Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-335/2025 07.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1981-ci il tarixdən xx.xx.1994cü il tarixədək Zəngilan rayonu, Şəfibəyli kənd orta məktəbində fizika müəllimi vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Zəngilan rayonu, Şəfibəyli kəndində anadan olmuş,1977-ci il tarixdə V.İ.Lenin adına X2 Ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuş və 1981-ci il tarixdə fizika ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləmişdir. Təqaüdə almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin X1 üzrə Mərkəzi Filialına müraciət etsə də, bununla bağlı ona imtina məktubu verilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, əmək kitabçasının surətindən məlum olur ki, xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü ilə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində əmək fəaliyyəti dövrlərinin araşdırılması zəruryyəti yaranması bildirilmiş və buna görə də ona əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Heç yerdə işləmir, pensiya yaşına çatan insandır və o, hazırda ancaq pensiya ilə tələbatlarını ödəyə bilər. Lakin onun yetərincə yəni 40 il stajı var. xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləmiş, arxiv sənədləri Cahangirbəyli kənd inzibati ərazi dairəsinə təhvil verilmədiyindən həmin illərin sığorta stajına qəbul edilməməsi onu təqaüd hüququndan mərhum etmişdir. Ona əmək kitabçası verən orqan dövlət orqanıdır, həmin əmək kitabçasını o, yazmamış, nə də saxta möhürü yoxdur. Əgər lazım gəlsə bu barədə ekspertiza da təyin edilə bilər. Həmin işlədiyi illər onun əmək kitabçasında möhürlənərək təsdiq olunmuşdur. Həmin dövrdə arxiv sənədlərinin harasa verilibverilməməsi isə onun günahı deyildir. Bu da onu göstərir ki, onun təqaüdə çıxmağı üçün yetərli əmək stajı vardır. O, xx.xx.1981-ci ildən xx.xx.1994-cü iıə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizə ilə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarı ilə iddam təmin edilməmişdir. İddianın təmin edilməməsinə səbəb isə Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində nə vaxtdan işləməsini və ya azad edilməsini təsdiq edən hər-hansı bir sənəd və ya həmin faktı təsdiq edən məhkəmə qətnamənin təqdim olunmaması olmuşdur. Hazırda onun həqiqətəndə xx.xx.19981-ci il tarxdən xx.xx.1993-cü ilə kimi, yəni Zəngilan rayonu işğal edilənədək Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində müəllim işləməsini təsdiq Zəngilan rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 49(01)-01-81/13 nömrəli arayşını əldə etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəçinin ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Zəngilan rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 49(01)-01-81/13 nömrəli arayışından görünür ki, ərizəçinin məhkəmə qaydasında müəyyən olunmasını tələb etdiyi fakt, yəni onun xx.xx.19981-ci il tarixdən 29 oktyabr 1993-cü il tarixədək (Zəngilan rayonu işğal edilənədək) Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində müəllim vəzifəsində işləməsi faktı artıq qeyd edilən sənədlə müəyyəndir. Bu halda həmin faktın təkrar müəyyn olunması yol verilməzdir və məhkəmə qaydasında baxıla bilməz. 12 aprel 2019-cu il tarixli «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı»nın 1.3-cü bəndinə qeyd olunmuşdur ki, Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1 -ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizəçinin ərizəsinin qəbul edilməsindən imtina edilməlilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-335/2025
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-335/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver