Məhkəmə qərarları › İş №2(034)-436/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-436/2024

02.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-436/2024 02.10.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Zəngilan Rayon Mərkəzi X2rşı “intizam tənbehinin götürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Zəngilan Rayon Mərkəzi X2rşı “intizam tənbehinin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 18-1-80/3-1- 58/2024 saylı, 02 aprel 2024-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə üzərinə qoyulmuş “töhmət” növündə intizam tənbehinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Zəngilan Rayon Mərkəzi X6 Şəxsdə katibə vəzifəsində işləmiş və öz əmək funksiyasına görə uyğun fəaliyyətini həyata keçirmişdir. 18-1-80/3-1-58/2024 saylı, 02 aprel 2024-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə üzərinə “töhmət” növündə intizam tənbehi qoyulmuşdur. Ona qarşı tətbiq olunmuş töhmət növündə intizam tənbehi qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-294-cü maddələrinə əsasən ona qarşı tətbiq olunmuş intizam tənbehi haqqında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 şikayət ilə müraciət etmişdir. Hesab edir ki, ona tətbiq edilən “töhmət” növündə intizam tənbehi hər-hansı bir intizam xətası olmadan, qərəzli olaraq verilmişdir. Məqsəd əmək müqaviləsinə gələcəkdə xitam verməkdir. Həqiqətən də əmək intizamını pozmuş olsa belə, işəgötürən nəzərə almamışdır ki, işlədiyi müddət ərzində hər hansı bir pozuntuya yol verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onlar işə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmasını istəyirlər. İddia ərizəsində qeyd olunanları tamamilə qanunsuz və əsassız hesab edirlər. Belə ki, onlar iddiaçı tərəfin həqiqətən də iş vaxtlarında müvafiq qaydada işdə iştirak etmədiyindən və əmək funksiyalarını düzgün icra etmədiyinə ona töhmət tədbiri verilmişdir. Onlar bununla bağlı sənədləri təqdim etmişlər. İlk öncə vətəndaşın ünvanına bildiriş göndərilmiş, ondan nə üçün iş vaxtı işdə olmaması ilə bağlı izahatlar alınmış, heç bir müsbət nəticə olmamış və müvafiq qaydada barəsində inzibati tənbeh verilmişdir. Onların həmin müəssisədə kargüzarlıqla məşğul olan və iddiaçı ilə eyni otaqda oturan bir şahidləri var. İddiaçı həmçinin işdə kollektivə qarşı etik qaydalara da riayət etməmişdir. İddiaçı tabelin baş hissəsindən adını yazaraq bir gün içində imzasını çəkmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etdiyi hallarla bağlı sübutlar təqdim etməlidir. İddiaçı işə gəlmədiyi müddətdə səhhəti ilə bağlı bir-iki gün əlavə müddət verilməsi üçün əlavə icazə almamış, o, gah bir gün işə gəlməmiş, gah bir gün gəlib imza çəkərək çıxıb getmişdir. İş vaxtının vaxı var və 9-dan 6-ya kimi hamı işdə olmalıdır. İddiaçının iddiası tamamilə qanunsuz və əsassızdır. Sonda cavabdehin nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, iddiaçını işlədiyi yerdən tanıyır, Telli ilə heç bir qohumluq əlaqələri yoxdur. İddiaçı ilə ümumi şöbədə otururlar. İddiaçı fevral ayından müntəzəm olaraq vaxtı-vaxtında işə gəlməmiş, işlədiyi müddətdə iddiaçını bir dəfə görmüş və iddiaçı işə gələrək imza edib getmişdir. O, Zəngilan Rayon Mərkəzi Xəstəxanasında fevral ayının 13-dən işləyir. İddiaçı məzuniyyətə çıxmış, lakin o, məzuniyyət vaxtı bitəndən sonra da işə gəlməmişdir. Ümumiyyətlə iddiaçı işə məsuliyyətsiz yanaşmış, işə gəlməməsi ilə bağlı heç kimdən icazə istəməmişdir. İş vaxtı 9-dan 6-ya kimi olur. İddiaçının işçilərlə də münasibəti yaxşı olmadığına görə aralarında tez-tez konflikt yaranmışdır. İddiaçı məzuniyyətdən qayıdandan sonra işə çıxmamışdır. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh tərəf mediasiya prosesində iştirak etmiş, lakin onlar razılığa gələ bilməmişlər. Cavabdeh tabeli dəyişmiş, məhkəməyə təqdim etdiyi tabeli isə o, telefon vasitəsi ilə çəkmişdir. Onun işdə olması ilə bağlı tabeldə imzası da var. Lakin İddiaçı sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh işin baxılmamış saxlanılmasına etiraz edərək, işin mahiyyəti üzrə baxıb qətnamə çıxarılması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi-vəkilinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X14 tərəfindən Zəngilan Rayon Mərkəzi X6 Şəxsə göndərilmiş xx.xx.2024-cü il tarixli, 18-1/2-M-1-9837/2024 nömrəli məktubun məzmunundan görünür ki, vətəndaş İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı ərizəsinə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14də (TƏBİB) aidiyyəti üzrə baxılmış, vətəndaş İddiaçı şikayət məktubunda əmək haqqının ödənilmədiyini və əmək hüquqlarının pozulduğunu qeyd etmiş, ”Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq İddiaçı müraciətinə aydınlıq gətirilməsi məqsədilə zəruri sənədlərin 3 iş günü ərzində TƏBİB-ə təqdim olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı 2 saylı Mediasiya təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/2-00531 nömrəli arayışdan görünür ki, “Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X14 mediasiya sessiyada iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi“ X14 «Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli 18-1-80/3-1-58/2024 nömrəli intizam tənbehin verilməsi haqqında əmrdən görünür ki, Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X11 ümumi şöbəsində katibə vəzifəsində çalışan İddiaçı 15, 16, 19, 20, 21, 22, 23, 26, 27, Z5, 29 fevral, 01,04, 05, 06, 15, 18, 19, 27 mart 2024-cü il tarixlərində rəhbərliyə məlumat vermədən bütün iş günü ərzində işdə olmadığından "Zəngilan Rayon Mərkəzi Xəstəxanası" X11 müəssisə daxili nizam-intizam qaydalarının pozulmasını nəzərə alınaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a” bəndinə əsasən “Zəngilan Rayon Mərkəzi Xəstəxanası" X11 ümumi şöbəsində katibə vəzifəsində çalışan İddiaçı töhmət elan edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Zəngilan Rayon Mərkəzi X6 şəxsin direktoru Aynurə Abdullayevaya ünvanladığı xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, xx.xx.2024-cü il tarixindən etibarən Abşeron rayon Mazasır qəsəbəsində Zəngilan şəhərciyində yerləşən Zəngilan Rayon Mərkəzi X6 şəxsdə işinə davam etməsi, bu imzası ilə işçi tabelində öz əksini tapması, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən məktubun heç bir sübutu yoxdur, yuxarıda yazdıqlarının nəzərə alınması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi“ X14 «Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X11 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 Daxili Nəzarət və Monitorinq Departmentinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18-1-80/2-48/2024 nömrəli məktubundan görünür ki, tibb müəssisəsinin ümumi şöbəsinin katibəsi İddiaçı müəssisədaxili nizam-intizam qaydalarını pozaraq heç bir səbəb göstərmədən 15 fevral 2024-cü il tarixdən işə gəlməmiş, müəssisə rəhbərliyinə təhqiredici sözlər demiş və öz işinə məsuliyyətlə yanaşmamış, tibb müəssələrində tibbi şura olmadığına görə bu məsələni tibbi şuranın təqdimatına verə bilmədiklərini nəzərə alaraq, İddiaçı barəsində Əmək Qanunvericliyinə uyğun olaraq tədbir görülməsini xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi“ X14 «Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X11 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18-1-80/2-108/2024 nömrəli məktubundan görünür ki, tibb müəssisəsinin ümumi şöbəsinin katibəsi İddiaçı müəssisədaxili nizam-intizam qaydalarını pozaraq heç bir səbəb göstərmədən 15 fevral 2024-cü il tarixdən işə gəlməmiş, elə həmin tarixdən də işə gəlməməsi haqqında müəəsisədaxili aktlar tərtib olunmuş, həmçinin 23 fevral 2024-cü il tarixli 18-1-80/3-8/2024 nömrəli və 13 mart 2024-cü il tarixli, 18-1-80/3-20/2024 nömrəli ünvanına məktub göndərilmiş, 27 fevral 2024-cü il tarixli 18-1-80/2-50/2024 nömrəli məktubla “Tibbi Ərazi Bölmələrini İdarətrmə Birliyi” X13 məktublar ünvanlanmış, 2 aprel 2024-cü il tarixində 18-1- 80/3-1-58/2024 nömrəli əmrlə işçiyə intizam tənbehi əmri verilmiş, xx.xx.2024-cü il tarixli 18-1-80/3-1/76/2024 nömrəli əmrlə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət əmri verilmiş, İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əməkhaqqı ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X14 “Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən “Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən ümumi şöbənin katibəsi İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli, 18-1-80/3-8/2020 nömrəli məktubdan aydın olur ki, xx.xx.2024-cü il tarixində əmək məzuniyyətinin müddəti bitmiş, həmin tarixdən işdə hesab olunmasına baxmayaraq işə gəlməmiş, buna görə də “Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X11 rəhbərliyi xx.xx.2024-cü il tarixindən müəssisəyə məlumat vermədən işə gəlməmək səbəbini bildirməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X14 «Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X11 Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X13 İddiaçı haqqında göndərdiyi xx.xx.2024-cü il tarixli,18-1-80/2-50/2024 nömrəli məlumatdan və xx.xx.2024-cü il tarixli aktdan görünür ki, tibb müəssisəsinin ümumi şöbəsinin katibəsi İddiaçı müəssisədaxili nizam-intizam qaydalarını pozaraq heç bir səbəb göstərmədən 15 fevral 2024-cü il tarixdən işə gəlməmiş, müəssisə rəhbərliyinə təhqiredici sözlər demiş və öz işinə məsuliyyətlə yanaşmamış, tibb müəssəsində tibbi şura olmadığına görə bu məsələni tibbi şuranın təqdimatına verə bilmədiklərindən İddiaçı barəsində Əmək Qanunvericliyinə uyğun olaraq tədbir görülməsini xahiş edilmişdir. İş materiallarında olan «Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli aktından görünür ki, həqiqətəndə xx.xx.2024-cü il tarxində xəstəxanada katibə vəzifəsində çalışan əməkdaş İddiaçı müəssisə rəhbərliyinə məlumat vermədən işə gəlməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X14 «Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X11 ümumi şöbəsində katibə vəzifəsində çalışan Telli Mustafayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18-1-80/3- 20/2024 nömrəli məktubdan görünür ki, ona “Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X11 rəhbərliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 18-1-80/3-8/2024 nömrəli məktubla məlumat verilməsinə baxmayaraq, bu günkü tarixə qədər əsas iş yerinizə gelməmiş, bununla əlaqədar ona işə gəlmədiyi günlərə görə əmək haqqı verilməyəcəyi və bu hal davam edərsə, əmək qanunvericiliyinə uyğun olaraq ciddi tədbir görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, o, iddiaçının şifahi icazəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan Rayon Mərkəzi Xəstəxanasının tibb məntəqəsində işini davam etdirməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş X1, X4, X3 iştirakı ilə tərtib edilən xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X11 katibə vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixindən iş yerinə gəlməmiş və bununla bağlı İddiaçı izahatı tələb olunmuş, İddiaçı xx.xx.2024-cü il tarixli izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixdən “Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X11 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən poliklinika şöbəsində işdə olmuş, poliklinikanın davamiyyət jurnalına baxış keçirilmiş və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi davamiyyət jurnalına İddiaçı adı sonradan işə gələnlər siyahısına əlavə edilməsi müəyyən olunmuş, İddiaçı olan bölmədə işçilərin sıra ilə yazılmış siyahıda jurnalın yuxarı hissəsində yazılmış, həmin yazının sonradan əlavə edilməsini bir daha imzaları ilə təsdiq etmiş, və tərəflərindən jurnala baxış keçirilmiş və bu barədə akt tərtib olunmuş və jurnalın surətləri çıxarılmışdır. İş materiallarına əlavə edilmiş “Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli işçinin müəssisə rəhbərliyinə məlumat vermədən işə gəlməməsi ilə bağlı tərtib olunmuş aktdan görünür ki, 15 fevral, 16 fevral, 19 fevral, 20 fevral, 21 fevral, 22 fevral, 23 fevral, 26 fevral, 27 fevral, 28 fevral, 29 fevral, 1 mart, 4 mart, 5 mart, 6 mart, 15 mart, 18 mart, 19 mart, 27 mart tarixlərində xəstəxanada katibə vəzifəsində çalışan əməkdaş İddiaçı müəsisə rəhbərliyinə məlumat vermədən işə gəlməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsinin 9-cu bəndinə görə əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə əsasən işəgötürən tərəfindən işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb edilir. Eyni Məcəllənin 186-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən «İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər, «İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı «Zəngilan Rayon Mərkəzi Xəstəxanası” X11 ümumi şöbəsində katibə vəzifəsində işləmiş, işlədiyi müddət ərzində yəni, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə müəssisənin daxili nizam-intizam qaydalarını pozaraq heç bir səbəb göstərmədən işə gəlməmiş, işçinin işə çıxmaması ilə bağlı müəssisə daxili aktlar tərtib olunmuş, həmçinin iddiaçının yaşadığı ünvana 23 fevral 2024-cü il tarixli, 18-1-80/3- 8/2024 nömrəli və 13 mart 2024-cü il tarixli, 18-1-80/3-20/2024 nömrəli məktublar göndərilmiş, lakin iddiaçı işə çıxmamasının səbəbləri barədə müəssisə rəhbərliyinə heç bir məlumat verməmiş, müəssisə rəhbərliyini təhqiredici ifadələrlə təhqir etmişdir. İddiaçı öz işinə məsuliyyətsiz yanaşmasının nəticəsi olaraq da, müəssisə rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi nəzərə alınaraq, xx.xx.2024-cü il tarixli, 18-1-80/3-1-58/2024 nömrəli əmrlə ona inzibati tənbeh olaraq töhmət verilmişdir. İddiaçı tələbində ona müəssisə rəhbərliyi tərəfindən verilmiş inzibati tənbehin əsassız və qanunsuz olmasını bildirmiş, qeyd edilən tarixlərdə hüquqi şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən poliklinika şöbəsində işdə olmasını, poliklinikanın davamiyyət jurnalına imza etməsini bildirmiş, lakin məhkəmə araşdırması zamanı təqdim edilmiş poliklinikanın davamiyyət jurnalı nəzərdən keçirilərkən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi davamiyyət jurnalına İddiaçı adı sonradan işə gələn işçilərin siyahısına əlavə edilmiş, İddiaçı adı işçilərin adı qeyd edilmiş sıranın yuxarı hissəsində yazılmış, yəni iddiaçının adı sonradan davamiyyət jurnalına əlavə edilmişdir. Bu da onu göstərir ki, cavabdehin iddiaçı barəsində verdiyi inzibati tənbeh tədbirinin ləğv edilməsi üçün hər-hansı bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Zəngilan Rayon Mərkəzi X2rşı “intizam tənbehinin götürülməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-253 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Zəngilan Rayon Mərkəzi X2rşı «intizam tənbehinin götürülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar