Məhkəmə qərarları › İş №2(034)-403/2022

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-403/2022

22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-403/2022 22.06.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi filialına qarşı "əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması barədə” ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi filialına qarşı "əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması barədə” ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbinə fizika müəllimi işləməsini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü ki, hüquqi əhəmiyyətli faktların məhkəmə tərəfindən müəyyən edilməsi üçün həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada müəyyən edilməsinin mümkünsüzlüyü qanunverici tərəfindən zəruri şərt hesab edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə-hakim iddianın yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina edir. Ərizəyə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, ərizəçi xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləmiş, xx.xx.1994-cü ildən isə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində təşkil olunmuş Zəngilan rayonu 9 saylı orta məktəbinə hərbi rəhbər təyin edilmişdir. Əmək kitabçasında ərizəçinin xx.xx.1981-ci ildə Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində işləməsi qeyd edilsədə, onun həmin vəzifədən nə vaxt azad edilməsi ilə bağlı heç bir qeyd aparılmamışdır. Bundan əlavə ərizəçi iş materiallarına həmin vəzifədən nə vaxt azad edilməsi və ya azad edilməməsini təsdiq edən hər hansı bir sənədi də ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənilərinin Təyinatı üzrə Mərkəzi filialına qarşı "əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması barədə” ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi filialına qarşı "əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması barədə” ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar