Məhkəmə qərarları › İş №2(034)-441/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-441/2025

06.08.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-441/2025 06.08.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Ərizəçi Sadiq oğlunun Maraqlı şəxsnə qarşı «ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Sadiq oğlu Maraqlı şəxsnə qarşı «ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, atası X1 Zəngilan rayonunda ölmüş elan edilməsi və 1993-cü ilin oktyabr ayının onun ölüm günü sayılması barədə qətnamə qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zhbpzxb Ərizəçi Sadiq oğlu ərizəsini onunla əsaslandırmışdır ki, X2 onun doğma atası olmuşdur. Atası birlikdə ailə üzvləri də daxil olmaqla 1993-cü ilə kimi Zəngilanda yaşamış, lakin 1993-cü ildə doğma torpaqlarının erməni işğalçıları tərəfindən işğal olunduğu üçün öz doğma yurd-yuvalarını tərk etmli olmuşlar. Vəziyyət pisləşdiyi üçün ailə üzvlərini əvvəlcədən çıxarmalı olmuş, son ana kimi o, atası birlikdə orda qalsa da, sonradan çıxmalı olmuşdur. Lakin atası onla gəlməkdən imtina edərək, doğma yurd-yuvasını tərk etməyəcəyini, ölsə də öz torpağında öləcəyini deyərək ondan getməsini tələb etmişdir. O, atasını bu fikrindən danışdırmağa çalışsa da, bunun heç bir nəticəsi olmamış, atasının yəqin sonradan gələcəyini fikirləşmişdir. Onlar bir müddət atasından xəbər ala bilməmiş, əvvəl atasını özləri axtarmağa başlar da, heç bir nəticə əldə edə bilməmişlər. Sonradan atasının axtarışı ilə bağlı bir çox rəsmi orqan və təşkilatalara müraciət etmiş, son olaraq isə Qızıl Aypara Cəmiyyətinə müraciət etmişlər. Hər dəfə də qardaşı gedib axtarışın nəticəsi ilə maraqlandıqda onlara səbirli olmağı, məlumat olan kimi xəbər vercəklərini demişlər. Artıq 30 ildən çoxdur ki, atasının sağ və ya ölü olması barədə heç bir məlumat yoxdur. İşin məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 10:50-yə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi Sadiq oğlunun Maraqlı şəxsnə qarşı «ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi Sadiq oğlunun Maraqlı şəxsnə qarşı «ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verlilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar