Məhkəmə qərarları › İş №2(034)-430/2024

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-430/2024

25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-430/2024 25.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması» tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1980ci il tarixindən xx.xx.1993-cü il tarixədək Ağalı kənd tam orta məktəbində riaziyyat müəllimi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə Zəngilan rayonunda anadan olmuş, orta məktəbi bitirdikdən sonra instituta daxil olmuş, ali təhsilini başa vurduqdan sonra 1980-cı ildə Ağalı kənd orta məktəbində öz ixtisasım üzrə riaziyyat müəllimi kimi əmək fəaliyətimə başlamış, 1993-cü ilə kimi, yəni Zəngilan rayonu işğal olunana kimi əmək fəaliyyətimi davam etdirmişdir. Yaşa görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mənə əmək pensiyası təyin edilmişdir. Hazırda o, əmək pensiyaçısıdır və 473,77 manat məbləğində əmək pensiyası alır. Lakin ona əmək pensiyası təyin edilərkən onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, cavabdeh təşkilat onun xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilə kimi Ağalı kənd orta məktəğində işlədiyi müddəti ümumi iş stajına daxil etməmişdir. O, cavabdeh təşkilata müraciət edərək işlədiyi həmin müddətin ümumi iş stajına daxil edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilat onun ərizəsi əlaqədar ona imtinaedici məktub göndərmiş və məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 22-1.1-ci maddəsinə əsasən sizə xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 473,77 manat olmaqla davam etdirilir.Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə ııyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Bildiririk ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 37283,64 manat pensiya kapitalı (2023-cü ii üzrə indeksləşdirilmiş), xx.xx.2023-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 765,26 manat pensiya kapitalı (2023-cü il üzrə.indeksləşdirilmiş) əsasında əmək pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində (473,77 manat) dəyişiklik olmamışdır.Təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 01,09.1980-ci il tarixindən 01.01,2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünüzün araşdırılmasına zərurət yaranmışdır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixində X1 Təhsil İdarəsində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçanızın surətində qeyd olunmuş Zəngilan rayon Ağalı kənd orta məktəbində xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan arxiv sənədləri işğal bölgəsində qaldığı üçün sözügedən dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəbdən də qeyd edilən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab olunmur.Bildiririk ki, təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajınız 16 il 7 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinintələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirmişlər ki, təqdim etdiyi X1 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-33/2- 225/2024 nömrəli arayışın surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.2006cı il tarixinədək adına əmək haqqı hesablanan dövr sığorta stajına daxil edilmiş, xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrə aid arxiv sənədləri işğal bölgəsində qaldığı üçün adına əməkhaqqı hesablanmağını müəyyən etmək mümkün olmamış və məhkəməyə müraciət etməyi ona tövsiyyə etmişlər. Bundan başqa həmin illərə dair sənədlərin ona təqdim edilməsi üçün ərizə ilə Zəngilan rayon Dövlət Arxivinə müraciət etmiş və ordan ona bildirmişlər ki, Zəngilan rayonu 1993-cü ilin oktyabr ayının 29-da erməni silahı birləşmələri tərəfindən işğal edildiyi üçün Zəngilan rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədlər işğal zonasında qaldığından həmin sənədlərin arxivə daxil olmaması bildirilmişdir. Məhkəmə Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə ərizə icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş X1 Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ərizəçi xx.xx.1980-cı il tarixdən Zəngilan rayonu işğal olunanadək (xx.xx.1993)-Ağalı kənd tam orta məktəbində ixtisas üzrə müəllim kimi çalışmış, həmçinin xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixədək məcburi işsiz kimi orta aylıq əmək haqqı alımışdır. Bu da onu göstərir ki, ərizəçinin xx.xx.1980-cı il tarixdən Zəngilan rayonu işğal olunanadək (xx.xx.1993)-Ağalı kənd tam orta məktəbində ixtisas üzrə müəllim kimi işləməsi faktı X1 Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, ərizəçinin hansı orqana müraciət etməli olmasını orada göstərir. Belə olan halda hesab edirəm ki, Ərizəçi qeyd edilən tələblə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması» tələbinə dair ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar