Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-310/2023 10.05.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. İllər əvvəl ünvan 1 ünvanında qeydiyyatda olaraq orada yaşasa da, sonradan məlum səbəblərdən məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən mənzilə köçərək bu günədək həmin mənzildə yaşayır. Cavabdeh oğlu X1 ilə aralarında nikah bağlayaraq ailə həyatı qurmuş, bu səbəblə Cavabdeh onun ərizəsi əsasında ünvan 2ə qeydiyyata alınmışdır. Lakin aralarında bağlanmış nikah ləğv edilmişdir. Cavabdeh artıq onun ailə üzvü sayılmır. Mənzildə cavabdehə məxsus heç bir əşya qalmamış və uzun müddətdir ki, cavabdeh ayrı ünvanda yaşayır. Cavabdehin ünvan 2ə qeydiyyatı formal xarakter daşıyır. Verilən arayışlardan da görünür ki, Zəngilan şəhəri, C.Cabbarlı küçəsi ev 24 ünvanında yerləşən mənzil həqiqətəndə ona məxsusdur və cavabdeh həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Balakən şəhəri, Y.Nuruşov küçəsi 15№-li evdə yaşayır. İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hesab edirəm ki, iddiaçı ilk növbədə cavabdehin ona məxsus olan mənzildən istifadə hüququna xitam verilməsi barədə ərizə ilə müvafiq inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən xahişinin təmin edilməsindən imtina olunduğu halda inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməlidir. Bundan başqa iddiaçı iddia ərizəsində Zəngilan şəhəri, C.Cabbarlı küçəsi ev 24 ünvanında yerləşən mənzilin ona məxsus olmasını qeyd etsə də, həmin mənzilin ona məxsus olmasını təsdiq edən sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Sadalanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarlımalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-310/2023
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-310/2023
10.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver