Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-38/2023 31.01.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması» tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Məmmədbəyli kəndində yerləşən «Bakı fəhləsi» kolxozunda baytar həkim işləməsini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqdəşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, işə başladığı tarix texniki səhv olaraq xx.xx.1086-cı il göstərilmişdir. Lakin onun işə başladığı tarix xx.xx.1986-cı il olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Məmmədbəyli kəndində anadan olmuşdur.O, xx.xx.1986-cı il tarixdən xx.xx.1993cü il tarixə kimi Zəngilan rayonu Məmmədbəyli kəndində yerəşən Bakı fəhləsi kolxozunda baytar həkim işləmişdir. Lakin rayon işğal olunduqdan sonra onun bir çox sənədləri, o cümlədən əmək kitabçası işğal zonasında qalmışdır. O, əmək kitabçasına aid sənəd almaq üçün dövlət arxivinə müraciət etsə də, ona bildirmişlər ki, arxiv sənədləri işğal zonasında qaldığından ona heç bir sənəd verə bilmirlər. O, gələcəkdə pensiyaya çıxmaq üçün stajının bərpa olunmasını istəyir. Lakin o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına bununla bağlı müraciət etmiş, həmin filialdan imtina məktubu vermişlər.Orada işləyərkən onunla bir çox insanlar işləmişdir. Ona görə də onunla işləyənlər onun xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayon Məmmədbəyli kəndində yerəşən «Bakı fəhləsi» kolxozunda baytar həkim işləməsini şahidlər də təsdiq edə bilərlər. Həmçinin o, baytarlıq üzrə oxumuş və bu barədə sənədi də vardır, o da bunu sübut edir. Belə ki, o, 1986-cı il tarixdə X7 texnikomunun baytarlıq feldşeri ixtisasını bitirmiş və bu barədə diplomu da vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, neft şirkətində zərərli işdə işlədiyindən 60 yaşında pensiyaya hüququna malik olduğuna görə 7 il stajı çatmır. xx.xx.1986-cı ildən-xx.xx.1993-cü ilə kimi Zəngilan rayonu Məmmədbəyli kəndində yerləşən «Bakı fəhləsi» kolxozunda baytar həkim işləmişdir. 10-cu sinifi 1980-ci ildə bitirmiş, 1980-ci ildə X5 Baytarlığına qəbul olmuşdur. 1981-ci ildə hərbi xidmətə getmiş, 1984-cü ildə qayıdıb təhsilini davam etdirmişdir.1986-cı ilin sentyabr ayından baytar həkim işləmişdir. Məcburi köçkündür, əmək kitabçası lazımdır, arxivdə yoxdur. Əmək kitabçası Zəngilan rayonu işğal olunduğu zaman işğal zonasında qalmışdır. 1993-cü ildə canlarını götürüb qaçmışlar, bütün sənədləri orada qalmışdır. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi kəndçiləridir, bir yerdə işləmişlər. Yaşarla Şuşada bir yerdə baytarlıqda oxumuşlar. O, ərizəçidən böyük kursda oxumuşdur. Əmək kitabçası isə özündədir. 1983-cü ildən 1993-cü ilə kimi Bakı fəhləsi kolxozunda işləmişdir. Ərizəçi isə texnikumu qurtaran kimi həmin kolxozda işləməyə başlamışdır. O, kolxozda süni mayalanma üzrə işləmiş, ərizəçi isə texnik işləmiş, heyvanların xəstəliyinə baxmışdır, heyvanları müalicə etmişdir. Yaşar 1986cı ildən düz 1993-cü ilə kimi işləmişdir. 1993-cü ilin əvvəlində başqa kolxoza baş baytar həkimi kimi işə keçmişdir və həmin vaxtdan əmək kitabçası özündə olduğundan o, 1993cü ildə Bakıya gələndə əmək kitabçasını özü ilə gətirmişdir. Qaçqınlıq dövründə Arazdan keçib gəlmişlər, əksər canını götürüb qaçıb gəlmiş, sənədləri qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi kəndçisi və qohumudur. Bir yerdə işləmişlər. Ərizəçinin atası ilədə bir yerdə işləmişdir. 1980-ci ildən 1984-cü ilə kimi Zəngilan rayon kənd təsərrüfatı idarəsində baş həkim işləmişdir. Sonra Azərbaycan Dövlət Aqrar Sənayə birliyində birliyin baytar həkimi işləmiş, 1988-cı ildən isə ərizəçi ilə bir yerdə Bakı fəhləsi kolxozunda işləmişdir. Kolxozda dörd baytar olmuşdur-Əvəzxan, Yaşar və Elmira Rəhimova və o, Baytarlıqda 30 il işləmişdir. Əmək kitabçası özündə olmuşdur. Zəngilan rayonu işğal olunduğu zaman bütün işçilərin əmək kitabçaları işğal zonasında qalmışdır. Qaçqınlıq dövründə Arazdan keçib canını götürüb qaçıb gəlmişlər. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də, nümayənəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ərizəçiyə məxsus diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi M.T.Vəzirov adına X7 Texnikomunun baytarlıq ixtisasını bitirmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qarayev X3 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Zəngilan rayon Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış 13 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Zəngilan rayonu 1993cu il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmış, qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən, Zəngilan rayon “Bakı Fəhləsi” kolxozunun sənədləri arxivə daxil olmamışdır. İş materiallarında olan X2 məxsus İT-1 №0467816 saylı əmək kitabçasının notariat qaydasında təsdik olunmuş sürətindən görünür ki, X6 xx.xx.1988-ci il tarixdən 1994-cü ilə kimi “Bakı Fəhləsi” kolxozunda baş baytar həkimi işləmişdir. İş materiallarında olan X1 məxsus AZE-1 №0231532 saylı əmək kitabçasının notariat qaydasında təsdik olunmuş sürətindən görünür ki, X4 xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü ilə kimi “Bakı Fəhləsi” kolxozunda baytar mexanik vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Ərizəçi ünvananmış xx.xx.2022-ci il tarixli **********4 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci isində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.«Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli lömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (3 il 7 ay 23 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) güzəştli iş stajı isə 6 aydan az (1 il 5 ay 10 gün (xx.xx.2014-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Sözügedən Qanunun 9.1-ci maddəsinə əsasən kişilərə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (60 yaş) çatdıqdan sonra sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır.Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir və məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71ci maddəsinin 6-cı və 7-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 127-ci maddəsinin 4-cü bəndində göstərildiyi kimi ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət soial sığorta haqları ödəmək şərti ilə)və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mükün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Məmmədbəyli kəndində anadan olmuş, 1980-cı ildə 10-cu sinfi bitirdikdən sonra elə həmin ildə M.T.Vəzirov adına X7 Texnikomunun baytarlıq ixtisasını bitirmiş, 1981-ci ildə isə hərbi xidmətə getmişdir. 1984-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirmiş və xx.xx.1986-cı ildən isə «Bakı fəhləsi» kolxozunda baytar həkim əmək fəaliyyətinə başlamış, 1993-cü ilə kimi Zəngilan rayonu işğal olunana qədər də işləmişdir. Lakin rayon işğal olunduqdan sonra onun bir çox sənədləri, o cümlədən əmək kitabçası işğal zonasında qalmışdır. Ərizəçi əmək kitabçasına aid sənəd almaq üçün dövlət arxivinə müraciət etsə də, arxiv sənədləri işğal zonasında qaldığından ələdə edə bilməmişdir. Əmək kitabçası ona gələcəkdə pensiyaya çıxmaq üçün stajının bərpa olunması üçün lazımdır.Bununla bağı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, həmin filialdan imtina edərək məhkəməyə müraciət etməsi bildirilmişdir. Həmçinin ərizəçinin qeyd olunan illərdə «Bakı fəhləsi» kolxozunda baytar həkimi kimi işləməsini onunla birlikdə həmin kolxozda işləmiş şahidlərdə öz ifadələri ilə təsdiq etmişlər. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, ərizəçinin işlədiyi müddətləri hesabladıqda onun 1986-cı ildən 1993-cü ilədək 7 il sosial sığorta stajı tamam olmuşdur. Beləliklə də, Ərizəçi 01 sentyabr 1986-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Bakı fəhləsi» adına kolxozda baytar həkim işləməsi faktı məhkəmə araşdırması zamanı ərizəçinin və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən Ərizəçi 01 sentyabr 1986-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Bakı fəhləsi» adına kolxozda baytar həkim işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu hüquqi əhəmiyyətli olduğundan, məhkəmə hesab edir ki, onun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 308, 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi 01 sentyabr 1986-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Bakı fəhləsi» adına kolxozda baytar həkimi işləməsi faktı müəyyən olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-38/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-38/2023
31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver