Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-389/2024 19.08.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, atası X9 doğum akt qeydinin bərpa edilməsi, akt qeydində doğum yerinin Zəngilan rayonu, Tatar kəndi, doğum tarixi xx.xx.1953-cü il qeyd edilməklə, doğum akt qeydinin ata qrafasında X21 (XX.XX.1927-ci il təvəllüdlü), ana qrafasında X19 göstərilməklə valideynlərinin miliyyətinin azərbaycanlı qeyd edilməklə akt qeydinin bərpa edilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, atası X12 08 oktyabr 1953-cü il tarixdə Zəngilan rayonunun Tatar kəndində anadan olmuş, 03 fevral 2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Miras əmlak – atasına xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən 27 saylı evin 59 saylı mənzilin (********** qeydiyyat nömrəli çıxarış) qəbul edilməsi üçün 6 saylı Bakı «Asan Xidmət» mərkəzində notariat ofisinə müraciət etmişlər. Atasının digər vərəsələri – anası X11, qardaşı X13 və bacısı X7 atasından miras qalmış həmin mənzilin miras olaraq onlara çatası hissəsindən onun xeyrinə imtina etmişlər. Qanunvericiliyə əsasən atasının valideynləri, yəni atası və anası da birinci növbədə vərəsə hesab edilirlər. Lakin atasına məxsus doğum haqqında şəhadətnamə itdiyindən miras əmlakı qəbul edə bilmir. Belə ki, Əsgər Əliyevin (06 fevral 1987-ci il tarixdə Zəngilan rayonunda ölmüşdür) və mərhum anası Güllü Əhmədovanın (02 fevral 2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür) atasının valideynləri olması faktının müəyyən edilməsi atasına məxsus doğum haqqında şəhadətnamə əsasında müəyyən edilməlidir. Atası Zəngilan rayonundan məcburi köçkün düşmüş və məlum hadisələrlə bağlı köç etmə səbəbindən atasına məxsus doğum haqqında şəhadətnamə işğal zonasında qalmışdır. Atasının doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Maraqlı şəxsnə və X5 Reyestri Xidmətinə müraciət etsə də, doğum akt qeydinin bərpası mümkün olmamış, məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hazırda qeyd edilən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı ərizənin verilməsi atasından miras qalmış Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən 27 saylı evin 59 saylı mənzilini miras olaraq qəbul edə bilməsi ilə bağlıdır. Atasına məxsus doğum haqqında şəhadətnamə bərpa edilməlidir. Belə ki, həmin şəhadətnamə bərpa edilərsə şəhadətnamənin ata və ana qrafasında adları qeyd edilən, atasının vərəsələri hesab edilən nənə və babasının da öldüyü digər sənədlərlə də təsdiq edirlər və o, miras əmlakı qəbul edə bilər. Atasına məxsus doğum akt qeydini məhkəmədən kənar, başqa qaydada alması mümkün deyildir. Belə ki, Maraqlı şəxsnə və X5 Reyestri Xidmətinə müraciət etsə də, doğum akt qeydinin bərpası mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, atası X12 08 oktyabr 1953-cü ildə Zəngilan rayonunun Tatar kəndində anadan olmuş, 03 fevral 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Miras əmlak atasına xüsusi mülkiyyət hüquqi ilə məxsus olmuş, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən 27 saylı evin 59 saylı mənzilin qəbul edilməsi üçün 6 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişlər. Atasının digər vərəsələri anası X11, qardaşı X13 və bacısı X7 atalarından miras qalmış mənzilin miras olaraq onlara çatası hissəsindən onun xeyrinə imtina etmişlər. Qanunvericiliyə əsasən atasının valideynləri, yəni atası və anasıda birinci növbədə vərəsə hesab edilirlər. Atasına məxsus doğum haqqında şəhadətnamə itdiyindən miras əmlakı qəbul edə bilmir. Əsgər Əliyev 06 fevral 1987-ci ildə Zəngilanda, mərhum anası Güllü Əhmədova isə 02 fevral 2017-ci il tarixdə Bakı şəhərində rəhmətə getmişlər. Atasının valideyinləri olması faktının müəyyən edilməsi atasına məxsus doğum haqqında şəhadətnamə əsasında müəyyən edilməlidir. Atası 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşmüş və məlum hadisələrlə bağlı köç etmə səbəbindən atasına məxsus doğum haqqında şəhadətnamə işğal zonasında qalmışdır. Atasının doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Maraqlı şəxsnə və X5 Reyestri Xidmətinə müraciət etsə də, doğum akt qeydinin bərpası mümkün olmamış, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Atasından miras qalmış Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən 27 saylı evin 59 saylı mənzilini miras olaraq qəbul edə bilməsi ilə bağlıdır. Atasına məxsus şəhadətnaməni bərpa etmək istəyir. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin oulnmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ərizəçi oğludur. Həyat yoldaşı 1953-cü ildə Zəngilan rayonu Tatar kəndində anadan olmuş, 03 fevral 2024-cü ildə rəhmətə getmişdir. Həyat yoldaşı rəhmətə gedəndən sonra evi oğlunun adına keçirmək istəyirlər. O, yoldaşı ilə 45 il birgə yaşamışlar. 1978-ci ildə yoldaşı ilə nikaha daxil olmuş, 1993-cü ildə məcburi köçkün kimi Bakıya gəlmişlər. Yoldaşının sənədləri anasında olmuş, anası şəhərə gələndə qaçqınlıq düşdüyü üçün onlar özləri ilə sənədi gətirə bilməmişlər. Həmin sənədlərin icində yoldaşının doğum haqqında şəhadətnaməsi də olmuşdur. Yoldaşı Bakıya gələndə onda qırmızı sovet pasportu olmuşdur. Yoldaşı 2005-ci ildə pasportunu dəyişmişdir. Məcburi köçkün kimi gələndə bütün sənədlıri rayonda qalmışdır. Onlar rayondan çıxanda uşaqlarını götürüb Araz çayının qırağına gəlmiş, ordanda iranlılar onlara çayı keçməyə köməklik etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşıdır. Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən 27 saylı evin 59 saylı mənzilin qəbul edilməsi üçün qardaşı sənədi düzəltdirmək üçün məhkəməyə müraciət etmişdir. Onlar 1993-cü ildə məcburi köçkün düşəndə bütün sənədlər Zəngilanda qalmışdır. Onun 1993-cü ildə 13 yaşı olmuşdur. Atası 08 oktyabr 1953-cü ildə Zəngilan rayonunun Tatar kəndində anadan olmuş, 03 fevral 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşıdır. Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən 27 saylı evin 59 saylı mənzilin qəbul edilməsi üçün qardaşı sənədi düzəltdirmək üçün məhkəməyə müraciət etmişdir. Atası 08 oktyabr 1953-cü ildə Zəngilan rayonu, Tatar kəndində anadan olmuş, 03 fevral 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşının oğludur. X3 08 oktyabr 1953-cü ildə Zəngilan rayonunda anadan olmuş və 03 fevral 2024-cü ildə rəhmətə getmişdir. Qardaşı qaçqınlıq düşəndə bütün sənədlərini Zəngilandan gətirə bilməmişdir. Qardaşının doğum haqqında şəhadətnaməsi olmuşdur. Doğum haqqında şəhadətnaməni kənd sovetliyindən almışdılar. Sovetlikdə akt qeydlərinin kitabı olmuş, həmin kitabda doğum geydləri və kimin neçə uşağı olması orada qeyd olunmuşdur. Qardaşının doğum haqqında şəhadətnaməsi lazım olmadığı üçün sənədi düzəltdirməmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Zəngilan rayonu, Cahangirbəyli kəndində anadan olmuş, Zəngilan rayonu, Tatar kəndində qeydiyyatdadır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 27, 59 saylı mənzil xüsusi mülkiyyət kimi X9 adına xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə, X16 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində, X21 isə xx.xx.1987-ci ildə Zəngilan rayonunda vəfat etmişlər. İş materiallarında olan X6, X4 və X10 notarial qaydada təsdiq edilmiş ərzələrinin surətlərindən görünür ki, onlar xx.xx.2024-cü ildə ölmüş X8 irs qalmış (yaşayış (ev, mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın onlara çatası hissəsindən imtina etmişlər. İş materiallarına əlavə edilmiş Zəngilan rayon Polis şöbəsi tərəfindən təqdim edilmiş fərdi uçot kartoçksının təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1953-cü ildə Zəngilan rayonu, Tatar kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Zəngilan rayon Qeydiyyat şəöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 39/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci, 162.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “X5 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-18-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə ərazidə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda X5 itmiş qeydinin bərpa edilməsindən imtina edilir. Bu cür hallarda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Hazırkı halda ərizəyə əlavə olunan və şöbədə toplanaraq araşdırılan sənədlər bu cür qeydlərin həqiqətən olduğunu təsdiq etmədiyi və şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizənizin təmin olunması imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X5 Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3016-5/4-15-Ə-17-6/2024 nömrəli məktubundan aydın olur ki, 1952-1956-cı illər Maraqlı şəxs, 1950-1954-cü illər Cahangirbəyli icra nümayəndəliyi, 1951-1957-ci illər Mincivan icra nümayəndəliyi, 1958-1960-cı illər bərpa akt qeydləri üzrə X5 reyestri xidmətinin arxivində mühafizə olunan akt qeydləri, habelə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemindəki məlumatlar yoxlanılmış və ataları Ş.Əsgərovun doğumunun qeydə alınması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq X5 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi qeydiyyat şöbələri tərəfindən və konsulluq idarələri tərəfindən icra edilir. Göstərilənlərlə əlaqədar ölən şəxsin qanuni vərəsəsi onun doğumu- haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə qeydiyyat şöbəsinə, akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmazsa, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunan Məcəllənin 311-ci maddəsinin tələblərinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin atası X12 08 oktyabr 1953-cü il tarixdə Zəngilan rayonu, Tatar kəndində anadan olmuş, 03 fevral 2024-cü il tarixdə isə Bakı şəhərində vəfat etmişdir. Ərizəçinin atasına məxsus doğum haqqında şəhadətnamə 1993-cü ildə məlum hadisələrlə bağlı məcburi köçkün düşdükləri zaman işğal zonasında qalmışdır. Ərizəçi atasının doğum akt qeydinin bərpa edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişt, lakin lazım olan sənədləri təqdim edə bilmədiyi üçün qeydiyyat şöbəsi bundan imtina etmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Eyni ilə də ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X5 Reyestri Xidmətinə müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, 1952-1956-cı illər Maraqlı şəxs, 1950-1954-cü illər Cahangirbəyli icra nümayəndəliyi, 1951-1957-ci illər Mincivan icra nümayəndəliyi, 1958-1960-cı illər bərpa akt qeydləri üzrə X5 reyestri xidmətinin arxivində mühafizə olunan akt qeydləri, habelə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemindəki məlumatlar yoxlanılmış və ərizəçinin atası Şahsuvar Əsgərovun doğumunun qeydə alınması halı müəyyən edilməmişdir. Ərizəçinin atası X9 08 oktyabr 1953-cü il tarixdə Zəngilan rayonu, Tatar kəndində doğulması faktı məhkəmə iclasında iştirak edən şahid ifadələri, həmçinin iş materiallarında olan fərdi uçot kartoçksı ilə tam sübuta yetmişdir. Məhkəmə araşdırması zamanı o, da məlum olmuşdur ki, ərizəçiyə mərhum atasına məxsus doğum akt qeydinin bərpa edilməsi atasında qalmış daşınmaz əmlakın sənədləşdirmə işlərinin aparılması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, atası X21, anası X16 olan X2 08 oktyabr 1953-cü il tarixdə Zəngilan rayonu, Tatar kəndində doğulması faktı artıq iş materiallarında olan sənədlərlə müəyyən olduğundan və ərizəçinin atası X9 doğum haqqında şəhadətnaməsi işğal zonasında qaldığından məhkəmə hesab edir ki, X2 08 oktyabr 1953-cü il tarixdə Zəngilan rayonu, Tatar kəndində doğulması barədə doğum akt qeydi bərpa olunmalıdır, doğum akt qeydinin bərpa edilməsi yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olduğundan müvafiq doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X2 08 oktyabr 1953-cü il tarixdə Zəngilan rayonu, Tatar kəndində anadan olması, adının Şahsuvar, soyadının Əsgərov, atasının X21, anasının X16, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı olmasına dair doğum akt qeydi bərpa edilsin və bu barədə vətəndaşlıq vəziyyəti aktında müvafiq qeydiyyat aparılsın. Doğum akt qeydinin bərpa edilməsi yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Müvafiq doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-389/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-389/2024
19.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver