Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-344/2024 31.07.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi, Ərizəçinin vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək stajı faktının müəyyən edilməsi» tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək stajı faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1993cü il tarixə kimi Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına heyvandarlıq və tütünçülük kolxozunda sürucu işləməsi faktının müəyyən etməklə, həmin illərin əmək stajına daxil olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, hazırda tələblərini dəqiqləşdirmək zəruriətinin yaranmasını bildirmiş, belə ki, kolxoz əvvəllər «Engels» adını daşısa da, sonradan kolxozun adı dəyişdirilərək, «T.İsmayılov» adını almışdır. Odur ki, məhkəmədən Ərizəçi 01 yanvar 1983-cü il tarixdən 29 оktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Tofiq İsmayılov» adına kolxozda sürücü işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Yenikənd kəndində anadan olmuşdur. O, xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına heyvandarlıq və tütünçülük kolxozunda sürücü işləmişdir. Belə ki, heyvanlara sahələrdən maşınla ot daşımış, sağıcıları inəkləri sağmaq üçün kolxoza gətirib-aparmışdır. Məntəqəyə tütün aparmış, Horadizdən kolxoza kəpək daşımış, maşınla gedib Əlibayramlıdan çiyid qabığı gətirmişdir. Bir sözlə kolxoza aid olan hər işi görmüşdür. Həmin kolxozda o, rayon işğal olunana kimi işləmişdir. Onunla həmin kolxozda həmkəndlisi olan X11 da işləmiş, o, orada 1987-ci il tarixdən 1991-ci il tarixə kimi briqadir vəzifəsində işləmişdir. Onun tabeliyində olan fəhlələri işə aparmış, həmçinin onun nəzarətində olan tikinti materiallarını rayondan kolxoza aparıb-gətirmişdir. Onun bu barədə əmək kitabçası da vardır və orada qeyd olunmuşdur. Onlar onunla həmkəndlidirlər. Həmçinin həmyerlisi X1 rayon Yenikənd uşaq bağçasında qabyuyan işləmiş, o, orada 2011-ci il tarixə kimi işləmişdir. Bağçalarda sürücü olmadığı üçün o, bağçalara ərzaq daşımaq üçün də kolxozdan sürücü kimi göndərilmişdir. O, Pəri xanımın işlədiyi baxçaya hər həftə ərzaq daşımışdır. Onun xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu. Yenikənd kəndində yerləşən «Engels» adına heyvandarlıq və tütünçülük kolxozunda sürücü işləməsini Vaqif müəllim və Pəri xanım şahid qismində öz ifadələri ilə məhkəmədə təsdiq edə bilərlər. O, arxivə də müraciət etmis və ona şifahi olaraq bildirmişlər ki, sənədlər rayon işğal olunan zaman işğal zonasında qalmışdır. xx.xx.2024-ci il tarixdə cavabdeh onun ərizəsi ilə əlaqədar imtinaedici inzibati akt qəbul etmişdir. Cavabdeh imtinaedici aktını onunla əsaslandırmışdır ki, ona 1 noyabr 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əm pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişillərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş hədd il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının miniumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyudun 1-dək yaşa görə əmək pensiya təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalaırnın təyin edilməsi, hesablanma; yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 1-ci hissəsinə əsasən 1 yanvar 2006-ci il tarixənədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyətlərindən və müddətində asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrakt) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin möhtəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfində işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-d hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. Qeyd olunanları nəzərə alaraq, müraciətdə qeyd etdiyi 1983-1993-cü il tarixləri arasındakı dövr ərzində Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına kolxozda işləmsinə dair məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq tərəflərindən Mərkəzi Filiala təqdim edildikdən sonra güzəşlti şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesasblanması məsələsinə baxıla bilər. Maraqlı şəxs ona imtina verməklə onun sosial təminat və mülkiyyət hüququnu pozmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondununun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmiş, ərizəçinin xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon “Engels” adına kolxozda işləməsini təsdiq edəcək sənədlər təqdim edilmədiyi üçün müraciətdən imtina edilmişdir. Daha sonra ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon “Engels” adına kolxozda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, 2(034)-344/2024 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazlarını təqdim edirlər. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Əvvəllər qüvvədə olmuş AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan ki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 104.3-cü maddəsinin tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən yerilən məlumatlar sübut hesab edilmir. Ərizəçinin işləmə faktının təsdiqlənməsi Ərizəçi ilə eyni illərdə, eyni idarədə işləmiş və əmək kitabçası olan ən azı iki şahidin iştirakı ilə mümkündür. Şahid qismində qeyd edilmiş şəxslərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. Ərizəçi iddia ərizəsində X6 Zəngilan rayon Yenikənd uşaq bağçasında işlədiyini, bağçanın sürücüsü olmadığı üçün özünün bəzən bağçaya sürücü kimi ərzaq daşıdığını, buna görə də P.Əlvəndovanın onun “Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda işləməsi faktına şahidlik edə biləcəyini qeyd etmişdir. P.Əlvəndovanın əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1988-ci il tarixdən xx.xx.2011 -ci il tarixədək Zəngilan rayon Yenikənd uşaq bağçasında qab yuyan vəzifəsində işləmişdir. Qeyd edirlər ki, P.Əlvəndovaya məxsus əmək kitabçası xx.xx.1988-xx.xx.2011-ci il tarixlərə məxsus əmək fəaliyyəti dövrünü əks etdirsə də, xx.xx.2007-ci il tarixdə doldurulmuşdur. Həmçinin, işə daxilolma və işdən azadolma qeydlərinə vurulmuş möhür oxunmur. Xüsusilə vurğulayırlar ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına və Ali Məhkəmənin qeyd olunan Plenum Qərarına əsasən, iş stajının təsdiqlənməsi üçün ifadə verən şahidlər ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməli, bu hal zəruri sübutlarla təsdiqlənməlidir. Lakin, göründüyü kimi Ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon “Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda, şahid P.Əlvəndova isə xx.xx.1988-ci il tarixdən xx.xx.2011 -ci il tarixədək tamamilə başqa müəssisə olan Zəngilan rayon Yenikənd uşaq bağçasında çalışmışdır. İddia ərizəsində digər şahid kimi 1987-1991-ci illərdə «Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda briqadir vəzifəsində işlədyi iddia edilən X8 aid əmək kitabçasında 1987-ci ilə dair qeydlər və möhürlərin oxunulması mümkün deyildir. Həmçinin, sözügedən əmək kitabçasında V.Həsənovun 1991-ci il tarixdə işdən azad olunması ilə bağlı qeyd yoxdur. Əlavə olaraq, ərizəçinin iş stajı kimi təsdiq edilməsini tələb etdiyi dövr xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövr olmasına baxmayaraq, ərizəçi tərəfindən şahid kimi göstərilən P.Əlvəndovanın Yenikənd uşaq bağçasında çalışdığı dövr xx.xx.1988-xx.xx.2011-ci illəri, V.Həsənovun “Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda çalışdığı iddia edilən dövr isə 1987-1991 -ci illəri əhatə edir. Beləliklə, yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, adları qeyd edilən şahidlərin ifadəsi ilə Ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu “Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda işləməsi faktını təsdiq etmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, o, xx.xx.1962-ci ildə Zəngilan rayonu Yenikənd kəndində anadan olmuş, məktəbi qutarıb hərbi xidmətdən qayıdandan sonra sürücülüyü bitirmiş və kolxozda işə başlamışdır. xx.xx.1983-cü ildən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu Yenikənd kəndində yerləşən «Engels» adına heyvandarlıq və tütünçülük kolxozunda sürücü işləmişdir. Belə ki, heyvanlara sahələrdən maşınla ot daşımış, sağıcıları inəkləri sağmaq üçün kolxoza gətiribaparmışdır. Məntəqəyə tütün aparırmış, Horadizdən kolxoza kəpək daşımış, Maşınla Əlibayramlıdan gedib çiyid qabığı gətirmişdir. Bir sözlə kolxoza aid olan hər işi görmüşdür. Həmin kolxozda o, rayon işğal olunana kimi işləmişdir. Onunla həmin kolxozda həmkəndlisi X11 da işləmişdir. Onun tabeliyində olan fəhlələri işə aparmış, həmçinin onun nəzarətində olan tikinti materiallarını rayondan kolxza aparıb-gətirmişdir. Kolxozda “Qaz 53 və Qaz 51“ maşınlarını idarə etmişdir. Maşın ona kolxoz tərəfindən verilmişdir.Qaçqınlıq düşəndə özünün idarə etdiyi “Qaz 53” maşını Bakıya gətirmiş və kolxoz fəaliyətini dayandırdığından öz adına özəlləşdirmiş, sonradan isə satmışdır. Kolxozun adı əvvəl “Engels” olmuş, sonradan Tofiq İsmayılovun adını daşımışdır. Məhkəmədə şahid kimi dəvət olunan şəxslərlə kolxozda bir yerdə işləmişdir. Məcburi köçkün olanda əmək kitabçası Zəngilanda qalmış, özü ilə gətirə bilməmişdir. Bakıya məcburi köçkün kimi gəldikdən sonra kolxoz fəaliyyət göstərməmişdir. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 ərizəni qəbul etməyərək, izahatında bildirmişdir ki, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı cəlb edilməklə “hüquqi əhəmyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmiş, ərizəçinin xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon “Engels” adına kolxozda işləməsini təsdiq edəcək sənədlər təqdim edilmədiyi üçün müraciətdən imtina edilmişdir. Hesab edirlər ki 2(034)-344/2024 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Sonda maraqlı şəxsin nümayəndəsi etirazlarını müdafiə etdiklərini, ərizənin isə təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddəndirlər, heç bir qohumluq əlaqələri yoxdur. Ərizəçi ilə eyni kolxozda işləmişlər. O,1987-ci ildən 1992-ci ilə kimi kolxozda inşaat briqadiri işləmişdir. Onların kolxozu tütünçülük və maldarlıq ilə məşğul olmuşdur. Ərizəçi kolxozda sürücü işləmişdir. Ərizəçi ondan əvvəl 1983-cü ildən kolxozda işləmişdir, o isə texnikumu qutarandan sonra tikintidə işləmiş, sonradan 1987-ci ildə “Engels” kolxozuna inşaat briqadiri kimi işə başlamışdır. Kolxozun adı “Engels” olmuş, sonradan Tofiq İsmayılovun adını daşımışdır. Ərizəçi 1983-cü ildən 1993-cü ilə kimi kolxozda sürücü işləmişdir. O məcburi köçkün düşəndə əmək kitabçasını özü ilə gətirmişdir. Əmək kitabçası onda 1983-cü ildən var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddə qonşuluqda yaşamışlar, bir yerdə kolxozda işləmişlər. O, ”Engels” adına kolxozda iqtisadçı, baş mühasib, ən sonda isə kolxoz sədri işləmişdir. Ərizəçi həmin kolxozda sürücü işləmişdir. Ərizəçidən başqa kolxozda 8 sürücü işləmişdir. O, 1987-ci ildən 1993-cü ilin may ayına kimi “Engels” adına kolxozda işləmişdir. Ərizəçi hərbi xidmətdən qayıdandan sonra kolxozda sürücü işləmişdir. Kolxozun adı “Engels” olmuş, sonradan Tofiq İsmayılovun adını daşımışdır. Kolxoz tütünçülük-maldarlıq işi ilə məşğul olmuşdur. Ondan öncə kolxozun sədri Şəmil İsmayılov olmuş, ondan da öncə Muradov Saleh olmuşdur. Ərizəçi ilə qonşu olmuşdur. O, işləyən zaman ərizəçinin kolxozda şəxsi işi var idi. Ərizəçi əmək kitabçasını özü ilə gətirə bilməmişdir. Möhür özün də olduğu üçün əmək kitabçasını gətirə bilmişdir. Məcburi köçkünlük dövründə çox adam əmək kitabçasını gətirə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, ərizəçi bibisi oğludur. O, “Engels” adına kolxozada fəhlə işləmişdir. O, kolxozda 1979-cu ildən mexanizator, suçu işləmişdir. O, kolxozda ərizəçidən qabaq işləmiş, ərizəçi sonradan, 1983cü ildən kolxozda sürücü kimi işləmişdir. Onun əmək kitabçası rayonda qalmış, gətirə bilmədiyi üçün məhkəmə qaydasında təsdiqlətmişdir. Kolxoz onlarda 1976-cı ilə kimi pambıq, sonradan isə tütünçülük və maldarlıqla məşğul olmuşdur. Ərizəçi kolxozda “Qaz 53“ sürürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddə yaşamışlar. Ərizəçi ilə “Engels” adına kolxozda işləmişlər. Kolxoz tütünçülük və maldarlıq ilə məşğul olmuşdur. O, 1976-cı ildən 1993-cü ilə qədər kolxozda qaynaqçı işləmişdir. Ərizəçi 1980-ci illərdən sonra kolxozda sürücü işləmişdir. O, əmək kitabçasını gətirmişdir. Ərizəçi əmək kitabçasını rayondan gətirə bilməmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-93429/2024 nömrəli imtinaedici məktubundan aydın olur ki, ərizəçiyə 1 noyabr 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əm pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişillərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş hədd il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının miniumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyudun 1-dək yaşa görə əmək pensiya təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-c tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalaırnın təyin edilməsi, hesablanma; yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 1-ci hissəsinə əsasən 1 yanvar 2006-ci il tarixənədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqqlırının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsussiyyətlərindən və müddətində asılı olmayaraı müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrakt) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin möhtəbərliyinə əsasıl şübhələr olduğu hallarda Fond tərəfində işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-d hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiı sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. Qeyd olunanları nəzərə alaraq, müraciətdə qeyd etdiyi 1983-1993cü il tarxləri arasındakı dövr ərzində Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına kolxozda işləmsinə dair məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq tərəflərindən Mərkəzi Filiala təqdim edildikdən sonra güzəşlti şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesasblanması məsələsinə baxıla biləcəyi qeyd edilmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)- 965/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, X9 1974-cü ildən 1993-cü ilin noyabr ayına qədər Zəngilan rayon «T.İsmayılov» adına kolxozda mexanizator işləməsi faktı müəyyən edilmişdir. İş materiallaırnda olan X8 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1987-ci ildən 1992-ci ilə kimi Zəngilan rayonu, “Engels” adına kolxozda işləmişdir. İş materiallaırnda olan X15 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1986cı ildən 1993-cü ilə qədər Zəngilan rayonu, “Engels” adına kolxozda qaynaqçı işləmişdir. İş materiallaırnda olan X2 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1987-ci ildən 1993-cü ilə kimi Zəngilan rayonu, “Tofiq İsmayılov” adına kolxozda iqtisadçı, baş mühasib və son olaraq isə kolxoz sədri işləmişdir. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin notarial təsdiq edilmiş surətindən göürnür ki, Məmmədov X5 rayonundan məcburi köçkündür. İş materiallarında olan Zəngilan rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, keçmiş «F.Engels» adına kolxoz Zəngilan rayonun Yenikənd və Rəbənd kəndlərini əhatə etmiş, sonradan həmin kolxoz ləğv olunaraq barəsində yaradılan kolxozlardan biri olan «T.İsmyaılov» adına kolxoz Yenikənd kəndində, «Rəbənd» kolxozu isə Rəbənd kəndində yerləşmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin 6-cı və 7-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 127-ci maddəsinin 4-cü bəndində göstərildiyi kimi ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət soial sığorta haqları ödəmək şərti ilə)və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mükün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Yenikənd kəndində anadan olmuş, hərbi xidməti başa vurduqdan sonra 1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. O, əmək fəaliyyətinə Zəngilan rayonu, Yenikənd kəndində yerləşən “Tofiq İsmayılov” («Engles») adına heyvandarlıq və tütünçülük kolxozunda sürücü kimi başlamış və 1993-cü ilə kimi əmək fəaliyyətinə davam etmişdir. Lakin məlum hadisələrlə əlaqədar olaraq 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır. Ərizəçi özünə məxsus olan əmək kitabçasını özü ilə gətirə bilməmiş, hətta bu barədə arxivə müraciət etmiş, şifahi olaraq ona bildirilmişdir ki, sənədlər rayon işğal olunan zaman işğal zonasında qalmışdır. Ərizəçi ona verilən əmək pensiyasının yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin marqlı şəxs onun ərizəsi üzrə imtinaedici inzibati akt qəbul etmiş və bildirmişdir ki, ərizəçiyə 1 noyabr 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişillərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş hədd il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının miniumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyudun 1-dək yaşa görə əmək pensiya təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 1-ci hissəsinə əsasən 1 yanvar 2006-ci il tarixənədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyətlərindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrakt) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin möhtəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. Ərizəçinin müraciətdə qeyd etdiyi 1983-1993-cü il tarxləri arasındakı dövr ərzində Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına kolxozda işləmsinə dair məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq tərəflərindən Mərkəzi Filiala təqdim edildikdən sonra güzəşlti şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesasblanması məsələsinə baxıla bilər. Araşdırma zamanı Ərizəçi 1983-cü ildən 1993-cü ilə kimi “Tofiq İsmayılov” («Engles») adına kolxozda sürücü işləməsini onunla birlikdə həmin kolxozda işləyən və məhkəmə iclasında şahid qismində dindirilmiş X11, X4, X16 və X17 öz ifadələri ilə təsdiq etmişlər. «Engels» adına kolxoz sonradan adı dəyişərək “Tofiq İsmayılov” adına kolxoz olmuşdur. Bu da onu göstərir ki, Ərizəçi həqiqətəndə 01 yanvar 1983-cü ildən Zəngilan rayonu işğal olunana kimi, yəni 29 oktyabr 1993-cü il tarixə kimi Zəngilan rayon Yenikənd kəndində yerləşən «Tofiq İsmayılov» adına kolxozda sürücü vəzifəsində işləmiş, lakin məlum hadisələrlə əlaqədar Zəngilan rayonundan məcburi köçkün düşdüyündən əmək kitabçası işğal olunmuş ərazidə qalmış və bu səbəbdən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Beləliklə də, Ərizəçi 01 yanvar 1983-cü il tarixdən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Tofiq İsmayılov” («Engles») adına kolxozda sürücü işləməsi faktı məhkəmə araşdırması zamanı ərizəçinin və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən onun 01 yanvar 1983-cü il tarixdən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Tofiq İsmayılov” («Engles») adına kolxozda sürücü işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu hüquqi əhəmiyyətli olduğundan, məhkəmə hesab edir ki, onun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 308, 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi 01 yanvar 1983-cü il tarixdən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Tofiq İsmayılov» adına kolxozda sürücü işləməsi faktı müəyyən olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-344/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-344/2024
31.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver