən ötrü digər işlədiyi sahələrlə bərabər həmin zavodda da işləməsini sübuta yetirmək üçün Zəngilan Rayon Dövlət Arxivi tərəfindən ona xx.xx.2020ci il tarixli cavab məktubu göndərilərək, 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Zəngilan rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qaldığından, o cümlədən Zəngilan rayon Şərab zavodunun sənədləri arxivə daxil olmadığı üçün sorğuya cavab verilməsi mümkün olmadığı bildirilmişdir. Onunla eyni zavodda işləyən X3, X4, X5 onun bu qeyd etdiklərinə şahiddirlər. X4 2009-cu ildə Zəngilan Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, onun 1973-cü il tarixdən 1993-cü ilin oktyabr ayına kimi Zəngilan rayon Şərab Zavodunda işlədiyi dövrü iş stajına daxil edilməsini xahiş etmiş, Zəngilan rayon Məhkəməsinin 2(034)-123/2009 saylı, 27 iyul 2009-cu il tarixli qətnaməsi ilə onun ərizəsi qismən təmin edilərək, Zəngilan rayon sakini X1 xx.xx.1974-cü il tarixdən 28 oktyabr 1993-cü il tarixədək Zəngilan rayonunun Şərab zavodunda əmək münasibətlərində olması faktının müəyyən edilməsi qət edilmişdir. Ərizəçi daha sonra izahatına əlavə olaraq bildirmişdir ki, zavod əvvəllər Kalinin adına Kolxozun tərkibində olmuşdur. O, zavodda turbaları təmir etmiş, spirt çənləri çəkmişdir. 1979-cu ildə onun 19 yaşı olmuşdur.1980-cı ildə əsgər gedib gəlmiş və yenidən işə düzəlib işləmişdir. Nüşrəvan adlı şəxs yeni təyinat alandan sonra o sex rəisi işləmişdir. Həmin vaxt erməni daşnaqları rayonuda artmağa başlamış, xanımlar işə getmir, onlar isə axşamlar həftədə bir dəfə işə getməli olurdular. Şahid kitabçanı bərpa edə bilmiş, lakin o, bərpa edə bilməmişdir. 1979-cu ilin may ayında 1980-cı ilin oktyabır ayına kimi işləmiş, 1982-ci ildə qayıdıb yenidən çilingər işləmiş, 1986-cı ildən tullantı sex rəisi keçmiş, 1993cü ildə yenidən onun vəzifəsini çilingər vəzifəsinə dəyişdirmişlər. Sonda ərizəçi qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən onun xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodundan çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tulantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyib ərizəyə etiraz verərək izahatında bildirmişdir ki, 2(034)-307/2022 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi xx.xx.2020-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin sözügedən filial tərəfindən 18 noyabr 2020-ci il tarixli **********4 nömrəli məktubda təqdim edilmiş sənədlərə əsasən, xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etməsi, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Daha sonra Ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu Şərab Zavodunda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.1980-ci il tarixdən xx.xx.1982ci il tarixədək hərbi xidmətdə olmuşdur. Ərizəçinin hərbi xidmətdə olduğunu təsdiq edən hərbi bilet inzibati orqana müraciət ərizəsinə əlavə olunaraq təqdim edilmişdir. Bu səbəbdən həmin illər məhkəmə qaydasında təsdiq edilməsi tələb edilən dövrlərə daxil edilə bilməz. İş materiallarında olan Ərizəçi tərəfindən inzibati orqana təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizədə xx.xx.1979-cu ildə Zəngilan rayonu Şərab zavodunda çilingər vəzifəsində işə qəbul olunduğunu, 1980-1982-ci illərdə hərbi xidmətdə olduğunu, xx.xx.1983-cü il tarixdən 1993-cü ilin oktyabr ayınadək sözügedən zavodda eyni vəzifədə işlədiyini, həmin tarixdən sonra Zəngilan rayonu işğal edildiyindən əmək kitabçasının orada qaldığını bildirmişdir. Lakin məhkəməyə təqdim olunmuş ərizədə isə xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək Zəngilan rayonu Şərab zavodunda tullantı sex rəisi, 1986-1993-cü illərdə isə çilingər vəzifəsində işlədiyini bildirmişdir. Göründüyü kimi, ərizəçi tərəfindən təqdim olunmuş ərizələrdə qeyd olunan məlumatlar arasında (işlədiyi vəzifə və tarixlər) ziddiyyətlər vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 3.2.2-ci bəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir.Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007- ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə isdən tanıyan və ərizəçinin isini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün:Ən azı iki nəfər şahid olmalı,Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli),ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il 03 saylı Qərarında öz əksini tapmışdır.Həmin Qərarın 13.4cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.Müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir.Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər.İş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun.Lakin iş materiallarından göründüyü kimi, Ərizəçi sözügedən müəssisədə işləməsinə dair ifadə verən şahidlərdən yalnız birinə məxsus məhkəmə qətnaməsi mövcuddur. Digər şahidlərin isə sözügedən dövrlərdə əmək fəaliyyətini təsdiq edən nəinki əmək kitabçası, işləməsi faktının müəyyən edilməsinə dair bu və ya digər sənəd (məhkəmə qətnaməsi) təqdim edilməmişdir. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Lakin Ərizəçi 14 il 5 ay 23 gün işləməsi faktı tələb edilən 25 il sığorta stajının yarısından çox olduğundan qanunauyğun hesab edilə bilməz. Maraqlı şəxsin nümayəndəsi izahatında əlavə olaraq bildirmişdir ki, vəzifələr arasında uyğunsuzluqlar var. Belə ki, onlara iki ərizə təqdim olunmuş, məhkəməyə təqdim edilmiş ərzədə isə uyğunsuzluq olmuşdur. Onlar əmək kitabçası olmadığı dövrləri əmək siajına daxil etməmişlər.Sonda maraqlı şəxsin nümayəndəsi sadaladıqlarını nəzərə alaraq, məhkəmədən 2(034)-307/2022 nömrəli mülki iş üzrə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçini rayondan tanıyır, amma qohum deyillər. 1982-ci ildə universiteti bitirdikdən sonra onun təyinatını Zəngilan rayonuna vermişlər və o, orada baş mühəndis kimi işə başlamışdır. O işə başlayanda artıq ərizəçi orada işləyirdi. Ərizəçi sonradan onun yanında master kimi işləmiş, belə ki, ərizəçi xarab olan əşyaları düzəldirmişdir. Ərizəçi bir müddət tullantı sex rəisi kimi də işləmişdir. Ərizəçinin işlədiyi sex elə zavoda aid, zavodun nəzdində olmuşdur. Şərab zavodunun nəzdində birneçə sexləri olmuşdur. Rayon işğal olana kimi də həmin zavodda işləmişdir. Bütün işçilərin əmək kitabçaları isə işğal zonasında qalmışdır. O, sonradan öz əmək kitabçasını bərpa etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, özü təqaüdçüdür. Ərizəçi isə onun iş yoldaşı olmuşdur. O,1974-cü ildən 1993-cü ilə kimi zavodda işləmişdir. Ərizəçi isə 1979-cu ildən işə gəlmiş, sex rəisi kimi işləmiş, onlar isə fəhlə olmuşlar. Ərizəçi hərbi xidmətə gedib gələndən sonra yenə həmin zavodda işləmişdir. Ərizəçi aparatlar xarab olanda onları təmir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsinə bildirmişdir ki, ərizəçi onun iş yoldaşı olmuşdur. Onlar 1979-cu ildən 1993-cü ilə kimi Zəngilan rayon şərab zavodunda işləmişlər. Onun əmək kitabçası yoxdur. O, təxmini 1978-ci ildən işləmişdir. Rövşən ondan bir il sonra işə başlamışdır. Toxum üyüdən və master işləmişdir. Rayon işğal olana kimi onlar Zəngilan Şərab zavodunda işləmişlər. Əmək kitabçaları işğal zonasında qalmışdır. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi filialının Ərizəçi ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanVar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayım güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz 9 may 1994-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçanızdan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən (21 il 7 ay 14 gün), güzəştli iş stajınız isə 12 il 6 aydan az (11 il 11 ay) təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zəngilan rayon İcra Hakimiyyəti Zəngilan rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 nömrəli xx.xx.2020-ci tarixli arayışdan aydın olur ki, Zəngilan rayonu 1993-cu il oktyabr ayının 29da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin o cümlədən Zəngilan Rayon Şərab zavodunun sənədləri arxivə daxil olmamışdır. İş materiallarında olan «Azərbaycan Dəmir Yolları «Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 2 nömrəli Biləcəri Yol sahəsi tərəfindən verilmiş 63 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən “Azərbaycan Dəmir Yolları” Biləcəri yol distansiyasmda, hal-hazırda “Azərbaycan Dəmir Yolları” İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri yol sahəsi adlandırılan sahədə xx.xx.1994-xx.xx.2007ci il, xx.xx.2010-xx.xx.2016-cı il, xx.xx.2020-xx.xx.2020-cı ilə qədər yol montyoru işlə. Əmək şəraiti zərərli və ağır olduğuna görə,işçiyə işlədiyi müddət ərzində əmək şəraitinə görə 12% həcmində əmək haqqı ödənilir və 11 təqvim günü məzuniyyətə əlavə gün verilirir. Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə ümümi əmək stajı xx.xx.2020-ci il tarixə 19 il 6 ay təşkil edir.Azərbaycan Respublikasının “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 2007-ci il tarixli 12 nömrəli 21.4 bəndinə əsasən güzəştli şərtlərə yaşa görə pensiyası hüququ verir. İş materiallarına əlavə edilmiş şhərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilə kimi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(034)-123\2009 nömrəli qətənamənin surətindən aydın olur ki, Zəngilan rayon sakini X1 xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonunun Şərab zavodunda əmək münasibətlərində olması faktı müəyyən edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən və Abşeron rayonu Xırdalan şəhəri 5 saylı MTİİT sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci ll tarixli 2440 nömrəli aryaşından görünür ki, Məmmədov X2 rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi filialının Ərizəçi ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan aydın olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 1,0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.Mərkəzi Filiala təqdim etdiyiniz 9 may 1994-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızdan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən (21 il 7 ay 14 gün), güzəştli iş stajınız isə 12 il 6 aydan az (11 il 11 ay) təşkil edir.Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərd' hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyi uyğun olaraq sizə münasibətdə 42956,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorts hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20223,93 manat təşkil edir.Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinat qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71ci maddəsinin 6-cı və 7-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 127-ci maddəsinin 4-cü bəndində göstərildiyi kimi ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət soial sığorta haqları ödəmək şərti ilə)və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mükün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, Ərizəçi xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodundan çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tulantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləmiş,1993-cü ilin oktyabr ayının 28-də rayonun ermənilər tərəfindən işğal edilməsi ilə əlaqədar Zəngilan rayonunu tərk etmək məcburiyyətində qalmış və rayonu tərk edərkən əmək kitabçasını götürmək mümkün olmamışdır. Ərizəçinin yaşa görə pensiya yaşına çatdığı üçün işlədiyi müddətin təsdiq edilməsi zərurəti yaranmışdır, lakin onun işlədiyi qurum hal-hazırda fəaliyyət göstərmir və əmək kitabçasını bərpa etmək mümkün olmamışdır. Ərizəçi bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi filialının ona güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı müraciət etmiş, lakin cavabbeh təşkilat bundan imtina edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayı güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olması, onun isə may 1994-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən (21 il 7 ay 14 gün), güzəştli iş stajınız isə 12 il 6 aydan az (11 il 11 ay) təşkil etməsi bildirilmişdir.Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi 1979-cu ildən 1980-ci il kimi Zəngilan rayonu Şərab zavodunda işləmiş, 1980-ci ildə həqiqi hərbi xidmətə getdiyi üçün işdən azad edilmiş, 1982-ci il tarixdə həqiqi hərbi xidmətdən təxris olunduqdan sonra elə həmin ildə də təkrar olaraq yenidən zavodda işə başlamışdır.Ərizəçinin işlədiyi müddətləri hesabladıqda onun sosial sığorta stajı tamam olmuşdur. Beləliklə də, Ərizəçi xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodundan çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tulantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləməsi faktı məhkəmə araşdırması zamanı ərizəçinin və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən Ərizəçi qeyd edilən müddətlər ərzində Zəngilan rayon Şərab zavovunda çilingər işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu hüquqi əhəmiyyətli olduğundan, məhkəmə hesab edir ki, onun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 308, 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Zəngilan rayonu Şərab zavodundan çilingər, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə kimi Zəngilan rayonu, Şərab zavodunda tulantı sex rəisi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu, Şərab zavodunda çilingər vəzifəsində işləməsi faktı müəyyən olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-307/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-307/2022
07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver