Məhkəmə qərarları › İş №2(034)-373/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-373/2024

03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-373/2024 03.07.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iş stajı faktının müəyyən edilməsi» tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iş stajı faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 1980-cı ilin oktyabr ayından 1993-cü ilin 28 oktyabra qədərki tarixdə Zəngilan rayonu, «Bakı Fəhləsi» kolxozunda kolxoz üzvü kimi tütün quruducusu vəzifəsində fasiləsiz olaraq işləməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra iddia ərizəsinə düzəliş barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1980-cı ilin oktyabr ayından 1993-cü ilin 28 oktyabra qədərki tarixdə Zəngilan rayonu, «Bakı Fəhləsi» kolxozunda kolxoz üzvü kimi tütün quruducusu vəzifəsində fasiləsiz olaraq işləməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1980-ci ilin oktyabr ayından 1993-cü ilin oktyabr ayına qədər Zəngilan rayonu,’’Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində fasiləsiz olaraq işləmişdir. 1993-cü ilin oktyabr ayından məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində ’’Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində işləməsini təsdiq edən arxiv sənədləri ’’Bakı Fəhləsi” kolxozu tərəfindən işğal zonasından çıxarılmadığından kolxoz üzvü kimi tütünçü vəzifəsində işləməsini təsdiq edən hər-hansı bir sübut mövcud deyildir. Ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filala müraciət etmiş, xx.xx.2024-cü il tarixli məktubla onun stajının 25 ildən az olması səbəbindən imtina edilmişdir. O, 1980-1993-cü il tarixlərdə Zəngilan rayonu,’’Bakı Fəhləsi” kolxozunda, 1996-ci il iyul-2001-ci il avqust tarixlərində "xxxx" X4 xadimə, 2001-ci il sentyabr-2004-cü il dekabr tarixlərində "AND” hüquq firmasında xadimə işləmiş, 2018-ci il tarixdən etibarən Bakı şəhəri 18 saylı Vəkil Bürosunda xadimə vəzifəsində işləyir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filali 25 illik əmək stajının olmaması və sığorta kapitalının az olması səbəbi ilə pensiya təyinatından imtina etmişdir. Hal-hazırda təqaüd yaşına çatdığından 1980-ci ilin oktyabr ayından 1993-cü ilin oktyabr ayına qədər Zəngilan rayonu ”Bakı Fəhləsi”kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində fasiləsiz olaraq işləmə faktının müəyyən edilməsinə zərurət yaranmşdır. Çünki, həmin sənədi başqa yolla əldə etmək mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dəvət etdiyi xx.xx.1955 təvəllüdlü, Zəngilan rayonu Babaylı kənd sakini, 1988-ci il tarixədək Zəngilan rayonu, “Bakı Fəhləsi” kolxozunda sədr müavini vəzifəsində işləmiş, təqaüdçü X13, xx.xx.1947-ci il təvəllüdlü, Zəngilan rayonu, Babaylı kənd sakini, 1993-cü il tarixədək Zəngilan rayonu «Bakı Fəhləsi” kolxozunda xəzinadar-anbardar vəzifəsində işləmiş, təqaüdçü X5, xx.xx.1953-cü il təvəllüdlü, Zəngilan ryaonu, «Bakı Fəhləsi” kolxozunda sədr vəzifəsində işləmiş, təqaüdçü X11 qeyd etdiyi yerdə və vəzifədə işləmələri barədə izahat verəcəklər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən İ. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə mtulmuş digər hallarda sosial təminat hüququna malikdir. 1971-ci il Əmək Qanunları Məcəlləsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı əmək qabiliyyətli yaş dövrü şəxsin 16 yaşından etibarən hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69- cü maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ‘Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Ərizəçi Gurşad qızı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair ərizə ilə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmənin icraatında olan 2(034)-373/2024 saylı mülki iş üzrə ərizə təmin edilməməlidir. Belə ki, Ərizəçi ərizədə 1980-cı ilin oktyabr ayından xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu "Bakı Fəhləsi' kolxozunda tütünçü işlədiyini iddia edir. Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal olunması səbəbilə Ərizəçi 1980-cı ilin oktyabr ayından xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu “Bakı Fəhləsi" kolxozunda tutun quruducusu kimi işlədiyini təsdiq edən arxiv sənədləri barədə heç bır sənədin arxivdə saxlanılmadığını bildirmişdir. Beləliklə, ərizəçinin sözügedən vəzifələrdə işlədiyini göstərən hər-hansı bir arxiv sənədi quruma təqdim olunmadığı üçün Dağlıq Qarabağ və ətraf rayonlarının, o, cümlədən Zəngilan rayonunun vaxtilə işğal olunması səbəbilə ış stajının yerində yoxlanılması mümkün olmamışdır. Ərizəçi 02.04 2024-eu il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (2 il 6 ay (2018-2020-ci illər üzrə) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, Ərizəçi fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 3216.18 manat təşkil edir. Qeyd edilənlərdən də göründüyü kimi ərizəçinin iş stajı kimi təsdiq etmək istədiyi dövrlər sosial sığorta stajına daxil edilsə belə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosiai sığorta stajı tamamlanmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər uzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o, halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Əvvəllər qüvvədə oimuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2917-ci il tanxlı 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensıyalarının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalar” ın 3.2-ci bəndinə gorə 2006-ci il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş 'Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər uzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə ha tarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər uzürlu səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddıa edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürməklə müəyyən edilir. Ərizəçi ərizəsində X2, X6 və X1 əmək fəaliyyətini təsdiq edən şahidlər kimi qeyd etmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-c bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi stajının təsdiq olunması üçün ən azı iki nəfər şahid olmalı, şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olar faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il. 03 saylı Qərar). Həmin Qərarın 13.4cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ənzəçi ilə birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, ifadə verən ən azı iki şahid ərizəçi ilə bır idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir, ki, yuxarıda qyed olunan şərtlər gözlənilmiş olsun. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, Ərizəçi 1980-ci ilin oktyabr ayından 1993-cü ilin oktyabr ayına qədər Zəngilan rayonu “Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində fasiləsiz olaraq işləmişdir. 1993-cü ilin oktyabr ayından məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində “Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində işləməsini təsdiq edən arxiv sənədləri “Bakı Fəhləsi” kolxozu tərəfindən işğal zonasından çıxarılmadığından kolxoz üzvü kimi tütünçü vəzifəsində işləməsini təsdiq edən hər-hansı bir sübut mövcud deyildir. Ərizəçi ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmiş, xx.xx.2024-cü il tarixli məktubla ərizəçinin stajının 25 ildən az olması səbəbindən imtina edilmişdir. Ərizəçi 1980- 1993-cü il tarixlərdə Zəngilan rayonu “Bakı Fəhləsi” kolxozunda 1997-ci il iyul-2002-ci il avqust tarixlərində "xxxx" X4 xadimə, 2002-ci il sentyabr-2004-cü il dekabr tarixlərində “AND” hüquq firmasında xadimə işləmiş, 2018-ci il tarixdən etibarən Bakı şəhəri 18 saylı Vəkil Bürosunda xadimə vəzifəsində işləyir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 25 illik əmək stajının olmaması və sığorta kapitalının az olması səbəbi ilə pensiya təyinatından imtina etmişdir. Hal-hazırda təqaüd yaşına çatdığından 1980-ci ilin oktyabr ayından 1993-cü ilin oktyabr ayına qədər Zəngilan rayonu “Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində fasiləsiz olaraq işləmə faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Çünki həmin sənədi başqa yolla əldə etmək mümkün deyildir. “Bakı Fəhləsi” kolxozunda ərizəçi tütün quruducusu kimi işləmişdir. Ərizəçinin müəyyən problemləri olduğu üçün məhkəmə prosesində özü iştirak edə bilmir. Sonda ərizəçinin nümayəndəsi (vəkili) məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək izahatında bildirmişdir ki, ərizəçi ərizəsində 1980-ci ilin oktyabr ayından xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu “Bakı Fəhləsi” koxozunda tütünçü işlədiyini iddia edir. Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal olunması səbəbilə Ərizəçi 1980-ci ilin oktyabr ayından xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu “Bakı Fəhləsi” kolxozunda tütün quruducusu kimi işlədiyini təsdiq edən arxiv sənədləri barədə heç bir sənədin arxivdə saxlanılmadığını bildirmişdir. Ərizəçi xx.xx.2024-cü ildə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 25 ildən az (2 il 6 ay) 2018-2020 illər üzrə təşkil edir, güzəştli iş stajı isə yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarın 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Sonda maraqlı şəxsin nümayəndəsi məhkəmədən etirazlarını müdafiə etdiklərini, ərizənin isə təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddə yaşamışlar. “Bakı Fəhləsi” kolxozunda Ərizəçi ilə bir yerdə işləmişlər. O, anbardar kimi işləmişdir. Ərizəçi tütün qurudan işləmişdir. Ərizəçi 1980-ci ildən 1993-cü ilə kimi “Bakı Fəhləsi” kolxozunda işləmişdir. O, həmin kolxozda 1972-ci ildən 1993-cü ilə kimi işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, ərizəçi ilə kəndçidirlər, uzaq qohumdurlar. Ərizəçi ilə “Bakı Fəhləsi” kolxozunda qaçqınçılıq düşənə kimi bir yerdə işləmişlər. “Bakı Fəhləsi“ kolxozunda 1978-ci ildən müəyyən vəzifələrdə işləmişdir. 1988-ci ildə kolxozun tərkibində şura müdri olmuşdur. Ərizəçi 1980-ci ildən 1993-cü ilə kimi “Bakı Fəhləsi” kolxozunda işləmişdir. Ərizəçi tütün qurudan işləmişdir. Onun əmək kitabçası özündə olmuş, idarəyə verməmişdir. Ərizəçi əmək kitabçası idarədə qalmışdır. “Bakı Fəhləsi” kolxozunun fəaliyyəti 1993-cü ilin oktyabr ayından dayanmışdır. O, işlədiyi zamanda kolxozun direktoru Quliyev Oruc olmuşdur. Sumqayıtda yaşamışdır. O, kolxoz sədrinin müavini olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ərizəçi ilə bir yerdə “Bakı Fəhləsi” kolxozunda işləmişlər. “Bakı Fəhləsi” kolxozunda briqadir, kolxoz sədri işləmişdir. «Bakı Fəhləsi” kolxozunda 1979-cu ildən işləmişdir. Ərizəçi tütün qurudan işləmişdir. “Bakı Fəhləsi” kolxozu Respublikada tanınmış kolxozlardan biri olmuşdur. Tütünçülük çox gəlirli sahə olmuşdur. Qaçqınçılıq düşüyü üçün Sevda xanımın sənədləri idarədə qalmışdır. Güman etmədikləri bir vaxtda qaçqınçılıq düşmüş, demək olar ki, əksər adamların bütün sənədləri rayonda qalmışdır. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-14-100177\2024 nömrəli məktubdan aydın olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olara işlərdə iş müddəti şəxsin güzəştli şərtlə ©mək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdikləri sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun: iş stajı 25 ildən az (2 il 6 ay (2018-2020-ci illər üzrə)) təşkil edir, güzəştli iş stajı yoxdur. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək siyasinin minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə an pensiya kapitalı cəmi 3216,18 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirlə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Zəngilan rayon Dövlət Arxivinin 08 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zəngilan rayonu 1993-cu il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Zəngilan rayon “Bakı Fəhləsi” kolxozunun sənədləri arxivə daxil olmamışdır. İş materiallarında olan X3 məxsus əmək kitabçasının sürətindən görünür ki, o, 1980-ci ildən 1993-cü ilə kimi “Bakı Fəhləsi” kolxozunda anbardar vəzifəsində işləmişdir. İş materillarında olan X9 məxsus əmək kitabçasının sürətindən görünür ki, o, 1980-ci ildən 1993-cü ilə kimi “Bakı Fəhləsi” kolxozunda müxtəlif vəzifələrdə işləmişdir. İş materillarında olan X7 məxsus əmək kitabçasının sürətindən görünür ki, o, 1978-ci ildən 1993-cü ilə kimi “Bakı Fəhləsi” kolxozunda müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin 6-cı və 7-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 127-ci maddəsinin 4-cü bəndində göstərildiyi kimi ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət soial sığorta haqları ödəmək şərti ilə)və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mükün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, Ərizəçi 1980-ci ilin oktyabr ayından 1993-cü ilin oktyabr ayına qədər Zəngilan rayonu,’’Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində fasiləsiz olaraq işləmiş, 1993-cü ilin oktyabr ayından məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. Məlum hadisələrlə əlaqədar olaraq ərizəçiyə məxsus olan bir çox sənədlər, o, cümlədən onun ’’Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində işləməsini təsdiq edən arxiv sənədləri işğal zonasında qalmış, hazırda onun həqiqətəndə qeyd edilən müddətdə “Bakı Fəhləsi» kolxozunda işləməsini təsdiq edən hər-hansı bir sübut mövcud deyildir. Ərizəçi onun 1980-cı ildən 1993-cü ilə kimi «Bakı Fəhləsi» kolxozunda işləməsinin onun əmək stajına hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, lakin filial bundan imtina etmiş və bildirmişdir ki, ərizəçinin təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (2 il 6 ay (2018-2020-ci illər üzrə) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, Ərizəçi fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 3216.18 manat təşkil edir. Qeyd edilənlərdən də göründüyü kimi ərizəçinin iş stajı kimi təsdiq etmək istədiyi dövrlər sosial sığorta stajına daxil edilsə belə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosiai sığorta stajı tamamlanmır. Ərizəçi 1980ci ildən 1993-cü ilə kimi «Bakı Fəhləsi» kolxozunda tütün qurudan kimi işləməsini onunla birlikdə həmin kolxozda işləyən və məhkəmə iclasında şahid qismində dindirilmiş X5, X14 və X12 öz ifadələri ilə təsdiq etmişlər. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, ərizəçinin işlədiyi müddətləri hesabladıqda onun 1989-cı ildən 1993-cü ilədək 13 il sosial sığorta stajı tamam olmuşdur. Beləliklə də, Ərizəçi 1980-cı ilin oktyabr ayından 28 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Bakı Fəhləsi» adına kolxozda tütün qurudan işləməsi faktı məhkəmə araşdırması zamanı ərizəçinin və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən onun 1980-cı ilin oktyabr ayından 28 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Bakı Fəhləsi» adına kolxozda tütün qurudan işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu hüquqi əhəmiyyətli olduğundan, məhkəmə hesab edir ki, onun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 308, 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi 1980-cı ilin oktyabr ayından 28 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Bakı Fəhləsi» adına kolxozda tütün qurudan işləməsi faktı müəyyən olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar