Məhkəmə qərarları › İş №2(034)-334/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-334/2024

08.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-334/2024 08.07.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Alqulu oğlu Maraqlı şəxsnə qarşı “doğum faktın müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktın müəyyən olunması» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1974-cü il tarixdə Ermənistan, Qafan rayonunda doğulması, adının Nazim, soyadının Alıquliyev, ata adının X3, ana adının X4, miliyyətlərinin azərbaycanlı yazılmaqla doğum faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1974-cü ildə Ermənistan, Qafan rayonunda anadan olması, adının Nazim, soyadının Alıquliyev, atasının X3, anasının X4, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı olmasına dair doğum akt qeydinin bərpa edilməsi və bu barədə vətəndaşlıq vəziyyəti aktında müvafiq qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Ermənistan, Qafan rayonunda doğulmuş və 1974-ci ildə Ermənistan SSR-nin Qafan rayonu VVAQ idarəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. O, Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci ilin yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış Ermənistan SSRdən qaçqın düşmüş şəxslərin siyahısındadır. O, oradan qaçqın düşdükdən sonra özünə aid bir çox sənədləri, o, cümlədən doğum haqqında şəhadətnaməsini də gətirmişdir. Lakin qaçqınlıq həyatı sürdüyündən və bu səbəbdən də yaşayış yerini bir neçə dəfə dəyişdiyi üçün doğum haqqında şəhadətnaməsini harada itirməsini xatırlaya bilmir. Hazırda arxivədə müraciət edə bilmir. Ona görə ki, Ermənistana gedə bilmədiyi üçün "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv» qaydalarını müəyyən edən əsas müddəaların 13-cü bəndinə əsasən yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət etmiş və doğum akt qeydinin bərpa olunmasını istəmişəm, lakin oradan ona bildirmişlər ki, doğum haqqında şəhadətnamə təqdim olunmadığı üçün ərizənin təmini şöbədə mümkün olmamışdır. Hamıya bəlli olan fakt bundan ibarətdir ki, Qarabağ münaqişəsinə görə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hər hansı rəsmi-diplomatik münasibətlər təsis edilməmişdir. Əgər belə bir münasibət mövcud olsaydı, onun doğum akt qeydinin Azərbaycanda bərpasına ehtiyacda qalmazdı. Məhz bu səbəbdən Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər olmadığından onun Azərbaycanda doğum akt qeydinin bərpa olunmasına zəruriət yaranmışdır. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafey üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunma məqsədilə aparılır. Bu səbəbdən də “Vətəndaşlıq vəziyyəti aktların qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 19-cu bəndində göstərilən inzibati hərəkətin həyata keçirilməsinin (rəy və toplanmış digər materialların icra üçün Ermənistar göndərilməsinin) mümkün olmaması doğum akt qeydinin bərpasından imtina üçün legitim səbəb təşkil edə bilməz. Belə ki, vətəndaşlıq vəziyyəti aktların qeydiyyatı dövlət mənafeyi üçün əhəmiyyət kəsb edir və vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum haqqında şəhadətnaməsinin olmasını şahidləri də təsdiq edə bilərlər. O, təkrarən doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin əsaslı sənədlər olmadığı üçün doğum haqqında şəhadətnaməni verməkdən şöbə imtina etmişdir. xx.xx.1974-cü il tarixdə Ermənistan Qafan rayonunda doğulması, adının Nazim, soyadının Alıquliyev, atasının X3, anasının isə X4, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı yazılmasını və doğulmağı ilə bağlı doğum haqqında şəhadətnaməsinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, izahatında bildimişdir ki, o, xx.xx.1974-cü ildə Ermənistan, Qafan rayonunda doğulmuş və 1974-cü ildə Ermənistan SSR-nin Qafan rayonu VVAQ idarəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci ilin yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış, Ermənistan SSR-dən qaçqın düşmüş şəxslərin siyahısındadır. O, oradan qaçqın düşdükdən sonra özünə aid bir çox sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsini də gətirmişdir. Lakin qaçqınlıq həyatı sürdüyündən və bu səbəbdən də yaşayış yerini tez-tez dəyişdiyindən doğum haqqında şəhadətnaməsini harada itirməsini xatırlaya bilmir. Hazırda o, arxivə müraciət edə bilmir. O, təkrarən doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin əsaslı sənədlər olmadığı üçün doğum haqqında şəhadətnaməni verməkdən şöbədə imtina etmişdir. xx.xx.1974-cü il tarixdə Ermənistan Qafan rayonunda doğulması, adının Nazim, soyadının Alıquliyev, atasının X3, anasının isə X4, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı yazılmasını və doğulmağı ilə bağlı doğum haqqında şəhadətnaməsinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Şəxsiyyət vəsiqəsini ona pasport və qeydiyyat şöbəsi arxivdən sənəd əsasında vermişdir. Şəxsiyyət vəsiqəsini 10 il bundan öncə Zəngilan rayonundan almışdır. Onda SSR dövrünün pasportu var. Ermənistanda doğum haqqında şəhadətnaməni almışdır. Qaçqınlıq olan zaman onun doğum haqqında şəhadətnaməsi itmişdir. 50 yaşı tamam olduğu üçün Asan Xidmətə yaxınlaşmış və ona doğum haqqında şəhadətnaməsini gətirməsini bildirmişlər. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin oulnmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşı Ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyi üçün bununla bağlı məhkəməyə müraciət etmişdir. O, da Qafanda anadan olmuşdur. Qaçqınlıq dövründə bütün sənədlər orda qalmış, gətimək mümkün olmamışdır. Qardaşı Ərizəçi 1974-cü ildə Qafan rayonunda anadan olmuşdur. Qardaşının 16 yaşı olanda pasport qeydiyyat şöbəsindən pasport verilmişdir. Qaçqınlıq dövründə onlar min bir əziyyətlə Bakı şəhərinə gəlmiş, amma qardaşı orda qalıb döyüşlərdə iştirak etmişdir. Qardaşı pasportunu dəyişəndə doğum haqqında şəhadətnaməsini istəməmişlər, 50 yaşı tamam olandan sonra Asan xidmətə müraciət edən zaman ondan doğum haqqında şəhadətnamə tələb etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşı Ərizəçi 1974-cü ildə Qafan şəhərində anadan olmuşdur. Qardaşının doğum haqqında şəhadətnaməsi olmuşdur. Qardaşı Ərizəçi Zəngilanda qeydiyyatdadır. Valideyinləri ilə onlar qaçqınlıq düşməmişdən gəlmişlər, amma qardaşı Nazim hərbidə olduğu üçün gəlməmişdir. Onların bir çox sənədləri Zəngilanda qalmışdır. 30 il ərzində qardaşının məhkəməyə müraciət etməməsinə səbəb özünün səhlənkarlığı olmuşdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayənldəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Ermənistan, Qafan rayonunda anadan olmuş, Zəngilan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 107-də qeydiyyatdadır. İş materallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2001-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində vəfat etmişdir. İş materallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu ildə ürəyin hipertenziv xəstəliyindən Abşeron rayonu, Saray qəsəbəsində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Zəngilan rayon Qeydiyyat şəöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 37/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci, 162.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 sayiı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-18-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə ərazidə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edilir. Bu cür hallarda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Hazırkı halda ərizəyə əlavə olunan və şöbədə toplanaraq araşdırılan sənədlər bu cür qeydlərin həqiqətən olduğunu təsdiq etmədiyi və şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizənin təmin olunması imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəməyə müraciət etməməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş fərdi uçot kartoçksının təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, atası X5, anası isə X1r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunan Məcəllənin 311-ci maddəsinin tələblərinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuş və ona həmin ildə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin məlum hadisələrlə əlaqədar olaraq o, ailə üzvləri ilə birlikdə 1988-ci ildə Ermənistan, Qafan rayonundan qaçqın düşərək, Zəngilan rayonu ərazisində məskunlaşmış və Zəngilan rayonunda da qeydiyyatada düşmüşdür. Qaçqın düşükləri vaxt özünə aid olan bir çox sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsini özü ilə gətirmişdir. Qaçqın olduğundan və tez-tez yaşayış yerini dəyişdiyindən doğum haqqında şəhadətnaməsini itirmişdir. Buna baxmayaraq, xx.xx.2012ci il tarixdə ona Nərimanov rayon Polis İdarəsi tərəfindən AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Ərizəçi şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən və özünə yeni şəxsiyyət vəsiqəsi almaq üçün Asan Xidmət mərkəzinə müraciət etmiş və mərkəzdə ondan doğum haqqında şəhadətnaməsini təqdim etməsini tələb etmişlər. Şəhadətnaməni itirdiyi üçün təqdim edə bilməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət edərək doğum akt qeydinin bərpa edilməsini xahiş edir. Ərizəçinin doğum akt qeydi bərpa edilməsi ərizəçi üçün digər rəsmi sənədlərində düzəliş etmək üçün lazım olduğunu bildirmişdir. Ərizəçinin xx.xx.1974-cü ildə Ermənistan, Qafan rayonunda anadan olmasını, adının Nazim, soyadının Alıquliyev, atasının X3, anasının X4, miliyyətlərinin azərbaycanlı olmasını və xx.xx.1974-cü il tarixdə Ermənistanın Qafan rayonunda doğulması barədə akt qeydləri kitabında qeyd aparılmasını və doğum haqqında şəhadətnamə verilməsini məhkəmə iclasında şahid qismində iştirak etmiş ərizəçinin doğma bacı və qardaşı öz ifadələri ilə təsdiq etmişlər. Həmçinin məhkəmənin sorğusu əsasında Zəngilan rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş fərdi uçot kartoçksının təsdiq edilmiş surətindən aydın olmuıdir ki, Ərizəçi xx.xx.1974-cü ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, atası X3, anası isə X1r. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, atasının X3, anasının X4 olan Ərizəçi xx.xx.1974-cü il tarixində Ermənistan, Qafan rayonunda doğulması faktı artıq iş materiallarında olan sənədlərlə müəyyən olduğundan məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1974-cü il tarixində Ermənistanın Qafan rayonunda doğulması barədə doğum akt qeydi bərpa olunmalıdır, doğum akt qeydi bərpa edilməsi ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olduğundan müvafiq doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1974-cü il tarixində Ermənistan, Qafan rayonunda anadan olması, adının Nazim, soyadının Alıquliyev, atasının X3, anasının X4, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı olmasına dair doğum akt qeydi bərpa edilsin və bu barədə vətəndaşlıq vəziyyəti aktında müvafiq qeydiyyat aparılsın. Doğum akt qeydinin bərpa edilməsi yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Müvafiq doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar