Məhkəmə qərarları › İş №2(034)-416/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-416/2024

16.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-416/2024 16.09.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsinə dair» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsinə dair» ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 xx.xx.1948-ci ildə Zəngilan şəhərində anadan olması, adının Tamilla, soyadının Kazımova, atasının X16, anasının X13, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı olmasına dair doğum akt qeydinin bərpa edilməsi və bu barədə vətəndaşlıq vəziyyəti aktında müvafiq qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X7 onun doğma anasıdır. Anası xx.xx.1948-ci ildə Zəngilan rayonunda anadan olmuşdur. Onlar 1993-cü ildə Zəngilan rayonnundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışlar. Anası uzun müddət xəstəlikdən əziyyət çəkmiş və xx.xx.2024-cü il tarixdə ağciyər-ürək çatışmamazlığının digər dəqiqləşdirilmiş formaları ilə Bakı şəhərində vəfat etmişdir. Anasına məxsus olan sənədlərin əksəriyyəti işğal zonasında qalmışdır. Bu yaxınlarda sənədləşmə işlərinin aparılması üçün bəzi qurumlara müraciət etmiş, həmçinin anasının şəxsiyyət vəsiqəsini də təqdim etmiş, lakin ondan anasının doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Anasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün təqdim edə bilməmişdir. xx.xx.2004-cü ildə anasına Nərimanov rayon Polis İdarəsi tərəfindən AZE seriyalı, 01743911 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Bundan sonra o, anasına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, ərizəsinə şöbədə baxılmış və anasına ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Maraqlı şəxs imtinanı bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci, 162.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-18-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə ərazidə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edilir. Bu cür hallarda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.Hazırkı halda ərizəinizə əlavə olunan və Şöbədə toplanaraq araşdırılan sənədlər bu cür qeydlərin həqiqətən olduğunu təsdiq etmədiyi və Şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizənizin təmin olunması imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Forma-1 arayışında anası X7 xx.xx.1948-ci ildə Zəngilan şəhərində anadan olmuş, atası-X17, anası isə X9r. Buna görə də məhkəmə qaydasında anasının doğum akt qeydinin bərpa edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, X7 doğma anasıdır. Anası xx.xx.1948-ci ildə Zəngilan rayonunda anadan olmuş, onlar 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışlar. Anası uzun muddət xəstəlikdən əziyyət çəkmiş və xx.xx.2024-cü ildə agciyər-ürək çatışmamazlığının digər dəqiqləşdirilmiş formaları ilə Bakı şəhərində vəfat etmişdir. Anasına məxsus olan sənədlərin əksəriyyəti işğal zonasında qalmışdır. Sənədləşmə işlərinin aparılması üçün bəzi qurumlara müraciət etmiş, həmçinin anasının şəxsiyyət vəsiqəsini də təqdim etmiş, lakin ondan anasının doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Anasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün təqdim edə bilməmişdir. xx.xx.2004-cü ildə anasına Nərimanov rayon Polis İdarəsi tərəfindən AZE seriyalı 01743911 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Anasına doğum haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, ərizəsinə şöbədə baxılmış və anasına ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Anası rəhmətə gedəndən sonra vərəsəlik kontoruna müraciət etmiş, ölüm haqqında şəhadətnamə istəmişlər. Sənədi təqdim etdikdən sonra ondan doğum haqqında şəhadətnamə istəmişlər, lakin şəhadətnamənin olmadığını, məcburi köçkün düşdükləri zaman orada qalmasını bildirmişdir. Anasının doğum haqqında şəhadətnaməsi olmuşdur. Şəxsiyyət vəsiqəsini təhvil verərək anasına ölüm haqqında şəhadətnamə almışdır. Anası 1993-cü ilin oktyabr ayında məcburi köçkün kimi Bakı şəhərinə gəlmişdir. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, iddianın təmin olunmasına etiraz etmədiklərini, iş yüklərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq, işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ərizəçi bacısının oğludur. X14 xx.xx.1948-ci ildə Zəngilan rayonunda anadan olmuş, xx.xx.2024cü ildə Bakı şəhərində vəfat etmişdir. Bacısının doğum haqqında şəhadətnaməsi olmuş, məcburi köçkünlük zamanında Zəngilanda qaldığı üçün gətirə bilməmişdir. Bacısı pasportunu verib şəxsiyyət vəsiqəsini almışdır. Bacısı 40-50 ilin müəlliməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi bibisi oğludur. Bibisi rəhmətə gedəndən sonra Elşən vərəsəliklə bağlı sənəd düzəltdirmək istəmişdir. X19 xx.xx.1948-ci ildə Zəngilan rayonunda anadan olmuş, xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Bibisinin pasportu olmuşdur. Məcburi köçkün kimi gəldikləri zaman çox sənədləri Zəngilanda qalmışdır. Məcburi köçkünlük zamanında bibisinin sənədləri Zəngilanda qalmışdır. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16- 518-72/24 saylı, xx.xx.2024-cu il tarixli imtina məktubunun məzmunudan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci, 162.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-18-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə ərazidə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edilir. Bu cür hallarda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.Hazırkı halda ərizəinizə əlavə olunan və Şöbədə toplanaraq araşdırılan sənədlər bu cür qeydlərin həqiqətən olduğunu təsdiq etmədiyi və Şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizənizin təmin olunması imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixində ağgciyər-ürək çatışmamazlığının digər dəqiqləşdirilmiş formaları səbəbindən Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi xx.xx.1973-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, atası X10, anası isə X5r. İş materiallarında olan və Nərimanov rayon Polis İdarəsi tərəfindən xx.xx.2004-cü ildə verilmiş Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1948-ci ildə Zəngilan şəhərində anadan olmuşdur. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial təsdiq edilmiş surətindən görünür ki, Əliyev X8 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 3-16-5xx-xx-6396/2024 nömrəli məktubundan görünür ki, Zəngilan rayonu Zəngilan icra nümayəndəliyi üzrə 1945-1951-ci illərdə tərtib edilmiş ilkin və 1958-1963-cü illərdə tərtib edilmiş bərpa doğum haqqında akt qeydləri üzrə, eləcə də, Xidmətin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış, lakin T.Kazımovun doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və Zəngilan rayon Polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-119/2-3640/2024 nömrəli məktubundan və ona əlavə edilmiş fərdi uçot kartoçkasının təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1948ci ildə Zəngilan şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunan Məcəllənin 311-ci maddəsinin tələblərinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin anası olan mərhum X7 xx.xx.1948-ci ildə Zəngilan şəhərində anadan olmuş, 1993-cü ildə məlum hadisələrlə əlaqədar olaraq Zəngilan rayonundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışlar. Ərizəçinin anası uzun müddət xəstəlikdən əziyyət çəkmiş və xx.xx.2024cü il tarixdə ağciyər-ürək çatışmamazlığının digər dəqiqləşdirilmiş formaları ilə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi anasının vəfatından sonra bəzi sənədləşdirmə işlərinin aparımaıs üçün qurumlara müraciət etmiş, sənədlər təqdim etmiş, mərhum anasına məxsus doğum haqqında şəhadətnamənin təqdim edilməsi tələb olunmuş, lakin şəhadətnaməni təqdim edə bilməmişdir. Buna səbəb isə məcburi köçkün düşdükləri zaman bir çox sənədləri, o, cümlədən anasına məxsus doğum haqqında şəhadətnamə işğal zonasında qalmışdır. X2 xx.xx.2004-cü ildə Nərimanov rayon Polis İdarəsi tərəfindən AZE seriyalı, 01743911 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Ərizəçi məhrum anasına yeni doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin lazımı sənədləri təqdim edə bilmədiyi üçün qeydiyyat şöbəsi şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni ilə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 3-16-5xx-xx-6396/2024 nömrəli məktubundan görünür ki, Zəngilan rayonu Zəngilan icra nümayəndəliyi üzrə 1945-1951-ci illərdə tərtib edilmiş ilkin və 1958-1963-cü illərdə tərtib edilmiş bərpa doğum haqqında akt qeydləri üzrə, eləcə də, Xidmətin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış, lakin T.Kazımovun doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçinin anası X3 xx.xx.1948-ci ildə Zəngilan şəhərində doğulması faktı məhkəmə iclasında iştirak edən şahid ifadələri, həmçinin iş materiallarında olan fərdi uçot kartoçksı ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, atası X17, anası X13 olan X1 05 may 1948-ci ildə Zəngilan şəhərində doğulması faktı artıq iş materiallarında olan sənədlərlə müəyyən olduğundan və ərizəçinin anası X3 doğum haqqında şəhadətnaməsi işğal zonasında qaldığından məhkəmə hesab edir ki, X1 05 may 1953-cü il tarixdə Zəngilan şəhərində doğulması barədə doğum akt qeydi bərpa olunmalıdır, doğum akt qeydinin bərpa edilməsi yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olduğundan müvafiq doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X1 05 may 1948-ci ildə Zəngilan şəhərində anadan olması, adının Tamilla, soyadının Kazımova, atasının X17, anasının X13, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı olmasına dair doğum akt qeydi bərpa edilsin və bu barədə vətəndaşlıq vəziyyəti aktında müvafiq qeydiyyat aparılsın. Doğum akt qeydinin bərpa edilməsi yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Müvafiq doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar